[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə94/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   90   91   92   93   94   95   96   97   ...   143

193 
 
Abbasın h.1066 (1656)-cı il və şah Süley manın h.1078  (1667)-ci  il tarixli  Bib iheybət 
şeyxlərinə aid fərmanlarında çəkilir.
76
 
Dəzgah dedikdə to xuculuq, ya xud xalçaç ılıq dəzgahı nəzə rdə tutulur. Məlu mdur 
ki,  XVII  əsrdə  Abşeronun  Xilə  və  Sura xanı  kəndlərində  XVIII  əsrə  a id  nümunələ ri 
dövrümüzədək gəlib çatmış gözəl xalçalar to xunurdu. 
O  va xt lar  Xilə  kəndində  xalça   ka rxanası  var  id i.  Görünür,  hə min  vergi 
Abşerondakı xalçaçılıq emalatxanalarından toplanırdı. 
Cüftbaşı  -  yu xarıda  göstərilən  fərmanlarda  adı  çəkilən  cüft,  yəni,  iki  ökü zlə 
şumlanıb əkilmiş sahənin məhsulundan alınan vergi.
77
 
Mali-bağ - bağdan yığılan  vergi  idi. Abşeronda yığılan  bu vergin in adı  I  Şah 
Abbasın  h.1015  (1607)-ci  il  tarixli  və  II  Şah   Abbasın  1060  (1650)-cı  il  tarixli 
Bibiheybət  şeyxlərinə  dair  fərmanlarında  xatırlanır.  Sənədlərə   görə,  bu  vergi  meyvə 
məhsulunun  1/10  h iss əsinə  bərabər  idi.
78
  Bu  vergi,  ehtima l  ki,  ş əhərdə,  yaxud  onun 
ətrafında bağı olan şəhər sakin lərindən də alın ırdı. 
Əvariz  -  yerli  hakimiyyətin  rəiyyət  üzərində  qoyduğu  işlə  ödənilən  vergi  və 
mü kəlləfıyyət idi.  Xanlıq dövründə, XVIII əsrin ikinci yarısı -  XIX əsrin əvvəllərində 
"əvriz"  (evre z)  termini  xüsusi  məna  daşıyırdı.  Bütün  kənd  biyardan  əlavə  birlikdə 
torpaq sahibi üçün işləməli id i. O vaxt kəndlilər 3-dən 9-dək biyar günü, üstəlik 2 gün 
isə əvariz  kimi torpaq sahibinə işləmə li  idilər.  Bundan əlavə, kənd ic ması evariz  kimi 
sahibkar üçün ev, yaxud dəyirman tikmək və i.a.  kimi  fövqəladə işlər də görürdülər.
79
 
Bu vergi, ehtimal ki, şəhər rəiyyətinə də şamil id i. 
Şəhər əhalisindən, adları çəkilənlərdən başqa, aşağıdakı vergilər alınırdı. 
Savəri  -  könüllü   bə xşişlər.  Səfəvilər  dövründə  "savəri"  dedikdə   rə iyyətin  və 
ümu miyyətlə,  verg i  mü kəlləfıyyəti  əhalin in  feodal  hakimlərinə,  məmurlara,  hərbi 
şəxslərə, əslində, məcburi "hədiyyələri" başa düşülürdü.
80
 
Peşkəş  -  rəiyyətdən  feodal  hakimləri,  əyanlar  və  şahın  özü  üçün  yığılan 
"könüllü"  (əslində  məcburi)  hədiyyə.  Şaha  peşkəş  bu  məqsədlə  əvvəlcədən  əhalidən 
lazımi qədər vəsait toplamış əmirlər və mənsəb sahibləri təqdim edirdilər.
81
 
Yurtanəyə - Bib iheybət şeyxlə rin in adına verilən Səfəvi sənədlərində Abşeronda 
və Şirvan vilayətində yığ ılan  vergilərin siyahısında rast gəlinir. Ehtima l ki, tüstü (yəni 
hər evdən, yurddan, yaxud ailədən çıxan tüstü), yaxud ailə vergisidir. Bu verginin "otaq 
xərc i" kimi ad ına XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərinə aid sənədlərdə tez-tez 
rast gəlinir.
82
 
Çərik (qoşun, qeyri-nizami  feodal döyüşçü dəstəsi) - Səfəvilər dövründə hərbi 
xid mət lə  ödənilən  bu  mü kəlləfiyyət  köçəri  tayfalara  və  müafilərə  şamil  idi.  Çə rik, 
ehtiyac olduqda, şahın, yaxud yerli bəylərbəyinin əmri  ilə y ığılırdı. Tayfa başçıları öz 
tayfalarından  çəriyə  müvafiq  miqdarda  döyüşçü  verirdilər.  Onlar  müharibə  vaxtı  da 
tayfa birləş mə ləri üzrə qruplaşdırılırdılar.
83
 Bakı ölkəsində hakimlə  yanaşı, yerli feodal 
çəriyin in irsi rəisi Dərgahqulu bəy Heybət bəy oğlu da əhəmiyyətli rol oynayırdı.
84
 
"Təzkirət  ə l-mü luk"un  mə lu matına  görə,  XVIII  əsrin  birinci  çə rəyində  Ba kı 
hakimi çəriyə 100 nəfər döyüşçü verirdi.
85
 
Rəsmi  sənədlərdə  təsvir  edilən,  yu xarıda  haqqında  bəhs  olunan  vergi  və 


194 
 
mü kəlləffiyyətlərdən əlavə, bir sıra d igər mü kəlləfiyyətlər, o cü mlədən şikar da var idi. 
Bir sıra səyyahlar iri feodalların  Abşeronda ova çıxmasını təsvir etmişlər. Kəndlilərin, 
mü kəlləfiyyət kimi bu ovda iştirak etməyə cəlb o lunması həmin ovun qaydası ilə bağlı 
idi. Səyyah Lerx 1733-cü ildə, Abşeronda Səlim xanın oğlu Hac ının və Maştağa sultanı 
Dərgahın iştira kı ilə təşkil etdiyi ceyran ovunu təsvir edir: "Ara msız od çıxan yerlə rdən, 
çoxlu  şoran  b itən  Kali   adlı  bir  kənddən  keçərək  Sinsen   adlı  böyük  b ir  kəndə, 
yarımadanın dar qurtaracağına, təşkil olun muş vəhşi keçi
 ovuna getdik. Hə min ova 
bütün kəndlərdən tüfəngli, o xlu, dəyənəkli və itli bir neçə yüz kəndli yığ ılmışdı. Onlar 
dənizin bir sahilindən o biri sahilinə qədər cərgə ilə düzü lmə li idilər. Biz belə də etdik, 
cərgəni  pozmadan  vəhşi  keçiləri  qabağımıza   qatıb  yarımadanın   dar  qurtara
cağına 
qovmağa başladıq ki, orada mü xtəlıf bol şirəli otları həvəslə otlasınlar. Burada Dərgah 
sultan bir neçə yüz adamla bizə qoşuldu. Pusqunu duyan və sürü ilə cərgəmizə atılan 
zavallı keçilər, ço x təəccüblü olsa da, hay-küyə, atəş səslərinə və bizim  zərbələrimizə
 
baxmayaraq, ada mların arasından və üstündən tullanıb qaçırdılar, la kin tezliklə  onların 
bir ço xu qırıldı. Biz onları daha da sıxışdırd ıqda onlar qorxudan dörddə bir verst enində 
olan körfəzdən üzüb 7 verst uzunluğunda olan,  müqəddəs adlanan adaya getdilər..."
86
 
Le rx Abşeronda ov və "şikar" mükə llə fiyyəti haqqında belə məlu mat verir. 
Şəhərlərdə  Bakıya  aid  fərmanlarda  göstərilməyən  bir  sıra  digər  verg i  və 
mü kəlləfiyyətlər  də  mövcud  idi.  Şəhərdə  alverçilərdən  və  tacirlərdən  yığılan  böyük 
vergilərdən biri ta mğa idi. 
Tamğa  -  sənətkarlıq  istehsalına  şamil  deyildi.  Sənətkarlar  bu  vergin i  öz 
mə mu latla rın ı  ha zırlayarkən  yo x,  yalnız  on ları  satarkən  verirdilər.
87
  Tamğa  hə m  iri, 
topdansatış ticarətinə həm də xırda, pərakəndə ticarətə şamil idi. Tamğa dövlət vergisi 
olub,  xə zinənin  ən  mühüm  gəlir  mənbələrindən  idi.  Şəhər  əhalisi  təkcə  bu  vergin in 
ağırlığ ından  deyil,  vergi  yığanların   və  icarədarların   özbaşınalığından  da  ço x 
əzib-əziyyət çəkirdi. Bu verginin artırılması şəhərdə ticarətin inkişafına son dərəcə ağır 
təsir göstərirdi.
88
 
Ticarət   vergilərindən  biri  də  bac  idi.  Bacgə lmə   tacirlərdən  t icarət   yolla rı  ilə 
gətirdiklə ri  ma llara   görə
89
  şəhər  darvazaların ın  qabağında,  gə milə rin   yan  ald ıqla rı 
liman körpülərində alınırdı.  Bu rüsum şəhər əhalisi üçün ağır olub, ticarətin  inkişafını 
ləngidird i. 
Yo l rüsumları və  mallardan alınan rahdari deyilən gö mrü k verg isi də var  idi. 
Hə min rüsumlar şəhərə gətirilən və  şəhərdən çıxa rılan mallardan tutulurdu və xə zinənin 
əhəmiyyətli  mənbələrindən  idi.
90
  Şardenin  və  Tavernyenin  məlu mat ına  görə  rüsum 
malların dəyərinə görə deyil, hər dəvə, at, yaxud eşşək yükündən (xərvar)
91 
tutulurdu. 
Ayrı-ayrı şəhərlərdə mallardan tutulan rüsumun miqdarı mü xtəlif id i. 
Şəhərlərdə sənətkarlardan və tacirlərdən yığ ılan verg ilərdən biri də boniçe
92
 idi. 
                                                                 
 
Abşerondakı Qala kəndi
 
 
Ehtimal ki, Abşerondakı Hövsan kəndi
 
 
Lerx ceyranları vəhşi keçi adlandırır
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə