[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə57/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   53   54   55   56   57   58   59   60   ...   143

116 
 
rəngli şirli kaşılar tapılmışdır.
111
 Quyulardan tapılmış əhəngdaşı lövhələrində oyulmuş 
həndəsi  ornamentli  ş əbəkə  qırıqla rı
112
  səyyahın  saray  binasının  pəncərə  yerlərin in 
daşdan yonulmuş şəbəkələrlə tutulduğuna dair məlu matın ı təsdiqləyir.
113
 
Birinci  mə rtəbə otaqlarında aparılan qa zıntılar göstərdi ki, saray qaya üzərində 
tikilmiş və onun altında, saray salınanadək, qədimlərdə divarların ın bünövrəsi sarayın 
bünövrəsi ilə üst-üstə düşən hansısa bir bina o lmuşdur. Ehtimal ki, bu qədim b inadan iki 
səkkizguşəli  salon  qalmışdır.  Onla rdan  bilavasitə  sarayın  baştağına  bitişik  və  bütün 
sarayın binalarından hündür olan biri, görünür, dəbdəbəli qəbul salonu olmuşdur. Üç 
tərəfdən  tağlı  eyvanlarla  əhatə  olunan,  dördüncü  tərəfdən  isə  sarayın  baş  binasına 
yapışıq  həyətcikdə  yerləşən  kiçik,  yaraşıq lı  köşkdən  ibarət  Divan xana  sarayın  baş 
binasına  bitişir.  Bu  abidə   gözəlliyi  və  zərifliyi  ilə  tə kcə  orta  əsrlər  Azə rbaycan 
memarlığ ının   deyil,  eləcə  də,  İran,  Kiçik  Asiya  və  bütün  Yaxın  Şərq in  analo ji 
abidələrinin şah əsərlərindən sayılır.
114
 
Divan xana  köşkü  həm  daxildən,  həm  də  bayırdan  daş  günbəzlə  örtülmüş 
səkkizguşəli  salondan  ibarətdir.  Sa lon  bayır  tərəfdən  beş  guşə  hüdudunda  sütunlu 
tağlarla əhatələn mişdir.  Dördbucaqlı dəhliz ona bitişir.  Dəhlizə g iriş yaraşıqlı,  zəngin 
bəzəkli  (dekorlu), stalaktit, daş yarımgünbəzlə  ta ma mlanan baştağdandır.
115
 Baştağın 
yuxarı hissəsində daşdan mürəkkəb nəbati  xalça naxışları oyulmuşdur. Divan xananın 
daxilində  dəhliz  tağlı  eyvan  salon  və  onun  döşəməsi  altındakı  planda  səkkizguşəli 
ka mera  ilə g irişlə birləşdirilmişdir. Hə min  ka me ranın a ltında dördkünc forma lı  ikinci 
bir kamera da vardır. Oraya giriş şimal tərəfdəki yer səthi ilə bərabər o lan deşikdəndir. 
Kameraların divarları hamar yonulmuş daşlarla üzlən mişdir.  İkinci  kameranın əsasını 
təşkil edən qayada beş metr dərin liyində quyu vardır.
116
 Hər iki ka meranın funksional 
təyinatı, hə min abidə haqqında bir sıra tədqiqatlar aparılmasına ba xmayaraq, hələ  də 
bütövlükdə aydınlaşdırılmamış qalır. 
Divan xana binasının içərisində dəhlizdən salona girişin üstündə Quranın onuncu 
surəsinin  aşağıdakı  ayələri  həkk  olun muş  kitabə  vardır:  "Allah  (bəndələrin i) 
əmin-aman lıq  yurduna  (Cənnətə)  çağırır  və  istədiyini  doğru  yola  salır!  Yaxşı  işlər 
görənləri Cənnət və daha artıq mükafatlar gö zləy ir. On ların üzünə nə bir toz ləkə, nə də 
bir zillət qonar".
117
 Giriş baştağının yuxa rı h iss əsində kitabə üçün haşiyə vardır. La kin 
kitabədən əsər-əla mət qalma mışdır. Kitabənin olma ması bu ma raqlı abidənin təyinatını 
dəqiq  müəyyənləşdirməyə  imkan  vermir.  Bu   bina,  ehtimal  ki,  XV  əsrin   a xırlarında 
sarayın əsas binasından, məscid və türbədən sonra tikilmişdir. 
Kapitellərin  və  sütun  özüllərinin  na xışla rın ın  və  binanın  digər  detalla rın ın 
tamamlan maması  Divanxananın  tikintisinin  başa  çatmadığ ını  göstərir.  Ehtimal  ki, 
binanın  tikintisi  1500-1501-ci  illərdə  baş  verən  hərbi  hadisələrlə  əlaqədar 
dayandırılmışdır. 
Divan xana köşkünün qapı açırımlarından birində yaxşı mühafizə o lunmamış və 
indiyədək o xunula bilmə miş birsətirlik ərəbcə kitabə vardır. La kin V.M .Sısoyev həmin 
kitabədə I Xə lilü llahın adın ı və  h.832 (1428/ 9)-ci il tarixini o xuduğunu iddia edirdi ki, 
bunu indi yoxlamaq mü mkün deyil.
118
 
Divan xananın təyinatı barədə  mü xtə lif  fikirlər  mövcuddur. Onun  məhkə mə,
119
 


117 
 
qəbul salonu və ya dövlət şurası
120
 binası, yaxud da türbə
121
 olduğuna dair fərziyyələr 
var. Divan xananın  memarlıq  quruluşu və planı orijinal olub, nəinki Azərbaycanın, eləcə 
də  digər  Şərq  ölkələ rin in  heç  bir  abidəsinə  bənzəri  yo xdur.  Onun  yarımgünbəzli 
stalaktit baştağı Qahirədəki Su ltan Həsən və Sultan Müəyyid  məscidlərinin baştağını 
xatırladır.  Orta  əsrlər  A zərbaycan  memarlığ ının  bu  görkəmli  abidəsinin  funksional 
təyinatının  açıqlan masında  mənbələrin  mühü m  əhə miyyəti  vardır.  Bu  maraqlı  ab idə 
haqqında heç bir əsərdə məlu mata rast gəlmirik. Lakin mənbələrin dolay ısı ilə verdiyi 
mə lu matla r bəzi ehtima llar yürüt məyə imkan verir. Həsən Ru mlunun məlu mat ına görə, 
Şah İsmayıl  Bakın ı alarkən "qazılar M irzə  Xəlilüllahın cənazəsin in qalıq larını çıxarıb 
yandırmış  və  onun  türbəsinin  günbəzi  altından  çoxlu  qızıl  tap mışlar".
122
  Başqa  bir 
versiyada deyilir  ki, bu  zaman Şirvan hakimlərinin türbəsi yerlə-yeksan edilmişdir.
123
 
Digər  b ir  mənbəyə  görə,  "Xadim  bəy  Xü ləfa  İs mayılın  ə mri  ilə  Şirvanşahların 
xə zinəsini zəngin qızıl ehtiyatı, daş -qaş, nağd pul, mü xəlləfat və digər q iy mətli şeylərlə  
birlikdə çıxarıb aparmışdır..."
124
 
Gətirilən  mə lu matla rdan  belə   nəticə  ç ıxa rıla   bilər  ki,  sarayın  ə ra zisində  I 
Xəlilüllahın dəfn edildiy i türbə  mövcud olmuş, qızılbaşlar türbənin günbəzində ço xlu 
qızıl  və  q iy mətli  şeylər  tap mış,  Şirvanşahların  zəngin  xəzinəsi  saray  binasında 
saxlan ılmışdır.  Başqa bir  xəbərə görə, həmin  hadisələr  zaman ı  Şirvanşahların türbəsi 
dağıdılaraq yerlə-yeksan edilmişdir. Türbədə arxeo loji işlər aparılarkən şirvanşahın ailə 
üzvlərinin   sərdabələrinə  to xunulmad ığı  müəyyənləşdirild iyindən  və  heç  bir  yerdə 
şirvanşahın basdırıla b iləcəyi boş qəbir olmad ığından ancaq belə bir fərziyyə qalır ki, I 
Xəlilüllahın  dəfn  edild iyi  başqa  bir  türbə  də  mövcud  olmuşdur.  Hə min  türbə  bu 
məsələni aydınlaşdıra  biləcək kitabəsi olmayan, Divan xana ola  bilərdi. Digər tərə fdən, 
xə zinənin sarayda olmasına dair  mə lu mat divan xana binasından Divan, y əni,  maliyyə 
idarəsi, şahın  xəzinəsi  kimi  istifadə oluna biləcəyin i  istisna etmir. Xa lqın yaddaşında 
qalmış, eləcə  də, ab idənin adında möhkə m təsbit olun muş Divan xana sözü də  buna işarə 
edir. 
Məlu m olduğu kimi Divan xana sözü " mühakimə yeri" mənasında daha sonralar 
işlədilməyə başlamışdır. XIV-XV əsrlərdə isə " mühakimə yeri"
125
 termininə ə rəb sözü 
"Dar əl-qəza"
126
 müvafiq gəlird i.  Ha kimə "qazı",
127
 mühakiməyə  isə "qəza" deyilirdi. 
XIII-XIV  əsrlərdə  ma liyyə  idarəsinin  naziri  (müdiri)  "sahib  divan"  idi.  Divan xana 
köşkü  Şirvanşahların  yanında  sahib-divanın,  onun  məmurlarının  xid mət  yeri  və 
xə zinənin  özünün  saxlad ığı  yer  ola  bilərd i.  Dəhlizin  şərq  hissəsində bir-birin in  iç inə 
açılan  iki  balaca  otaq,  görünür,  xid mət  yeri  olmuşdur.  Belə  otaqlar  məsciddə  və 
şirvanşahların  türbəsində  də  var.  Səkkizguşəli  salona  daxil  olan  kame ranı  örtən 
günbəzdəki  müəmmalı  deşik  görünür,  sonralar,  ehtimal  ki,  1501-ci  il  hadisələri, 
qızılbaşların  şəhəri  alıb  xəzinəni  axtararkən  sarayı  uçurub  dağıtdıqlan  zaman 
açılmışdır.  Şirvanşahların  xəzinəsinin  sarayın  baş  binasında,  s əkkizguşəli  salonun 
altındakı planda dəyirmi zirzəmidə yerləş məsinə dair də versiya mövcuddur.
128
 
La kin türbə versiyası daha ço x ehtima l ed ilir.  
Maraqlıd ır  ki,  dövrümü zədək  gəlib  çatmış  xalq  rəvayətlərində  bütün 
"Divan xana" əra zisi,  xüsusilə "süd quyusu" adlandırılan quyulu  ka mera  pir sayılmış, 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə