[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə63/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   59   60   61   62   63   64   65   66   ...   143

128 
 
şeirlərindən birində özünün fəlsəfi ideyaların ı belə ifadə edir: 
 
Məndə sığar iki cahan, mən bu cahana sığma za m!  
Gövhəri-laməkan mənəm, kövnü məkana sığ mazam! 
 
Ərşi ilə fərşü kafi nun, məndə bulundu cümlə çun, 
Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığma za m. 
 
Kövnü məkandır, ayətim, zatınadır bidayətim, 
Sən bu nişan ilə, məni, bil ki, n işana sığma za m. 
 
Kimsə gü manu zənnilə o lmadı həqqilə b iliş, 
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığ maza m. 
 
Surətə ba xü məniy i surət iç ində tanı kim, 
Cismilə can mənə m, vəli, c ismilə cana sığ ma za m. 
 
Hə m sədəfə m, hə m inc iyə m, həşrü sirat əsənciyəm, 
Bunca qumaşü rəxtilə mən bu dükanə sığmazam. 
 
Gənci-n ihan mənə m, mən  uş, eyni-əyan mənə m, mən uş 
Gövhəri-kan mənəm, mən uş, bəhrəvi kanə sığmazam. 
 
Gərç i mühit i-ə zə mə m, ad ım Adə mdir, adə mə m, 
Tur ilə kün-fə kan mənə m, mən bu mə kanə sığma za m. 
 
Can ilə hə m cahan mənəm, dəhrilə  hə m za man mənə m,  
Gö r bu lətifəy i ki, mən, dəhrü zamana sığ mazam. 
 
Əncüm ilə fələk mənəm, vəhyilə həm mələk mənəm,  
Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam. 
 
Zərrə mənəm, günəş mənə m, çarilə pəncü şeş mənə m,  
Surəti gör bəyanilə, çünki bəyanə sığma za m. 
 
Zatiləyə m sifatilə, gülşəkə rə m nəbat ilə,  
Qədriləyə m bəyatilə, püstə dəhanə sığma za m. 
 
Şəhdilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,  
Ruhi-rəvan bağışlara m, ruhi-rəvanə sığma za m. 
 
Tir mənə m, ka man mənə m, p ir mənə m, cavan mənə m,  
 


129 
 
Dövləti-cav idan mənəm, ayinədanə sığ mazam. 
 
Gərç i bu gün Nəsimiyəm, Haşimiyə m, Qüreyşiyə m,  
Məndən uludur ayətim, ayətə, şanə sığma za m.
193
 
 
Nəsimi XV əsrin əvvəllərində hürufilik təlimin i yaymaq məqsədilə Ya xın Şərqə 
səyahətə çıxdı. O, ço xlu tərəfdarları və istedadının pərəstişkarları olan Suriyada, Hə ləb 
şəhərində  yazdığı  şeirlərində  insanın  gözəlliyin i,  həyat  sevinclərini,  A llah ın 
böyüklüyünü tərənnüm edirdi. Nəsimi hürufiliy i təbliğ etdiyinə görə orada 1417-ci ildə 
qəddarcasına edam o lunmuşdur. 
Təqiblərə  ba xmayaraq  hürufilik təriqəti Ya xın  və Orta Şərq in bir sıra ö lkələ rində 
XVI əsrdə də  mövcud olmuşdur. Hürufiliyin tərə fdarları sənətkarla r, şəhər yo xsulları və 
ziyalılar - şəhər əhalisinin yerli  feodalların və Tey muri hökmdarlarının  zülmünə daha 
çox məru z qalan təbəqələri idi.
194
 
Yu xarıda qeyd etdiyimiz  kimi, sufizmin bir qolu olan hürufilik yunan fəlsəfəsi 
ilə   çulğa laşmış,  hind  fəlsəfəsinin  müəyyən  cəhətlərini  mənimsə mişdi.  XIV-XVI 
əsrlərin   bidətlərindən  biri  də  hürufiliyin  ideologiyasını  davam  və  inkişaf  etdirən 
nöqtəvilik  təriqəti  id i.  Nöqtəvilik  XIV  əsrin  sonunda  meydana  gəlmişdi.  Təriqətin 
banisi Mahmud Pasixani Gilani idi. Gilani Ara z sahilində yaşayırdı və  sonralar onu öz 
təriqətindən  qovmuş  Fəzlü llah  Nə iminin  ən  ya xın  müridlərindən  və  tərəfdarla rından 
olmuşdur. Onun  mü kəmməl savadlı, təmkinli adam o lduğu və 1427/8-ci  ildə ö ldüyü 
mə lu mdur. O, b ir sıra   kitab və  risalələr ya zmışdır. Tədqiqatçıla r nöqtəviliyi, əslində, 
Allahı  inkar  edən,  ağlı  yeganə  diqqətəlayiq  dəlil  sayan  materialist  təlim  sayırlar. 
Mahmudun çoxlu mürid ləri var idi və onun təlimi həmin dövrdə Azərbaycanda, İranda, 
Türkiyədə  və  Hindistanda  geniş  yayılmışdı.  Nöqtəvilik  hərəkatı  xalq  kütlələri  ilə 
yanaşı,  ziyalılara  və  hakim  sin iflərə,  o  cümlədən,  Hindistan  şahı  Cəlaləddin  Əkbərə 
(1556-1605-ci illər) sirayət etmişdi. Sə fəvilər dövlətində dərviş Xosrov Qəzv ini, dərviş 
Kamal  Əq lid i,  dərv iş  Beyran  bu  təlimin  görkəmli  nü mayəndələri  idi.  A zərbaycanda 
nöqtəviliy in təmsilçiləri Budaqbəy Ustaclu, təbib Süley man Savəci, şah Abbasın edam 
etdirdiyi  M ir  Sey id  Əh məd  Kaşi  və  b.  olmuşlar.  Səfəv ilər  nöqtəviləri  amansızcasına 
təqib  edirdilə r,  belə   ki,  nöqtəvilik  şah  Təhmasib  və   şah  Abbas  dövründə  geniş 
yayılmışdı.  Şah Abbas 1594-cü  ildə bütün nöqtəviləri və nöqtəvilikdə şübhələnənləri 
yaxalamaq haqqında fərman vermişdi. A mansız təqib lər və cəzalar nöqtəviləri başqa 
Şərq  ölkələrinə  qaçmağa  məcbur  etdi.  Onların  b ir  hissəsi  Hindistana  qaçdı.  Burada 
maarifçi və ağıllı hökmdar olan  Cəlaləddin  Əkbər şah  xüsusi fərmanla  mü xtəlif dini 
etiqadların  nü mayəndələrin in  öz  ölkəsində  sərbəst  yaşamasına  icazə  vermişdi. 
Nöqtəvilər hind alim və filosofları ilə əlaqə yaratmış, Əkbər şaha onun vəziri, ü mu mi 
sülh dininin (din-i ilahi) banisi Əbu Fəzl Əllamə-i Dekan i vasitəsilə yol tap mışdılar.
195
 
Bu  vəziyyətdən  istifadə  edən  nöqtəvilər  öz  tə limlə rin i  Hindistanda  açıq  şəkildə 
yayırdılar.  Əkbər  şahın  saray  adamlarından  bir  ço xu   onların  təlimini  qəbul  etmişdi. 
Əkbərin  sarayına  qəbul  edilmiş  məşhur  nöqtəvi  Şərif  A mili  mü xtəlif  din  və  şəriət 
nümayəndələrin in  şahın  hüzurunda  keçirilən  mübahisəsində  qalib  çıxmış  və  şah  onu 


130 
 
ölkədə ən yüksək vəzifəyə təyin etmişdi. Şah Abbas dövründə böyük cəza tədbirləri ilə 
əlaqədar İsgəndər Münşinin Səfəvilər dövlətində nöqtəviliyə son qoyulduğu-nu iddia 
etməsinə ba xmayaraq,  XIX əsrin b irinci yarısının a lim və səyyahı Hac ı Zeynalabdin 
Şirvani bunun əksinə olan  bir vəziyyəti təsvir edir. O, nöqtəvilik təlimin i şərh edərkən 
İrana  səyahəti  zaman ı  bu  təriqətin   ona  gizli  şəkildə  etiqad  bəsləyən  ço xlu 
nümayəndələri ilə söhbətlər apardığın ı xəbər verir. 
Tədqiqatçılar  nöqtəviliy in  mahiyyətinə  dair  suala  mü xtə lif  şəkildə  cavab 
vermişlər.  Əh məd  Hilmi  "İslam  tarixi"  adlı  əsərində  yazır:  "Nöqtəviliy in 
nümayəndələri belə hesab edirdilər ki, ö zü-ö zlüyündə mənasız olan  hərf (hüruf) deyil, 
onların  əsasını,  mah iyyətini təşkil edən nöqtə  müqəddəsdir". Bu  təyin  (tərif) şəriətin 
zahiri  əla mət lərini  əhatə  edir.  Digər  tədqiqatçılar  isə  nöqtəviliyi  batin iliy in  yayılmış 
formalarından  biri  sayır.  Bu  təlimin  ideologiyasının  mahiyyəti  məsələsinə  dair 
tədqiqatçıların  fikri  o lduqca  mü xtə lifdir.
196
  Z.Qulu zadə  mənbələrin  kasadlığ ına 
baxmayaraq,  bu  cərəyan  və  onun  fəlsəfəsi  haqqında  müəyyən  təsəvvür  verir: 
"...nöqtəvilik  bütün  mövcudatı  vəhdətdə  görür,  vəhdəti  nöqtəyə,  nöqtəni  isə  yerə 
müncər ed ir. Yer daim hərəkətdə və dəyiş mədədir. Bütün mövcudat, o cü mlədən yerin 
zəruri və əzə li nöqtəsi olan göylər də yerlə bağlıdır. Şəkli və cismi olan hər şey zərrən in 
təzahürü olub, əbədid ir və ancaq bu dünyada mövcuddur. Onun  mü xt ə lif forma ları - 
minera lla r,  bitkilər  və  i.a .  var.  Digər  tərəfdən,  nöqtəvilər  varlığın  əsasını  4  ünsürdə 
görürlər.  Dörd  maddi  üns ürdən,  onların  birləşməsindən  minera lla r,  onlardan  bitkilər, 
bitkilə rdən heyvanlar, heyvanlardan insan törəyir və o da, öz növbəsində kamil  insan 
səviyyəsinədək inkişaf edir".  Nöqtəvilərin təlimində insanın ilahiləşdirilməsi əsas yer 
tutur.  Onlar  "Rəh mli  və  mərhə mət li  Allahdan  başqa  Allah  yo xdur"  düsturu  əvəzinə 
"Özünə  nəzər  sal  ki,  səndən  başqa  heç  nə  yoxdur",  "Onun  (yəni,  Allahın)  bənzəri 
yoxdur"  əvəzinə  " mənə m  həqqin  təcəssümü"  deyə  yazırd ıla r.  Nöqtəvilər  insanın 
ka milliyinə  və  zə kasına  böyük  əhəmiyyət  verir,  insan  zəkasını  dindən  üstün  tutaraq, 
dini dəlilləri ta ma milə etibarsız sayırdılar. İsla mı rədd etsələr də, onlar öz fə lsəfələrində 
Şərqin d igər təriqət və təlimlərində olduğu kimi Quranın təfsirinə mü raciət ed irdilər. 
Nöqtəvilik fəlsəfəsi bir sıra digər  müddəaları  ilə yanaşı, nöqtə haqqında mistik 
təlimi hürufilikdən iqtibas etsə də, materia lizmə və rasionalizmə doğru böyük təmayülü 
ilə  ondan fərqlənirdi.
197
 
Şirvanda  fəlsəfə  və  elmin  inkişafı  XIV-XV  əsrlərdə  də  müşahidə  edilir. 
A.Bakıxanov  o  dövrün  Bakıdan  çıxmış  görkəmli  alimlərin in  -  XIV  əsrdə  yaşamış 
Məhəmməd  ibn  Mahmudun  "Nəfais  əl-fünun"  kitabında  haqqında  bəhs  etdiyi  dərviş 
Əbusəid Abdal Bakuyin in adını çəkir.
198
 
Bə zi  fərman lara
199
  və  A.Ba kıxanovun  mə lu matına   görə  onun  Bakı  şəhərinin 
xaricində olan qəbri və sovməəsi  (ibadət etdiyi yer) torpaq alt ında qalmış,  məscid və 
meh man xanası isə Bakıda baş verən iğtişaş nəticəsində xarab o lmuşdur. Bu yerdə o lan 
bir neçə ev "Xəlifə damı" adı ilə məşhur olmuşdur.
200
 Bakı şəhərinin 1806-c ı ildə tərt ib 
edilmiş plan ında qalanın  yaxınlığında, forştadtda, Şamaxı darvazasından şimal-qərbdə 
"Xəlifəda m  kəndi"  adlanan  yaşayış  məntəqəsi  göstərilir.
201
  Mövqeyinə  və  miqyasına 
görə bu yer indiki Təzəpir məscidinin ərazisində olmuşdur. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə