100
qalib gələ bilməd iklə ri qa ladır. İkinci qala b irincidən yuxa rıdadır. Onun başı bir
tərəfdən mancanaqla dağıdılmışdır.
Bu şəhərin xüsusiyyəti odur ki, burada gecə-gündüz kü lək əsir, belə ki, bəzən
güclü küləkdə insan küləyə əks səmtdə hərəkət edə bilmir. Qış vaxtı isə atlar və
qoyunlar torpağın üstündə dayana bilmir. Hətta, külə k onları vurub dənizə atır...
Şəhərin yaxın lığında hər birin in qalın d ivarları möh kəmləndirilmiş içqalası olan ço xlu
kənd var".
1
Bakı qalası körfəzin sahilində, ətəklərində qurunun iki tərəfindən möhkəm
daş-divarlarla əhatələnmiş köhnə şəhər yerləşən alçaq təpədə idi.
2
Cənub, yeni, dəniz tərəfdən bir divar var idi. Qurudan is ə qala deyildiyi kimi,
təhlükə va xtı bulaqla rdan qalaya doğru üç istiqamətdə gələn yeraltı su kə mərləri ilə
doldurulan geniş və dərin xəndəklə müdafiə olunurdu. Bu yaxınlarda şimal ş əhər
divarındakı yarımbürclərdən birin in uçması nəticəsində aşkar olunmuş böyük daş
üzərindəki dövrü müzədək tam halda gəlib çatmamış üçsətirlik kitabədə Bakının şəhər
divarının şirvanşah III Mənuçöhr tərəfindən (hakimiyyət illəri 1120-1160) tikildiyi
xəbər verilir.
3
"(Bu) şəhər divarını tikməyi əl-məlik əl-Müəzzəm, əl-alim, əl-ad il, əl-mü zəffər,
əl-mənsur, əl-mücahid, fəxr əd-din və-d-dövlə, imad əl-islam və-1-müslimin, xaqan
əl-əkbər, şirvanşah əl-kəbir Əbü-1-hüca Mənuçöhr ibn... əmr etdi".
4
III Mənuçöhrün XII əsrin b irinci yarısında ş əhər divarını çəkd irməsi haqqında
kitabənin mə lu matı Şirvanşahlar dövlətinin güclənməsi ilə ə laqədar böyük fortifikasiya
işlərinin aparıldığ ından xəbər verir.
5
Ehtimal ki, feodal şəhərin in təşəkkü l tapdığı
dövrlərdə bu divardan daha qabaqlar ucaldılan divarlar da olmuşdur ; həmin divar
dəfələrlə bərpa edilmişdir.
Abşerondakı istehkamlar sistemin i nəzərdən keçirdikdə görərik ki, müdafiə
bürcləri təkcə Abşeron yarımadasının şimal (Şüvəlan, Mərdəkan, Şağan, Bu zovna,
Bilgəh, Nardaran, Ka lagah kəndlərində), şimal-şərq (Qa la kəndi və Pirallahı adasının
qənşəri) və cənub (Hövsan kəndi) sahillərində deyil, içərilə rində (Maştağa, Ramana,
Keşlə, Biləcəri) və Bakının həndəvərində də
6
halqavarı şəkildə yerləş mişdilər. Akad.
Qmelin in çəkdiy i şəkildə şəhərətrafı dağlardakı bürclər görünür.
7
Bu dövrdə Abşeron
bir sıra xırda feodal mü lklərindən ibarət idi. Yadelli düşmənlərin basqınlarından
1927-ci ildə kanalizasiya işləri aparılarkən Qız qalası rayonunda 2,75 m. dərinlikdə
qaladan d ənizə tərəf uzanan divar qalığı aşkar edilmişdir. Buxtada su altında qalmış binanın
yaxınlığında da divar qalıqları nəzərə çarpır. XVII əsrdə Bakıya gəlmiş E.Kempferin çəkdiyi
şəkildə buxtadakı qərq olmuş bina istiqamətində dənizə doğru uzanan bürc və divarların qalıqları
görünür. Ehtimal ki, onlar Bakı şəhərinin qədim istehkam sistemində müəyyən rol oynayan
divarlar olmuşur.
101
müdafiə əmir, sipahsalar -hərbi rəis, qoşunların ali baş ko mandanı başçılıq ed ird i. O,
Abşeron əhalisini, ehtimal ki, hətta öz iş heyvanları ilə birlikdə qala və digər
istehkamların tikintisində işləməyə məcbur edirdi. Bu istehkamlar əmirə, sipahsalara
yadelli işğalçılar və yerli feodallarla mübarizə aparmaqda və ondan asılı olan əhalini
itaətdə saxla maq üçün lazım idi.
8
Abşeron və Bakıdakı müdafiə istehkamları Şirvanın Dərbənddən başlayaraq
sahil boyunca Bakıya qədər gəlib çatan qədim maneələr sistemin in davamı id i. Bu
sistem şimaldan, cənubdan və dəniz tərəfdən gələn düşmənlərin hücumlarını dəf etmək
üçün zəruri idi. Bu dövrdə (XI-XII əsrlər və sonralar - XIII-XIV əsrlərdə) ayrı-ayrı
içqalalar (Qız qalası) bu xtadakı istehkam, şimal qala divarın ın yaxın lığ ındakı v ə
dövrümüzədək gəlib çatmamış başqa içqalalar qrupundan ibarət olmuşdur. Bu
içqalalara xid mət binaları ilə birlikdə qəsrdən kənar saray, məscid və onları əhatə edən
rabad daxil idi.
9
İkiqat qala d ivarı və xəndəklə əhatə olun muş rabadda s ənətkarlar və
tacirlə r yaşayırdı. Ba kı yüks əkliyin in zirvəsi içqaladan, kre mldən ibarət olub, ehtimal
ki, üçüncü qala divarı ilə əhatə edilmişdi.
XIV əsrin sonu-XV əsrin əvvəllə rində Ba kıda qalanın əhalisini su ilə təchiz edən
su kəmə ri və kəhriz sistemi mövcud olmuşdur.
1953-cü ildə Bakıda Lermontov və B.Sərdarov küçələrinin tin ində tikinti işləri
aparılarkən şimal-qərbdən cənub-şərqə doğru İçərişəhər istiqamətində su kəməri aşkar
edilmişdir. Su bu kəmərlə şəhərin dağlıq hissəsindəki (" Çəmbərəkənd") kəhrizlərdən
gəlird i.
10
Şəhərin yu xarı hissəsində (Niyazi küçəsi) son vaxtlaradək qədim ovdan var
idi. Şah su kəməri adlanan bu xətlə su Bakı Sovetinin b inası yaxınlığında qalaya daxil
olaraq, şəhərin indi Şirvanşahlar sarayının yerləşdiyi ərazidə yaşayan hissəsini su ilə
təmin edird i."
1958-c i ildə bu rayonda torpaq işləri aparılarkən qala divarının ya xınlığında on
metr dərinlikdə yonulmuş dördkünc daşlardan çəkilmiş qədim su kə mə ri aşkara
çıxarılmışdır. Daşın iç tərəfdən eni 14 s m, hündürlüyü 20 s m-d ir. Üzərində ku fi xətlə
yazılmış kitabə o lan daş həmin su kəmərinin XI-XII əsrlərə aid etməyə imkan verir.
1959-cu ildə bu yerin ya xınlığında, qa la bürc lərindən birinin alt ında açıld ığı yerdə
uzunluğu 45 metrdən ço x, hündürlüyü isə 1 metrə yaxın olan yeraltı lağım aşkar
edilmişdir. Lağımın qurtaracağında çatma tağtavanlı kamera var id i. Qurğu bütünlüklə
əhəngdaşından hörülmüşdü. Kameran ın dərinliyi yer səthindən 8,9 m idi. Aşkar edilmiş
yeraltı lağım qalanı su ilə təchiz edən kəhrizlərdən birinin tərkib hissəsi, kamera isə, bir
növ sudurulducu hovuz olmuşdur .
1932-1934 və 1938-1939-cu illərdə Şirvanşahlar sarayının bərpası ilə əlaqədar
aparılmış arxeoloji işlər nəticəsində sarayın tutduğu ərazidə, daha doğrusu, onun bünövrəsinin
altında Şirvanşahlar sarayına qədərki daha erkən bir bina bünövrəsinin izlərinin qaldığı aşkar
olunmuşdur. Sarayın divarları tərəfindən üstü örtülmüş hörgü izləri qalmışdır (1-ci mərtəbə, otaq
№4, 12, 20).
Lağım, prof. Y.A.Paxomov, Mədəniyyət Nazirliyinin bərpa emalatxanasının və Respublika EA
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən nəzərdən keçirilmiş və ölçülmüşdür.
Dostları ilə paylaş: |