[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə108/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   104   105   106   107   108   109   110   111   ...   143

221 
 
gətirilmişdi.
17
 
Bundan başqa həmin  illə rdə Həştərxandan Bakıya 564,  371 a rşın, Ən zəliyə isə 
590 226 arşın mü xtəlif çeşid li rus parçası ixrac o lunmuşdu.
18
 
Həştərxandan  Bakıya  böyük  tələbat  o lan,  Rusiyada  istehsal  edilən  u zunsov 
dəmir təbəqələr, habelə də mir və polad mə mu latı da aparılırd ı. Ta m olmayan mə lu mata 
görə 1778-ci ildə Bakıya pudu 45 qəpikdən 4000 pud, 1779-cu ildə 5000 pud uzunsov 
dəmir təbəqə, 1780-ci ildə 2473 pud qazan, sacayağı, məftil, 1781-c i ildə 6000 pud 28 
funt uzunsov dəmir təbəqə və 563 pud tirşəkilli rus poladı, bundan əlavə 280 manatlıq 
mü xtəlif dəmir məmu lat yola salın mışdı.
19
 
1779-1781-c i  illərdə  Həştərxandan  Ba kıya  1  355  000  tikiş  iynəsi,  10  665 
Pavlovo qıfılı, 3578 Pavlovo qayçısı, 1743 qatlama Tula b ıçağı (1779-cu ilin məlu matı 
yoxdur) aparılmışdı.
20
 
Xəzlə rdən  Bakıya  külli  miqdarda,  min lərlə  göndərilən  sincab,  pişikkimilər  və 
dovşankimilərin dəriləri ixrac edilirdi.
21
 
Bu xtada və şəhər ərazisində XVIII əsrin ikinci yarısına,  xüsusilə 70-c i illərdən 
sonrakı dövrə aid
22
 çoxlu miqdarda rus sikkə lərinin tapılması da rus tacirlə rin in Ba kıda 
əhəmiyyətli ticarət apardığ ına dəlalət edir. 
Sadalanan 
mə lu matlar 
Rusiyanın  Azərbaycanla  ticarətinin   həcmin in 
artmasından  xəbər  verir.  Mənbələrdə,  eyni  zamanda,  İranla  Bakı  vasitəsilə  iqtisadi 
əlaqələrin zəifləd iyi göstərilir.  XVIII əsrin son onilliklərində Bakı vasitəsilə  Rusiyaya 
Ənzəliyə  aparıldığ ından  üç  dəfə  çox  mal  daşınırd ı.  Eləcə  də  Ənzəlidən  Bakıya  mal 
gətirilməsinin   tənəzzülü  müşahidə  edilir.
23
  Xə zərdə  ü zən  ticarət   gə milərinin   sayı  az 
olduğundan malların daşın ma xərci ço x baha idi. 
İran  tacirlərin in  Xəzəryanı  əyalətlərdə  rəqabətini  aradan  qaldırmağa  cəhd 
göstərən  çar  hökuməti  yerli  gəmiçiliyin  in kişafın ı  qadağan  etmək  üçün  hər  cür 
tədbirlərə ə l atırdı.  Lakin yerli  xan lar gə miqayırma ilə c iddi-cəhdlə  məşğul olurdular. 
Le rxin mə lu matına görə keç miş ad miral olan Ba kı xan ı M irzə Məhə mməd 1747-c i ilin 
oktyabrında Ləngərudda gəmiqayırma işlərinə rəhbərlik edir və tez-tez oraya gedirdi.
24
 
Rus gəmilərində  ma l daşın ması ço x baha başa gəldiy indən, Ba kı  xanı ehtima l ki, bu 
məqsədlə öz gə milərinin o lmasında maraq lı id i.  
1777-c i  ildə  ya zmış  anonim  müə llif
25
  Rusiyanın  Azə rbaycan  şəhərləri  ilə 
ticarətindən xəbər verir: "...Də rbənddə, Ba kıda və  Sa lyanda xeyli mən fəətlə mu m, bal, 
balıq  yapışqanı  almaq  olar.  Bakın ın  yaxın lığ ından  n əinki  Rusiya  dövlətində  böyük 
miqdarda istifadə et mə k, habelə  Avropa dövlətlərinə  ixrac et mək  mü mkün olan  xey li 
neft gətirmə k o lar. Dərbənddə və Ba kıda gə milə rə a raq çəkmək üçün olduqca əlverişli 
olan şərab yükləmək olar: yerli dildə ona çaxır deyirlər".
26
 Müəllif daha sonra ticarətin 
Bakıda Dərbənddən daha çox in kişaf etdiyin i və onun, başlıca olaraq,  Şirvan vilayəti, 
xüsusilə Şamaxı şəhəri ilə aparıldığ ını qeyd edir.
27
 Lakin o, bu ticarətin ço x da böyük 
olmadığın ı göstərir. 
Bakı  xan ının  rus tacirlərinə  münasibəti pis  idi.  1779-cu  ildə  ləzg ilər  iki bakılı 
oğlan uşağını oğurlayıb Həştərxanda satdıqlarına görə Bakı hakimi Məlik Məhəmməd 
xan  Bakıdakı bütün rus tacirlərinin   malları  ilə b irlikdə həbs olunmasın ı əmr etmişdi. 


222 
 
Tacirlər yalnız uşaqlardan biri Ba kıya qaytarıld ıqdan sonra azad olun muş dular.
28
 
Elə hə min  il  İranda vəkil Kə rim  xan Zəndin  ölü mündən sonra baş verən xa lq 
iğtişaşları  və  feodal  araçəkişmələri  ilə  bağlı  olaraq  rus  konsulu  və  tacirləri  Bakıdan 
Həştərxana qayıt mağa məcbur oldu.
29
 
Rusiya-Azərbaycan və İran ticarət  məsələlərini n iza ma salmaq üçün Bakıya və 
Ənzəliyə təyin o lunmuş rus  konsulların ın  məlu matlarında Bakı  xanın ın  Bakıdakı rus 
tacirlə rin i incit məsi xəbər verilir. Öz iqtisadi təsirini ta Hindistana qədər yaymağa ümid 
bəsləyən  çar  hökuməti  hələ  I  Pyotr  va xtından  Bakı  limanı  vasitəsilə  ticarət in 
genişləndirilməsində  maraqlı  id i.  Bu  məqsədlə  1781-ci  ilin  iyun  ayında  qraf 
Voynoviçin  ko mandası altında Həştərxandan Astrabad körfəzinə eskadra yola düşdü. 
Eskadra  körfəzin  sahilində,  yaxud  adalardan  birində  "ticarəti  Şərqi  Hindistana  qədər 
genişləndirmək  məqsədilə  Rusiya  ko mmersiya  məskəni"  yaratmalı  idi.  Lakin 
ekspedisiya  uğursuzluğa  düçar  oldu.  Eskadra  geri  qayıdarkən  1782-ci  ilin  iyununda 
Bakı  bu xtasına  gird i.  Voynoviçlə  məxsusi  olaraq  Bakıya  gəlmiş  Fətəli  xanla 
danışıqların gedişində rus tacirlərinin  Bakıda və Şirvanın digər şəhərlərində ticarətinə 
dair bir sıra məsələlər n izama salındı və onlara mü xtəlif imtiyazlar verildi.
30
 
1784-cü  ildə  Ba kıda  olmuş  ingilis  s əyyahı  Forster  yazırdı:  "Mazandaranda 
yəhudi  şirkəti  tərəfindən  fabrika  üsulu  ilə  a z  miqdarda  ipək  istehsal  olunur.  Onun 
ticarəti,  başlıca   ola raq  oradan  ağ  və   rəngli  pa mb ıq  parça lar,  pa mb ıq,  düyü  alan   və 
əvəzində  Rusiyadan  gətirilən   uzunsov  dəmir  təbəqələr,  zəfəran,  buğda  və 
Həştərxandan
31
  alınan  enli  mahud  partiyala rı  göndərən  Bakı  liman ı  ilə  sıx  ə laqə 
sayəsində həyata keçirilir".
32
 
Burnaşovun  məlu matına görə  1786-cı ildə  Bakıda cəmi b ir neçə  xristian tacir 
ailəsi yaşayırdı.
33
 
Şəhərin  təsvirini  verən  Forster  dairəsi  bir  milə  yaxın  olan  Bakıda  xeyli  adam 
yaşadığını və onların ço xunun ticarətlə məşğul olduğunu söyləyir.
34
 "Bu xta genişdir və 
gücü  iki  xırda  ada  tərəfindən  zəiflədilən  cənub  küləyindən savayı  bütün  küləklərdən 
quru ilə müdafiə o lunur".
35
 
İpək  ticarətində  başlıca  liman  kimi  Bakın ın  böyük  rolunu  qeyd  edən  Forster 
deyir: "Uzun müddət güman edirdilər ki, Türkiyədən Avropaya gətirilən  ipək Osman lı 
imperiyasında istehsal olunur. Lakin İran ın ticarətinin dərindən öyrənilməsi göstərir ki, 
türk  tacirləri  Gilana  və  Şirvana  gedərək  orada  böyük  miqdarda  ipək  alır  və  sonra 
Avropaya  göndərirlər.
36
  Forster  Xəzər  dənizində  ipək  t icarəti  məsələsində  Rusiya 
hökuməti ilə ingilis ko mmersiya müəssisələri və faktoriyaları arasında rəqabət getdiyini 
qeyd edirdi. 
Forsterin  mə lu matına  görə  "Şirvan  əyalətində  xey li  miqdarda  ipə k  istehsal 
olunur, onun 400 tonu hər il Həştərxana  apanlır: burada hə mç inin  mühü m t icarət  ma lı 
olan əla keyfiyyətli zəfə ran istehsal edilir. Art ıq ço xdan Ba kıda yaşayan Multanı hindli 
icması bu şəhərdə ticarətin genişlənməsinə güclü kö mək göstərir".
37
 Forster qeyd edirdi 
ki,  hindlilər  Şirvanın  əsas  tacirləri  sayılma lıd ır.  O,  hind  tacir lərinin  İrana  və 
Azərbaycana hansı yolla gəldiklərin i təsvir edir. Hindlilər, adətən, ölkən in cənubundakı 
iri  Tata  şəhərində  gəmiyə  min ib  Bəsrəyə  gedirdilər.  Buradan  onlar  İrandan  keçən 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə