[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə256/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   250   251   252   253   254   255   256   257   258

 

522 


Bu kimsələr Peyğəmbərlər, sıddıqlar (doğrular) şəhidlər və salehlərdən olan 

səmimi  müsəlmanlardır.  Bunların  başında  da  Peyğəmbər  – sallallahu aleyhi və 



səlləm  –  durur.  Çünki  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  insana  öz 

nəfsindən  də,  övladından  da,  valideyinlərindən  də  və  bütün  insanlardan  da 

çox sevilməsi lazımdır

1553


. Bunun ardından sevilməyə ən layiq olan Peyğəmbər 

–  sallallahu  aleyhi  və  səlləm  –  in  zövcələri  (möminlərin  anaları),  Əhli  Beyti  və 

səhabələridir. Xüsusi olaraq Rəşidi Xəlifələr olan (Əbu Bəkr, Ömər, Osman, Əli 



–  Allah  onlardan  razı  olsun  -),  Cənnətlə  müjdələnən  on  səhabə,  Muhacirləri  və 

Ənsarları,  Bədr  döyüşündə iştirak  edənləri, Ridvan  beyətində iştirak  edənləri 

və  s.  səhabələri sevməyi özündə  əhatə edir.  Bunlardan sonra  Tabiinləri  və ən 

fəzilətli dönəmlərdə yaşayanları, bu ümmətin ilk müsəlmanları ilə dörd imamı 

olan (Əbu Hənifə, İmam Məlik, İmam Şafii, İmam Əhməd – Allah onlardan razı 

olsun  -  və  s.  bu  ümmətin  imamlarını  sevməyi  özündə  əhatə  edir.  «Onlardan 

sonra  gələnlər belə  deyirlər:  Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəl  iman  gətirmiş 

(din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, 

həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-

Həşr 10).  

Qəlbində iman olan hər bir kəs səhabə və bu ümmətin ilk müsəlmanlarına 

heç vaxt nifrət etməz. Onlara yalnız qəlbində xəstəlik və nifaq olan Rafizilər və 

Xəvariclər  kimi  İslam  düşmənləri  nifrət  edə  bilərlər.  Onların  şərlərindən 

Allaha sığınırıq.  

İkinci  Qrup:  Allah  Üçün  Sevilməyib,  Dostluq  Edilməyib,  Yalnız  Və 

Yalnız Nifrət Və Düşmənçilik Edilməyə Layiq Kimsələrdir 

Bunlar  da  kafirlər,  müşriklər,  münafiqlər,  dindən  dönənlər  və  hər  bir 

inkarçılardır

1554


.  «Allaha  və  Axirət  gününə  inanan  heç  bir  tayfanın  Allah  və 

Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın 

qohumları  olsalar  da  belə  –  dostluq  etdiyini  görməzsən».  (əl-Mucadələ  22). 

Allah  İsrail  övladlarını  pisləyərək:  «Onların  (Kitab  əhlinin)  bir  çoxunun 



kafirlərlə  dostluq  etdiyini  görürsən.  Gör  nəfslərinin  əvvəlcədən  onlar  üçün 

hazırladığı  şey  (küfr)  necə  pisdir  ki,  Allahın  onlara  qəzəbi  tutmuşdur.  Onlar 

əbədi  əzaba  düçar  olanlardır.  Əgər  onlar  Allaha,  Peyğəmbərə  və  ona  nazil 

                                                

1553

 Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Sizdən  hər  hansı  bir  kimsə  məni  övladlarından,  valideyin-lərindən  və  cəmi  insanlardan  çox  sevmədikcə 

iman  etmiş  olmaz».  Bu  hədisi  eşidən  Ömər:  «Ya  Rəsulullah!  Sən  mənə  nəfsimdən  başqa  hər  şeydən 

sevimlisən!».  Peyğəmbər:  «Və  Min  Nəfsikə  Yə  Umaru  –  Ya  Ömər!  Nəfsindən  də  sevimli  olmalıyam!»  deyə 

buyurdu.  Ömər:  «Və  Min  Nəfsi  –  Nəfsimdən  də!»  deyincə  Peyğəmbər:  «Ya  Ömər!  İndi  tamam  oldu». 



«Peyğəmbər  möminlərə  öz  nəfslərindən  də  yaxındır».  (əl-Əhzab  6).  Buxari,  Müslim.  Əbu  Səid  əl-Xudri  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Yalnız  möminlərlə 

dostluq et və yeməyini də yalnız təqvalı kimsə yesin». Əbu davud 4832, Tirmizi 2397.  

1554

 Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudi və Xaçpərəstlərə ilk olaraq siz salam verməyin. 



Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin» Müslim 2167.  


 

523 


olana  inansaydılar,  kafirləri  özlərinə  dost  tutmazdılar.  Lakin  onların  çoxu 

itaətdən çıxmış fasiqlərdir». (əl-Maidə 80-81).  

Üçüncü Qrup: Bir Tərəfdən Sevilməsi Və Bir Tərəfdən Də Nifrət Edilməsi 

Lazım Olan Kimsələrdir 

Həm  seviləsi,  həm  də  nifrət  ediləsi  müsəlman-ların  günahkarlarıdır.  Bu 

kimsələr onlarda olan imana görə sevilirlər lakin etdikləri günahlarına görə isə 

nifrət  edilirlər.  Əgər  bu  günahlar  şirk  və  küfr  deyilsə.  Onları  sevmək  onlara 

nəsihət etməyi və onları qınamağı tələb edir. Etdikləri günahlara görə susmaq 

caiz deyildir. Əksinə onlara şəriətə uyğun olaraq həd və təzir cəzalarını təyin 

etmək,  onlara  nəsihət  etmək,  yaxşılığı  əmr  edib,  pisliklərdən  çəkindirmək, 

etdikləri  günahlardan  uzaqlaşmağı  və  bu  günahlardan  tövbə  etməyi  bəyan 

etmək lazımdır.  

Bu  kimsələrlə  Xəvariclərin:  «Şirkdən  başqa  böyük  günah sahiblərinə  nifrət 

edilərək  onlardan  uzaq  durmaq  lazımdır»  dedikləri  kimi  onlara  yalnız  nifrət 

edilib onlardan uzaq durulmaz. Yenə də Murciyənin: «Bu kimsələrə dostluq və 

sevgi  bəslənilir»  dedikləri  kimi  onlara  yalnız  dostluq  və  sevgi  bəslənilməz. 

Əksinə  daha  əvvəl  qeyd  etdiyimiz  kimi  belə  kimsələrə  Əhli  Sünnə  Vəl 

Cəmaatın  bəyan  etdiyi  şəkildə  orta  yolu  izləyərək  yaxınlaşmaq  lazımdır. 

Hədisdə  buyrulduğu  kimi:  «Allah  üçün  sevmək  və  Allah  üçün  nifrət  etmək 

imanın  ən  sağlam  qulpudur.  Qiyamət  günü  də  insan  sevdiyi  ilə  birlikdə 

olacaqdır».  

Günümüzdə vəziyyət artıq dəyişilmişdir. İnsanlar dostluq və düşmənçiliyi 

Allah  üçün  deyil,  dünyalıq  bir  (şey)  üçün  edirlər.  Kim  dünya  nemətlərinə 

sahibdirsə o,  kimsə Allaha  və Rəsuluna  və  İslam  dininə  düşmən olsa  da  belə 

ona  sevgi  və  dostluq  göstərilir.  Kim  də  dünya  nemətlərinə  sahib  deyilsə  o, 

kimsə Allah və Rəsulunun dostu olsa da belə kiçik bir səbəbə görə ona nifrət 

və  düşmənçilik  edilir.  İbn  Abbas  –  radıyallahu  anhu  –  deyir  ki:  «Allah  üçün 

sevən,  Allah  üçün  nifrət  edən,  Allah  üçün  dostluq  edən  və  Allah  üçün 

düşmənçilik edən kimsə yalnız bu şəkildə Allahın dostluğuna nail olur. Lakin 

insanların çoxunun dostluğu dünyalıq şeylərdə olmuşdur. Bu isə sahibinə heç 

bir fayda verməyəcəkdir»

1555

. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 



Peyğəmbər  – sallallahu aleyhi və səlləm – buyurdu:  «Allah  – subhənəhu və təalə – 

buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə, Mən ona müharibə elan 

edərəm…»

1556


.  

İnsanlar  içərisində  Allaha  savaş  elan  edənlərin  ən  şiddətlisi,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və səlləm  – in  səhabələrinə  düşmənçilik  edən,  onlara  nifrət  və 

kin  bəsləyən  kimsələrdir.  Abdullah  b.  Muğəffəl  –  radıyallahu  anhu  –  rəvayət 

                                                

1555


 İbn Cərir.  

1556


 Buxari 6502.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə