134
qəbirdaşları qa lmışdır.
214
Abşeronda rəsmlə rlə və heykəltəraşlıq ele ment ləri ilə
bəzədilmiş başdaşlarında da təsadüf edilir. Şüvəlan kəndindəki köhnə qəbiristanda
qabartma ə jdaha təsviri olan daş lövhə aşkar olun muşdur.
215
Bütün bu heykəltəraşlıq
əsərləri həmin dövrdə bədii sənətlərin, o cü mlədən heykəltəraşlığ ın inkişafından xəbər
verir.
Şirvanşahlar sarayında Divanxana köşkünün və türbənin baştağlarındakı daş
üzərində bədii oy ma işləri nəqqaş rəssamların, həkkakların yü ksək sənətkarlığını
göstərir. Şirvanşahlar sarayındakı gözəl xalça o rnamentləri ilə bəzədilmiş başdaşındakı
kitabə Xə lilü llah ın hökmran lıq dövrünə aiddir. Kitabədə deyilir: "Bu nurlu qəbir və
təmizləy ici məşhər və səcdə edilən məqbərə rəh mət lik şeyx Bəhlu lun oğlu mərhu m,
günahları bağışlanmış, böyük Allah ın mərhəmətin i qazan mış xoşbəxt şəhid, əzəmətli,
ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi, dünya əmirlərinin başçısı
Əmir Təh murəsindir. Hicri 863-cü il, cəmad iyül-axir ay ı (5.IV-4.V.1459-cu il)"
216
Kitabədən göründüyü kimi, ə mir Xəlilüllahın ə misi oğlu və atası şeyx Bəhlul kimi
şirvanşah qoşunlarının baş sərkərdəsi olmuşdur. O, ehtimal ki, Şirvanda, Xəlilüllahla
şeyx Cüneyd arasındakı vuruşmada həlak o lmuşdur. Bunu onun ölüm tarixi də göstərir.
Abşeronun Zığ kəndində nəbati xalça naxışları, ərəb və fars dillərində
kitabələ rlə bəzədilmiş başdaşı XV əsrdə Abşeronda dekorativ s ənətin inkişaf etdiyini
göstərir.
217
Kitabədə müharibədə hə lak olmuş ə mir Zü lqərneyn ibn ə mir İsgəndər
Dərbəndinin ölü mündən xəbər verilir. Bu, onun dərbəndli, adlı-sanlı nəsildən olduğunu
və əmir titulu daşıdığın ı göstərir. Onun ölü m ili - h.852 (1448)-c i il - I Xə lilü llah ın
hakimiyyəti dövrünə düşür. Kitabənin mə zmunu belədir: "Bu qəbir mərhu m, xoşbə xt
şəhid əmir Zülqərneyn bin əmir İsgəndər Dərbəndinindir. Səkkiz yüz əlli ikinci il (h.852
(1448)-c i il -
S. A.) Biz Bab ə l-Əbvab - Dərbəndin pak torpağında ürəyimizin qanı ilə
oğul böyütdük. Biz, ata-anası və qohum-əqrəbası onun nazənin üzündən şadlanırdıq...
kökündən qopardı. Sənin cavan cismin qızıl gül kimi torpağa s əpələndi, ö mür köynəyin
qönçə ləçəkləri kimi parça-parça oldu. Sənin gözəl vücudunu torpaqda axtarsaq da...
Allah torpağını pak eləsin. Kaş əcəl tikanı sənin ayağına batan gün taleyin əli ölü m
qılıncını mən im başıma endirəydi, ta bu gün gözlərim dünyanı sənsiz görməyəydi.
Başıma kül ələn miş halda sənin qəbrin önündə dayanmışam".
218
Fars dilində yazılmış bu şeir XV əsrdə Abşeronda yayılmış mərsiyə
nümunəsidir.
Abşeronun XI-XV ərslərə aid epiqrafik abidələrin in öyrənilməsi məscidlərdəki,
türbələrdəki, başdaşlarındakı kitabələrin ço xunun ərəb dilində,
bəzilərinin isə, məsələn,
Bayıl bu xtasındakı sualtı imarətin divarlarındakı XIII-XIV əsrlərə aid kitabələrin
Olcaytunun yarlığının fa rsca olduğunu mü əyyənləşdirməyə imkan vermişdir. Belə liklə,
X-XIV əsrlə rdə Abşeronda rəsmi dövlət dili o lan ərəb dili ilə yanaşı, fars dili də
işlən mişdir. Lakin folklor nü munələri yerli dillərdə yaradılırd ı.
Bakı şəhəri əhalisinin danışıq dili XIV əsrin sonunda və XV əsrin əvvəllində
Bakıda yaşayan böyük Azərbaycan şairi Nəsimi, Bədr Şirvani və başqa şairlərin
yazıb-yaratdığ ı türk dili idi.
Həsənoğlunun müasiri olan Ba kı şairi Nasirin (XIV əsrin əvvəli) bakılıla rın bir