[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə95/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   91   92   93   94   95   96   97   98   ...   143

195 
 
Şardenin sözlərinə görə hər sənətkar dükanından boniçe adı ilə on su (həmin vaxt b ir 
abbası 18 suya bərabər idi - S.A.), sənətkarlıq məmulatı satan alverçi dükanından isə 20 
su (abbasıdan bir az ço x - S.A.) verg i alınırdı.
93
 Şardenin  verdiyi xəbərə görə, bu vergi 
şaha  xid mət  edən,  yəni  karxanada  işləyən  sənətkarlara  aid  edilmirdi.
94
  "Təzkirət 
əl-mü luk"un  məlu matları  və  V.Minorskinin  tədqiqatları  göstərir  ki,  boniçe  dedikdə 
Divanın  mədaxil  cədvəlində  əsnafdan  toplanan  ümumi  məb ləğin  ayrı-ayrı  sexlər  və 
onların ü zvləri arasında bölüşdürülən maddəsi nəzərdə tutulurdu.
95
 
Sənətkarlıq  se xlərinin   ha mısı  şaha  hər  birin in  qazanc ına  görə  bütün 
sənətkarla rdan yığılan  müvafiq  miqdarda pul ödəyirdilər.
96 
Ehtimal  ki, boniçe Divana 
daxil olan vergilər cədvəlinin ayrıca maddəsi üzrə sexlərdən və əsnafdan, habelə hər bir 
sənətkar  və  alverç idən  gəlirinə  müvafiq  olaraq  siyahı  ilə  a lınan  pul  kimi  başa 
düşülməlidir. 
"Təzkirət ə l-mü luk"da boniçenin yığ ılması mə rasimi be lə təsvir edilir: ilk üç ay 
müddətində  kələntər  və  naib   bütün  əsnafı  bir  yerə  y ığ maq  üçün  öz  nümayəndəsini 
təyin edir və onla rı na ibin ev inə toplayırla r.
97
 Na ibin və zifəsi əsnafa boniçe vergisin in 
məb ləğini  təyin  et mə kdir.  "Naib  qarşılıq lı  ra zılaş ma  əsasında hər  bir  əsnafa  qanuna, 
haqqa, zəkaya, ölkənin  adət və qaydalarına  müvafiq  boniçe təyin ed ir. Bu məqsədlə o, 
siyahı  (timar)  tutur,  onu  öz  möhürü  ilə  təsdiqləyib  kələntərin  idarəsinə  göndərir..."
98
 
Bundan  sonra  vəzirin,  kə ləntərin  və  müstövfinin  möhürü  ilə  təsdiqlən miş  qəbz 
vasitəsilə  dəftərə  görə  hər  əsnafdan  Divana  çatacaq  məb ləğ  (mütəvəccəhat-i  divani) 
götürülüb hissələrə bölünür (həvalə və tühəssas); kələntər hər əsnaf daxilində boniçeyə 
görə  onlardan  təcih  götürür  və  divanın  vergi  yığanları  (mühəssil)  müvafiq  surətdə 
məb ləği toplayırlar".
99
 
Boniçe Azərbaycan şəhərlərində yayılmışdı.
100
 Şəhər və kəndlərdə "tein" vergisi 
mövcud idi. Həmin verg iyə görə,  xarici dövlətin səfirinə və onun məiyyətinə şəhərdə 
qaldığı müddət ərzində gündəlik xərc üçün müəyyən miqdarda pul y ığılırdı.
101
 Ehtimal 
ki,  qonalqa  kimi  idi,  lakin  ondan  pula  yığılması  ilə  fərqlən irdi.  Xan  yol  boyu  s əfirə 
mən zil tutmaq və  gəldiy i hər yeni yerdə  tein topla maq üçün meh mandarı ona qoşurdu. 
Yezu it  missioneri (XVII)  Talışda səfirin yaxınlaş ması şayiəsi yayılan kimi evləri tərk 
olunmuş  kəndi  təsvir  edir.  Əhali  tein  verməkdən  yaxa  qurtarmaq  üçün  əmlakı  ilə 
birlikdə  qaç ıb  gizlənir.  La kin   bir  neçə   nəfər  ya xa lanır  və   meh mandar  onların 
zopalan masını əmr ed ir.
102
 
XVII  əsrin  sonlarından  və  XVIII  əsrin  əvvəllərində  feodal  istisma rın ın 
güclənməsi  və  yerli  hakimlərin  özbaşınalığ ı  ilə  əlaqədar  vergilərin  ü mu mi  artması 
müşahidə  olunur.
103
  Verg i  və  mü kəlləfiyyətlərin  ağırlığ ı  feodalların  və  maliyyə 
mə mu rla rının  zora kılığı  və  özbaşınalığı  nəticəsində  artırd ı.  Saysız  vergi  və 
mü kəlləfiyyətlər  şəhərin  və  ətraf  kəndlərin  əhalisinin  çiyninə  ağır  yük  kimi  düşərək 
cəmiyyətin məhsuldar qüvvələrini sarsıdır, ölkənin iqtisadiyyatını dağıdırd ı.  
Bakı qalasındakı  Cü mə  məscidin in  minarəsinin ö zülünə qoyulmuş daşda həkk 
                                                                 
 
Naib - kələntərin müavini v ə köməkçisi
 
 


196 
 
edilmiş  kitabədə  Bakıda  və  Abşeronda  yığılan  vergilər  haqqında  müəyyən  məlu mat 
əksini tap mışdır. I Şah Abbasın fərman ının surəti olan bu  kitabə  XX əsrin əvvəlində 
yerində yeni məscid tikilmiş, qabaqlar mövcud olan daha qədim Cü mə məscidin in giriş 
qapısının üstündə qoyulmuşdur. 
H.1024  (1615)-cü  ilə  aid  bu fə rmanda "Şirvanın  Badkubə ö lkəsində" yaşayan 
şiələrin  Ramazan ay ında yığılan bəzi verg ilərdən azad  edildiyi bild irilirdi. Fərmanda 
deyilirdi ki, şah "...Dovşan ilinin əvvəlindən icarəyə verilən tövcihatdan başqa, onların 
(şiələrin  -  S.A.)  mübarək  Ramazan   ayında  çatacaq  bir  aylıq  malucəhatlarını  sədəqə 
olaraq..." ləğv etmişdir.
104
 Fərmanda daha sonra deyilirdi ki, "...Bu qərarla a lın mış illik 
tiyul və  məvacib i  ləğv etsinlər.  Onla r  (tiyuldarlar) üçün təyin olunan məvacib həvalə  
divanına    daxil  edilir.  Qeyd  o lunan  ş əhərin  malucəhatını  ilbəil  azaldıb,  qalığını 
assiqnovka  sahiblərin in  kap italına  çevirsinlə r.  Zikr  o lunmuş  ölkənin  tiyul  sahiblə ri 
fərmanda  qeyd  edild iyi  kimi  həyata  keçirsinlə r.  Qeyd  olunan  ayın  ay lıq   gəlirini  öz 
tiyullarından  çıxarılmış  bilsinlər  və  rəiyyətdən  heç  bir  tələb  etməsinlər  və  məzkur 
ölkənin  kələntəri,  kənd xudaları  və  ağsaqqalları  həqiqətdə  (bilməlidir  ki,)  əgər  şiələr 
içərisində  bir  sünni  olsa  və  ya  başqa  yerlərdən  birinin   adamı  orada  o lsa,  bu 
yüngülləşdirmə onlara aid edilmir (yəni onlar bu vergidən azad ed ilmirlər - S.A.)".
105
 
Bu fərmanda XVII əsrin əvvəllərində Ba kıda  mövcud olan bütün vergi növləri 
sadalanır.  Ehtimal  ki,  icarəyə  verilən  tövcihat  malucəhatın  bir  h issəsi  olub,  pula 
yığılırdı.
106
 Fərmandan göründüyü kimi, XVII əsrdə bəzi vergilər ica rəyə verilirdi. 
Sonra  bir  illiyə  verilən  bə xşiş  növü  tiyuldan  danışılır.  İllik  tiyul,  y əni 
bağışlanmış  ərazidən  vergi  yığ maq  hüququ  ləğv  edildikdən  sonra  tiyuldarlar  onlara 
təyin  olunmuş  məvacibi  əskinas  Divanından  (Divan-i  həvalə)  a lırdılar.  Fə rmanla  
əlaqədar  malucəhatın  yığ ılması  ildən  ilə  azaldılırd ı,  bu  vergidən  qalan  məb ləğ  isə 
əskinas sahiblərinin (ərbab-i həvalat) kapital fondu kimi əskinas Divanına daxil o lmalı 
idi.  Mətndən  göründüyü  kimi  malucəhat,  əsasən,  yerli  dövlət  mə murla rından  və 
hərbçilərdən ibarət olan tiyuldarla rın xərc lərini ödəmə k üçün yığılırd ı. 
Hə min  kitabə  İsgəndər  Münşinin  şahın  h.1024  (1615)-cü  ildə  "İranın  bütün 
mə mlə kətlə rin in  şiə lərini  Ra ma zan  ayında  d ivana  çatan  torpaq  vergisind ən,  hərəkət 
etməyən ə mlakın icarə haqqından azad et məsinə" dair mə lu matın ı təsdiq edir.
107
 
Bu tədbir, ehtimal ki, müharibə lər nəticəsində müflisləş miş Abşeron və Bakın ın 
vergi verən əhalisinin  bir hiss əsinin ağır və ziyyətini yüngülləşdirmə k  istəyindən irə li 
gəlmişdir.  Ve rginin   müvəqqəti  ola raq  ləğv  edilməsi  yaln ız  şahın  yeritdiy i  siyas ətlə 
bağlı imtiyazlara malik olan şiələrə şamil id i. 
Kitabədə adı çəkilən bəzi vəzifə li şə xslər - kə ləntərlə r, kənd xudalar, ağsaqqallar 
- şəhər idarəçiliyində mühüm ro l oynayırdılar. ―Tə zkirət əl-mü luk"un verdiyi mə lu mata 
görə,  kələntərin  vəzifələrinə  şəhər  məhəllələrinin  kənd xudalarını,  əsnafların 
ağsaqqalların ı  təyin  etmək  daxil  idi.
108
  Hər  məhə llən in  sakinləri  və  hər  b ir  əsnafın 
üzvləri  ö z  aralarından  etibarlı  bir  adam  seçib  onun  üçün  ş əhadətnamə  tərtib  edir  və 
məvac ib  təyin  ed irdilər.  Kə ləntərin  müavini  və  kö məkç isi  naibin   möhürü  ilə  
təsdiqlən miş sənədi kələntərə gətirə rək ondan şəhadətnamə (təliqə) və öz na mizədlə ri 
üçün fəxri paltar alırd ılar. Bundan sonra həmin şəxs onların işlərin i idarə edirdi.
109
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə