[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə103/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   99   100   101   102   103   104   105   106   ...   143

211 
 
cür  iddiasını  yaddan  çıxarsın.  Torpaqları  Xəzər  dənizi  ilə  gürcü  vilayətləri  arasında 
yerləşən Dərbənd, Bakı xanla rı və digər mə liklər də eyni xəbərdarlıq a ld ıla r.
84
 Ehtimal 
ki, çar höku məti qoşunların çıxarılmasına baxmayaraq, həmin v ilayətlərə iddialarından 
əl çəkməmişdi və şahın hərəkətlərin i diqqətlə izləyird i. 
General-leytenant  Knorrinq  imperatora  11  aprel  1800 -cü  il  tarixli  raportunda 
Baba xanın Bakın ı tutmaq niyyətində olduğunu bildirirdi. Belə ki, onun fikrincə, həmin 
şəhər Baba xana gö mrük rüsumları, eləcə də, neft və duzdan böyük gəlir gətirirdi. Baba 
xan  Bakı  xanına  hücumu  üçün  fars  tacirlərinin  Hüseynqulu  xanın  onların  Maştağa 
sahillərində  batmış  rus  gəmisindəki  mallarını  zəbt  etməsi  barədə  ona  gəlib  çatmış 
şikayətlərini bəhanə gətirir. O, Hüseynqulu xan ın öz təbəələri olan qubalıların mallarını 
zəbt et məsi barədə Şey xə li xanın şikayətin i də buna əlavə edir.
85
 
1800-cü  il  yanvarın  22-də  Rusiyanın  İrandakı  konsulu  Skibinevski  Bakıya 
gələrək,  Rusiya imperatorunun böyük məbləğdə pulla rı əllərindən tutulub alın mış rus 
tacirlə rin in ra zı salın masını Hüseynqulu xandan tələb et mək haqqında əmrin in icrasına 
başladı. 
La kin   xan, Skibinevskinin d ilə tutmasına ba xmayaraq, inc idilmiş tacirləri  ra zı 
salmaqdan  imtina   etdikdə   donanma  kapitanı  Moçakov  konsulun  tələbi  ilə   hə min   il 
fevralın  6-da  "Kizlyar"  gəmisindən  Bakı  şəhərini  top  atəşinə  tutdu.  Hüseynqulu  xan 
günahını boynuna alıb  tacirləri razı saldı, habelə şəxsən özünün və bir neçə təbəəsinin 
veksel  üzrə  başqa  tacirlərə  o lan  borclarını  da  ödədi.  Bundan  əlavə,  Hüseynqulu  xan 
Skibinevskinin  tələbi ilə  rus tacirlə rin in gələcə kdə də sıxışdırılmasın ın qarşısını almaq 
məqsədilə konsulun diktə etdiyi qaydaları da qəbul etdi və yazılı iltiza m verdi.
86
 
1800-cü il apre lin əvvəlində Hüseynqulu xan ın  mə muru Mirzə Had i bəy  xanın 
mə ktubu ilə  Qızlara ,  Qafqa z cəbhəsinin baş ko mandanı general-leytenant Knorrinqin 
yanına gəldi. Məktubda  xanın rus tacirlərinin bütün tələblərinə əməl etdiy i və  məmur 
Mirzə Hadi bəyin onun adından rus tacirləri ilə rəftarına görə hökmdardan üzrxahlıq və 
onu  həmişəlik  ola raq  ali  himayəsinə  götürməy i  xahiş  et mək  üçün  göndərdiyi  xəbər 
verilirdi.
87
 Xanın  xahişinə cavab almaq üçün Mirzə  Hadi bəyə Həştərxanda qaldıqdan 
sonra  Peterburqa  yola  düşmüş  və  burada,  sarayda  qəbul  olunmuşdur.  O,  1801-ci  il 
avqustun 28-də v itse-kansler knya z Kurakindən Hüseynqulu xanın adına  - Ba kı xan ına 
həmin tarixli "ali fə rman"a əlavə edilmiş cavab mə ktubu aldı.
88
 Bu reskriptdə Pavelin 
ölümündən sonra 1801-ci  il  martın 1-də taxta çıxmış I Aleksandr xana qonşu xanlarla 
yola getməyi, sülh iç rə yaşamağı və onlarla ittifaq bağla mağ ı ə mr edirdi.
89
 
İmperator  Aleksandrı  taxta  çıxması  münasibətilə  təbrik  etmək  və  digər 
məsələ lər  üçün  bir  sıra  xanlıqla rın,  o  cü mlədən  dərbəndli  Şey xə li  xanın  və  bakılı 
Hüseynqulu xan ın elçiləri Peterburqa gəldi.
90
 
I Aleksandrın Azərbaycan  xanlıqları, o cümlədən Bakı  xanlığı barəsində siyasi 
xətti onun 1801-c i il sentyabrın 12-də genera l-leytenant Knorrinqə verdiyi reskriptdə 
əksini tap mışdır. Orada deyilirdi: "Ətraf məliklər və xalqlarla əlaqə saxlayarkən Rusiya 
tərəfdarla rın ın sayının a rt masına, xüsusilə ü zərində Baba xanın  hakimiyyətinin hələ lik 
möhkəmlən məd iyi  və  ona  görə  də  indiki  şəraitdə  öz  təhlü kəsizliyi  üçün,  əlbəttə, 
Rusiyaya daha çox mey l göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və d igər xanları 


212 
 
öz tərəfinizə cəlb etməyə çalışın. Onlardan torpaqları Arazın sol sahilində yerləşən və 
Kür  çay ınadək  u zananlarla,  xüsusilə  çayın   mənsəbinə  və  Xəzər  dənizində  ən  yaxşı 
limana  sahib  olan  Bakı  xan ı  ilə  əlaqə  vasitəsilə  Həştərxandan  Gürcüstandakı 
qoşunlarımıza Qafqaz dağları ilə deyil, dənizlə sursat daşınması yolları əldə edilməsinə 
çalış maq lazımd ır".
91
 
Konsul  Skib inevski  xan ların  hərəkətlərin i  izləy ir  və  xan lıq ların  əhalisinin 
Rusiyaya meyl göstərdiyini çar höku mətinə  xəbər verird i.  Konsulun general-leytenant 
Knoninqə 1802-ci il  fevralın 26-da Ba kıdan göndərdiyi raportda deyilird i ki,  xan ların 
ara  müharibələri  nəticəsində  müflisləşən  və  nə  xanın,  nə  də  kəndxudaların  şəxsində 
fərli-başlı  rəislə ri  olmayan  qubalıla r  və  dərbəndlilər  Rusiyanın  himayəsində  olan 
Gü rcüstanın taleyinə həsəd aparırlarsa, ticarət və əkinçilik sayəsində varlı olan bakılılar 
və  şama xılılar  xan  hakimiyyətindən  razıdırlar  və  Rusiyanın  tabeçiliy ində  olmaq 
istəmirlər.  Ruhanilə r  onlara   xristianlarda  himayə  a xtarmağın  günah  olduğunu  təlqin 
edir,  kənd xudalar  isə  şayiə  yayırdılar  ki,  rus  qoşunları  ş əhəri  tutarsa,  onların 
arvadların ın "is mətinə to xunacaqdır", bundan əlavə, onlar Rusiya hakimiyyətinə n ifrət 
aşılayırd ılar.  Bakılılar  Şamaxı  xan ının  güclən məsindən  qorxsalar  da,  Bakı  xanı 
Hüseynqulu  xan  və  kənd xudalar  onunla  ittifaqı  hər  vəchlə  qoruyub  saxlamağa  cəhd 
göstərirdilər.
92
 
I Ale ksandr knyaz Sisianovu Qafqa za baş ko mandan t əyin etdi. O, 1803-cü ilin 
fevralında  Gürcüstana  gəldi.
93
  Sisianovun  Qafqaza   təyin  edilməsi  ilə  İrana  qarşı 
müharibəyə  hazırlıq  başladı.  Bu  zaman  Azərbaycan  xanları  arasında  hakimiyyət 
uğrunda  mübarizə  davam  edirdi.  Bakı  xanı  Hüseynqulu  xan  Abşerondakı  Maştağa 
kəndinə sığın mış II M irzə  Məhəmməd xan la vuruşmaya ara vermirdi.  
1803-cü  ildə  Hüseynqulu  xan  şirvanlı  Mustafa  xanın  kö məyi  ilə  Maştağa 
qalasını ələ keçirdi. Qubaya çəkilən  II M irzə Məhəmməd xan öz keçmiş mülkünü geri 
qaytarmaq üçün vasitə axtarmağa başladı.
94
 Çar höku məti I Ale ksandrın ta xta  çıxması 
ilə   A zərbaycanın  bir  sıra  ş əhərlərin i,  ilk  növbədə,  Ba kını  tutmaq  üçün  fəal  surətdə 
hazırlaş mağa başladı. Buna Hüseynqulu xanın təbəələrin in rus və Dağ ıstan tacirlərin in 
fırtınanın Bakı xanın ın torpaqlarında sahilə atdığı gəmilərdəki mallarını qarət etmələri 
bəhanə oldu. Bu  məsələ ba rəsində həmin tacirlə rə vurulan  zə rərin ödənilməsini tə ləb 
edən general-leytenant Knorrinq və konsul Skib mevskinin  Hüseynqulu xanla  yazışması 
bir neçə il çəkd i.
95
 
Çar höku məti  Bakı şəhərin i və başqa Azərbaycan şəhərlərin i dinc yolla, hərbi 
əməliyyatlara əl atmadan tutmağa çalışırd ı. 
Sisianovun Skib inevskiyə göndərdiyi 15 yanvar 1803-cü il tarixli sərənca mında 
deyilirdi: "Siz  Bakı  limanın ın Rusiya ticarət gəmiçiliy i üçün nə qədər lazım olduğunu 
bilirsin iz,  indi o, b izə şəhərin özündən daha əhəmiyyətlid ir.  Lakin şəhərin və liman ın 
təbii  mövqeyinə  görə  bizim  qoşunlarımız  əlverişli  fürsət  düşən  kimi  gec-tez  Bakını 
hökmən  tutmalıd ır. Siz Bakı xanın ın necə miskin vəziyyətdə olduğunu, onun iki güclü 
tərəfdən - Mustafa və Şeyxə li xan tərəfindən sıxışdırıldığ ını daha ya xşı b ilirsin iz. Buna 
görə  də  mü xtəlif  vasitələrlə  onu  Rusiyadan  başqa  heç  yerdən  ona  kömək  və 
himayədarlıq  göstərilməyəcəyinə,  Şey xə li  xanın  Mustafanı,  bəlkə  də  onun  özünü  - 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə