[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə100/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   96   97   98   99   100   101   102   103   ...   143

205 
 
edilən bir neçə uğursuz həmlədən sonra II M irzə Məhə mməd  xan  Qubaya qayıtmağa 
məcbur o ldu.
36
 
Zubkov  bu hadis ələri  bir  qədər  başqa cür  təsvir  edir.  Onun  verdiyi  mə lu mata 
görə  Fətəli  xanın  bacısı  oğlu  olan  Mirzə  Məhəmməd  xan  Əh məd  xandan  Fətəli  xan 
vaxtındakı  asılılığından  qurtarmaq  istəyirdi.  Buna  görə  də  Əhməd  xan  onu  devirib 
yerinə onun ə misi Məhə mmədqulu ağanı xan et mə k istəmird i. Əh məd  xan ın dost kimi 
Bakıya  buraxılmış  adamları  hiy lə  ilə  Bakı  qalasının   darvaza larını  ələ  keçirərək, 
yaxınlıqda  gizlən miş  800  adamı  şəhərə  keçirdilər  və  beləliklə,  qalanı  tutub, 
Məhəmmədqulu ağanı xan e lan etdilər, M irzə Məhə mməd xan ı isə anası - Fətəli xan ın 
bacısı ilə birlikdə Qubaya göndərdilər. Lakin tezliklə, 1791-ci ilin martında Əhməd xan 
özündən  sonra  azyaşlı  oğlunu  qoyub  öldü.  Quba  xanlığını  onun  13  yaşlı,  "lakin 
fərasətli, cəsur və diribaş olan" kiç ik qa rdaşı Şey xə li xan idarə  et məyə başladı.
37
 Şey xə li 
xan II M irzə Məhə mməd xanın hüquqlarının bərpa olun masına başladı. Bu məqsədlə o, 
qoşunun  başında  Bakı  xanı  ilə  birlikdə  Bakıya  yollandı.  Öz  gücünə  əmin  o lmayan 
Şey xəli  xan elə həmin  ilin iyun ayında Georg iyevskdə olan general Qudoviçə  məktub 
göndərdi.  Məktubda  o  Məhəmmədqulu  xanı  ö z  təbəəsi  adlandıraraq,  Bakını  geri 
almaqda  kö mək  göstərməy i  xahiş  edirdi.  İşin  təfsilatından  xəbərsiz  olan  general 
Qudoviç Şey xəli xana kö mək göstərmək istəyərək "rus gəmilərindən bir neçə dəfə atəş 
açmaq"  haqqında  sərəncam  verdi.
38
  14  gündən  sonra  general  Qudoviç  mühasirəyə 
alın mış Məhəmmədqulu  xandan  mə ktub aldı.  O,  məktubunda Bakının qanuni ha kimi 
olduğunu yazır, onun rus təbəəliyinə qəbul edilməsini və Şey xəli xan la mübarizədə ona 
kö mək göstərilməsini xah iş edirdi. 
General  Qudoviç  Xəzər  donanmasının  ko mandiri,  general-mayor  Şişkinə 
xanlardan hansının haqlı olduğunu yerindəcə aydınlaşdırmaq və "dövlət  mənafeyin in 
tələb etdiyi kimi" hərəkət  et mək barədə sərəncam verdi. La kin s ərəncam ço x gec gəlib 
çatdı:  freqat  və  botla  Bakı  liman ında  dayanan  Şişkinin  göstərişi  ilə  donanma 
kapitan-leytenantı  Molle r  "Rusiyanın  ticarət ini  h imayə  et mək  və  mü lklə ri  dəniz 
sahilində  yerləşən  xanla ra  hədlərini  bildirmək  üçün"  Bakı  qalasın ı  gə milə rdən  top 
atəşinə tutdu.
39
 
Bu  tədbir  Məhə mmədqulu  xana  elə  güclü  təsir  göstərdi  ki,  o,  1791  -c i  ilin 
sentyabrında  (yaxud  oktyabrında)  Şey xəli  xanla  barışdı,  Bakının  gəlirin in  yarısını 
Mirzə Məhəmməd xana və xan sikkəsi ilə 24 min manat Şey xə li xana verməyi öhdəsinə 
götürdü.
40
 
1792-c i ilin əvvəlində Məhəmmədqulu xan öldü. Onun ölü mündən sonra xanlar 
arasında hakimiyyət uğrunda çəkişmə düşdü. Şeyxəli xanın  təkidi ilə M irzə Məhəmməd 
xan Bakı  xanı elan olundu. Lakin bu uzun çəkmədi. Mirzə Məhəmməd  xandan narazı 
olan  Bakı  əyanları  onu  Bakıdan  qovaraq  Məhəmmədqulu  xanın   qardaşı  oğlu 
Hüseynqulu ağanı xan  elan etdilər. Yeni xan  Mirzə Məhəmməd  xanı keçmiş xanın  təyin 
etdiyi neft quyularından və duz mədənlərindən toplanan gəlirin yarısından məhru m etdi 
və Mirzə Məhə mməd xan ailəsi ilə Qubaya, Şey xəli xanın yanına qayıtdı.
41
 
A.Bakıxanov yazırdı ki, h.1206  (1792)-cı  ildə "səxavətli, lakin bərk ürəkli bir 
əmir olan  bakılı Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa Hacı 


206 
 
Əliqulu ağa oğlu, bir neçə bəyin  - dayısı oğlu  və damadı  Qasım bəy Mənsurxan bəy 
oğlunun və sair tərəfdarlarının səyilə höku mət başına keçdi".
42
 
Lakin feodal araçəkiş mələri və xanlar arasında hakimiyyət davası qurtarmadı. II 
Mirzə Məhəmməd xan Quba qoşunu ilə Bakını yenidən mühasirəyə aldı və Hüseynqulu 
xanla  müqavilə bağladı.  Bu   müqaviləyə görə bütün  xanlıq  və neft  mədənləri onların 
arasında iki yerə bö lünürdü.
43
 
H.1209  (1795)-cu  ildə  Ba kı  xanı  Hüseynqulu  xan  II Mirzə Məhə mməd   xan ın 
sadəlövhlüyündən  istifadə  edərək  bir  gecə  qoşunla  onun  o  zamankı  iqa mətgahı  olan 
Balaxana  qalasına  hücu m  ed ib  onu  aldı,  II  Mirzə  Məhəmməd  xanı  Qubaya  çıxıb  
getməyə məcbur etdi.
44
 
Bu  zaman  İranda  vəkil  Kərim  xan  Zəndin  ö lü mündən  sonra  xan ların  şah 
tac-taxt ına  sahib  olmaq  uğrunda  araçəkiş mə ləri  şəraitində  bir  neçə  il  ərzində  İranın, 
demə k o lar ki, bütün əsas əyalətlərini və  Azərbaycanın şimal xanhqların ı tutmaq üçün 
müharibəyə başladı. Əvvəlcə o,  xanların yanına elçilər göndərdi, tabe olmaların ı tələb 
edərək, ə ks təqdirdə, müharibə ilə hədələdi.
45
 
Ağa  Məhəmməd  xanın  güclən məsin i  görən  çar  höku məti  1792-ci  ildə  ikinci 
Rusiya-Türkiyə müharibəsi qurtarandan sonra Azərbaycan xanlıqla rının Rusiyaya tabe 
etdirilməsi  üçün  fəal  siyasət  yeritməyə  başladı.
46
  II  Ye katerinanın  general  Qudoviçə 
verilmiş  8  may  1792-ci  il  və  aprel  1793-cü  il  tarixli  reskriptlərində  Rusiyanın 
təbəəliyinə keç mə k  istəməyən  xanla r barədə təhdid ifadə olun muşdur.
47
 II Ye katerina 
rus çarizmin in duz, neft, xam Şirvan ipəyi, yun, mis, gümüş, faydalı qazıntılarla zəngin 
olan  Azərbaycan  barəsindəki  ənənəvi  siyasətini  həyata  keçirird i.  O,  II  Pyotr  kimi 
Cənubi  Qa fqaz  ölkə lərindən  keçən  karvan  ticarəti  yollarına  yiyələn mə k  və  Astrabad 
vasitəsilə İran və  Hindistanla birbaşa ticarət ə laqələri yarat maq məqsədilə  Azə rbaycan 
xanlıqları, xüsusilə Bakını zəbt etməyə can atırdı. 
Butkov  bu  illə rdə,  yəni,  Hüseynqulu  xan ın  hakimiyyəti  dövründə  baş  vermiş 
bəzi  hadisələri  belə   işıq landırır.  1792-ci  ilin   sonlarında  Hüseynqulu  xan  Rusiya 
hökuməti  ilə  onun  Rusiya  təbəəliyinə  keçməsi  məsələsinə  dair  danışıqlara  başladı. 
Lakin  Hüseynqulu  xan ın  bu  addımları  Şey xəli  xanın  narazılığına  səbəb  oldu.  O, 
Hüseynqulu xanın xahişilə çariçan ın yanına gedən məmurunu Dərbənddə tutub saxladı. 
Lakin elçi məlu matı general Qudoviçə başqa yolla göndərməyə macal tapmışdı. 
1793-cü il aprelin 19-da Hüseynqulu xan ın bütün vilayəti ilə  birlikdə Rusiyanın 
təbəəliyinə  qəbul  olun ması  haqqında  "ali  fə rman"  verildi.  Təkcə  xanın  sədaqət  andı 
içməsi qalırdı. Lakin bu zaman bəzi çətinliklər ortaya çıxdı.
48
 
1793-cü  ilin  iyul ayında dərbəndli Şey xə li  xan  mə muru M irzə  Həsəni ö zünün 
Rusiya təbəəliyinə qəbul olunması barədə ərizə ilə  Georgiyevskə - general  Qudoviçin 
yanına göndərdi. Ərizədə ona tabe olan torpaqlar arasında Bakının da adı çəkilirdi. Elçi 
xanın  adından  sədaqət  andı  içdi,  1793-cü  il  o ktyabrın  9-da  isə  Qudoviç  andı  təsdiq 
etmə k və imzalat maq tələb i  ilə  Şey xə li  xan ın yanına kapitan göndərdi.  La kin  Şey xə li 
xan bundan imtina etdi.  Bu  zaman  Şey xəli  xan artıq  Rusiya təbəəsi sayılırdı və onun 
elçisi saraya aparılaraq, burada ali fərman ın verilməsini gözləyird i.
49
 Be lə liklə, Bakını 
öz mülkü sayan Şeyxəli xan 1794-cü ilin ortalarında şəhəri almaq üçün qoşunla hərəkət 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə