[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə78/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   74   75   76   77   78   79   80   81   ...   143

160 
 
miqdarda neft hasilatından danışılır.
4
 Məlu m olduğu kimi, türk yükü 100 000 a xça, yəni 
türk p iastrı, yaxud 6000 manat təşkil edirdi. On yük 60000 gü müş manat, yaxud  6000 
tümən gəlir təşkil ed ird i.İran müəllifi Əmin Əh məd ər-Razin in (1601-ci il) məlu matına 
görə  o  dövrdə  Bakının   ətrafında  (yəni  Abşeronda  -  S.A.)   qara  və  ağ  neft  çıxarılan 
500-də k neft  quyusu var idi.
5
 Ne ft quyuların ın sayına dair  mənbələ rdə verilən bu  ilk 
mə lu mat, ehtimal ki, bir qədər şişird ilmiş o lmasına ba xmayaraq, neft hasilatın ın həc mi 
barədə  fikir  yürütməyə  imkan  verir.  Hə min  rəqə mi  XVII  əsrin  b irinci  yarısı  türk 
tarixçisi Katib Çələbi də təkrar edir.
6
 
İtalyan səyyahı Pyetro della Valle (1618-ci il) Bakı yaxınlığında ço x ucu z olan 
və şaha hər il böyük gəlir gətirən xeyli qara neft hasil olun masından dan ışır.
7
 
1647-c i  ildə  Ba kıda  olmuş  məşhur  türk  səyyahı  Övliya  Çə ləbi  ö zünün 
"Səyahətnamə" əsərində Abşeronda neft hasilatına dair q iy mətli  məlu mat lar verir.  O, 
xəbər verir ki, Bakı ş əhərinin ətra fında yeddi yerdə hər birinin ö z rəngi - qırmızı, sarı, 
qara və i.a . olan neft mədəni var, ancaq onlardan ən qiymət lisi sarı neftdir.
8
 
Övliya  Çələb i Abşerondakı neft  mədənlərinə baxmış və onları təsvir etmişdir. 
Onun  dediyinə  görə,  neft  mənbələ rindən  xırda  göllə r  ə mə lə   gəlir.  "Neft in 
mühafizəçisinə  tabe  o lan  adamlar  gecələr  həmin  xırda  göllərə  g irib  nefti  keçi 
tuluqlarına doldururlar. Sonra tacirlər onlan alıb mü xtəlif ö lkələrə aparırlar".
9
 
Mətndən  göründüyü  kimi,  neft  çıxa rmaqla  məşğul  olan  fəhlə lər  mədənlərin 
istismarını  idarə  edən  xüsusi  adama  tabe  idilər.  Sonra  deyilir  ki,  "neftin  onu 
gecə-gündüz qoruyan xüsusi mühafızəçiləri va r  idi.  Belə  ki, əgər ona od düşs ə, daim 
yanacaq və sönməyəcəkdir. Buna görə də, neft mədənlərinin ya xın lığ ında qum təpələ ri 
vardır".
10
 
1683-cü  il  yanvarın  6-8  də  Ba kıda  olmuş,  ş əhərin  və  onun  ətrafın ın  maraq lı 
təsvirin i  vermiş  a lman   s əyyahı,  İsveç  s əfirliyinin   kat ibi  Engelbert  Ke mpfe r  neft 
hasilatının  üsullarına  dair  daha  ətraflı  məlu matlar  gətirmişdir.
11
  Ke mpfer  Abşeronda 
Ba la xana,  Ra mana,  Binəqədi  və  Sura xan ı  kəndlərindəki  neft  mədənlərini  gözdən 
keçirmişdir. Onun məlu matına görə, həmin vaxt Suraxan ıda uzunluğu təqribən 100, eni 
50 addım olan dayaz dərədə yerləşən iki işləyən və səkkiz baxıms ız neft quyusu var idi. 
Ço x dar olan quyuların dərin liyi təqribən 40 orgi  idi. Quyuların qırağ ına daş döşənir və 
kol-kos əkilirdi.
12
 Quyular ibtidai üsulla - be llə qa zılırd ı. Möhkə m gil torpaq divarla rı 
bərkit mədən  və   quyuqazanları  təhlükəyə  məru z  qoy madan  istənilən   dərin liyə   qədər 
qazmağa imkan verirdi.
13
 
XVIII  əsrin  30-cu  və  40-cı  illə rində  I  Pyotrun  qoşunları  Ba kını  işğal  etdiyi 
vaxt larda  (1723-1735-c i  illər)  burada  olmuş  İrandakı  rus  s əfirliyinin  ü zvü  İ.Lerxin  
mə lu matına  görə, Abşeronda ağ neft quyuların ın sayı  5-ə çat ırd ı və göründüyü kimi, 
neft hasilatı çox aşağı idi. Quyular daşla doldurulmuş və ağzı örtülmüşdü. Neft ayda bir 
dəfə  çıxa rılırdı.  Quyuları  12  əsgərlə  birlikdə  unter-zabit  qoruyurdu.
14
  İngilis  səyyahı 
Qanvey 1747-c i ildə 6 ağ neft quyusundan xəbər verir.
15
 
                                                                 
 Orgiya – Qədim M isirdə və Yunanıstarıda 2 metrə bərabər uzunluq vahidi
 
  


161 
 
Ke mpfer, hə mç inin,  Bala xanada qərbdən şərqə uzanan 100 addımlıq sahədəki 
qara  neft  mədəninə  ta maşa  etmişdir.  Burada  neft  çıxa rmaq  üçün  mü xt əlif  yerlə rdə 
nizamsız halda çoxlu dar quyular qazılmışdı; lakin quyuların hamısı işləyirdi. On ların 
dərinliyi  otuz  və  daha  ço x  d irs əkdir.  (yuvarlaq  ola raq  qırx  dey irlər).  Bu,  neft 
süxurlardan  həmin  dərin likdə  süzüldüyünə  görə  deyil,  gecə  sızan  mayenin  gündüz 
fəhlələ rin  çıxarmasından ötrü quyuda yığılması üçün onlara daha böyük d ərin lik la zım 
olduğundan edilir.
16
 
Kempfer  daha  sonra  neftin  çıxarılma  üsulunu  təsvir  edir.  Neft  quyudan  dəri 
tuluqlarda əllə, ya xud kiçik dola maçarx vasitəsilə  ç ıxa rılırd ı. Ço x ne ft verən quyulardan 
birinin ağ zı daşla hörülmüş və üstündə xey li iri tikili ucaldılmışdı. Quyu həm ço x enli, 
həm  də  dərin  idi.  Neft  şırnağı  ona  şırılt ı  ilə  a xırd ı.  Onu  quyunun  dövrəsinə  hərəkət 
etdirilən iki at ın hərləndird iyi dola maça rx vasitəsi ilə ç ıxa rırdılar. Mədəndə iş yalnız bir 
neçə saatlığa gecə dayandırılırdı.
17
 
Neft  xüsusi  anbarlarda  saxlanırdı.  Kemp ferin  təsvir  etdiyi  həmin  anbarlardan 
biri azacıq dərinlikdə uzunu on yeddi, eni yeddi addım o lan böyük tağlı tikili id i. Neft 
ona  yaxınlıqdakı  quyudan  axıd ılırdı.  Neft  anbarların ın  daxilind ə  hər  iki  tərəfdən 
istənilən səviyyəyə qədər enmə k mü mkün olan p illə kənlər düşürdü.
18
 
İ.Qanveyin  verdiy i  məlu mata  görə  (1747-ci  il)  nefti  sudan  ayırmaq  və 
təmizlə mək  üçün  onu  qanovlarla  a rdıc ıl  o laraq  bir  neçə  çalaya,  ya xud  re ze rvuarlara  
axıd ırdılar. Beləliklə, birinci çalada neft tərkib indəki sudan ayrılırdı.
19
 
Abşeronda  neftayırma  artıq  XIII  əsrin  əvvəlindən  məlu m  idi.
20 
Bunu  İ.Lerx 
təsdiq edir. Tutqun-qonur neftdən açıq sarı, çıxarılarkən bulanlıq  olan ağ  neftdən spirt 
kimi tezalışan şəffaf məhsul alınırdı.
21
 
Neft  hə min  ça la lardan  Bakıya,  qala  ya xın lığ ındakı  üç  xüsusi  neft  anbarına 
daşınırdı. Bib iheybət və Bayıl ətrafında, neft quyularının yaxınlığında 15 belə anbar var 
idi. Oradaca, ya xınlıqda neft almağa gə lən tacirlər üçün karvansara tikilmişdi.
22
 
Ağ  neft  daha  yüksək  qiy mətləndirilir,  daha  ço x  satılır  və  ölkədən  xaricə 
aparılırdı. Neft Abşerondan yük heyvanları ilə, at qoşulmuş arabalarla, yaxud dəvələrlə 
daşınırdı.  O,  tuluqlarda  Bakıya,  Şamaxıya,  A zərbaycanın  digər  şəhər  və  kəndlərinə 
gətirilirdi.
23
  Neft  Ba kıdan  dəniz  yolu  ilə  İrana,  Özbəkistana,  Dağıstana  və  Şima li 
Qafqa za ixrac olunurdu.
24
 Bakı və Şa ma xıdan neft karvan yolları ilə Hindistana, İrana, 
Kürdüstana, Türkiyəyə aparılırd ı.
25
 Mənbələrdə 1637-c i ildə Moskva dövlətinə ço xlu 
miqdarda  neft  ixrac  olunduğu  göstərilir;  burada  o,  "dövlət  xəzinəsi"ndəki  mis 
qazanlarda  (ehtimal  ki,  Moskva  Kremlinin  anbarlarında)  saxlanılırdı.
26
  Ne ft  Qərbi 
Avropa ölkələrinə də ixrac edilirdi.
27
 
XVII əsrin  birinci yarısında neft hasilat ının həc mi haqqında istifadə ed ilən  neft 
quyularının  sayına  görə  təsəvvür  əldə  etmək  mü mkündür.  Lerxin  verd iyi  məlu mata 
görə,  Uxaniyanın   (indiki  Nov xana  kəndi)  5  verstliy indəki  bir  kəndin  (ehtimal  ki, 
Binəqədinin)  ya xınlığ ında  30-dan  40-dək  neft  quyusu  var  idi.
28
  XVIII  əsrin  20-ci 
illərinədək neft hasilatı xeyli aşağı düşmüşdü. 
"...İran   şahının  vaxtında  orada  (Balaxanada  -  S.A.)  52  quyu  var  id i.  On ların 
hesabına  böyük  ticarət  gedirdi,  indi  isə  zərər  çəkməmiş  cəmi  26  quyu  durur..."
29
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə