[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə109/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   105   106   107   108   109   110   111   112   ...   143

223 
 
karvanları  müşayiət  edirdilər.  On ların  bəziləri  quruyla  Qəndəhar  və  Herat  yolu  ilə 
Xəzə r  dənizinə  doğru  gedirdilər;  la kin  hindlilə r  kiç ik  qrupla r  halında  hərəkət  edir, 
müsəlman lar tərəfindən incidilmələrindən acı-acı şikayətlənird ilər.
38
 
1796-c ı  ildə  Bakıda  o lmuş  Marşall  fon  Biberşteyn  Bakıdan  Xə zər  dənizində 
yeganə  böyük  və  rahat  liman  kimi  danışır:  "Ba kı  liman ı  (Şirvanın)  duz  v ə  b itum 
hopmuş  ən  quru  hissəsidir.  Lakin   torpağın  bu  xüsusiyyəti  duz,  petrol  və  neft 
ticarətindən  xeyli  gəlir  götürən  şəhər  üçün  sərvət  mənbəyidir".
39
  Bundan  başqa  o, 
xüsusilə köhnə Şamaxı şəhərinin süqutundan (1734-cü il - S.A.) sonra Şirvanı və qonşu 
əyalətləri daim narahat edən iğtişaşlar vaxtından Bakıda ticarətin xeyli azaldığın ı qeyd 
edir. Duz buradan böyük miqdarda yeni Şamaxıya və daha uzağa aparılırdı. Neftin əsas 
satış bazarı isə Gilan idi.
40
 
Bakıda  ticarətin  1796-cı  ildə  Biberşteynin  qeyd  etdiyi  tənəzzü lü,  yəqin   ki, 
1795-1797-c i il müharibə ləri, Ağaməhə mməd xanın qoşunlarının  törətdiyi dağıntıla rla  
bağlı  idi.  1796-cı  ildə  general  Zubovun  qoşunları  ilə  birlikdə  Bakıda  olmuş  Artemi 
Araratskinin  məlu mat ına görə  şəhərdə bahalıq e lə b ir həddə çatmışdı  ki, yu murtanın 
biri 20 qəpiyə satılırdı.
41
 
1797-c i ildə Şirvanda, Ba kıda, Şa ma xıda və digər yerlərdə aclıq tüğyan edirdi. 
"Torpaqda çox az miqdarda arpa axtarıb tapmaq olu rdu və onun çörəyi ən azı 15 gümüş 
manat idi..."
42
 
1798-c i ildən etibarən Ba kı xan lığında və digər xan lıqlarda şəhərlə rin  vəziyyəti 
yaxşılaşmağa başladı. Rusiya ilə ticarət əlaqələri bərpa olundu. 
Fransız  səyyahı  Q.A.Olivye  1798-ci  ildə  Bakıda,  Ənzəlidə  və  Salyanda 
faktoriyaları o lan rusların ticarəti haqqında məlu mat verir. Rus tacirləri bu liman lardan 
Həştərxana Gilan və Şirvan ipəyi, pa mbıq, düyü, quru meyvə, pa mbıq parça, bəzi xalis 
ipək, ya xud ipək və pa mbıq qarışıq parça lar, zə rlə  işlən miş ipə k kə mə rlə r, boyaqkökü, 
həsir, zirə, küncüt yağı və bə zi dərman maddələri, xaş xaş, u lduzvari cirə, mirra, ənbər 
və i.a . aparırdılar. Rus tacirlə ri bu malların  əvəzində at və  digər heyvan dərisi, bə zi qaba 
mahud növləri, məxmər, atlas, muar və d igər Lion parçaları verird ilər. Tacirlər, habelə 
Hollandiyadan  və  İngiltərədən  gətirilən  a z  miqdarda  koşenil  (q ırmızı  boyaq),  indiqo 
(tünd sürməyi boyaq) da satırdılar. Onlar qiy mətli xəzlər də təklif edird ilər. Lakin yerli 
əhali  daha  çox  quzu  dərisindən  istifadə  etdiklərindən  xəz  ço x  az  satılırdı.  Halbuki 
Türkiyədə onlara tələbat böyük idi.
43
 Rusiyaya İrandan Bakı vasitəsilə ipəyin e malında 
istifadə edilən gəvən kitrəsi də aparılırdı.
44
 
Olivyenin  məlu mat ından  göründüyü  kimi  rus  tacirləri  vasitəçiliklə  də  məşğul 
olur,  Bakıda  öz  ölkələrinin  malları  ilə  yanaşı,  Fransadan,  İngiltərədən  və  digər 
ölkələrdən gətirilən əcnəbi malları da satırdılar. 
XVIII  əsrin   sonunda  Bakını  təsvir  edən  ingilis  missioneri  M .Tuk  Bakıda 
ticarətin Dərbənddəkindən daha əhə miyyətli olduğunu qeyd edir. Ba kı, başlıca  olaraq, 
xa mna və ipək mə mu latla rı a ldığı Şa ma xı ilə  ticarət  aparır. Orada, adətən, rus konsulu 
var.
45
 Bakı ə ra zisində XVIII əsrə aid Şa ma xıda kəsilmiş xeyli miqdarda sikkə tapılması 
da Şamaxı ilə geniş ticarət aparıld ığına dəlalət edir.
46
 
XVIII  əsrin  sonlarında  Ba kıda  o lmuş  məşhur  Azərbaycan  səyyahı  və  alimi 


224 
 
Zeynalabdin Şirvani öz əsərlərində buradan Azərbaycan, İran, Rusiya və Qərbi Avropa 
şəhərlərinə ağ və qara neft, eləcə də  zəfəran  aparılaraq həmin yerlərdə baha qiy mətə 
satıldığını qeyd etmişdir.
47
 
II  Yekaterina  vaxtında  çar  höku məti  Şərqdə  iri  ticarət  mərkəzi  və  rus 
qoşunlarının başlıca təchizat bazası o lan Bakıya böyük diqqət yetirird i. Bakı limanın ın 
möhkəmləndirilməsi  və  yenidən  quru lması  nəzərdə  tutulurdu.  Bu  məqsədlə  vəsait 
buraxılmış, hətta Peterburqdan ustalar təyin edilmiş və göndərilmişdi.  P.Q.Butkov öz 
yol qeydlərində yazırdı: " Bakı  limanın ı ona görə sahmana salmaq  la zım görülmüşdür 
ki,  o,  Xə zər  dənizində  ən  yaxşı  limand ır.  Orada  gə milər  7  sajın  dərinliyində  dayana 
bilərlə r.  Buraya   Mazandarandan,  Gilandan,  Lənkəran  sahilindən,  Şirvandan  və 
Azərbaycandan külli miqdarda tacir gəlir. Bütün Şirvan məhsullarının ha mısını Ba kıya 
gətirir. 
...Be ləliklə aydın o lur  ki,  Rusiyanın İranla t icarətində  Bakı yeganə rahat və ən 
əlverişli  yerdir.  Buradan  Mazandaran  və  Gilan  əyalətləri  ilə  ən  gəlirli  ticarət  aparıla 
bilər; quru tica rət yoluna gəldikdə isə, Bakıdan İran körfə zinədək ölkənin bütün zəngin 
daxili  əya lətlərinə  hələ  böyük  Şah  Abbas  tərəfindən  salınmış  təhlükəsiz  yol  gedir. 
Lazımi  yerlərində  daş  hasarlı  karvansaralar  tikilmiş  bu  yol  məhz  Təbriz,  Ərdəbil, 
Sultaniyyə, Tehran, Qə zvin  və Kaşana, hətta İsfahana və daha sonra İran körfə zinədək 
gedib çıxır".
48
 
Gö zlərini zəngin və əsrarəngiz Hindistana tikən və onunla ticarət etmək istəyən 
çar hökuməti bu məqsədlə Bakıdan istifadə etməyi qərara aldı. "Məlu mdur ki, gəbrlərin 
mə zhəbi  Hindistanın  başlıca   mə zhəbidir.  Hindlilərin  b ir  ço xu   indiyədək  Ba kı 
ətrafındakı  odlara  sitayişə  gedirlər.  Bakını  sah mana  salmaq la  və  onunla  ticarəti 
genişləndirməklə  onu  hind  gəbrlərinin  Məkkəsinə  çev irmək  olmazmı  və  qis mən  bu 
səbəbdən Astrabad və Həştərxan vasitəsilə zəngin quru ticarət yolu açıla b ilmə zmi?.."
49
 
La kin  1797-c i  ilin  ya zında  həyata  keçirilməsi  nəzə rdə  tutulan  bu  planlar  II 
Yekaterinanın ö lü mü ilə əlaqədar baş tutmad ı.  Taxta çıxmış  I Pavel rus qoşunların ın 
Cənubi Qafqazdan dərhal çıxarılmasını ə mr etdi. 
Rus tacirlərinin  Ba kı vasitəsilə  ticarət i XIX əsrin əvvəllərində də davam edirdi. 
Lakin Bakıdakı xan hakimiyyəti rus tacirlərinə düşməncəsinə münasibət bəsləyirdi. Bir 
sıra  sənədlər  də  buna  dəlalət  edir.  1800-cü  ilin  yanvarında  Bakıya  gələn  Rusiyanın 
İrandakı  konsulu  Skibinevski  Bakı  xan ı  Hüseynqulu  xandan  əllərindən  zorla  xey li 
məb ləğdə  pulları  a lın mış  rus  tacirlə rin in  ra zı  salın masını  tə ləb  etdi.  Danışıq ların 
gedişində  Hüseynqulu  xan  incitdiyi  rus  tacirlərini  razı  salmaqdan  imtina  etdikdə, 
konsulun  təklifi  ilə   donanma  kapitan-leytenantı  Moçakov  hə min   il  fevra lın   6-da 
"Kizlyar"  gə misindən  şəhəri  atəşə  tutdu.  Nəticədə  Hüseynqulu  xan  öz  günahını 
boynuna  alıb,  nəin ki  həmin  tacirlərin,  hətta  digər  rus  tacirlərinin  itkilərini  ödədi  və 
gələcəkdə onlarla ədalət lə davran maq barədə yazılı iltiza m verdi.
50
 
Hə min  ilin  yazında  Hüseynqulu  xan  mə mu ru  Mirzə  Had i  bəyi  rus  tacirlə ri 
barəsində  hərəkətlərinə  görə  üzrxah lıq la  Rusiya  sarayına  göndərdi.
51
  Lakin  xan 
hakimiyyəti ilə çar höku məti arasında ticarət  məsələsində daim  münaqiş ə gedirdi.  Çar 
hökuməti təkcə rus tacirlərinə deyil, həmçin in rusların təsir dairəsində olan  Dağıstan 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə