[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə248/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   244   245   246   247   248   249   250   251   ...   258

 

505 


Allah  mütləq  onu  üzüstə  süründürür»

1521


.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qureyş, 

Ənsar,  Cuheynə,  Muzeynə,  Əsləm,  Əşca,  Ğifar  qəbilələri  mənim  dost  və 

yardım-çılarımdır.  Onların  Allah  və  Rəsulundan  başqa  dost  və  yardımçıları 

yoxdur»

1522


.  

Qadın  İdarəçi  Həlakdır  -  Əbu  Bəkrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, xalq uğur qazanmaz əgər 

onun başında idarəçi qadındırsa»

1523


                                                

1521

 Buxari 3500.  



1522

 Buxari 3504.  

1523

 Buluq əl-Məram 1395. 




 

506 




 





 

 

VƏLA VƏL BƏRA 

– DOST VƏ 

DÜŞMƏN 

 



 





 


 

507 


VƏLA VƏL BƏRA - DOST VƏ DÜŞMƏN 

 

Aləmlərin  Rəbbi  olan  Allaha  həmd  olsun!  Peyğəmbərimiz  Muhəmmədə, 

onun ailəsinə, əshabına və Qiyamətə qədər onların ardınca gedənlərə Allahın 

salavatı və salamı olsun! 

Heç  şübhəsiz  ki,  Allah  və  Rəsulunu  sevdikdən  sonra,  Allahın  dostlarını 

sevmək, düşmənlərinə də düşmənçilik bəsləmək lazımdır. Bu dini qəbul edən 

hər  bir  müsəlmanın,  bu  dinin  mənsublarına  dostluq  bəsləməsi  və 

düşmənlərinə  də  düşmənçilik  bəsləməsi  İslam  əqidəsinin  əsaslarındandır. 

Buna  görə  də  hər  bir  müsəlman  Tövhid  və  İxlas  əhlini  sevib,  onlara  dostluq 

bəsləməli, şirk əhlinə isə nifrət edərək onlarla düşmənlik edər. Tövhid və İxlas 

əhlini  sevib  onlara  dostluq  bəsləmək,  müşriklərə  nifrət  edib  düşmənlik 

bəsləmək  İbrahim  – əleyhissəlam –  və  onunla  bərabər  olan  və  onları  özümüzə 

nümunə  olaraq  götürməyimizi  əmr  olunduğumuz  (iman)  əhlinin  dinidir. 

«İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O, zaman onlar 

öz  qövmünə  belə  demişdilər:  Şübhəsiz  bizim  sizinlə  və  sizin  Allahdan  başqa 

ibadət  etdiklərinizlə  heç  bir  əlaqəmiz  yoxdur.  Biz  sizin  dininizi  inkar  edirik. 

Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və 

nifrət  olacaqdır».  (əl-Mumtəhinə  4).  Həmçinin  Tövhid  və  İxlas  əhlini  sevib 

onlara  dostluq  bəsləmək,  şirk  əhlinə  nifrət  edib  onlara  düşmənlik  bəsləmək 

Muhəmməd – sallallahu aleyhi və səlləm – in dinidir. «Ey iman gətirənlər! Yəhudi 

və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən 

kim  onlarla  dostluq  edərsə,  o  da  onlardandır.  Allah  zalım  tayfanı  düz  yola 

yönəltməz».  (əl-Maidə  51).  Bu  ayə  xüsusi  olaraq  Yəhudi  və  Xaçpərəstlərlə 

dostluq  etməyin  haram  olmasına  aiddir.  Ümumi  olaraq  kafirlərlə  dostluq 

etmənin (kafirləri dost tutmağın) haram olmasına dair isə: «Ey iman gətirənlər! 

Nə  mənim  düşmənimi,  nə  də  özünüzün  düşmənini  dost  tutun».  (əl-Mumtəhinə 

1). Bundan başqa Allah ən yaxın qohumu olsa da belə kafirlərlə dosluq etməyi 

möminə haram etmişdir. «Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız 



küfrü  imandan  üstün  tuturlarsa, onları  özünüzə dost bilməyin.  Sizdən onları 

dost  tutanlar  özlərinə  zülm  etmiş  olarlar».  (ət-Tövbə  23).  «Allaha  və  Axirət 

gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla 

–  öz  ataları,  oğulları,  qardaşları,  yaxın  qohumları  olsalar  da  belə  –  dostluq 

etdiyini görməzsən». (əl-Mucadələ 22).  

Bir çox insanlar bu önəmli və böyük əsasdan xəbərsizdirlər. Hətta bəzi alim 

və İslam dəvətçilərinin bir Ərəb radiyosunda Xaçpərəstlər haqqında: «Xristian 

qardaşımız»  dediyinin  də  şahidi  olmuşam.  Nə  qədər  təhlükəli  bir  söz 

söylədiklərini bilsəydilər?  



 

508 


Allah  İslam  əqidəsinə  (dininə)  düşmən  olan  kafirləri  dost  tutmağı  haram 

etməklə  birlikdə,  möminləri  də  dost  tutmağı  və  onları  sevməyi  də  fərz 

etmişdir. «Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. 

O,  kəslər  ki,  (Allaha)  boyun  əyərək  namaz  qılar  və  zəkat  verərlər.  Hər  kəs 

Allahı,  Onun  Peyğəmbərini  və  iman  gətirənləri  özünə  dost  tutsa  (hər  iki 

dünyada  işləri  yaxşı  gedər).  Şübhəsiz  ki,  qələbə  çalanlar  məhz  Allahın 

firqəsidir».  (əl-Maidə  55-56).  «Muhəmməd  –Allahın  Peyğəmbəridir.  Onunla 

birlikdə  olanlar  (möminlər)  kafirlərə  qarşı  sərt,  bir-birinə  (öz  aralarında)  isə 

mərhəmətlidirlər».  (əl-Fəth  29).  «Həqiqətən  möminlər  qardaşdırlar».  (əl-

Hucurat 10).  

Möminlər qohumluq, vətən və zaman (məkan) baxımından bir-birilərindən 

uzaq  olsalar  da  belə  din  və  imanda  bir-birilərinə  qardaşdırlar.  «Onlardan 

sonra  gələnlər belə  deyirlər:  Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəl  iman  gətirmiş 

(din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, 

həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-

Həşr 10).  

Buna  görə  də  möminlər  Adəm  –  əleyhissəlam  –  dan  başlayaraq  son  insana 

qədər  vətənləri  bir-birindən  nə  qədər  uzaq  olursa  olsun,  aralarındakı  zaman 

fərqi  nə  qədər  uzaq  olursa  olsun  bir-birilərini  sevən  qardaşdırlar.  Onlardan 

sonra  gələnlər  isə  əvvəlkiləri  özlərinə  nümunə  götürərək  onlardan  ötrü  dua 

edər və istiğfar diləyərlər.  



Vəla

1524

 Vəl  Bəra

1525

 –  Dost  və  Düşmən  qavramına  gəlincə  isə  bunların  hər 

ikisinə də aid bir çox xüsusiyyətlər vardır. Bunlar aşağıdakılardır

1526

:  


                                                

1524


 Vəla  –  Kəliməsi  ərəbcədən  yaxın  olmaq,  yanında  olmaq,  bir  işə  sahib  olmaq  və  o,  işi  yerinə  yetirmək, 

hökm  etmək,  idarə  etmək  və  sevmək  mənasına  gəlir.  Qarşılıq  gözləmədən,  məhəbbətdən  ötrü  tərəfini 

tutduğun kimsəyə Vəli – Vəla deyilir. Dostluq düşmənçiliyin ziddidir. Vəli etməyin əsası sevgidir. Həmçinin 

birini  sevmək,  mütləq  ona  tabe  olmaq  –  «Şeytanın  hökmü  yalnız  onu  dost  tutanlar  və  onun  vəsvəsəsiylə 



Allaha şərik qoşanlar  üzərindədir». (ən-Nəhl 100). Həmçinin kömək mənasına  da gəlir – «Allah sizə ancaq 

sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan 

edər.  Onlarla  dostluq  edənlər  əsl  zalimlərdir».  (əl-Mumtəhinə  9).  Termin  olaraq  isə:  Möminləri  sevmək, 

onlara kömək etmək, onlara dostluq bəsləmək deməkdir.  

1525

 Bəra – Kəliməsi uzaq olmaq, arındırmaq, təmizlənmək, (xəstəlikdən) qurtulmaq, bir kimsəni sevməmək, 



intiqam  almaq,  zərər  vermək  üçün  qəlbdə  yerləşən  duyğu,  dostluğun  ziddidir.  Düşmən  bilməyin  əsası  isə 

nifrətdir. Termin olaraq isə: Kafirlərə nifrət etmək,  onlardan  uzaq olmaq, onlarla  dostluq etməmək, onlara 

düşmənçilik  bəsləmək  deməkdir.  O,  halda  Vəli  etmək  söz,  əməl  və  niyyət  yolu  ilə  bir  şeyə  yaxınlaşmaq 

deməkdir. Düşmənçilik isə bunun ziddidir.  

1526

 Dost  Və  Düşmən  Qavramının  Mühümlüyü  –  1  –Əhli  Sünnə  vəl  Cəmaat  dotluq  və  düşmənçilik 



bəsləməyin  şəriətlə  vacib  olduğuna  inanırlar.  Lə  İləhə  İlləllah  –  şəhadətinin  bir  parçasıdır.  Əqidənin  və 

imanın böyük bir əsasıdır. «İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi 



sevənlər  də  var.  Halbuki  iman  gətirənlərin  Allaha  olan  məhəbbəti  daha  qüvvətlidir».  (əl-Bəqərə  165).  2  – 

İmanın  sağlam  bir  qulpudur.  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  buyurdu:  «İmanın  ən  sağlam  qulpu 

Allah  üçün  dostluq,  Allah  üçün  düşmənçilik,  Allah  üçün  sevmək,  Allah  üçün  nifrət  etməkdir».  Əhməd 

4/286,  İbn  Əbi  Şeybə  11/14,  əl-Albani  «Səhih  Silsilə»  998.  «Möminlər  möminləri  buraxıb  kafirləri  dost 



tutmasınlar». (Ali İmran 28).  3 – İmanın  dadını  dadmaq  üçün bir  səbəbdir. Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – buyurdu: «Üç şey vardır ki, sizdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə