[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə77/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   73   74   75   76   77   78   79   80   ...   143

158 
 
dalınca  çapmış,  lakin  haqlaya  bilməmişdir.  Noyabrın  22-də  bir  nəfər  tavlı  tatarı  
tutdular  və   onun  burun  -  qulağın ı,  sonra  sağ  əlini  və  sol  ayağını  kəsdilər, 
həmyerlilərindən  biri  onu  öz  arabasında  apardı.  General  qiya mç ıların   bu  cür 
cəzalandırılmasını  te z-te z  ə mr  edirdi.  Belə   hallarda  cə zalandırılan ın  yoldaşları  onun 
əlin i və ayağını əvvəlcədən hazırlad ıqları isti yağ, yaxud süd küpəsinə salır və bu yolla 
qanaxman ı  dayandırırdılar,  sonra  onların  başqalarına  gözdağı  o lmaq  üçün  evlərinə 
aparılmasına icazə verilirdi..."
92
 
Levaşov  işğal  olunmuş  vilayətləri  əldə  saxlamaq  üçün  imperatriçə  Anna 
İvanovnadan əlavə iri qoşun göndərilməsini  xah iş edirdi. Bunun əvəzində imperatriçə 
baron Şafirovu sülh təklifi ilə İrana göndərdi.
93
 
1732-c i  il  yanvarın  21-də  Rəştdə  müqavilə  bağlandı.  Müqavilənin  əsas 
bəndlərindən birində İranın  Kür çay ının mənsəbinədək Xə zər dənizi sahilindəki bütün 
torpaqlarının  İranın hakimiyyəti altında olmaq və Türkiyənin əlinə keçməmək şərtilə, 
geri qaytarıld ığı göstərilir.
94
  1732-c i  ilin avqust ayında Nadir şah Təh masibi ta xtdan 
salaraq onun az yaşlı oğlu III Abbası şah elan etdi. Beləliklə, Nadir, əslində, İranın tam 
hakimi  o ldu.  O,  rus  s əfirlərindən  Dərbənd  və  Ba kın ın  boşaldılmasın ı  və  Xə zə rboyu 
vilayətlərin  İrana qaytarılmasını tələb etdi. Bu  za man  Rusiyanın daxili və beynəlxa lq 
vəziyyəti  xey li  pisləş mişdi.  Ordunun  və  donanmanın  zə ifliyi,  Türkiyənin  hücum 
təhlükəsi  və  mürə kkəb  siyasi  şəra it  Rusiyanın  bundan  belə  Xəzərboyu  vilayətlərinə 
sahiblik et məsinə imkan vermirdi. 
Nadirin  Şirvandakı uğurları  Rusiya hökumətini 1735-ci il  martın 10-da  Gəncə 
yaxınlığındakı düşərgədə müqavilə bağlamağa məcbur etdi. Həmin müqaviləyə əsasən 
rus  qoşunları  Dərbənd  və  Bakıdan  çıxarıld ı,  İran  isə  Rusiyanın  İrana  qaytardığı 
əyalətləri  hər  hansı  bir  başqa  dövlətin  (Türkiyə  nəzərdə  tutulurdu)  tutmasına  yol 
vermə məyi öhdəsinə götürürdü. Belə liklə, Bakı 1735-c i ildə yenidən İranın  hakimiyyəti 
altına keçd i.  Dərbənd, Bakı və Salyan vilayətlərinə hakimlər göndərild i.  Ruslar bütün 
əsirləri geri qaytardılar.
95
 
Rus  qoşunlarının   Bakıdan  və  Abşerondan  çıxarılmasından,  Gəncə 
müqaviləsindən iki həftə sonra Nadir ona ço x munis olan  Qalem adlı bir g ilan lın ı Bakı 
xanı təyin etdi.
96
 Bundan əlavə o, inandığı və arxalandığ ı əfşar tayfasından olan türklə ri 
Abşerona  köçürdü  və  onlar  Zabrat,  Keşlə  və  Sabunçu  kəndlərində  məskunlaşdılar. 
Hə min tayfanın nü mayəndələrindən olan Azə rbaycan sərdan Aşur Xan (Əfşar)  Fətəli 
xan  Əfşarla  b irlikdə  1743-cü  il  dekabrın  24-də  Ağsu şəhəri  yaxın lığ ındakı  döyüşdə 
özünü  şah  Hüseynin  oğlu  kimi  qələmə  verən   yalançı  Sam  M irzənin   başçılıq  etdiyi 
Şirvan üsyanını yatırtmışdı.
97
 
Azərbaycanda İran şahlığı, eləcə də yerli feodallar ə leyhinə yönəldilmiş kəndli 
üsyanları  Nadir  şah  taxtına  çıxandan  sonra  da  kəsilmədi.  Şirvanda  ən  iri  antifeodal 
                                                                 
 
Dağlı – yəni, tat 
 
Aşur xan Əfşar-bu kitabın müəllifinin əcdadı
 
 
 


159 
 
üsyanlar 1738-ci və 1743-cü illərdə baş verdi.
98
 
Şahın  böyük  amansızlıq la  yatırtmasına  baxmayaraq,  bu  üsyanlar  Nad irin 
hökmranlığın ın son illərində xüsusilə güclənmişdi. 
Ölkənin ağır iqtisadi vəziyyəti, az qala qırx illik müharibə, feodal araçəkiş mələri 
və kəndli üsyanları Nad ir şahın  müvəqqəti dövlətini  məhvə gətirib çıxa rtdı.  Nadir şah 
1747-c i il, may  ayının  9-na keçən gecə əyanlarından və ya xın ada mlarından bir neçəsi 
tərəfındən saray çevrilişi za man ı şahın qovduğu qardaşı oğlu - Əliqulu xan İbrah im xan 
oğlunun təhriki ilə Xorasanın Fəthabad adlı mən zilində öldürüldü.
99
 
Nadir şahın ölü mündən sonra onun böyük imperiyası parçalandı. A zərbaycanda 
bir sıra müstəqil xan lıqlar yarandı. Onların ən mühü mlərindən biri paytaxtı Bakı şəhəri 
olan Bakı xan lığı idi. 
 
 
 
 
 
 
3. ġƏHƏRĠN ĠQTĠSADĠ HƏYATI  
 
a) AbĢeronda neft hasilatı
 
 
Orta  əsr  müəlliflərinin   əsərlərində  və  XVI  əsr-XVII  əsrin  birinci  yarısında 
Bakıda  və  onun  ətrafında  olmuş  bir  ço x  Şərq  və  Qərbi  Avropa  səyyahlarının  yol 
qeydlərində şəhərin həmin dövr təsərrüfat və iqtisadi həyatına dair məlu mat lar vardır. 
Bakı  şəhərinin  iqtisadi  həyatı  bütün  orta  əsrlər  ərzində  bir  sıra  mənbələrin 
mə lu matına   görə,  XVI-XVII  əsrlə rdə  xey li  miqdarda  istehsal  edilən  neftlə   bağlı 
olmuşdur.
1
 
1572-c i ildə Ba kıya gələn ingilis ticarət şirkət inin agentləri  Ba kı neft inə  maraq 
göstərdilər.  Həmin  şirkətin  agentlərindən  biri  -  Ceffri  Deket  yol  qeydlərində  Bakıda 
olarkən  onun yaxınlığında ço xlu neft ç ıxarıld ığın ı  xəbər verir: "Ba kı adlanan ş əhərin 
yaxınlığında qəribə hadisə nəzərə çarpır. Orada yerin  üstünə çoxlu miqdarda yağ çıxır. 
Onun  üçün  İranın  ən  uzaq  yerlərindən  buraya  gəlirlər.  Ondan  bütün  ölkədə  evləri 
işıqlandırmaq  üçün  istifadə  olunur.  Qara  rəngli  bu  yağ  neft  adlanır.  Neft  qatır  və 
eşşəklərlə ölkənin hər yerinə daşınır, 400-500 başdan ibarət belə karvanlara tez-tez rast 
gəlmək  mü mkündür.  Hə min  Bakı  şəhərinin  ya xın lığ ında  başqa  növ,  ağ  rəngli,  ço x 
qiymət li yağ da vard ır.  Gü man edilir  ki, bu, bizd ə petroleu m  (dağ yağı) adlandırılan 
yağın  eynidir".
2
  Karvanlarda  gös tərilən  sayda  heyvanın  olması  kü lli  miqdarda  neft 
daşındığına dəlalət edir. 
Ceffri  De ketin  mə lu matına  əsasən  neft  hasilatı  o  dövrə  görə  əhəmiyyətli 
dərəcədə çox idi. Bunu 1583-cü ilə a id türk mənbəyi də təsdiq edir.
3
 Da l Meh met Asəfi 
paşanın  əsərində  ildə  on  yük  axça  gəlir  gətirən  b ir  neçə  min  yükdən  ibarət  xey li 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə