[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə245/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   241   242   243   244   245   246   247   248   ...   258

 

499 


nahaq  qanlar  axıtması  idi.  O,  bu  hədisi  (əsas)  götürərək  etdiyi  (nahaq)  işi 

yozacaqdır.  Deməli,  hədisin  və  onunla  bağlı  elmin  Həccacdan  gizlədilməsi 

vacib  idi  və  bu  onun  sağlam  düşüncəyə  malik  olmayan  ağlı  ilə  etdiyi  işlərin 

hədis  vasitəsilə  təsdiqlənməməsi  və  ya  hədisi  dəlil  götürərək  onu  öz 

dərrakəsinə  uyğun  başa  düşməməsi  səbəbindən  idi.  Həsənul  Bəsri  – 

rahmətullahi aleyhi – öz  etirazını Ənəs  b.  Məlik  - radıyallahu anhu – ya  bildirdi. 

Baxmayaraq ki, (Ənəs) səhabə (Həsənul Bəsri) isə tabiin idi. Daha sonra Ənəs 



radıyallahu  anhu  –  Həccaca  Urraniyələr  hədisini  danışmağına  peşman 

olmuşdur.  Bütün  bu  deyilənlərdən  məqsəd  fitnələr  zamanı  bildiyin  və  ya 

eşitdiyin  hər  sözü  danışmamaqdır.  Sözlərin  müəyyən  qayda-qanun 

çərçivəsində olması labüddür. Çünki sən dediyin söz, təklif və ya fikirdən nə 

baş  verəcəyini  bilmirsən.  Sələflər  fitnələr  vaxtı  əmin-amanlığın  olmasını 

istəmişlər.  İnsanların  əmin-amanlıq  içində  olmaları  və  səhv  addımlar 

atmaması  üçün  qarşılaşdıqları  məsələləri  düzgün  şəriət  tərəzisi  ilə  ölçmələri 

lazımdır.  Hər  hansısa  bir  vaxtda  yaxşı  sayılan iş  fitnələr  vaxtı yaxşı sayılmır. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qövmümün  küfr  söz-

söhbəti olmasaydı Kəbəni söküb İbrahimin tikdiyi kimi iki qapılı tikərdim»

1499



Həsənul  Bəsri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Həqiqətən  də,  fitnə  Allah 



tərəfindən  insanlara  bir  cəzadır…».  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

Kəbənin  sökülməsi  və  onun  İbrahim  –  əleyhissəlam  –  ın  qurduğu  qaydada  – 

insanların  birindən  girib  digərindən  isə  çıxacaqları  –  iki  qapılı  tikilməsini 

İslamı  yenicə  qəbul  etmiş  (keçmiş)  Qureyş  kafirlərinin  düzgün  başa 

düşməyəcəklərindən  və  bu  işi  atsan  qazanmaq  və  ya  dinlərini  –  İbrahimin 

dinini  alçaltmaq  üçün  edib  –  demələrindən  qorxaraq  dayandırmışdır. 

Həmçinin  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Cəhənnəmin  dibində 

yanacaq münafiqləri nəinki qətlə yetirməyə əmr vermir, hətta onların adlarını 

belə  bildirmirdi.  Münafiqlər  müsəlman  və  möminlərlə  ticarət,  ailə  və  s. 

əlaqələr  qururdular.  Buna  səbəb  isə  daha  böyük  bir  fəsadın,  yəni  insanların: 

«Muhəmməd  öz  səhabələrini  öldürür»  deməsinin  qarşısını  almaq  idi.  Buna 

görə  də  İmam  Buxari  –  rahmətullahi  aleyhi  –  «Səhih»  əsərində  bölüm  açaraq 

orada bu hədisi zikr etmişdir: «Kim insanların düzgün başa düşməyərək daha 

                                                                                                                             

pisliklərindən  uzaq  dur»  Buxari  695.  Əbu  Zərr  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  mən  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – ə  dəstəmaz  almaq  üçün  su gətirdim. O,  başını  yırğaladı  və  dodaqlarını  bir-birnə 

sıxdı. Mən dedim: «Atam-anam sənə qurban. Sənə əziyyətmi verdim?». O: «Xeyr, lakin sən elə bir başçıların 

və  imamların  dövrünə  yetişəcəksən  ki,  onlar  namazın  vaxtını  keçirəcəklər».  Mən:  «Sən  mənə  nə 

buyurursan?»  dedim.  O:  «Namazı  vatında  qıl!  (O,  başçıların)  namaz  qıldıqlarını  gördüyün  zaman  onlarla 

namaz qıl və demə ki: Qılmıram. Mən artıq qılmışam» Ədəbul Mufrad 954. 

1499


 Fəthul Bəri 1-ci cild, 3-cü fəsil, elm 48-ci bölüm «Kim insanların düzgün başa düşməyərək daha çətin bir 

vəziyyətlə qarşılaşmalarından qorxaraq bəzi ixtiyari işlərdən əl çəkərsə» hədis 126. Müslim 1333.  




 

500 


çətin  bir  vəziyyətlə  qarşılaşmalarından  qorxaraq  bəzi  ixtiyari  işlərdən  əl 

çəkərsə»


1500

.  


«Sizdən  təkcə  zalimlərə  toxunmayacaq  (pis  əməllərin  müqabilində  üz  verə 

biləcək)  bəladan  qorxun».  (əl-Ənfal  25).  Deməli,  baş  verən  fitnələrin  təsirinə 

yalnız  zülmkarlar  deyil,  eyni  zamanda  ətrafdakı  bütün  insanlar  da  məruz 

qalır.  Buna  görə  də  hər  birimizə  vacibdir  ki,  fitnə  baş  verməmiş-dən  qabaq 

özümüzü  ondan  və  ona  aparan  yollardan  çox  ciddi  şəkildə  qoruyaq.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm –  buyurdu: «İrəlidə  bir çox fitnələr olacaqdır.  Bu  fitnələr  zamanı yatan 

kimsə,  oyaq  olandan,  oturan  kimsə  ayaqda  durandan,  ayaqda  duran  kimsə 

yürüyəndən,  yürüyən  kimsə  qaçandan  xeyirlidir.  Hər  kim  fitnə  vaxtına 

yetişərsə  sığınsın  və  ya  gizlənmək  üçün  yer  taparsa  gizlənsin  (Başqa 

rəvayətdə:  Dəvəsi  olan  dəvəsinin  yanına,  qoyunu  olan  qoyunlarının  yanına, 

ərazisi  olan  ərazisinə,  bu  kimi  malları  olmayan  qılıncını  alıb  kəskin  tərəfini 

daşa  vurub  (yaylarınızı qırın) sonra  bacardığı qədər  sağ  qalmağa çalışsın.  Ya 

Rəsulullah!  Müharibə  edən  iki  sinifə  qatışmayaraq  çəkilib  bir  tərəfdə 

durduqda  biri  gəlib  məni  qılıncı  ilə  vurub  və  ya  ox  atıb  məni  öldürürsə  nə 

buyurursan?  Beləsi  həm  öz  günahı  ilə,  həm  də  sənin  günahınla  yüklənərək 

Cəhənnəm  sahibindən  olur)»

1501


.  Bir  nəfər  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – ə dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini mənə 

uzadana  nə  edim.  Peyğəmbər:  «Adəm  –  əleyhissəlam  –  kimi  ol!  «Sən  məni 



öldürməkdən  ötrü  mənə  əl  qaldırsan  da,  mən  səni  öldürmək  üçün  sənə  əl 

qaldıran  deyiləm.  Mən  aləmlərin  Rəbbi  olan  Allahdan  qorxuram».  (əl-Maidə 

28).  Miqdad  b.  əl-Əsvəd  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi və səlləm – buyurdu: «Həqiqətən də xoşbəxt insan o, kəsdir ki, fitnələrdən 

uzaqlaşdırılıb,  bəlaya  məruz  qaldığı  vaxt  səbr  edəndir.  Nə  qədər  gözəl,  nə 

qədər xoş bir şeydir»

1502


Həmçinin  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  başçıya  qarşı  çıxmaq 

hədislərini  danışmağı  xoşlamayıb  onları  öz  «Musnəd»  əsərindən  çıxarmağı 

əmr etmiş və bu haqda belə demişdir: «Fitnədə və başçıya qarşı çıxmaqda heç 

bir  xeyir  yoxdur».  Hənbəl  b.  İshaq  rəvayət  etmişdir  ki,  əl-Vasiqin  xəlifəliyi 

zamanı  Bağdadın  fiqh  alimləri  Əbu  Abdullahın  (İmam  Əhməd  – rahmətullahi 



aleyhi  –  nin)  yanına  gələrək:  «Ey  Əbu  Abdullah,  bu  məsələ  (yəni,  Quranın 

yaradılmış olması  və  s.)  artıq  həddini  aşmış  və camaat  arasında yayılmışdır» 

dedilər.  O:  «Nə  etmək  istəyirsiniz?»  deyə  soruşdu.  Həmin  adamlar:  «Biz,  öz 

başçımızın  rəhbərliyindən  narazıyıq,  elə  bu  səbəbdən  də  səninlə 

                                                

1500


 Fəthul Bəri 1/1583,1584, Müslim 1333.  

1501


 Müslim 2887.  

1502


 əl-Albani «Səhih Hədislər Silsiləsi» 975, «Səhihul Cəmi» 1637.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə