[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə47/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   43   44   45   46   47   48   49   50   ...   143

96 
 
feodallara   mə xsus  neft  quyularından,  göllərdən  neft  və  duz  hasilatı  ilə  məşğul  olan 
kəndlilərdən ibarət id i. 
Neft quyuların ın sahibləri arasında dərvişlərə də rast gəlmək olurdu. 
Məhəmməd  ibn  Mah mudun  "Nəfais  əl-Fünun"  əsərində  sultan  Məhəmməd 
Olcaytunun Bakıda bir dərv işlə görüşü təsvir olunur. Bu heykayətin mə zmunu belədir: 
Dərvişlə rdən  bir  nəfər  Bakı  hüdudunda  özü  üçün  bir  neft  quyusu  qazmışdı.  O,  öz 
həyatını  və  gəlib-gedənlərin  (müsafirlərin)  xə rc ini  öz  quyusunun  məda xili  ilə   təyin 
edirdi.  Bir  gün  sultan buraya  gəldi.  Dərviş  adəti  üzrə  ona  xid mət  etmək  üçün  ayağa 
qalxdı. Sultan ona-bəxşiş vermək istədi, dərviş almayıb  dedi: "Bu  miqdar ilə ruzgarım 
keçir, bundan artığa ehtiyacım yo xdur". Onun sözü sultana xoş gəlib, necə yaşadığını 
bilmə k  istədi.  Onun  hal  və  əhvalı  sultana  məlu m  o lunca:  "Sənin  səltənətinə  afərin 
olsun" dedi.
52
 
Bakı qalasındakı, Abşeron kəndlərindəki məscid kitabələrində, qəbir daşlarında 
ərəbcə "mənim ağam" mənasına gələn "mövlana" sözünə tez-tez təsadüf edilir. Bu fəxri 
titul alim şəxslərə və şey xlərə verilird i. Saray vəzifəsi  ilə bağlı "hacib" rütbəsinə rast 
gəlinir.
53
 
Bakı qalasındakı daş kitabələrdə təsbit olunmuş bu titullar, rütbələr və vəzifələr 
feodal cə miyyətinin mürə kkəb struktura ma lik olmasından xəbər verir. 
Abşeronun şəhər və kəndlərinin sənətkarları və rəiyyəti həm yerli feodallar, həm 
də  Abşeronda uzun  müddət  hökmranlıq  etmiş  ərəblə rin,  səlcuqla rın,  monqolların  və 
başqaların ın  simasında  yadelli  işğalçılar  tərəfindən  istismar  olunurdular.  On lar  öz 
feodallarına  mü xtəlif verg ilər verir, feodal  mü kəlləfiyyətlərini yerinə yetirir, yerli və 
yadelli  hakimlərin   ikiqat  zülmünə  məru z  qalırdılar.  Bunu  Ba kın ın  sosial-iqtisadi 
tarixinə  da ir  XIV  əsrin  əvvəlinə   aid   maraq lı  sənədlərdən  biri  də  təsdiq  edir.  Bu, 
İçərişəhərdəki  Cü mə  məscid inin  bünövrə  daşındakı  Bakı  şəhəri  və  Abşeron  kəndləri 
əhalisinin  üzə-rinə qoyulan vergi növlərini əks etdirən kitabədir. Kitabə bugünədək hələ 
tam şəkildə o xun mamışdır. 
Fars dilində o lan bu kitabə Sultan Məhə mməd  Olcaytunun yarlığ ının mətni o lub, 
aşağıdakı 4 sətirdən ibarətdir: 
"1.  Həqiq i  sübhanə  və  təala  (yəni,  Allah)  isla mın  padşahı  dünyanın  dörddə 
birinin fə rman fə rması, sultanın ömrünü uzatsın. 
2.
 
Əzəmətli,  böyük  xaqan  ...Ərəb  və  Əcəmin  hökmdarı  Olcaytu  Xüdabəndə 
Məhəmməd, A llah onun hakimiyyətini əbədiləşdirsin! 
3.
 
Dünyanın fatehinin yarlığına görə şəhər və vilayətin rəiyyəti qopçur, səranə, 
neft və ürfi vergilərindən azad olunur. 
4....Bundan 
belə 
bunları 
bakılılardan 
alana 
lənətlər 
olsun!"
54 
Yarlığ ın  verild iyi  tarix  dəqiq   məlu m  deyil.  Lakin  mənbələr  sultan  Məhəmməd 
Olcaytunun  Bakıya  gəld iyin i  təsdiqləyir.
55
  Ehtima l  ki,  bu,  onun  Arrandan qayıdaraq 
Gü lüstanda  dayandığı  1309-cu   ildə  olmuşdur.
56
  Görünür,  kitabədə  Məhəmməd 
Xudabəndə    Olcaytunun  yarlığ ının  mətninin  əsli  deyil,  yalnız  onun  mə zmunu 
verilmişdir.  Belə   ki,  monqol  hökmdarlarının   fə rmanla rın ın  əslində  hökmdarlar 
haqqında  Cümə  məscidin in  divarındakı  kitabədə  olduğu  kimi  üçüncü şəxsin  deyil,
57
 


97 
 
birinci şəxsin adından danışılır. 
Cü mə məscidin in divarındakı yarlığ ın mətnindən aydın olur ki, Elxanilər dövləti 
- torpaqların ın tərkibinə da xil olan Bakı, ehtima l ki, Sultan Məhə mməd Olcaytu buraya 
gələrkən b ir sıra vergilərdən, o cü mlədən neft vergisindən azad edilmişdi. 
Məlu m o lduğu kimi,  monqollar is tila etdiklə ri v ilayətlə rin əha lisi üzə rinə ağır 
vergilər qoyurdular. La kin əhali tə kcə vergilərin hədsiz dərəcə ço xluğundan deyil, hə m 
də  onların  y ığılma  üsulundan,  əhalinin  ödədiyi  məbləğ in  onlardan  təkra rən 
alın mayacağından təminat olmamasından əzab-əziyyət çəkird i.
58
 Bakı əhalisinin hə min 
vergilərdən a zad edilməsi, ehtimal ki, ö lkənin Elxan ilə rlə Qızıl Orda xanla rı a rasındakı 
aramsız hərbi əməliyyatlardan hədsiz dərəcədə əziyyət çəkməsi ilə bağlı o lmuşdur. Bu 
müharibələr  nəticəsində  şəhər  və  kəndlər  dağıdılır  və  talan  o lunur,  əhali  ö z  yaşayış 
yerlərini bura xaraq dağlarda və meşələrdə gizlən ir, əksəriyyəti isə məhv edilirdi. Bütün 
bu amillə r nəticəsində Abaqa  xanın  hakimiyyət dövründən Qa zan  xan ın  islahatlarına 
qədər  Şimali  A zərbaycan  vilayətlərinin  təsərrüfat  və  iqtisadi  həyatı  güclü  tənəzzülə  
uğramışdi
59
.
 
Rəşidəddin  Azərbaycanın  bir  sıra  şimal  və  cənub  şəhərlərinin, 
vilayətlərinin dağıd ılmasının və viran edilməsinin ta m  mən zərəsin i vermişdir.
60
 Hərbi 
əməliyyatlar bölgəsində yerləşən Bakı da dağıntıya  məruz qalmış, nəticədə ticarət və 
neft hasilatı tənəzzülə  uğra mışdı. 
Məhəmməd  Olcaytunun  fərmanından  məqsəd,  ehtimal  ki,  gös tərilən  verg ilə ri 
ləğv  etmə klə  mühü m  t icarət  və  iqtisadi  əhə miyyətə  ma lik  Ba kı  şəhəri  və  v ilayəti 
əhalisinin  rifahın ı bərpa etmək və yüksəltmək olmuşdur.  Yarlıqda  rəiyyətdən  alınan 
vergilərin   ləğv  olun masından  söhbət  gedir.  Həsənoğlunun  müasiri  olan  Ba kı  şairi 
Nasirin  (XIV  əsrin  əvvəli)  bakılıları  bir  sıra  verg ilərdən  azad  edən  və  şəhərin 
abadlaşdırılması haqqında fərmanlar verən  Sultan Məhəmməd  Olcaytu  Xudabəndəyə 
ithaf  etdiyi  azə rbaycanca  mü xə mməsi  də  qa lmışdır.
61
  Yəqin  ki,  v ilayət  deyildikdə 
Abşeron  nəzərdə  tutulmuşdur.  Kitabədə  göstərilən  vergilər  arasında  "qopçur"un  adı 
birinci  çəkilir.  Qopçur  monqol  ağalığın ın  ilk  vaxtlarında  olduğu  kimi,  sonralar, 
Elxan ilər dövründə və monqolların çinsayağı tətbiq etdikləri ada mbaşına vergi ola raq 
qalmaqda  idi.  Sonrala r  monqol  termin i  o lan  qopçur  dedikdə  istər  köçəri,  istərsə  də 
oturaq maldarla rdan 1% həc mində alınan vergi nə zərdə tutulurdu.
62
 
Yarlıqda adı çəkilən ikinci verg i termin i  rəiyyətdən yığılan can verg isi demək 
olan "səranə"dir. Te xn iki  mənada "qopçur"un eyni olan bu vergi  monqol istilasından 
sonra  tətbiq  edilmişdi.
63
  Daha  sonra  adı  çəkilən   "neft"  vergisi,  ehtimal  ki,  neft 
quyularının  sahiblərindən  yığılırd ı.
64
  Şübhəsiz,  monqollar  Bakını  tutduqda  əvvəllər 
yerli  hakimlə rə  mə xsus  olub,  monqol  istilasına  qədər  ço x  böyük  gəlir  verən   neft 
quyuları dövlətin sərəncamına keçmişdi. Ayrı-ayrı şəxslərə məxsus neft quyuları da var 
idi. Qazan xanın islahatları ilə əlaqədar Abşeronda neft hasilatı b ir qədər artsa da, onun 
ölümündən sonra, ehtimal  ki, yenidən  xey li aşağı düşmüş və yarlığın  verilməsinə də 
səbəb bu olmuşdur. 
                                                                 
 
R ə i y y ə t - vergi verən oturaq əhali
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə