[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə97/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   93   94   95   96   97   98   99   100   ...   143

199 
 
feodal  e ma lat xana-karxanala rında  ça lışan  s ənətkarlar.  Abşerondakı  Xilə  kəndində 
xalça karxanası var idi. 
Xalçaçılıq la  həm  karxanada  kişilər,  həm  də  evlərdə  qadınlar  məşğul  o lurdu. 
Karxanada çalışan xalçaç ıla r ağır ş əraitdə işləyirdilər. Xa lçaçı sənətkar bir ço x ha lla rda 
ailəsi  ilə  birlikdə  gündəlik  normanı  yerinə  yetirməyə  ça lışaraq,  bütün  gün  ərzində 
dəzgahın  arxasından  qalxmırdı.  Ka rxana  sahibləri,  hətta  uşaq  əməyindən  də  istifadə 
edərək to xucu sənətkarları a mansızcasına istisma r edirdilər.
132
 
Böyük sənətkarlıq karxanaları Şirvanın iri şəhərlərinin demək o lar ki, hamısında 
var idi. Onla rda bəylərbəyinin və Şirvanın iri feodallarının sarayları üçün alınan, habelə 
şaha  və  elçilərə  bəxşiş  edilən  böyük  miqdarda  bahalı  parça  və  paltar,  xalça,  silah, 
qab-qacaq istehsal olunurdu.
133
 Baza rla r feodalların göstərilən şeylərə  olan  tələbatını 
ödəmədiyindən  onlar  həmin  şeyləri  bu  məqsədlə  yaradılmış  karxanalara  sifariş 
edirdilər.  Ka rxana  təsisatı  XVII  əsrdən  xeyli  əvvəl  mövcud  olmuşdur.  Ya xın  Şə rq 
şəhərlərində  hələ  Xilafət  dövründən  mövcud  olan  iri  dövlət  emalatxanaları  qul 
sənətkarla rdan  istifadə  edən  monqollar  dövründə  geniş  vüsət  almışdı.
134
  Əmtəə-pul 
münasibətlərinin  inkişafı  ilə  əlaqədar  XVII  əsrdə  və  XVIII  əsrin  b irinci  yarısında 
karxanalar keçən əsrlərdəki karxanalardan bazar üçün əmtəə istehsal edən və feodallara 
işləyən  nisbətən  müstəqil  ixtisaslı  sənətkarların  çalışdığı  manufaktura  istehsalı 
əlamətləri  ilə  fərqlən irdi.
135
 Lakin  feodal istehsal üsulu karxanaların  əsl Avropa tip li 
manufa ktura  kimi  in kişaf  et məsin i  ləngidird i.  Bizim  əlimizdə  karxana ların  da xili 
quruluşuna dair mənbələrin  məlu matı yo xdur.  Lakin Şardenin, de Tevonun, dü Manın 
və  başqa  səyyahların  Sə fəvilər  dövləti  şəhərlə rində  sənətkarlıq  istehsalı  haqqında 
mə lu matla rı  burada  ə məyin   te xniki  bölgüsünün  mövcud  olduğunu  ehtimal  et məyə 
imkan  verir.  Karxanalar,  ehtimal  ki,  ayrı-ayrı  sənətkarlıq  istehsalı  sahələri  ü zrə 
yaradılırd ı.  Azərbaycan  şəhərlərində  xalça,  parça,  paltar,  silah,  keramika  və  digər 
mə mu latla r  istehsal olunan karxanala r var id i. Şəhərlərdə  karxanalardan başqa, bazar 
üçün sənətkarlıq məmu latları hazırlanan sənətkar dükanları da mövcud id i.
136
 
Şardenin qeyd etdiyinə görə, sənətkarlar ağıllı, dözü mlü idilər və əgər əməkləri 
səxavətlə ödənilsəydi onlar ço x ə la işləyərd ilə r.
137
 Sənətkarların ə məyi onların se xlə rdə 
birləşərək, ba zar üçün s ərbəst şəkildə  ma l istehsal edib satdıqları Avropada,  müstəqil 
şəhər-kommunalarda olduğu kimi stimullaşdırılmırdı. Şəhərdə, yaxud onun ətrafında, 
ehtimal ki, "Bakı qu maşı" adı ilə tanınan pamb ıq parça to xunan toxuculuq karxanaları 
var  idi.  Karxanaların,  bazarların,  ticarət  dükanların ın,  karvansaraların,  istehsal 
vasitələrinin  və  xa mmalın  sahibi  o lan  feodallardan  asılı  və ziyyətdə  olan  sənətkarlar 
cüzi  haqq  alırdılar.  Bizim  əlimizdə  karxanalarda  işləyən  sənətkarların  sayı  haqqında 
mə lu mat yo xdur. Ehtimal ki, xa lçaçılıq və to xuculuq e malat xanalarında onların sayı 5 -6 
nəfərdən çox olmurdu. 
Təkbaşına 
işləyən  sənətkarlar  mü xtəlif  vergilər  verir  və  feodal 
mü kəlləfiyyətlərini  yerinə  yetirirdilər.  Sənətkar  emalatxanaların ın  bəziləri  vəqfə 
mə xsus id i. Hə min e malat xanalarda ça lışan s ənətkarla r mütəvəlliyə  məhsul, ya xud pul 
rentası  verird ilər.  Bakı  sənətkarları,  ehtimal  ki,  Azərbaycanın  başqa  şəhərlərində 
olduğu kimi, sex təşkilatlarında  (əsnaflıq, yaxud həmkarlıq) birləş mişdilər.  Lakin bu 


200 
 
təşkilatla r  Qə rbi  Avropa  şəhərlərində  olduğu  qədər  əhəmiyyətə  ma lik  deyildi.  Onlar 
başlıca  olaraq,  vergilərin  tənzimlən məsi,  sexlərin  başçılarının  və  ustaların  təsdiqi  ilə 
məşğul  olu rdular.
138
  Şarden  sex  üzv lərinin  heç  va xt   görüşmədiklə rini  və   onların 
təşkilatla rın ın  ta ma milə  sərbəst  olduğunu  iddia  ets ə  də,
139
  "Təzkirət  ə l-mü lu k"un 
mə lu matla rı  sexlə rdə  həmkarlar  yığıncaqla rın ın  keç irildiyin i  göstərir.
140 
Sex  kimisə 
ustad seçdikdə həmin adamın ixtisasını təsdiq edirdi. Ustadın seçilməsi haqqında sənəd 
tərtib olunduqdan sonra kə ləntərə göndərilir, kələntər isə bunu təsdiq edən şəhadətnamə 
verird i.
141 
Sex  ustası  bir  və  ya  b ir  neçə  şagirdlə  b irlikdə,  eyni  zamanda,  məmulatın 
satıldığı dükan olan emalatxanada işləyirdi.
142
 Şardenin şahidliyinə görə, usta şagirdləri 
razılıq  əsasında ilk gündən əmək haqqı alırd ılar. Usta ilə şagird  arasında heç bir yazılı 
təəhhüd  olmurdu.  Usta  şagirdi  istədiyi  va xt  qova  bildiy i  kimi  şagird   də  hər  va xt  
maneəsiz  ola raq  ustanın  yanından  gedə  bilərd i.
143
  Sexlərə   da xil  olmayan  müs təqil 
sənətkarla r da var idi. 
Öz  dükanlarında  işləyib,  özünün  istehsal  etdiyi  məmu latları  satan  sənətkarlar 
xırda alverçilər  zü mrəsinə aid edilə b ilər.  İçərişəhərin təsviri olan XVIII əsrin sonuna 
aid qravürada iki nəfərin  işlədiyi sənətkar emalatxanası görünür. Dükan ın girəcəyində 
mis qablara bənzəyən sənətkarlıq mə mu latı asılmışdır.
144
 
Bizim  se x  niza mna mə ləri  və  istehsalın  özünün  tənzimlən məsi  haqqında 
mə lu matımız yo xdur. Ya lnız s ənətlər haqqında rəvayətlər və peşə sahiblərinə təlimatlar 
verilən bə zi risalələr qa lmışdır. Hə min risalələ rdən biri Ba kı şəhərinə aiddir
145
 ki, bu da 
bu  şəhərdə  sex  təşkilatlarının  mövcud  olduğunu  göstərir.  Sexlər  şəhərin  in zibati 
orqanları  ilə  sənətkarlar  arasında  vasitəçi  olub,  əsasən,  inzibati-vergi  funksiyalarını 
yerinə  yetirirdi.  Özünüidarə  sexlərin  da xilində  mövcud  idi,  əslində  isə  istər  sexlər, 
istərsə  də  əsnaf  üzvləri  kə ləntərdən,  şəhərlərin  feodal  hakimlə rindən,  tacirlə rdən, 
rastabazar sahiblərindən asılı  idilər.  Epiq rafik  mə lu matla ra görə, sənətkarlar arasında 
adları  və  nisbələri  abidədə  əksin i  tapan  memarlar  və  bahalı  silahları  və  qabları 
naxışlarla bəzəyən zərgərlər imtiyazlı  mövqeyə  malik  idilər. Sənətkarlardan,  mü xtəlif 
peşə  sahibləri  və  alverçilərdən  başqa,  Bakıda  ətraf  kəndləri  tərk  edərək  cü zi  haqla 
günəmuzd  işlərlə  məşğul  olan  kəndlilər,  qayıqçılar,  qayıqqayıranlar,  yükləri  limana 
daşıyan hamballar və i.a. da yaşayırdı. Şəhərlərdə həmçinin dərvişlər, şəhər əhalisinin 
ən yoxsul təbəqələri -"əcamir və övbaş" (qara camaat, güruh) da yaşayırdı.  Bunlardan 
əlavə, mənbələrdə cavan, avam camaat, kütlə, araqanşdıran, veyil rnənaların ı verən  rind 
(cə m ha lda rünud),  fitayan və cavanmərd  istila lıla rına da rast gəlinir.
146
 Bu  istila lılar 
Yaxın Şərq şəhərlərindəki sosial hərəkatlarla, Azərbaycanda, Beyləqanda, Şamaxıda və 
Cənubi Qafqa zın d igər ö lkə lərində şəhər əhalisin in haqqında ço x a z məlu mat ımız o lan 
üsyanları  ilə  sıx  bağlıdır.  Mənbələrdə  şəhər  əhalisinin  bu  zü mrəsinin  vəziyyəti 
haqqında demək o lar ki, heç bir məlu mat verilmir. 
 
 
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə