[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə110/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   106   107   108   109   110   111   112   113   ...   143

225 
 
tacirlə rinə də h imayədarlıq edirdi. 
Knyaz  Sisianovun  qraf  A.Vorontsova  yazdığı  13  dekabr  1802-ci  il  tarixli 
mə ktubda  deyilir:  "Mənim  canişinim  genera l-leytenant  Knorrinq  tapşırıqla   bakılı 
Hüseynqulu  xandan  onun  məmurlarının  Dərbənd  və  Dağıstan  tacirlərin in  bu  xan ın 
torpaqlarında sahilə atılmış gəmilərdən qarət etdikləri malların ın onlara qaytarılmasını 
tələb et mişdi..." Rusiya höku mət i Hüseynqulu xandan onun qardaşının və təbəələ rin in 
Həştərxandakı hind taciri Muqundas Terendasovun Bakı  xanının  torpaqlarında sahilə  
atılmış gəmisindən qarət etdikləri rus tacirlərinə məxsus mallara görə vurduqları ziyanı 
ödəmək üçün 10000 manat tələb etmişdi.
52
 
Bu mə ktublaşmadan, hə mçin in aydın olur ki, hindlilə r əvvəlki kimi koloniyala rı 
olan Həştərxanla Ba kı arasındakı tica rətdə əhəmiyyətli rol oynayırdılar. 
Rus hökumətin in Bakıya və Xəzər dənizində ticarətə nə qədər böyük əhəmiyyət 
verdiyi  knyaz  Sisianovun  Skibinevskiyə  göndərdiyi  15  yanvar  1803-cü  il  ta rixli 
sərəncamından da görünür: "...Siz Ba kı limanın ın Rusiyanın ticarət  gəmiç iliy i üçün nə 
qədər  la zım  olduğunu  bilirsiniz,  indi  o,  b izim  üçün  ş əhərin  ö zündən  daha 
əhəmiyyətlidir.  Lakin  şəhərin və  limanın təbii  mövqelərinə görə b izim qoşunlarımız, 
əlverişli fürsət düşən kimi gec-tez Bakın ı hökmən tutmalıdır..."
53
 
Başqa bir sənəddə Sisianovun Rumyantsevə göndərdiyi 31 avqust 1803-cü  il 
tarixli məlu matda o xuyuruq: "Hindistan ticarət i kimi Bassoradan keçən əsas və zəngin 
İran ticarətinin  də ingilislərin əlində o lduğu indiki vaxtdan bunu deməy i ö zü mə  rəva 
görürəm ki, hansısa gözlən ilməz hadisələr istisna olmaqla bu ticarəti hazırkı yolundan 
döndərmək  mü mkün deyil.  Ona görə də belə nəticəyə gəlirəm  ki, bizim Xəzər dənizi 
vasitəsilə ticarət imizin  müvəffəqiyyəti Mazandaran əyaləti, Astrabad və Bakı a rası və 
Qəndəhardan  Astrabada  və  Xivəyə  gətirilən   hind  mallarının   cüzi  bir  hiss əsi  ilə  
məhdudlaşacaqdır..."
54
 
Gətirilən  materia lla r  liman  ş əhəri  kimi  başlıca   olaraq   İranla  Rus iya  arasında 
tranzit t icarətlə  bağlı olan Bakın ın əhəmiyyətini kifayət qədər göstərir. 
Daha sonrakı dövrə (1832-ci  il) aid bəzi arxiv sənədlərində  Bakıdakı ticarətin 
həcmi haqqında təsəvvür yaradan mə lu matlar vard ır. Şəhərdə  500 ayrıca  dükan,  207 
dükanı  olan  9  karvansara  olduğu  xəbər  verilir.
55
  Dükanların  sayı  (707)  ço x  böyük 
görünə  bilər,  belə  ki,  qalanın  içindəki  şəhərin  özü  iri  deyild i.  Lakin  məlu mdur  ki, 
sənətkarla r, adətən öz  mə mulat larını satdıqları dükanlarda  işləyirdilər. Digər tərəfdən 
karvansaralardakı dükanlar gəlmə tac irlərə  icarəyə verilirdi. XIX əsrin əvvəlində Ba kı 
xanlığında  quru  karvan  ticarəti  üçün  470  dəvə  və  təqribən  3000  at  var  id i  ki,  bu  da 
karvan yolu ilə xeyli mal daşındığına dəlalət ed ir. 
 
 
 
 
 
 
 


226 
 
 
 
 
 
 
4. SOSĠAL MÜNASĠBƏTLƏR VƏ ġƏHƏR QURULUġU 
 
Bakı xanlığ ına aşağıdakı 39 kəndi olan Abşeron yarımadası da xil id i
1

 
Maştağa 
Zabrat 
Nardaran  
Məhəmmədi 
Bilgəh  
Digah  
Buzovna 
Fatmay ı 
Şağan 
Go radil 
Mərdəkan 
Pirşağa 
Türkan  
Kürdəxana 
Kürkənt 
Keşlə 
Zirə  
Əh mədli 
Qala  
Zığ  
Hövsan 
Əmircan  
Hökmah  
Bülbülə 
Gü zdək 
Sabunçu 
Qobu 
Binəqədi 
Xoca Həsən 
Masazır 
Biləcə ri 
Nov xana 
Pirəkəşkül köçü  
Saray 
Suraxanı 
Corat  
Ba la xana
2
 
Xırdalan  
Ra mana  
 
 
Bakı xanlığın ın paytaxtı, onun iqtisadi və inzibati-siyasi mərkəzi Bakı şəhəri idi. 
Bakı  xanlığın ın  ərazisi  başqa  xanlıqlara  n isbətən  kiçik  (təqribən  uzunu  80,  eni  60 
verst)
3
,  əhalisi  isə  az  idi;  1820-ci  ildə  əha lin in  sayı  20  mindən  ço x  deyild i.
4
 
Bakıxanovun  məlu matına  görə  Abşeronda  türklər  yaşayan  bir  neçə  kənd  istisna 
olmaqla, qa lan kəndlərin əhalisi tatla r olmuşdur.
5
 Bizim ə limizdə XVII əsr Ba kısına aid 
statistik məlu mat lar yo xdur. La kin bə zi səyyahların və arxiv sənədlərinin məlu mat ları o 
vaxt Bakı qalası əhalisinin 7 mindən ço x o lmadığ ını ehtimal etməyə imkan verir. 
Zeynalabdin Şirvanin in məlu matına görə XVIII əsrin sonlarında Bakın ın əhalisi 
3  min ailədən ibarət olmuşdur.
6
 La kin bu rəqə m aç ıq-aşkar şişird ilmişdir; belə  ki, hər 


227 
 
ailə  o rta  hesabla  5  nəfərdən  götürülsə, şəhərin  əhalisi  15  min  a lınar  ki,  bu  da  digər 
mənbələ r tərəfindən təsdiq edilmir. 
1807-c i  ilin   mə lu matına  görə   "şəhərdə  500  ev  var,  əhalinin  sayı  3  minə 
yaxındır".
7
  Lakin  general-leytenant  Repinin  1810-cu  ildə  tərtib  etdiyi  cədvəldə  Ba kı 
şəhəri  əhalisinin  tərkibi  haqqında  ehtimal  ki,  daha  dəqiq  məlu mat  verilmişdir.
8
  Rus 
çarizminin  Bakı  xan lığ ını  istila etməsindən keçən dörd il  XVIII əsrin sonu-XIX əsrin 
əvvəllərindəki şəhərin sosail tərkibində və simasında ço x böyük dəyişiklik əmələ gətirə 
bilmə mişdi.  1810-cu  ilin  mə lu matına  görə  Bakı  və  onun  ətrafında  2235  nəfər  kişi 
yaşayan  931  ev  var  id i.
9
  Ehtima l  et mə k  ola r  ki,  əhalinin  ü mu mi  sayı  qadınlar  və 
gəlmələ rlə  birlikdə 6 minə çat ırd ı. 
Göstərilən  miqdarda  evlərdən  897-sində  "ələvi  məzhəbindən  olan 
müsəlman lar", 34-də ermən ilər, 10-da isə yəhudilər  məskunlaşmışdı. 
1820-c i  ilin  mə lu matına görə  Bakıda və şəhər ətrafında 1137 a ilə, ya xud 5152 
nəfər əhali yaşayırdı.
10
 Be lə liklə, şəhərin əha lisi gəlmə lərlə b irlikdə təqribən 6-7  min 
nəfər id i. 
K.Spasski-Avtonomovun mə lu matına görə  1851-ci  ildə, çarizmin  Ba kın ı  işğal 
etməsindən  45  il  sonra  İçərişəhərdə  yerli  sakinlərə   mə xsus  evlərin  sayı  1688,  şiə  
müsəlman ların sayı isə 7875 nəfər idi
11
; rus mə murları və  ermən i tacirlə ri buraya da xil 
deyildi.  Ehtimal  ki, be lə q ısa bir  müddət ərzində  1810-cu  ilə  nisbətən qalada evlərin 
(931 
ev) 
və 
yerli 
əhalin in  bakılıların  sayı  xey li  artmışdır.  Gö rünür, 
K.Spasski-Avtonomovun gətirdiyi mə lu mat lar gerçə kliyə uyğundur. 
Əhalinin  sayına  görə  Bakıdan  sonra  ikinci  yeri  3  min  əhali  yaşayan  Maştağa 
kəndi  tuturdu.  Bala xana,  Bu zovna,  Nov xana,  Qa la,  Nardaran  kəndlərinin  hər  birin in 
mindən ço x əhalisi var  idi.
12
  Bakı təsərrüfat ba xımından kəndlə rlə  birlikdə vahid b ir 
nahiyə təşkil edirdi. Şəhər ə rzaq məhsulla rı və şəhər təsərrüfatına  la zım olan  s ənətkarlıq 
mə mu latla rı  ilə  təchiz o lunurdu. Neft və  duz  mədənlərinə,  zəfə ran tarlala rına,  meyvə 
bağlarına  və  üzü mlü klərə  sahib  olan  əyanlar  şəhərdə  yaşayaraq  tabeliklərində  olan 
rəiyyəti  və   şəxsən  mülkədara   təhkim  o lunmuş  rəncbərlə ri  istismar  edirdilər.  Feodal 
ierarxiyasın ın başında xan lığ ın ali hakimi və külli-ixtiyar sahibi o lan xan dururdu. Xan 
hakim feodal sinfınin torpaq sahibləri və mülkədarların mənafeyin i təmsil ed irdi. Nadir 
şahın  ölümündən  sonra  bakılı  Dərgahqulu  xanın   oğlu,  ordunun  şaha  ən  yaxın 
əmirlərindən  olan  Mirzə  Məhəmməd  xan  öz  mövqeyindən  və    bakılılar  arasında 
nüfuzundan istifadə edərək Bakıda hakimiyyəti ələ keçirib özünü müstəqil xan elan etdi 
və şahın naibi Qale mi qovdu.
13
 1747-c i ildən 1806-cı ilə qədər davam edən Ba kı xanla rı 
sülaləsinin aşağıdakı nü mayəndələri olmuşdur: 
I  Mirzə  Məhə mməd  xan  Də rgahqulu  xan  oğlu  1747-ci  ildən  1768-c i  ilədək 
hakimiyyət sürmüşdür . 
Məlik  Məhəmməd  xan   I  Mirzə  Məhə mməd   xan   oğlu  1768-c i  ildən  1784-cü 
                                                                 
 Ehtimal ki, dağ y əhudiləri – tatlar nəzərdə tutulur.  
 
M irzə M əhəmməd xanın Bibiheybət qəbiristanındakı mərmər qəbir daşındakı ölüm tarixini 
Ə.Ə. Ələsğərzadə oxumuşdur.  


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə