[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə92/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   88   89   90   91   92   93   94   95   ...   143

189 
 
Məzarı  şiə  seyidləri  nəslindən  olan  vərəsə  şeyxlər  idarə  ed irdi.  Vəq f  formal  şəkildə 
mə za ra mə xsus olsa da, əslində, onun sahibi məza rın  şeyxi - mütəvəllisi idi.
45 
Sultan II 
Muradın fərmanından aydın olur ki, bu vəqf hələ şirvanşah I Xəlilü llah  zamanından, 
yəni,  1417-ci  ildən  1465-c i  ilədək  mövcud  olmuş,  məscid  və  Bibiheybət  abidələri 
ko mple ksi isə XIII əsrdə tikilmiş, ya xud bərpa edilmişdir.  De mə li, ehtima l edilə bilər 
ki,  Bibiheybət mə zarı  600  ildən az o lmayaraq, bə lkə də, daha ço x  mövcud olmuşdur. 
Bə zi fə rmanla ra görə, məqbərədə dərvişlərin yaşadığı xanəgah olmuşdur. Məzarı idarə  
edən  və  dərviş  icmasının  başında  duran  şeyxlə r  şah  tərəfindən  eyni  nəsildən  təyin 
edilird ilə r.  Səfəvi  şahlarının  hə min  vəqfə  aid  bə zi  fə rmanla rından  yüz  ildən  ço x  b ir 
müddət ərzində (1547-1668-ci illər) məzarı idarə edən Bibiheybət şeyxlərinin vərəsəlik 
qaydasına ciddi riayət edild iyi aydın o lur.
46
 
 
Şey x Bünyad
 
ö.h.963 (1555/6)-cü il 
 
Şey x Qulaməli
 
h. 1015 (1606/ 7)-ci ildə hələ  
sağ olmuşdur. 
 
Şey x Abid  
Hacı şeyx Şərif ibn şeyx Abid     h.1028 (1618/1619)-ci ildə 
sağ  olmuş,  h.1046  (1636/37)-cı  ilədək 
ölmüşdür.
47
 
 
Şey x hacı Əsgərəli
 
 
Şey x Qulaməlinin qardaşı oğlu  
və  kürə kəni,  h.1064  (1653/4)-cü   ildən 
qabaq ölmüşdür və şeyx Qulaməlinin q ızı 
(adı çəkilmir.) 
 
Şey x Məhəmməd Muqim
48
 
 
h.1078 (1667/ 8)-c i ildə hələ  
sağ olmuşdur. 
 
Dövrümü zədək  qalmış  bəzi  daş  kitabələrdə  XVII  əsrdə  Bakıda  yaşamış 
adlı-sanlı  seyidlərin  adları  təsbit  olunmuşdur.  Şıx  kəndindəki  məscid in  yaxınlığında 
h.1020 (161 l)-c i ilə  aid  qəbirdaşında seyid Fə zlü llah ın oğlu "seyidlərin pənahı" Sey id 
İmamqulunun adı çəkilir.
49
 
Bibiheybətin baş məscidinin artırmasında və onun qapısının yuxarısındakı onu 
tikdirən  şey x  Şərif  ibn  şeyx  Abid in  adı  çə kilən  h.1028  (1618/19)-ci  və   h.1046 
(1636/37)-c ı  illərə  a id  daş  kitabələr  olmuşdur
50
.  Şeyx  Şərif,  Şərifəli,  Əsgərəli  və 
Əbdüləlinin  adları  I  Şah  Abbasın  h.1015  (1607)-ci  ilə  aid  yu xarıda  bəhs  edilən 
fərmanla rından birində çə kilir.
51
 Hə min seyidlər  Bakı şəhərin in böyük vəqf ə mla kına 
ma lik məşhur müsəlman  ruhanilərindən idilər. Bu  vəqfə a id sənədlər içə risində Səfəvi 
şahlarının  Bibiheybət  məzarı  yanındakı  sufi-dərv iş  xanəgahına  ənam  verdikləri  10 
fərman
52
  qeyd  edilmişdir.    I  Şah  Abbasın  h.l015-cı  ilin  zilqədə  ayında  (28  fevra l-29 


190 
 
ma rt  1607-c i  il) verd iyi  fərmanda deyilir: "...ima m övlad ı  Bibiheybətin (ona və onun 
babalarına salam və səna olsun) mübarək asitanəsinin mütəvəllisi, şeyxlərin ən yaxşısı 
hesab edilən Şey x Bünyad oğlu Şeyx Qu la mə li, hə min asitanəyə xid mət edən dərvişlər 
camaatı...  xeyirxah  ərzə  çatdırd ılar  ki,  Şirvan  Badkuyəsi
53
  yaxınlığ ındakı  Zığ   kəndi 
behişt məkanlı və yüksək yurdlu  əlahəzrət şahbabamın  (Allah onun sübutunu nurani 
etsin)
54
  hökmünə  əsasən  mübarək  asitanəyə  aid  idarənin  vəqf  əmlakıd ır  və  onun 
ma lucəhatı qeyd olunan asitanəyə bağışlanılmış və soyurqal verilmişdir. (Onlar) hə min 
kəndin,  habelə  qeyd  olunan  asitanənin  yaxınlığındakı  üç  neft  quyusunun  üşrünün, 
həmin  asitanənin  dərvişləri  və  Zığ  kəndinin  rəiyyətlərinə  mə xsus  olan  1500  baş 
qoyunun  çobanbəyiliyin in,  malibağ  və  dərvişlərin  Duldərədə  əkdikləri  pambıq  və 
taxılın üşrü ilə b irlikdə bağışlan masını və soyurqal verilməsini xahiş etdilər".
55
 
Hə min  şah  fərmanla rına   əsasən  Ba kı  ya xın lığ ındakı  Zığ  kəndinin   mübarək 
məqbərənin   mütəvəlliləri şey x  Bünyad və onun oğlu şeyx Qu la mə lin in  mü lkiyyətinə 
verild iyi təsbiq edilirdi. Şey xə malucəhat və Duldərədə ki bağlardan, buğda və pamb ıq 
əkin lərindən,  habelə  üç  neft  quyusundan  alınan  bütün vergiləri  ö z  xeyrinə  toplamaq 
ixtiyarı  verilird i;  dərvişlər,  onların  əməlləri  və  rəiyyəti  Divanın  və  qoşunun  xeyrinə 
bütün ərzaq  (ələfə) və iş  (biyar və şikar)  mükəlləfiyyətlərindən azad o lunurdu. 1000 
qoyunu olan şeyx və 500 qoyunu olan rəiyyət çobanbəyi vergisindən azad edilird ilər.
56
 
Başqa  bir  fərman   II  Şah  Abbas  tərəfindən  h.1066-cı  ilin  zilhiccə  ayında  (20 
sentyabr-19  oktyabr  1656-c ı  il)  ma liyyə  mə murlarının   və  ica rədarla rın   Bib iheybət 
mə za rına mə xsus Zığ kəndlilərindən bir sıra qanunsuz vergilər (cüftbaşı, dəzgahbaşı və 
yurtanə)  yığ ması  ilə   ə laqədar  verilmişdir.
57
  Fərmanda  bu  məsələnin  ba xılmaq  üçün 
bəylərbəyiyə  verild iyi  göstərilir  və  deyilirdi  ki,  " Badkuyənin  rəiyyətləri,  a milləri, 
tiyildarları və darğaların həmin yerə və qeyd olunan soyurqal mahalın ın vücuhatına hər 
hansı  ünvanla  qarışmaları,  şərik  çıxmaları,  pay  almaları  məmu l  olmamışsa,  məmul 
olduğu  təqdirdə  isə  əgər  Badkuyə  rəiyyətlərinə  aid  olmamışsa,  qərar  versin  ki,  qeyd 
olunan 
kəndin 
rə iyyətlərin in 
və ziyyətlərinə 
təcavüz 
etməsin lər,  əziyyət 
verməsin lər..."
58
 Fərman ın  məzmunundan aydın olur ki söhbət Bakı əhlindən, ehtimal 
ki, dövlət verg ilərinin toplan masını icarəyə götürən icarədarlardan, habelə kələntərdən 
və  öz  vergilərinin  b ir  q ismini  ətraf  kəndlərin  kəndlilərin in  çiyninə  qoymağa  ça lışan 
məhə llə  darğala rından gedir. Sonuncu ibarədə göstərilir ki, soyurqal maha lından vergi 
yığılması məlu m olduğu halda belə bunu Bakı icarədarları deyil, soyurqal sahiblərin in 
özləri etməlidir. II Şah Abbasın bu fərmanı şey xin vergi y ığ maq imtiyazlarını  (müafi) 
təsdiqləyərək, onu şahın xeyrinə xəzinəyə da xil olma lı bütün vergilərdən a zad edird i.
59
 
Şey x  Əbu  Səid  Əbülxeyrin  məzarına  aid  sənədlər  vəqf  təsisatının 
öyrənilməsində  çox  mühüm  mənbədir.  Sədarət  divanın ın  vəqf  əmlakı  və  mütəvəlli 
vəzifəsi  haqqında  1699-cu   il  tarixli  fə rmanı  xüsusilə  ma raqlıdır.  Hə min  fə rmanda  I 
Xəlilüllahın oğlu şirvanşah Fərru x Yəssarın 1490/91-c i ilə aid vəqfna məsinin əsl mətni 
qalmışdır.  Bu,  şirvanşahların  XV  əsrdə  müəyyən  şərtlərlə  məqbərəyə  bağışladıqla rı 
vəqf əmlakının sadalandığı dövrümü zədək gə lib çat mış yeganə vəqfnamə nümunəsidir. 
Vəqfna mənin mətnin i bütünlüklə  veririk: " Bu xoşsaatlı va xtla rda xey ir-dua ə ldə et mək 
məqsədi  ilə  ö z  xa lis  ma lım hesabına Şibani əkinəcəyini, oradakı qatı neft  quyusu ilə  


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə