[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə85/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   81   82   83   84   85   86   87   88   ...   143

174 
 
mühü m liman kimi Bakının ö zünün əhəmiyyəti artdı.
43
 
XVI əsrdə bir neçə  ingilis səyyah-taciri hə min yolla  təkcə  ticarət   məqsədi  ilə 
deyil, hə m də öz höku mətlərin in siyasi tapşırıqlarını yerinə yetirmə k üçün Azərbaycana 
gəlmişdi.
44
  1562-ci  ildə  Moskva  Şirkətin in  agenti,  b ir  sıra   ekspedisiyaların 
təşəbbüsçüsü  və  fəal  iştira kçısı  o lan  ingilis  s əyyahı  Cenkinson  Azərbaycana  gəldi. 
Cenkinson  1562-c i  ildə  Azə rbaycanda  olarkən  Dərbənd,  Şa ma xı,  Cavad  və  digər 
şəhərlərə  getdi.  O,  ö z  məktublarında  bu  səyahətini  təsvir  edərək,  A zərbaycanın 
şəhərləri,  xüsusilə,  Şamaxı və Dərbənd haqqında məlu mat verir, ço x qədim bir şəhər 
kimi  Bakının  da adını çəkir.
45 
İqtisadi-coğrafi  xarakterli  məlu matlar verən  Cenkinson 
Azərbaycanla ticarət məsələləri ü zərində də dayanır. O, Şirvana gəldiyi va xt onun ş əhər 
və qalala rın ın tənəzzülə  uğradığın ı qeyd edir, İran  və Azə rbaycan mallarının  Rusiyada 
az  satılmasının  səbəblərini  Xəzər  dənizində  gəmilərin  azlığı,  bazar  və  liman ların 
çatışmaması,  xalq ların  yoxsulluğu  və  s.  ilə  izah  edir.  Qeyd  etmək  lazımdır  ki, 
1549-1554-cü illər dövründə ölkə kəndlilərin və sənətkarların şah hakimiyyəti ə leyhinə 
üsyanlarından özünə gəlməmişdi. 
Cenkinson Türkiyə ilə Səfəvilər arasındakı  mübarizəni ticarət yolları,  xüsusilə, 
Şamaxı və Gilan ipəyinin Avropaya aparıldığ ı yollar üstündə mübarizə kimi təsvir edir. 
İranda  olarkən  Cenkinson  Qəzvinə  getmişdi.  O,  buraya  İran  malların ın  Volqa-Xəzər 
yolu ilə  İngiltərəyə göndərilməsi barədə şah Təhmasiblə danışıq lara başla maq məqsədi 
ilə gə lmişdi. Lakin onun bu missiyası baş tutmadı. Belə ki, bu va xt İran Türkiyə ilə sülh 
müqaviləsi  bağladı  və  İranın  Avropa  ilə  ticarəti  Kiçik  Asiya  vasitəsilə  həyata 
keçirilird i.
46
 
Osmanlı Türkiyəsinin A zərbaycan barəsində işğalçılıq niyyətləri  rus və ingilis 
tacirlə rin in  Vo lqa-Xə zər  yolundan  istifadə  et məyə  başladıqla rı  XVI  əsrin  60-cı 
illərindən  xüsusilə  gücləndi.  XVI  əsrdə  Azərbaycandan  Rusiyaya,  Avropaya  və 
Türkiyəyə əsas ixracat malı ipək id i.
47
 Bakı bu ipək tica rətində əvvəlki kimi mühüm yer 
tuturdu. Tranzit ipə k tica rəti aparan liman ş əhəri  kimi oynadığı bu roldan əlavə,  Ba kı 
İrana, Rusiyaya və digər ölkələrə daşınan neft şəhəri kimi də mühüm əhəmiyyətə malik 
idi. 
İngilis tacirlərinin Azərbaycana və İrana nüfuz etmək cəhdləri  XVI əsrin  70-ci 
illərində də davam edirdi.  Lakin siyasi hadis ələr ticarət in aparılmasına olduqca  mənfi 
təsir göstərirdi.  1578-c i  ildə türklə r  Şirvanı işğal etdilə r. On lar Şirvanı  işğal edərkən 
ingilis  t icarət  şirkət inin  qulluqçusu  Xristofer   Be rrou  o rada  olmuşdur.  O,  buraya 
yuxarıda  adı  çəkilən  Moskva  Şirkətinin  tapşırığ ı  ilə  həmin  ekspedisiyanın  iştirakçısı 
Artur Eduardsla birlikdə gəlmişdi.  1579-cu ildə Həştərxana gələn e kspedisiya burada 
qışlayıb,  yoluna  dənizlə  davam  etdi.  1580-ci  il  may ın  27-də  ekspedisiya  Şirvan 
sahillərinə  yan  aldı,  Ba kıda,  Də rbənddə  oldu  və  1580-ci  ilin  noyabrında  Həştərxana 
qayıtdı. Ekspedisiya İrana keçə bilməd i. 
Berrou  İngiltərəyə  yazdığ ı  məktublarda  ö z  səyahətini  təsvir  edərək, 
Azərbaycanın  ş əhərləri  haqqında  mə lu mat  verir  və  1580-c i  ildə  o lduğu  Ba kı 


175 
 
yaxınlığındakı  Bildi   gəmi  dayanacağının  adını  çəkir.  Ticarət  şirkətinin   agentləri 
Bilgəhdə lövbər salandan az sonra gəmiyə içində 7-8 ada m o lan qayıq yan aldı. On ların 
ikisi  türk,  qalan ları  yerli  əhalidən  idi.  Gələnlər  ingilislərə  xəbər  verd ilər  ki,  türklər 
Şirvanı tutmuşlar, türk paşası (Osman  paşa) türk qarnizonu ilə  Dərbənddə qalmışdır. 
Şamaxı tamamilə yandırılmış və orada əhali qalmamışdır. Agentlər paşa ilə danışmaq 
arzusu ilə  Həştərxandan özlə ri ilə birlikdə gələn bir taciri onun, şirkətin agentlərindən 
Robert  Qo ldinqi  is ə  Ba kın ın  rə isinin  (ehtimal  ki,  qalanın  yerli  əhalidən  olan 
ko mendantının  -  S.A.)  yanına  göndərdilər.  On lar  şəhərin  rəisinə  gəldiklərini, 
gətirdiklə ri  mallar  barəsində  məlu mat  vermə k,  dostcasına  qarşılanma larını,  dinc  və 
təhlükəsiz  t icarət  et mə k  imkanı  a rzuladıq larını  bildirmək  istəyirdilə r.  Agentlər  qeyd 
edirdilər ki, Bilgəhdən Bakıya b ir günlük yoldur, quru yolla p iyada getmə k asandır və 
"bu  şəhər  divarlarla  əhatə  olun muş  və  çox  möhkəmləndirilmişdir".
48 
Bakının  rəisi 
elçiləri yaxşı qarşılad ı və sabahısı agentlərlə danışıq aparmaq  üçün Bilgəhə gələcəyini 
vəd  etdi.  O,  otuz  nəfərlik  mühafizə  dəstəsi  ilə  göstərilən  va xtda  gəlib  çıxd ı. 
Tərcüməç ilər vasitəsilə qarşılıqlı təşrifatdan sonra agentlər ona mə xmərdən və  qırmızı 
mahuddan  paltar  bağışladılar.  Bundan  sonra  onlar  rəisdən  Dərbənddə  paşa  ilə 
görüşmələrinə  kö mək  göstərməsini  xahiş  etdilər.  Rəis  Dərbənd  yolunun  qorxu lu 
olduğunu  bildird i  və  mühafızəçilər  verməy i  vəd  etdi.  Tacirlərdən  mister  Harrard, 
Xristofor Berrou, tərcü məçi və  rəis birlikdə sahildən 10  mil a ralıdakı ya xın  kəndlərin 
birinə getdilər, burada şam edib gecələd ilə r.  Səhər gəmi heyətinin bütün üzvləri gəlib 
çıxd ı  və  onlar  birlikdə  Bakıya  yollandılar.  Onlar  Bakıdan  əsgərlərin  və  Dərbənd 
paşasına  Bakı  rəisindən  məktub  aparan  bir  əyanın   müşayiəti  ilə  Dərbəndə  yola 
düşdülər.  Məktubda  ingilislərin  gəlişin in  məqsədləri  ço x  xeyirxah  tərzdə  xəbər 
verilirdi.
49
 
Berrou  daha  sonra  Dərbənddəki  türk  paşasının  yanına  s əfərini  və  sonuncu 
tərəfindən  təntənəli  surətdə  qəbul  olunmasını  təsvir  edir.  İngilislər  paşadan  onun 
hakimiyyətində  olan  bütün  yerlərdə  təhlükəsiz  ticarət  üçün  onlara  imt iyazlar 
verilməsini xah iş edərək, əvə zində gətirdikləri ma lla rdan istədiklərini seçib götürməyi 
təklif etdilər.  Paşa onlardan bütün ma llarını Də rbəndə gətirmə lərini tələb  etdi.  Onlar 
belə də etdilər. Paşa  xoşuna gələn şeyləri seçib götürdükdən və qarazehinin  və digər 
malların  hər  25  topundan  bir  top,  yəni  100-dən  4%  gö mrü k  haqqı  aldıqdan  sonra 
agentlər  məda xilindən  əldə  ediləcə k  pula  paşadan  xa mna  a lmaq  üçün  ma lların  bir 
hissəsini  qayıqla  Ba kıya  göndərdilər.  Hə min  mallar  (təqribən  1000  funt  sterlinq 
dəyərində) aşağıdakılar idi: 100 top qarazehi, 7 top zərif mahud, 2 çə llə k qırmızı boyaq, 
                                                                 
 
Abşerondakı Bilgəh kəndi
 
 
Berrou şam süfrəsinə qoyulmuş xörəklərin maraqlı təsvirini verir: "Düyü şorbası yeyildikdən 
sonra bütöv qızardılmış quzunu məcməyidə  gətirib rəisin qabağına qoydular. Rəis nökərlərdən 
birini çağırdı. O, quzunu tikə-parça eləyib ayrı-ayrı boşqablara yığdı və onları rəisin qabağına 
qoydu.  Rəis  boşqablardan  birini  mister  Harrard  və  onun  yol  yoldaşlarının,  digərlərini  isə  öz 
adamlarının qabağına qoydu. Əli çatmayanlara isə qabağındakı boşqablardan ət atırdı"
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə