[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə30/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

88 
 
Lipofussin  piqmentinin  miqdarı  yaşla  əlaqədar  mütənasib 
olaraq  artır.  Hüceyrənin  periferiyasında  miofibrillərdən 
ibarət  yığıcı  aparat  yerləşir.  Miofibrillər  əzələ  toxumasında 
olduğu  kimi  anizotrop  və  izotop  disklərdən  təşkil 
olunmuşdur,  diametri  1-3  mkm-r  və  eninə  zolaqlıdır. 
Plazmolemma  Z  xətti  səviyyəsində  daxilə  qabararaq  T 
sistemin  borucuqlarını  əmələ  gətirir.  Plazmalemma  F 
sisteminə 
və 
ürək 
miositlərinin 
daxilinə 
keçən 
depolyarizasiya  dalğası  aktin  miofilamentlərinin  miozin 
miofilamentlərə  görə  sürüşməsini  təşkil  edir.  Nəticədə  əzələ 
toxuması yığılır. 
Keçirici  əzələ  hüceyrələri  işçi  əzələ  hüceyrələrinə 
nisbətən böyük diametrə malikdir, armudvari və ya uzunsov 
olub,  anastomazlarla  zəngindir.  Nüvə  açıq  rəngdə  olub, 
xromatini  azdır,  mərkəzdə  yerləşir,  nüvəciklər  aydın 
görünür.  Sitoplazmada  glikogen  çox,  mitoxondrilər  az  olur, 
miofibrillər  hüceyrə  kənarında  yerləşir,  eninə  zolaqlıdır, 
mioglobulin  və  digər  hüceyrə  sturukturları  az  olur.  İşçi 
miositlərlə  keçirici  miositlər  desmosom  və  ya  yarıqvari 
kontaktla birləşir. Keçirici əzələ ürəkdə oyanmanı keçirir.  
Xüsusi  əzələ  toxulması  tər,  piy  süd  vəzilərinin  tərkibinə 
daxil  olan  hüceyrələrdir.  Bu  hüceyrələrdə  miofilamentlər 
yığıcı zülallardan təşkil olunmuşdur və epileli toxumasından 
inkişaf  edir.  Neyroglial  mənşəli  əzələ  toxuması  hüceyrəvi 
quruluşa malik olub, göz bəbəyini daraldır və gözün qüzehli 
qişasında yerəlşir.  
 
Sinir toxuması 
Sinir  toxuması  -  spesifik,  yüksək,  differensasiya 
olunmuş,  toxuma  olub  orqanizmin  əsas  inteqrasiya  sistemi 
olan sinir sistemini formalaşdırır. Sinir sisteminin funksiyası 
sinir  hüceyrələrinin  xüsusiyyətlərindən  asılıdır.  Sinir 
hüceyrələri  oyanmanı  refleks  qövsünün  neyronları  ilə  işçi 
orqana  çatdırır  və  bu  yolla  orqanizmin  xarici  mühütlə 
əlaqəsini  təmin  edir.  Sinir  toxuması  spesifik  funksiyanı 


89 
 
yerinə  yetirən  neyronlardan  trofik,  mühafizə  və  istinad 
funksiyaları  yerinə  yetirən  neyrogliya  elementlərindən 
ibarətdir.  
 
Sinir toxumasının inkişafı 
Sinir toxuması embriogenez zamanı ektodermanın dorsal 
qalınlaşması olan sinir lövhəsindən formalaşır. Sinir lövhəsi 
sinir borucuğuna, sinir darağına və sinir qatına differensasiya 
olunur.  Embrional  inkişafın  axırıncı  mərhələlərində  sinir 
borucuğundan baş və onurğa beyin yaranır.  
Sinir  darağından  hissi  düyünlər,  simpatik  sinir  sistemi 
düyünləri,  dərinin  melanonsitləri  və  DES  –in  hüceyrələri- 
enteroxmafinositlər,  qalxanabənzər  vəzin  Ka  –  hüceyrələri, 
böyükrəküstü vəzin qabıq maddəsinin xromaffin hüceyrələri 
və insulositlər formalaşır. 
 Sinir  qatı  isə  qoxu,  eşitmə  orqanlarının  və  hissi 
ganglilərin formalaşmasında iştirak edir. 
Sinir  borucuğu  inkişafın  erkən  mərhələsində  bir  qat 
prizmatik  hüceyrələrdən  ibarətdir.  Sonra  bu  hüceyrələr 
çoxalaraq daxili ependima, orta mantiy, kənar örtük qatlarını 
əmələ  gətirir.  İlk  iki  qat  fəal  çoxalan  hüceyrələrdən  olub, 
xarici  və  daxili  qatlara  ayrılır.  Xarici  qat  ependim  və  manti 
qatdakı  hüceyrələrin  çıxıntılarından  ibarətdir,  daxili  qatın 
hüceyrəlri  isə  onurğa  kanalının  daxili  səthini  örtən  ependim 
hüceyrələrinə 
çevrilir. 
Mantiya 
qatının 
hüceyrələri 
neyroblastlara  və  spongioblastlara  çevrilir.  Neyroblastlardan 
neyronlar, 
spongioblaslardan 
isə 
astrositlər 
və 
oligodendrogliositlər  yaranır.  Differensasiya  prosesində 
neyroblastlar armudvari forma alır, əvvəlcə neyriti, sonra isə 
dendritləri formalaşır. 
 
Sinir hüceyrələri 
Sinir  hüceyrələri  sinir  sisteminin  müxtəlif  şöbələrində 
formasına,  ölçülərinə  və  funksiyasına  görə  fərqlənir. 
Funksiyasına  görə  hissi,  hərəki  və  aralıq  neyronlar  olur. 


90 
 
Hissi  neyronlar  xarici  və  ya  daxili  mühütin  təsirini  sinir 
impulsu  kimi  toplayıb  hərəki  neyronlara  ötürür,  hərəki 
neyronlar isə bu oyanmanı işçi orqana ötürür. Ara neyronlar 
refleks  qövsünün  tərkibində  hissi  və  hərəki  neyronlar 
arasında  müxtəlif  funksiyalar  yerinə  yetirir.  Sinir  sisteminin 
müxtəlif  şöbələrinin  neyronları  forma  və  ölçülərinə  görə 
spesifikdir.  Beyinciyin  dənəli  neyronlarının  perikarionun 
diametri  4-6  mkm,  baş  beyin  qabığının  piramidal 
neyronlarının perikarionu isə 130 mkm-dir.  
Neyronları  xarakterizə  edən  əlamətlərdən  biri  də  onların 
çıxıntılarıdır.  Çıxıntılar  refleks  qövsünü  təşkil  edən 
neyronlar  arasında  əlaqə  yaradır.Yerləşmə  yerindən  asılı 
olaraq  neyronların  çıxıntılarının  uzunluğu  bir  neçə 
mikrondan 1-1,5 nm-ə qədər olur.  
Neyronların çıxıntıları funksional cəhətdən dendritlərə və 
neyritə  ayrılır.  Dendritlər  qısa,  ağac  budağı  kimi  şaxələnən 
çıxıntılar  olub,  qıcığı  qəbul  edib  hüceyrənin  cisminə  ötürür. 
Neyrit  isə  bir  dənə  uzun  çıxıntı  olub,  sinir  impulsu  başqa 
orqana və ya neyrona ötürür.  
Çıxıntıların sayına görə neyronlar bir, iki və çox çıxıntılı 
olur. 
Bir  çıxıntılı  yəni  unipolyar neyrositin çıxıntısı  aksondur, 
bu  da  sinir  impulsu  digər  neyrona  ötürür.  Məməlilərdə 
unipolyar  neyron  dendritlər  əmələ  gələnə  kimi  olan 
neyroblastlardır.  
Bipolyar  neyronun  bir  neyriti,  bir  dendriti  olur.  Bu 
neyronlar  məməlilərdə  gözün  tor  qişasında  daxili  qulağın 
spiral  ganglisində  və  s.  olur.  Bipolyar  neyronlara  kranial  və 
spinal  hissi  sinir  düyünlərinin  yalançı  unipolyar  neyronları 
da aiddir. Belə neyron perikarionundan əvvəl bir uzun çıxıntı 
ayrılır,  həmin  çıxıntı  T  şəklində  haçalanaraq,  ətrafa  gedən 
dendritlər və onurğa beyinə gedən neyriti əmələ gətirir. 
Neyronların  nüvəsi  iri,  ovalvari  olub  perikarionun 
mərkəzində  yerləşir. Nüvədə iri nüvəcik və dispers olunmuş 
xromatin olur.  


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə