[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə105/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   101   102   103   104   105   106   107   108   ...   143

215 
 
Şirvana gəldi.
110
 
1806-c ı  ilin  mayında  Dərbəndi,  Qubanı  və  Bakını
111
  tutmaq  üçün  Qızlar 
(Kizlyar) yolu  ilə  general  Qla zenanın başçılığı a ltında  2500 nəfərlik dəstə göndərildi. 
1806-c ı il iyunun 21-də rus qoşunları Də rbəndə girdi.
112
 
Dərbəndin alın masından bir ay sonra general Bu lqakov buraya g əldi. O, əvvəlcə 
Qubaya  getdi,  oradan  is ə  bakılı  Hüseynqulu  xanla   ittifaq  bağladığına  görə  o  va xt  
Şey xəli xandan incimiş II M irzə Məhəmməd xanla b irlikdə Bakıya yola düşdü.
113
 
Bulqakov  Bakıya  yaxınlaşdıqda  ş əhər  əhalisinə  müraciət  göndərərək  könüllü 
surətdə  təslim  olmağı  və  ə min-a manlığı  qoru mağı  təklif  etdi.  Hüseynqulu  xan  ya xın 
adamı  olan  Kazım  bəyi  qalan ın  bayraqları,  açarları  və  duz-çörəklə  Bulqakovun 
pişvazına  göndərdi.  Xanın   elçilərini  Beşbarmaq  dağın ın  yaxınlığ ında  qarşılayan 
Bulqakov  xanın  və  Bakı  əhalisin in  zərər  çəkməyəcəyini  vəd  etdi.  Vəd lərinin  təsdiqi 
üçün Bulqakov ö z oğlunu Bakı ş əhərinə göndərdi. Lakin şəhər əhalisi rusların  intiqam 
alacağından qorxaraq şəhəri tərk ed ib dağlara qaçdı. Gənc Bu lqakov bir hissəsi qayıdıb 
gələn  əhalini  çətinliklə   sakitləşdird i.  La kin  cəza landırılacağından  qorxuya  düşən 
Hüseynqulu xan ailəsi ilə Qubaya, oradan da İrana qaçdı. Bakı xanlığı ləğv edildi. 
Bu hadisələri təsvir edən Ba kıxanov Bakı xanı haqqında yazır: "Cəsarətli, lakin 
təbiətən iradəsiz və ürəyi saf bir ə mir olan Hüseynqulu xan ö z təbəəsi ilə  İrana qaçdı... 
Bulqakov Bakın ı Rusiya dövlətinin ixtiyarına keçirdi..."
114
 
Çar qoşunları Bakıya girərkən  II M irzə Məhəmməd  xan  Bu lqakovun yanında 
idi. Sonra lar, 1809-cu ildə Quba xanlığın ın idarə  olun ması ona tapşırılmışdı.
115
 
Butkov hə min  hadisələri təsvir edərək yazır: "1806-c ı  il sentyabrın 18-də qraf 
Qudoviçin tabeçiliyində  xid mətə göndərilmiş in fanteriya generalı  Sergey Alekseyeviç 
Bulqa koy Də rbənddə qoşunu Qla zenandan qəbul edərək Ba kını tutmaq üçün hərə kət 
etdi. Rus qoşunları  Qubanı və Bakını heç bir  müqavimət görmədən tutmuş və onların 
əhalisinə sədaqət andı içdirilmişdir".
116
 
Deyildiyi  kimi,  Hüseynqulu  xanla  birlikdə  onun  ailəsi  və  yaxın  adamları,  o 
sıradan  Əh məd  bəy  də  İrana  qaçmışdı.  Onlar  Ərdəbil  yaxın lığ ındakı  Barı  kəndində 
məskunlaş mışdılar. Bu kəndin bəzi sakinlə rin i indiyədək bakılı adlandırırla r. Çarizmin 
Bakın ı  tutması  xanlığın   taleyin i  həll  etdi.  Ayrı-ayrı  feodallar  arasında  qanlı  ara 
müharibələrinə, ö lkəni v iran qoyan və XVIII əsrdə neft təsərrüfatını tənəzzülə uğradan 
yadelli hücumlara son qoyuldu. 
1806-c ı ildən Bakı tarixinin  yeni dövrü, kapita list münasibətlərinin inkişaf dövrü 
başlanır. 
 
 
 
 
 
 
 
 


216 
 
 
 
 
 
 
2. ġƏHƏRĠN ĠQTĠSADĠ HƏYATI 
 
XVIII  əsrin  birinci  yarısının  sonlarında  Şima li  A zərbaycan  şəhərləri  dərin 
iqtisadi  böhran  içərisində  idi.  Ölkənin  məhsuldar  qüvvələri  de mək  olar  ki,  q ırxillik 
müharibə,  feodal  araçəkiş mələri,  şah  hakimiyyəti  və  yerli  feodallar  tərəfindən 
amansızlıqla  yatırd ılan  kəndli  üsyanları
1
  nəticəsində  dağılmışdı.  Ba kı  xanlığın ın 
paytaxtı, Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı, Azərbaycanın başqa şəhərləri 
kimi təsərrüfat düşkünlüyü keçirirdi. Le rx 1747-ci ildə ikinc i dəfə Ba kıda olarkən şəhər 
həyatının tənəzzülə  uğradığını qeyd etmişdi.
2
 
Mənbələrdə bu dövrdə böyük miqdarda neft  hasilatın ın və İrandan başqa, digər 
ölkələrə neft  ixracatın ın üstündən sükutla keçilir.

Artıq  1733-cü  ildə neft hasilatının
4
 
kəskin  şəkildə  aşağı  düşməsi  qeyd  olunurdu.  Ehtima l  ki,  bu,  XVIII  əsrin  birinci 
yarısının  axırla rınadək  davam  etmişdir.  Daha  sonrakı  mənbələrdə  şəhərin  iqtisadi 
həyatının  müəyyən  qədər  dirçəldiy i  xəbər  verilir.  Xanlıq  hakimiyyəti  natural 
təsərrüfatın feodal məhdudiyyətinə, texn ikan ın ibtidailiyinə və geriliyinə ba xmayaraq, 
Nadir şahın hakimiyyət dövrünə nisbətən mütərəqqi idi. 
İqtisadi tənəzzü l, ehtimal ki, XVIII əsrin 70-ci illərinədək davam etmişdir. Bakı 
xanlığı 70-ci illərdə ö z ərazisini qonşu xanlıqların  ərazisi hesabına genişləndirən Quba 
xanlığından vassal asılılığına düşdü.
5
 Bu, Bakı xan lığ ının  iqtisadiyyatına əlverişli təsir 
göstərdi. Belə ki, bununla ona tez-tez basqın edən feodalların hücu mlarına son qoyuldu. 
Bundan  başqa  şəhər  həyatının  canlanmasına  Rusiya  ilə  XVIII  əsrin   birinci 
yarısının sonunadək xeyli aşağı düşmüş ticarət əlaqələrin in yenidən inkişafı da kö mək 
edirdi. 
Bir  sıra  xanlıqların   qubalı  Fətəli  xan  kimi  dövlət  xad iminin  başçılığ ı  altında 
birləşməsi Ba kı şəhərinin də inkişafına əlverişli təsir göstərdi. 
1770-c i ildə Rusiya A kademiyasının ü zvü Sa muil Qot lib  Qmelin  yolüstü Bakıda 
olmuş, şəhəri və onun neft mədənlərini mü fəssəl təsvir etmişdir. Bu vaxtlar Abşeronun 
qərb hissəsindən başqa şəhərin iki verstliy ində, Qme linin sözlərinə görə yerli sakin lərin 
Be l  (ehtima l  ki,  Bayıl  -  S.A.),  rusların  isə  "şah  bazarı"  ad landırdıq ları  indiki  Bay ıl 
rayonunda da neft çıxarılırdı.
6
 Burada "iki sajın dərin liyində perpendikulyar və dəyirmi 
şəkildə  qazılmış  pərakəndə  halda..."
7
  yetmişdən  ço x  neft   quyusu  var  id i.  Başqa 
quyulardan çıxarılan neftin doldurulduğu neft anbarı da burada idi. O  möhürlən mişdi. 
Bayıl  nefti  keyfiyyətcə  Abşeron  neftindən  aşağı  idi.  Onu  ancaq  Salyana  aparırdılar. 
İrana isə yüksək keyfiyyətli neft göndərilirdi. Abşeron neftinə tələbat böyük idi və on 
beş  funtluq  batmanı  beş  qəpiyə satılırd ı.
8
  Ağ  neft  xüsusi  qurğu  vasitəsilə  -  "kubdan 
keçirməklə"  emal  o lunurdu.  İkiqat  emal  zaman ı  neft  qatılaşır  və  rəngi  dəyişilmirdi. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə