[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə96/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   92   93   94   95   96   97   98   99   ...   143

197 
 
Divanın   ayrı-ayrı  qulluqçuları  kələntərə  tabe  id i.  Kələntərin   vəzifələrinə 
"əməlin haqqa, zə kaya və ö lkən in adətlərinə müvafiq  olması üçün əsnaf yığıncaqlarında 
boniçenin  məb ləğinə  və  sənətkarlıq  peşəsinə  aid  digər  işlərlə  bağlı  qəbul  edilən 
qərarlara  ba xmaq da da xil id i.
110
 Rəiyyətə - kəndlilə rə, sənətkarla ra və xırda a lverçilərə  
qarşı zorakılıq edənlər, onları  incidənlər barəsində kələntərə şikayətə gələndə o, vəkil 
kimi  çıxış  etməli  idi.  Kələntərlər  özü  əvəzini  ala  b ilməyəndə  iş  haqqında  Divanın 
nümayəndələrinə məlu mat verird i.
111
 
Kələntərin  və  naibin  fea liyyətinə  yekun  vuraraq  demək  olar  ki,  kə ləntər 
kənd xudaları təyin ed ir. Şəhərlə rdə vergiləri əsnafla r a rasında bölüşdürür, onların a rzu 
və  istəklərini  ifadə  edir,  rə iyyəti  müdafiə  edirdi.
112
  Şardenin  qeyd  etdiyinə  görə 
"kələntər"  rütbəsi  mer  və zifəsinə  -  "prevot  de  ville'"  -  uyğun  gəlirdi.
113
  Kemp ferin 
izahları da bunu təsdiq edir.
114
 
Naib  kə ləntərin  müav ini  və   kö mə kçisi  idi.  Mənbələrdə  bu  barədə  mə lu mat 
olmasa da, ehtimal ki, onların hər ikisi yerli əyanlar arasından seçilirdi.
115
 
Bakı şəhərin in  mühüm vəzifəli şəxslərindən biri də II  Şah Abbasın Bibiheybət 
mə za rı haqqında h.1066 (1656)-c ı il tarixli fə rmanında adı çə kilən darğa idi.
116
 Darğa 
yerli hakimin təyin etdiy i şəhər mə mu runa deyilird i. Onun vəzifəsi şəhərdə və bazarda 
ictima i asayişi qoru maq idi.
117
 XVII-XVIII əsrlə rdə Bakıda da rğalar Divan üçün vergi 
yığmaq la  məşğul  olurdular.
118
  Bazarlarda  ölçü  və  çəkiyə  nəzarət  et mə k,  rüsum  və 
cərimə ləri y ığ maq da onun vəzifə lərinə da xil id i. "Tə zkirət ə l-mü luk"a görə darğa polis 
rəisi  vəzifəsini  icra  edən  və  müəyyən  məhkə mə  səlahiyyətlərinə  ma lik  mə mu r  idi. 
Ancaq  sonuncu  məsələdə  o,  İsfahandakı  divanbəyiyə  tabe  idi.
119
  Darğa  şəhər 
məh kə məsinə başçılıq edird i və günahkara mü xtə lif cəza lar- çubuqlatmaq, ayağa kündə 
vurmaq,  cə rimə  kəsə  bilərd i.  Oğurluq  edənlərin  burnu,  qulaqları,  barmaq ları  və  s. 
kəsilird i.  Ölü m  cə zasına  yalnız  şah,  divanbəyi  və   xan lardan  başqa,  bəzi  sultanlar 
məh ku m edə bilərd i.
120
 
Şardenə  və  Təzkirət  əl-mülu k"a  görə  darğanın  məvacibi  300-dən  500  tü mənə 
qədər  idi.
121
  Ancaq  o,  rüşvətdən,  mü xtəlif  cə rimə  və  töycülərdən  böyük  gəlir  ə ldə 
edirdi. Darğanın kö məkçisi gecə vaxtı dəstəsilə bazarı və şəhərin məhəllələrin i gəzərək 
asayişə  nəzarət  edən  əxdas,  yaxud  mirşəb  (gecə  rəisi)  idi.  O,  əhalinin  əmlakın ın 
qorunmasına  da  cavabdeh  idi.  Əxdas  oğurluq  malı  tapdıqda  onun  2/6-si  ona  çatırdı. 
Oğurluq  baş  verdikdə  və  oğru  tapılmadıqda  isə  oğurlanmış  şeylərin  dəyərini  onların 
sahibinə  ödəməli  idi.
122
  Bakı  şəhərində  vergilə ri  ə mma l,  ya xud  a mil  adlanan  Divan 
mə mu rla rı yığ ırdı.
123
 
Şəhər  əhalisinin   mühü m  b ir  qrupunu  tacirlər  təşkil  edird i.  Şəhərlərdə  tacir 
silkinin  başçısı  malik  ət-tüccar  (prevot  des  marchands)  adlanırdı.
124
  Onu  tacirlərin 
özləri  seçirdilər.  Malik  ət-tüccar  ticarət,  mübahisə  və  çəkişmələrinə  dair  qərarlar 
çıxarmalı, habelə to xucuların, boyaqçıların və i.a. işinə nəzarət etməli idi.
125
 
Şəhərlərdə mühtəsib əl-məmalikin kö məkçilərı - naib lər var idi. Onların vəzifəsi 
                                                                 
 
Divan - maliyyə idarəsi
 
 


198 
 
malların əsnaf ağsaqqalları tərəfindən təqdim o lunan qiy mət cədvəllərin i təsdiq etmək, 
habelə  bazarlara   nə zarət  idi.
126
  Tacirlə rdən  biri  mühtəsibin  qoyduğu  qiymətlə ri 
pozduqda onların boynuna "taxta kü lah" keçirird ilər.
127
 Şarden bu cəza  üsulunu belə 
təsvir  edir:  "onların  boynuna  bizim  səyyar  rüsvayçılıq  dirəyinə  o xşar  qalın  ta xta 
keçirirlər. On lar qabaqda zınqırovları olan bu taxtaları çiyin lərində gəzdirirlər. On ların 
başına  hündür  saman  papaq  qoyub  öz  məhəllələrində  dolandırırlar  və  qara  camaat 
onları fitə basır".
128
 
Şəhərin  tacirləri  b ir  neçə  dərəcəyə  bölünürdü:  topdansatış  ticarəti  ilə  məşğul 
olan iri tac irlər - sövdəkarlar, xoca adlandırılan  dəniz və  ka rvan yolla rı vasitəsi ilə  xarici 
ticarətlə  məşğul olan tacirlə r və  i.a.  Bakıdakı tacirlər, başlıca  olaraq, Şa ma xın ın  xa m 
ipəyinin  alq ı-satqısında  vasitəçiliklə  məşğul  olurdular.  Böyük  kapital  sahibi  o lub, 
sələmç i bankir  Hindistan, İran,  Orta  Asiya və başqa Şərq ö lkə ləri  ilə , əsasən karvan 
ticarətində  vasitəçilik  rolu  oynayan  hind  tacirlə ri  xüsusi  yer  tuturdu.  Kabildə, 
Qəndəharda,  Bəndər-Abbasda,  Şira zda,  İsfahanda,  Şa ma xıda  v ə  Ba kıda,  habelə 
Bu xa rada və Bəlxdə tica rət koloniya ları olan hind tacirlə ri Hindistanla sıx iqtisadi əlaqə 
saxlay ır,  yerli  və  Hindistanda  istehsal  olunmuş  mallarla  ticarət  edirdilər.
129
  Hind 
tacirlə rin in  başlıca  t icarət  malları  ədviyyat  və  Hindistanda  istehsal  olunan  mü xtəlif 
zərxara və pa mbıq parça lar, habelə Kəşmir şalı - tirmə, silah, qiy mət li daşlar və mirvari 
idi.  XVII-XVIII əsrlə rdə  Bakıda  İrandan gəlib  Rusiyaya və oradan da  Qərb i Avropa 
ölkələrinə mal aparan yerli tacirlər də iri ipək ticarəti ilə məşğul olurdular. 
İri tacirlər ticarətdən əlavə, dövlətdən götürdükləri  icarədən də  xeyli gəlir əldə 
edirdilər.  Məsələn,  yuxa rıda  göstərilən  kitabədə  Ba kıda  icarəyə  verilən  tövcihat 
vergisinin adı çəkilir.
130
 Neft quyuları, du z  mədənləri,  zərb xana lar, ba zarlar və  i.a . da 
icarəyə verilirdi. İri tacirlə r  iqtisadi və siyasi cəhətdən feodallarla və  şəhərin  mənsəb 
sahibləri  ilə  bağlı  id ilə r.  Onların  nümayəndələri  ço x  va xt  yüks ək  in zibati  vəzifə lər 
tuturdu. Şəhər tacirlərinin  bir  zü mrəsi də sənətkarla rın  istehsal etdikləri  mə mu latı öz 
dükanlarında  satan  xırda  ticarətçilər  idi.  "Təzkirət  əl-mü luk"un  məlu matına  görə, 
tacirlə r şəhərin inzibati orqanla rına, başlıca ola raq, hakimə  və kə ləntərə tabe idilə r. 
Şəhər əhalisinin  mühüm bir qis min i sənətkarlar təşkil edirdi. Mənbələrdə Bakıda 
sənətkarla rın  vəziyyətinə  dair  heç  bir  mə lu mat  verilmir.  İçərişəhər  məhəllələ rin in 
dövrümüzədək gəlib çatmış qədim adlarından görünür ki, onlar  mü xtəlif  məhəllələrdə 
(məsələn, "həkka kçılar" məhəlləsi) yaşamışlar. 
Daha  sonrakı  mənbələrin  materialları  Bakın ın  ayrı-ayrı  məhəllələrində  eyni 
peşədən  olan  sənətkarların  -  misgərlərin,  dəmirçilərin,  dabbaqların,  boyaqçıların, 
zərgərlərin,  çəkməçilərin  (pinəçilə rin)  və  i.a .  məskunlaşdığını  təsdiq  edir.
131
 
İçərişəhərdəki nisbətən kiçik bir ərazidə ço xlu  məscid in (20-dən ço x) olması şəhərdə 
20-dək  məhə llən in  mövcud  olduğunu  göstərir.  Be lə  ki,  orta  əsr  Azə rbaycan 
şəhərlərində, adətən, hər məhəllən in öz məscidi olurdu. Tacirlər və sənətkarlar, ehtimal 
ki, bazarın və karvansaraların yerləşdiyi limanın yaxın lığında yaşayırdılar. Sənətkarlar 
öz  məmu latların ı ema latxana-dükanlarında, bazarda, yaxud yaxınlıqdakı  məhəllələrdə 
satırdılar. 
Şəhər sənətkarlarını  iki q ismə bölmək o lar: təkbaşına işləyən sənətkarlar və iri 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə