[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə84/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   80   81   82   83   84   85   86   87   ...   143

172 
 
divarlarından  xa ricdə  dulusçular  məhə lləsi  aşkar  edilmişdir.  Hə min  sahədə  dulus 
kürəsinin qalıqları da tapılmışdır.
34
 
Yu xarıda dediyimiz kimi, A zərbaycanda keramika istehsalının inkişafı XII-XIII 
əsrin  əvvəllərinə  aiddir.  Azərbaycanın  monqollar  tərəfindən  istilası,  şəhərlərin 
dağıdılması,  sənətkarların  əsir  aparılması  bir  sıra  istehsal  sahələrinə,  o  cümlədən 
keramika istehsalına böyük zərbə vurdu. Keramika sənəti XV-XVI əsrlərdəki müəyyən 
dirçəlişə  baxmayaraq,  tənəzzülə  uğradı  və  bu  qədim  sənət  sahəsi  bir  daha  XII  əsr 
səviyyəsinə çata bilmədi. 
XVI-XVIII əsrlə rdə  Bakıda  mühü m bədii sənət sahələrindən biri  zə rgərlik  idi. 
Mənbələr  rəngli  minadan  və  qızıldan  hazırlan mış  gözəl  bə zək  şeylərindən  xəbər 
verirlər.  Şirvanlı  Abdulla  xanın  geyimini  təsvir  edən  ingilis  səfiri  Antoni  Cenkinson 
belə nəql edir: " Çalmasının sol tərəfində mina və qiy mətli daşlarla işlən miş qızıl lü ləyə 
taxılmış  lələklərdən  eqret  ucalırd ı.  Onun  sırğalarından  iki  yaqut  düzülmüş  əl  boyda 
artırma sallanırdı". Rəngli minadan və qızıldan hazırlanan bəzək əşyaları A zərbaycanda 
əsrimizin  20-ci  illərinədək  geniş  yayılmışdı.  Onların  ornament  və  formaları  əsasən 
qədim  motiv lərini  qoruyub  saxlayaraq  nəsildən  nəslə  ötürülmüşdür  ki,  bu  da 
incəsənətdə varislik ənənələ rin in möhkə mliyin i göstərir.
35
 Qızıl və gü müş qadın bəzək 
şeyləri  -  paltarda  tikmələr,  b ilərziklər,  qızıl  və  gü müş  toqqalı  və  düyməli  kəmərlər 
Bakıda və A zərbaycanın digər şəhər və kəndlərində geniş yayılmışdı.
36
 
Sənətkarla r  feodal  və   xan larin  at larını  bəzəyən  ü zəngilə ri,  yüyənləri,  yəhər 
qayışlarını qızılla işləyird ilər. Qızıl saplarla (güləbətin ) tikilmiş çullar, mirvari və digər 
qiymət li daşlarla bə zədilirdi. Qızıl və gü müş zə rgərlik mə mu latları basmaqəlib və  oyma  
naxışlarla  işlənird i.  XVI-XVIII  əsrlərdə  qızıl  və  gü müş  bəzək  əşyalarında  qədim 
mə mu latla rda  rast  gəlin məyən  qara   mina   qarışdırılmış  qızıl  və   gümüşdən
37
  istifadə 
olunurdu. XVI-XVIII əsr zərgərlik mə mu latla rı a rasında üstü filiqran və zər dənəciklə ri 
ilə  bəzədilmiş yumruvarı boyunbağı, muncuq və sırğalara təsadüf edilir.
38
 Buna bənzər 
bəzəklər düymə li və toqqalı qızıl və gü müş qadın kə mərlərində də tətbiq edilirdi.  Bu 
mə mu latla r son dərəcə zə rif və mü rəkkəb zə rgərlik işi idi. XVI-XVIII əsrlərdə  feodallar 
və əyanlar üçün hazırlanan qızıl zə rgərlik mə mu latla rı tac irlərin İrandan, Hindistandan, 
Ərəbistandan  və  digər  ölkələrdən  Şirvan  şəhərlərinə  gətirdikləri  q iy mətli  daşlarla  - 
mirvari, almaz, zü mrüd, ləl və firu zə ilə bəzədilird i. 
Bakıda  bənnalıq  sənəti  geniş  vüsət  almışdı.  İçərişəhərdə  arxeoloji  qazıntılar 
zaman ı  əhəng  məhlulu  ilə  yonulmuş  və  az  yonulmuş  daşlardan  hörülmüş  planda 
düzbucaqlı evlərin bünövrələri və divar qalıqları aşkar ed ilmişdir. Divarların ço xunun 
səmti başqa ölkələ rdəkinə uyğun gəlir. Otaqla rda qapı və pəncərə açırımlarından əlavə, 
mə işət mü xəlləfat ı üçün kiç ik dördkünc ta xçala r vardır. Otaq divarla rın ın içə ri tərəfdən 
bəzi yerlərində suvağı qalmışdır. Ev lərin balaca  həyətlərində mü xtəlif ölçü lü təndirlər, 
kül  və  yan mış  gil  qalıqları  y ığılmış  ocaq  yerləri,  ağzının  qıraqları  daşla  hörülmüş  
təsərrüfat  və  zibil  quyuları,  su  və  kanalizasiya  xət ləri,  d igər  mə işət  obyektləri  aşkar 
edilmişdir.
39
  XVI-XVIII  əsrlə rə  a id  mövcud  me marlıq  abidə ləri  me mar,  bənna, 
daşyonan və rəssamların yüksək sənətkarlıq səviyyəsini göstərir. 
Abşeron abidələrin in epiqrafik məlu matları binaların  tikilməsində məlu m əmək 


173 
 
bölgüsünün mövcud olduğunu göstərir. Tikintin in rəisi sərkar  idi.  İş, görünür, adı və 
nisbəsi adətən, kitabədə göstərilən ustadın,  mühəndisin,  me marın çertyojları və  planı 
üzrə görülü rdü. 
Binaların  tikilməsində  bənnalar,  şəbəkə  ustaları,  həkkaklar,  xəttatlar, 
gəctaraşlar,  nəccarla r,  nəqqaşlar  və  i.a .  iştira k  edirdi.  Tikinti  işləri  ilə  bağlı  Ba kıda 
dülgərlik  və  ağac  emalı  sənətləri  inkişaf  etmişdi.  Sənətkarlar  mü xtəlif  məişət 
mə mu latla rı ha zırlayırd ıla r. Ağacdan məscidlər üçün zərif minbərlə r - nəbati və  həndəsi 
naxışlı şəbəkələr düzəld ird ilər. Şəhərdə gəmiqayıranlar, qayıqçılar, dərzilər, çəkməçilər 
və b. da yaşayırdı. Bütün bunlar XVI-XVII əsrlərdə ö lkənin məhsuldar qüvvələrinin və 
şəhərin təsərrüfat həyatının in kişaf etdiyini, əmtəə-pul münasibətlərinin  genişləndiyini 
göstərir. 
XVIII əsrin birinc i çərəyində siyasi hadisələr,  müharibə lər əhalin in ağır  feodal 
istismarı  və  ölkən in  xammal  bazasın ın  dağılması  ilə  bağlı  Şirvanda  iqtisadi  tənəzzül 
müşahidə  olunur  və  bununla  əlaqədar  sənətkarlıq  istehsalı  tədricən  aşağı  düşür  və 
XVIII əsrin 40-c ı illərində iflasa yarayır. 
XVI  əsrin  əvvəlində  Os manlı  dövlətinin  güclən məsi,  onun  Qərbdə  və  Şərqdə 
ekspansiya siyas əti ilə bağlı olaraq Qərb dövlətlə rin in XVI əsrin əvvəllərində meydana 
gəlmiş  və   Türkiyənin   Azə rbaycana  və  İrana  müda xiləsindən  ehtiyat  edən  Səfəvilər 
dövləti ilə əlaqələri intensiv şəkil alır. Siyasi şəraitlə bağlı Qərb ölkələrində Şərqə, o 
sıradan  Azərbaycana  maraq  artır.  XVI  əsrdə  isə  biz  artıq  bir  sıra  səyyah-tacirlərin 
Azərbaycana gəldiyini görürük. 
Avropa  dövlətlərinin  Os manlı  dövlətindən  yan  ötərək  İran  və  Hindistanla 
birbaşa ticarət əlaqələri yaratmaq cəhdləri 1498-ci ildə Afrikan ı dolanaraq Hindistana 
gedən  dəniz  yolunun  açılmasına  gətirib  ç ıxa rdı.  La kin  bu,  Avropadan  Şərqə  gedən 
dünya ticarəti yolunu çox sonralar dəyişdirdi və  karvan ticarəti  XVII əsrin sonunadək 
öz  əhəmiyyətini  itirməd i.  Vasko  de  Qamanın  açdığ ı  yol  Hindistanla  birbaşa  dəniz 
əlaqələrinə əlverişli imkan yaratdı. Lakin bu yol tezliklə digər Avropa ölkələrinin Şərqə 
nüfuz etməsinə  mane olan  ispanlar və portuqallar tərəfindən tutuldu.
40
 Buna görə də, 
XVI  əsrin  əvvəllə rində  bir  sıra   ölkələ rin  səyyahlarında  yeni  -  İran  və  Hindistana 
Moskva Dövləti və Xəzər dənizindən keçən  şimal dəniz yolu ideyası meydana gəld i. Bu 
dövrdə  bir  sıra  ingilis  tacirləri  və  səfir  Çenslor  Moskva  çarı  İvan  Qro znın ın  yanına 
kəşfiyyat səfərləri etdilər. Çar İvan Qrozn ı Çenslora Moskva Dövlətində sərbəst ticarət 
etmə k  hüququ  haqqında  fərman   vermişdi.
41
  1555-c i  ildə  İngiltərədə  İngiltərə   ilə  
Moskva dövləti arasında ticarət əlaqələri bərqərar edən Moskva Şirkəti təsis olundu. Bu 
şirkətin   məqsədi  Vo lqa-Xəzər  ticarət  yolunu  açmaq  və  ingilis  ekspedisiyaların ın 
Azərbaycana, İrana və oradan Şərqə kəşfiyyat səfərləri id i.
42
 
Hindistandan  Avropaya  malla r  ta  q ədimdən  quru  karvan  ticarət  yolları  ilə 
daşınırdı  ki, bu da ço x baha başa gəlir və  xeyli vaxt  aparırdı.  Lakin  XVI əsrdə Şərqi 
Avropadan Ağ dəniz, Şima li Dv ina,  Vo lqa və Xə zər dənizi vasitəsilə A zərbaycandan 
keçərək  İrana və Hindistana gedən Volqa-Xəzər yolu deyilən yol  işə düşdü. Bu yolda 
Xəzə ryanı  vilayətlər,  xüsusilə,  ço xlu  ipək  istehsal  olunan  Şirvan  və  Gilan  Avropa 
ticarəti üçün  mühüm əhə miyyət kəsb edirdi.  Bununla ə laqədar olaraq  ipək tica rətində 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə