[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə98/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   94   95   96   97   98   99   100   101   ...   143

201 
 
 
 
 
 
 
 
V  Fəsil
 
 
BAKI - BAKI XANLIĞININ PAYTAXTI KĠMĠ (XVIII 
ƏSRĠN ĠKĠNCĠ YARISI-XIX ƏSRĠN ƏVVƏLĠ) 
 
1. SĠYASĠ TARĠX 
 
Nadir  şah  1747-ci  ildə  öldürü ldükdən  sonra  onun  qohumları  arasında  şahlıq 
hakimyyəti  uğrunda  gedən  çəkişmə lər,  xalq  iğtişaşlarına  səbəb  olan  fırıldaqçıların 
meydana çıxması, əfqanlarin və özbəklərin şahın qatili olan əfşarların ü zərinə hücumu, 
qətl-qarətlər, hakimiyyətsizlik və hərc-mərc lik, ölkənin  iqtisadi tənəzzü lü Nad ir şahın 
böyük imperiyasının bir sıra  feodal dövlətlərinə parçalan masın ı şərtləndirdi.  Bu vaxt 
Azərbaycanda  bir  sıra  müstəqil  xanlıqlar  yarandı.  Onların  ən   mühümlərindən  biri 
paytaxtı Bakı olan Bakı xan lığ ı idi. 
Dərgahqulu  xan ın  oğlu   Mirzə  Məhə mməd   xan   (1747-1768-ci  illər)  qoşuna 
arxa lanaraq  və  Nadir  şahın  yaxın  ə mirlərindən  sayılmasından  istifadə  edərək 
hakimiyyəti əlinə alıb şahın təyin etdiyi Ba kı hakimini qovdu.
1
 Bakı şəhərinin sultanı 
Səlim  xan təyin olundu; Abşeron kəndlərin i bəy silkinə  mənsub bir neçə yüzbaşı
2
 ilə  
birlikdə  na ib  idarə  ed irdi.  Bu   va xt   Bakı  qarnizonu  200  n əfə rdən  ibarət  idi.  Ba kı 
limanında  Rusiyanın  6  gəmisi  var  idi.  On lardan  iki  leytenantın  -  Qrablinov  və 
Paquzenin  başçılıq  etdiyi  üçü  hərbi  gəmi,  üçü  isə  ticarət  gəmisi  idi.
3
  Ba kın ın 
yaxınlığındakı  (1  sentyabr  1747-ci  il)  bu xtada  ingilis  kapitanı  Con  Eltonun  nəzarəti 
altında  qayırılmış  18  toplu  şah  freqatı  dayanmışdı.
4
  Bu  illə rdə  Ba kı  qa lasında  şəhəri 
hücumdan müdafiə etmək üçün top və digər iri çaplı silah  yo x idi. Buna görə də, Bakı 
xanı  knyaz  Qalitsının İrana elçiliyin i  müşayiət edən və həmin vaxt Bakıya gəlmiş rus 
zabit lərindən  ehtiyat  edərək  şəhər  darvazala rın ı  bağla mağı  və  onları  şəhərə 
buraxmamağı əmr etdi. O, burada yaşayan rus tacirlərinə pis münasibət bəsləyirdi.
5
 
İranda  feodal  çəkişmələri  və  xalq  iğtişaşları  ilə  əlaqədar  vəziyyət  ağır  o laraq 
qalırd ı. Ehtimal ki, xalq hərəkatları xanlıqlarda da baş verirdi. Belə ki, Lerxin sözlərinə 
görə  1748-ci  ilin  sonlarında  Bakı  xanı  Dərbənd  və  Şamaxı  xan ları  ilə  birlikdə 
qiyamçılarla mübarizə apararaq, onları ö z vilayətlərindən sıxışdırıb çıxarmışdılar.
6
 
Mirzə  Məhə mməd   xan   20  illik  hakimiyyəti  ərzində  ölkənin  dərin  böhran 
içərisində  olan  iqtisadiyyatını  dirçəltməklə  məşğul  olmuş,  ticarətin  in kişafına  səy 
göstərmişdir.  O, ad miral o lmaqla, həm nəqliyyat, həm də hərb i gəmiqayırma  işlərinə 
başçılıq edirdi.
7
 


202 
 
Mirzə   Məhəmməd  xan  1768-c i  ildə  ö ldükdən  sonra  onun  oğlu  hələ  atasının 
sağlığında xan lığ ı idarə edən Məlik Məhəmməd xan

Bakı xanı oldu. Məlik Məhəmməd 
xan qubalı Fətəli  xan ın bacısı Xədicə  Bikə  ilə evlən mişdi. Qardaşının təkidi  ilə Məlik 
Məhəmməd  xana  ərə  gedən  Xədicə  Bikə  onun  üzərində  böyük  nüfuza  malik  idi.  O, 
ağıllı, ötkəm və amiranə  xarakterli qadın idi.  Xanlığı, əslində, Xəd icə Bikə idarə ed ir, 
qardaşı qubalı Fətəli  xanın buyuruğu ilə siyasət yeridirdi.  Bu vaxtlar b ir neçə  xanlığı 
tabe edib xey li güclənən Fətəli  xan həmin izd ivacla  Bakı  xanlığın ı da öz hakimiyyəti 
altına saldı. Bakı xanı neftdən və duzdan böyük gəlir (ildə 30-40 min manat) götürürdü. 
O, Fətə li xana əvəllər pulla, məhsulla bac ödəyir və sərhədləri lə zgilərin basqınlarından 
və  qonşu  xanla rın  müdaxiləsindən  qorumaq  üçün  döyüşçülər  verirdi.  Mə lik 
Məhəmə məd xan Xədicə  Bikə  ilə  evləndikdən sonra bütün bu vergilərdən a zad  edildi. 
O,  yaln ız  ərzaqla  təmin  olun muş  qoşun  göndərməli  və  lazım  gəldikdə  Fətəli  xana 
kö mək göstərməli  idi.
9
 Fətəli  xanla Mə lik Məhəmməd  xan a rasında bağlanmış saziş ə 
əsasən  sonuncu  özünün  Fətəli  xanın  vassalı  olmasın ı  qəbul  edird i.
10
  Bu  sazişin 
bağlanmasına səbəb qonşu feodal hakimlərin in Bakı xan lığ ına tez-tez basqınlar etməsi 
idi. 1765-ci ildə Fətəli xan Dərbəndi ə lə keçirdi, Dərbənd xanı Məhə mmədhüseyn xanı 
tutaraq gözlərin i çıxartdı və beş yaşlı oğlu Əli bəylə birlikdə əvvəlcə Qubaya, sonra isə 
Bakıya göndərdi. Məhəmmədhüseyn xan ö lənəcən (1768-ci il), Əli bəy isə 1796-cı ilə 
qədər Bakı xanın ın yanında qaldı.
11
 
1770-c i ildə Rusiya EA -nın ü zvü Sa mu il Qot lib Qme lin İrana gedərkən yolüstü 
Bakıya  gəldi.  O,  imperatriçə  II  Yekaterinanın  tapşırığı  ilə  Xəzəryanı  vilayətləri  və 
İranın  təbii sərvətlərini tədqiq etməyə gəlmişdi. Bundan əlavə, Qmelin A zərbaycan və 
İranın   Xəzəryanı  bölgələrini  işğal  etmək  p lanını  həyata  keçirmək  məqsədilə  həmin 
vilayətin  iqtisadi və siyasi vəziyyətini öyrənmə k  kimi gizli tapşırıq da a lmışdı.  La kin 
Fətəli  xan  kimi  Bakı  xanı  Mə lik  Məhə mməd  xan  da  Qme linin  s əyahətinin  əsl 
məqsədlərini başa düşmüşdü və buna görə də onu qəbul etmə klə  bərabər, həddindən 
çox  şey  öyrənə  bilməməsi  üçün  güdürdü.  Avqustun  1-də  Məlik  Məhəmməd  xan 
Qme lin i qəbul etdi. Onda xan a rtıq Qme linin  Abşeronun neft quyularına ba xmasından 
xəbərdar  edilmişdi.  Xan  bundan  çox  narazı  qa laraq  ondan  soruşmuşdu:  "Rusiyada 
əcnəbilərin belə şeylərə baxmasına icazə verərlərmi?..
12
 "Xan Qmelini p is qəbul etdi və 
onu  casus sayaraq üzərində  nəza rət  qoydu.  Məlik  Məhə mməd  xan  Qmelin in  təqdim 
etdiyi hədiyyələrdən də narazı qalmışdı. O de mişdi: "Elə şeylər hədiyyə edilmişdi ki, 
onları geri qaytarmağa yaln ız nəzakət qanunları mane oldu".
13
 
Qme lin Mə lik Məhə mməd  xanın yaşadığı evi təsvir edir: "Xanın  indi yaşadığı 
ürəkaçan bağı olan ev  dənizin  lap  yaxınlığında, başqa binalardan aralıda durur. Ancaq 
indiki  xan   bu  yaxınlarda  ş əhərdən  kənarda,  onun  şimal-qərb   tərəfindəki  təpənin 
ətəyində,  dənizin  yaxın lığında,  Şərq-Qərb  üslubunda  daha  yaraşıqlı  başqa  bir  ev 
tikdirmişdir. Mən orada olarkən iki a rvadı ilə hə min evdə yaşayırdı".
14
 
Qme lin in 
təsvirindən 
görünür  ki,  Bakı  şəhəri  o  vaxtlar  yaxşı 
möhkəmləndirilmişdi.  Xəndək  şəhərin  şimal-qərb  tərəfində,  quru  təpəcikdə  olub 
dənizlə birləş mirdi. Burada qırxdan ço x mortira və top yerləşdirilmişdi.
15
 
Qme lin in  mə lu matına   görə,  "Məlik  Məhə mməd   öz  rə iyyəti  arasında  böyük 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə