[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə101/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   97   98   99   100   101   102   103   104   ...   143

207 
 
etdi. Qazıqu muqlu Xanbutay xan ın Şəki  xan ı Məhəmmədhüseyn xana hücum etdiyini 
eşidən Şeyxəli xan bacısı ilə evlən məyə hazırlaşdığı bakılı M irzə Məhəmməd xanı min 
nəfərlik dəstə ilə  Bakının 14 verstliy ində, Ba la xana kəndin in neft quyuların ın yanında 
qoyub Şəki xan ının kö məyinə getdi.
50
 
Bakın ın ya xın lığ ında olan Mirzə  Məhəmməd xan şəhərə heç bir ma l bura xmırdı 
və duzlu gölləri, neft quyuların ı tutaraq Hüseynqulu xan ı g əlir mənbələ rindən məhru m 
etdi.  Bu,  1795-ci  ilin  əvvəlinədək,  Hüseynqulu  xanın  öz  ya xın  qohumu  Manaf  b əyi 
Həştərxan  yolu  ilə  general  Qudoviçin  yanına  yollayana  q ədər  davam  etdi.  Xan 
mə ktubunda Şeyxə li  xan ın hərəkətlə rindən şikayətlənir, kö mə k  istəyir və öz adından, 
xüsusilə bütün Bakı şəhəri əhalisi adından əbədi olaraq Rusiyanın təbəəliyinə keçmək 
istədiyini  ifadə  edirdi.
51
  Genera l  Qudoviç  Ba kını  tala ma maq  barədə  Şey xə li  xana 
mə ktub  yazd ı.  Bu   ş əhər  Şey xə li  xanın   adına  düşdüyündən  o,  Rusiya  dövlətin in 
tərkib inə da xildir, buna görə də Qudoviç ona məsləhət gördü ki, Bakı xan ı ilə dinc yolla  
hesablaşsın.
52
 Şeyxəli  xan ö z torpaqlarından kənarda ikən Hüseynqulu xan e lə hə min 
1795-c i  ildə  Ba kıdan  qoşunla  hərəkət  ed ib,  M irzə   Məhəmməd  xanı  məğlubiyyətə 
uğratdı,  onun  özünü  isə  ailəsi  və  Şey xəli  xanın  nişanlısı  ilə  Bakıya  gətirdi.  M irzə 
Məhəmməd  xanın yanında olan  Də rbənd qoşunu pərən-pərən düşdü, onun ailəsindən 
isə  təkcə  Şey xəli  xan ın  yanına  qaçan  kiç ik  qardaşı  Kəblə  Hüseyn  ağa  xilas  oldu.
53
 
Şirvanlı Mustafa xan Şey xəli xanı Hüseynqulu xanla barışdırmağa çalışdı. 1795-ci ilin 
payızında  sonradan  evləndiyi  nişanlısı  Bəyim,  habelə  qayınanası,  ailəsi  ilə  birlikdə 
qayını  Bakıdan Şey xəli  xan ın yanına qayıtdı. Şey xəli  xan  Hüseynqulu xan la  Bakıdan 
götürülən gəlirin bir hissəsini Bakı  xan ına, bir h issəsini Şey xəli  xana, bir hissəsini isə 
Mirzə  Məhə mməd  xana  çatmaq la  üç  hiss əyə  bölünməsi  şərtilə  sülh  müqaviləsi 
bağladı.
54
 
1795-c i  ilin   dekabrında  Hüseynqulu  xanın   rus  t əbəəliyinə  qəbul  olun ması 
haqqında  ali  fərman  verild i  və  onun  yuxarıda  adı  çəkilən  elçisi  saraya  yola  salındı. 
Onun rus təbəəliyinə qəbul olun ması haqqında bəndlərdə deyilirdi: 
"1-ci  -  Xanın  və  onun  varislərinin  xan lıq  rütbəsi  imperator  Əlahə zrətlə ri 
tərəfindən  təsdiq  olunma lıdır.  2-c i  -O,  Rusiyanın  təbəəsi  olmayan  qonşu  məliklə rlə  
Qafqa z  xəttinin  baş  ko mandanı  ilə   əvvəlcədən  ra zılaşdırılmadan  heç  bir  mühüm 
məsələdə ə laqəyə girmə mə lidir. 3-cü -Rusiya tacirlərinə yüksək imt iyazlar verilməlid ir. 
4-cü  -  Onun  sahillərinə  ç ıxa rılmış  gə milə r  yükləri  ilə  birlikdə  to xunulmadan  və 
vaxtında sahiblərinə qaytarılsın.  5-ci -Rusiya gəmilərindən biri daim  Bakı  limanında 
dayansın.  6-cı  -  Rus  tacirlərinin  farslarla  və  başqaları  ilə  olan  işlərinə  təkcə  Bakı 
hakimləri tə rəfindən deyil,  konsulun iştirakı ilə başlansın. 7-ci -Şey xə li  xan ın Ba kıya 
iddiası  ilə  ə laqədar  xan ın  ona  ödəməyə  ra zılıq  verdiy i  qədər  xə rac  məqbul  sayılsın, 
çünki bu, Rusiya təbəəliyinə zidd deyil".
55
 
La kin  1795-c i  ilin a xırla rında baş verən hadisələrlə ə laqədar təbəəliyə qəbulun 
həyata keçirilməsi dayandırıld ı. Bakı xanın ın rus təbəəliyini qəbul et mə k istəyi onunla 
izah edilir ki, o, yaran mış  mürəkkəb siyasi şəraiti  - İran, Türkiyə,  Rusiya və Dərbənd 
xanı tərəfindən daim təhlü kə olduğunu nəzərə alaraq, öz torpaqların ın etibarlı şəkildə 
müdafiə o lunmasına, onu dağıntı və qarətdən xilas etməyə çalışırdı. Lakin Şey xəli xan 


208 
 
kimi  Hüseynqulu  xan  da  daxili  müs təqillikdən  və  hakimiyyətdən  məhrum 
olacaqlarından  qorxaraq  Rusiya  təbəəliyinə  keç mə kdə  tərəddüd  edirdilər.
56
  Onların 
Rusiya və İranla  siyasətlərindəki səbatsızlıq  və ikilik də  bundan irəli gəlird i. Bu və  ya 
digər  dövlətin  gücləndiy ini  gördükdə  onlar  da  gah  bu,  gah  da   başqa  tərəfə  meyl 
edirdilər. 
1795-c i  ilin  sonlarında  Ağa  Məhəmməd  xan  Qacar  Cənubi  Qafqa za  yürüşə 
başladı.  Ağa  Məhəmməd  xanın  güclən məsi  və  onun  Azərbaycan  xan lıq larını  öz 
hakimiyyətinə  tabe  etdirmə k  n iyyəti  Rusiya  hökumət ini  narahat  edirdi  və  o,  xana 
açıqcasına başa saldı ki,  Rusiyanın himayəsi altında olan bu vilayətlərə qəsd edilməsi 
Rusiya əleyhinə yönəldilmiş hərəkət sayılacaqdır.
57
 
Dərbəndli  Şey xə li  xan  və  bakılı  Hüseynqulu  xan  Rusiya  təbəəliyin i  qəbul 
etməyə  çalışsalar  da,  onların  bu  məsələ  ilə  əlaqədar  elç iləri  Peterburqda  ikən  Ağa 
Məhəmməd xanın e lçilə rin i hörmət lə qəbul edib, onları hədiyyələ rlə  yola saldılar. Ağa 
Məhəmməd xan ın bütün Şirvana naib təyin etdiyi Şey xəli xan ona tərəf meyl et məyə və 
ruslardan uzaqlaşmağa başladı.
58
 
Dərbənd,  Ba kı  və  Şə ki  xan ları  Tiflisin  1795-c i  il  sentyabrın  12-də  Ağa 
Məhəmməd  xanın qoşunları tərə findən alınıb dağıd ılmasını bayra m etdilər və e lç ilə ri 
vasitəsilə Ağa Məhəmməd xana təbrik göndərərək ona itaətlə rin i yazılı izhar etdilər.
59
 
Bununla belə ,  Şa ma xın ı tutan Ağa Məhə mməd  xan  Ba kıdan  böyük  məbləğdə 
pul və mal şəklində təzminat ald ı.
60
 
General  Qudoviç  şah  qoşunları  Şirvanı  zəbt  edəcəkləri  təqdirdə  Dərbəndi 
tutmaq ə mri a lmışdı. Üç p iyada batalyonu general-mayor Savelyevin ko mandası a ltında 
Dərbəndə yaxınlaşdı.  Lakin Şey xə li  xan rus dəstəsini qəbul etmədi. Ba kı  xanı  Şey xə li 
xana kö mək olaraq topçularla b irlikdə  iki top göndərmişdi.
61
 Rusların a zsaylı dəstəsi 
Dərbəndi tərk edib geri çə kild i. 
Ağa Məhəmməd  xan ın ordusu tezliklə Şirvanı tərk edərək Muğana, oradan da 
Azərbaycanın cənubuna yollandı. 
1796-c ı  ilin  ya zında  II  Ye katerinanın  ə mri  ilə  q raf  Va lerian  Zubovun 
ko mandanlığı ilə çar ordusu Cənubi Qafqaza və A zərbaycana böyük yürüşə başladı. Bu 
yürüşün  rəsmi  motivi  Ağa  Məhəmməd  xanı  Tiflisi  və  Gürcüstanı  dağıtdığına  görə 
cəzalandırmaq  istəyi  idi.  Əslində  isə,  çar  hökumət i  Azərbaycanın  Ağa  Məhəmməd 
xanın  əl  uzatdığ ı  şimalında  öz  hakimiyyətini  möh kəmləndirməyə  cəhd  göstərirdi.  II 
Yekaterina  vaxtı  ilə  I  Pyotrun  başa  çatdıra  bilmədiy i  Cənubi  Qafqazı  işğal  etmək 
planını həyata keçirməyə can atırdı. 
Aprelin  15-də  qraf  Zubov  böyük  qoşunla  (təqribən  12000  ada m)  Də rbəndə 
yaxınlaşdı.  Mayın  10-da  Dərbənd  hücumla  alındı.  Şey xəli  xanı  itaətkarlıq  əlaməti 
olaraq boynunda qılınc məiyyəti ilə birlikdə qrafın hüzuruna gətird ilər.
62
 
Mayın 24-də çar qoşunları  Bakıya doğru hərəkət etdilər və 20 verst irəliləyib 
Rubas çayının qırağ ında düşərgə saldılar. Bakı xan ının elçiləri burada baş ko mandanın 
yanına  gəlib  xan ın  və  onun  bütün təbəələrinin  hökmdarın  iradəsinə  tabe  olduqlarını 
bildirdilər.
63
 
İyunun 8-də baş ko mandanın məktublarını çatdırmaq, başlıcası is ə oraya gedən 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə