[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə257/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   250   251   252   253   254   255   256   257   258

 

524 


edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Səhabələrim 

haqqında  Allahdan  qorxun.  Məndən  sonra  onları  hədəf  etməyin.  Onlara 

məhəbbət  bəsləyənlərə  mənim  məhəbbətim  çatar.  Onlara  nifrət  edənlərə 

mənim nifrətim çatar. Onları incidən məni incitmişdir. Məni incidən isə Allahı 

incitmişdir. Allahı incidən isə tezliklə öz cəzasına çatacaqdır»

1557


.  

Səhabələri  söymək  və  onlara  nifrət  etmək  bəzi  sapıq  firqələrin  din  və 

əqidələrinin  əsasına  çevrilmiş-dir.  Allahın  qəzəbindən  və  əzabından  Allaha 

sığınırıq. Allahdan bağışlanma və şərdən bizi qorumasını diləyirik. 

Peyğəmbərimiz  Muhəmmədə,  onun  ailəsinə,  əshabına  Allahın  salavatı  və 

salamı olsun! 

 

KİŞİ ÖZ DOSTUNUN DİNİNDƏDİR! 

 

İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  “İnsanları  onların  dostlarına  görə 



mühakimə edin. Çünki insan xoşladığı kəslərlə oturub durar dostluq edər”. Bu 

nəsihətlər  Quran  və  Sünnədən  götrülmüşdür.  Öz  başından  deyilməmişdir. 

Çünki  sən  elə  bir  kəslə  oturub  durusan  ki,  onun  fikirləri,  onun  söhbəti  sənin 

xoşuna  gəlir.  Belə  bir  kəsləri  də  görəndə  artıq  aydın  olur  ki,  insan  dostu 

kimdir.  Onunla  dostuq  edirsə,  deməli  sevir  onu,  ondan  razıdır,  onun 

dediklərindən  razıdır.  Günahkar  insanla  gəzən  dostluq  edən  deməli  onun 

günahlarından  razıdır  ki,  onunla  gəzir.  Müsəlmanların  namusu,  izzəti  ilə 

oynayan  bir  kimsə  hansı  ki,  nə  ona  qadağan  edir,  nə  onu  çəkindirir  deməli 

onunla  razıdır.  Bəs  elm  əhli,  alimlərə  dil  uzadan  bir  kimsə  ilə  necə  oturub 

durmaq  olar?  Əgər  onu  çəkindirmirsə,  ona  nsihət  vermirsə  deməli  onunla 

razıdır. Əgər bir kimsə Sünnə əhli ilə oturub durursa deməli bu kimsə sünnəni 

sevən  bir  kimsədir.  Kimisi  isə  bidət  əhli  ilə  birlikdədir.  Kişi  öz  dostunun 

dinindədir.  İbn Məsudun  - radıyallahu anhu – bu sözləri  onun  üçün  deyilib  ki, 

insan  kiminlə  oturub  durduğuna  nəzər  salsın.  Diqqətli  olsun!  Kimlərlə 

otururuq,  Sünnəti  sevən  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirənlərlə  yoxsa? 

İnsan  zahirən  saleh  görsənə  bilər?  Lakin  günahkar  kimsələrlə  oturur  deməli 

zahiran  saleh  olsada  onun  qəlbində  günaha  meyl  vardır.  Əksi  necə  özü  elm 

əhli olmasa da lakin elm əhli ilə oturub durur və onları sevir.  

Bir çox müsəlman qardaşlar onlarla əlaqələri Allah rizası üçün kəsdiklərinə 

baxmayaraq,  görürsən  ki,  bəzi  qardaşlar:  Onlar  da  bizim  qardaşlarımızdır, 

onların  da  düz  sözləri  vardır  və  s.  deyərək  onlarla  əlaqələri  kəsmir,  oturub-

durur  və  dostluq  edirlər.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Kişi  öz  döstunun  dinindədir.  Buna  görə  də  kiminlə  dostluq  etdiyinizə 

                                                

1557

 Tirmizi 3862, Əhməd 4/87, 5/54,57. 



 


 

525 


baxın»

1558


.  İbn  Məsud  –  radıyallahu  anhu  -  deyir  ki:  «İnsanlara  dostlarına  görə 

qiymət  verin.  Müsəlman  müsəlmana  tabe  olur,  facir  isə  facirə  tabe  olur.  Kişi 

onun kimisi ilə və sevdiyi kimsə ilə gəzər». Suleyman – əleyhissəlam - demişdir 

ki:  «Siz  bir  kəsə  hökm  vermək  üçün  onun  dostuna  baxın.  İnsan  yalnız  özü 

kimisi  ilə  yoldaşlıq  edir.  Sizlər  saleh  insanlarla  yoldaşlıq  edin  ki,  onlarla 

birlikdə  və  onlar  kimi  olasınız».  Əvzai  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir 

kimsə  bizdən  bidətini  gizlədərsə  onun  dostluğu  bizə  gizli  qalmaz».  Əyyub 

Saxtiyani  – rahmətullahi aleyhi – bir ölünü yumağa  dəvət  edirlər.  Onun üzünü 

açdıqda  onu  tanıyır  və  deyir  ki:  «Yoldaşınızı  qəbul  edin,  mən  onu  yuyan 

deyiləm.  Çünki  onu  bidət  əhli  ilə  gəzən  görmüşəm».  Bidət  əhli  hər  bir  şeyi 

gizlədə bilərlər, yoldaşlıq və dostluqdan başqa. İbni Aun – rahmətullahi aleyhi – 

deyir ki: «Bir kimsə bidət əhli ilə yoldaşlıq edərsə o, bizim üçün bidət əhlindən 

də şiddətlidir». Sufyan əs-Sovri – rahmətullahi aleyhi – Bəsrəyə gəldikdə Rabi b. 

Subeyhin haqqında düşünür və onun insanlar haqqında dərəcəsindən soruşur: 

«Məzhəbi  nədir?».  Sünnədir.  «Yaxın  dostu  kimdir?».  Qədəri.  «O,  qədəridir». 

«Ey  iman  gətirənlər!  Özünüzdən  başqasını  özünüzə  dost  tutmayın».  (Ali 

İmran  118).  Əbu  Davud  əs-Sicistani  –  rahmətullahi  aleyhi  –  deyir  ki,  İmam 

Əhməd– rahmətullahi aleyhi – dən soruşdum ki: «Bir nəfər Əhli Sünnədir, lakin 

bidət əhli olan kimsə ilə gəzir. Onunla danışmağı tərk edimmi?». İmam: «Xeyr, 

ona  nəsihət  ver  ki, sənin gəzdiyin  kimsə  bidət əhlidir. Əgər ondan  ayrılsa  nə 

gözəl,  ayrılmasa  onda  onu  da  ona  qat».  İbn  Teymiyyə  – rahmətullahi  aleyhi  – 

deyir  ki:  «Əgər  bir  insan  bidət  əhlinə  qarşı  özünün  yaxşı  zənndə  olduğunu 

bildirərsə  (o,  belə  deyil,  yaxşı  insandır),  ona  bu  məsələ  başa  salınmalıdırır. 

Əgər  onlardan  ayrılmazsa,  bidət  əhlinə  qarşı  inkarı  izhar  etməzsə,  onlara 

qoşular və onlardan sayılar»

1559


. Həmməd b. Zeyd  – rahmətullahi aleyhi – deyir 

ki, Yunus mənə dedi ki: «Mən hansısa bir cavanı xoşagəlməz hal üzərə görsəm 

də  onun  xeyrindən  ümid  üzmürəm,  hətta  o  bidət  əhli  ilə  yoldaşlıq  edənə 

qədər. Əgər onu bidət əhli ilə görərəmsə, artıq bilərəm ki, o həlak oldu». Saleh 

əl-Fovzan  – Allah onu qorusun  – Təkfir  məsələsindən  danışdıqdan  sonra  deyir 

ki:  «Bu  məsələ  çox  təhlükəli  məsələdir.  Ona  görə  də  elmsiz,  bəsirətsiz 

müsəlmanları  və  onların  rəhbərlərini  təkfir  edən,  müsəlmanların  qanlarını, 

mallarını  halal  hesab  edən,  bu  azğın  firqə  ilə  oturub-durmaq,  dostluq  və  ya 

yoldaşlıq  etmək  insana  yaraşmaz.  Biz  belələrindən  uzaq  olmalı,  onların 

sözlərini  dinləməməli,  onlara  arxa  çevirməli,  onlardan  uzaq  olmalı,  onlarla 

yoldaşlıq etməməliyik». Təkfir və qaydaları.  

                                                

1558

 əl-Albani «Səhihul Cəmi» 3539.  



1559

 Məcmuu Fətava 2/133.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə