[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə104/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   100   101   102   103   104   105   106   107   ...   143

213 
 
Hüseynqulu  xanı  tabe  etmək  üçün  Rusiyadan  qoşun  istədiyinə  və  tamamilə  iflasa 
uğramaqdan  qurtulmaq  və  ö zünü  müdafiə  etmək  üçün  özünün  imperatordan  Bakıya 
qarnizon  göndərməsin i  xah iş  etməsinə  və  bəlkə  də  iltifat  göstərilib  xahişin in  rədd 
edilməyəcəyinə inandırmaq arzu o lunardı".
96
 
Sisianovun Bakı xanın ın elçisi Allahverdi bəylə danışıqları nəticəsində 1803-cü 
ilin əvvəlində Ba kı şəhərinin Rusiyaya güzəşt olunması barədə ra zılaş ma ə ldə edildi. 
Sisianov  Bakı  şəhərinin  güzəştə  gedilməsi  haqqında  bakılı  Hüseynqulu  xanın 
elçisi  Allahverdi  bəylə  saziş  imzalayıb  (27.  IV.  1803-cü  il),  Vo rontsovdan  Bakıda 
qarnizon yerləşdirmək və onun yaxın lığ ındakı yerlə ri tut maq üçün öz s ərəncamına iki 
polk - birin i Ta mandan, ikincisin i is ə Krımdan göndərilməsini xahiş etdi.
97
 
La kin   1804-cü  ildə  Hüseynqulu  xan  Ba kı və Şa ma xı əyanlarının  təkidi ilə  öz 
elçisin in bağladığı sazişi po zdu.
98
 
I Aleksandrın Sisianova göndərdiyi 26 oktyabr 1803-cü  il tarixli sərəncamında 
axırıncıya  "Bakı  xan ının  elçisi  Əliverdi  bəy  arasında  bağlanmış  qərarların  həyata 
keçirilməsinə başlamaq" təklif olunurdu. Sərəncamda daha sonra deyilird i: "...Mən bu 
əməliyyatın  uğurla  başa  çatacağına  xüsusilə  ona  görə  ümidvaram  ki,  siz  Xəzər 
dənizindəki  sərəncamınızda  olan  donanma mızın  kö məyi  ilə  qarşıya  ç ıxa   bilən 
çətinlikləri  dəf  edə  biləcəksiniz.  Bakı  və  Salyanın  alın ması  ilə  Xəzər  dənizindəki 
Rusiyaya  yaxın   sahilboyu  yerlərin   taleyi  artıq  b izim  əlimizdə  o lacaqdır...".
99
  Xan 
hakimiyyəti I Ale ksandrın siyasətini İranda və A zərbaycanda həyata keçirən Ba kıda kı 
baş  konsul  Skib inevskinin,  xüsusilə  Bakı  barəsindəki  fəaliyyətindən  bərk  narazı  idi. 
Bakı xan ı Hüseynqulu xanla Skibinevskinin münasibətləri elə gərgin və düşməncəsinə 
idi ki, 1804-cü  ilin əvvəllərində o, xanın  tərəfdarları tərəfindən Ba kıdan qovuldu, həm 
də bu za man onun 7 əsgəri öldürüldü, ö zü is ə ya xın lıqdakı adala rın birinə sığındı.
100
 
1803-cü  ilin   aprelində  Qafqa zdakı  baş  ko mandan  Sisianov  impe rator  I 
Aleksandra  Azərbaycanın  bir  sıra  qala  və  şəhərlərinin,  o  cü mlədən  Bakının  zəbt 
edilməsin in lay ihəsini təqdim etdi.
101
 Bu lay ihə bəyənildi və Rusiya 1803-1805-ci illər 
ərzində  bir  neçə  xan lığı  -Gəncə,  Qarabağ,  Şəki  və  Şamaxı  xanlıqların ı  işğal  etdi. 
Bundan  sonra  Rusiya  höku məti  İranın  Xə zər  dənizi  sahillərinə  hərb i  e kspedisiyaya 
hazırlaş mağa başladı. Sisianovun I Aleksandra göndərdiyi 30 dekabr 1804-cü il tarixli 
raportda Xə zər donanmasını 1805-c i  ilin  aprelində  Ənzə liyə və  Rəştə göndərmə k və 
orada  iki  rota  çıxa rıb  cari  ilin  ka mpan iyasının  çəkdiyi  zərə rə  görə  bir  milyon  manat 
əvəz ödənilməsin i tələb etməy in zəruri olduğundan danışılırdı. 
1805-c i  ildə  rus  donanması  general-mayor  Zavalişinin  başçılığ ı  ilə 
Həştərxandan Ən zəliyə yola düşdü. 800 nəfərlik  rus dəstəsi Pir  Baza rı və  Rəşti tutdu, 
lakin sonradan kö məyə gələn İran qoşun hissələri tərəfindən məğlubiyyətə uğradılaraq 
gəmilə rlə  Ba kıya  yollandı.
102
  Şəhər  əyanları  öz  sərvətlərini  və  ailə lərini  şəhərdən 
çıxararaq  qalanın  müdafiəsinə  hazırlaşdılar.  Bu xtaya  daxil  olan  rus  gəmiləri  şəhəri 
mühasirəyə almağa başladılar. Hüseynqulu xan rus qoşunlarının gəlməsinin məqsədini 
aydınlaşdırmaq üçün Zavalişinin yanına elçi göndərdi. Zavalişin cavabında imperator 
tərəfindən  Bakını tutmağa göndərildiyin i b ild ird i və şəhərin dərha l təhvil verilməsini 
tələb  etdi.  Hüseynqulu  xan  va xt  qa zan maq  məqsədilə  cavab  üçün  nıöhlət  istədi. 


214 
 
Avqustun 15-də,  möhlət qurtaranda və şəhər təslim o lmadıqda Zavalişin sahilə desant 
çıxardı.  Lakin  elə  bu  vaxt  qubalı  Şey xəli  xan  və  qazıqu muqlu  II  Surxay  xanın  oğlu 
dərbəndli Nuh bəy bir dəstə İran qoşunu ilə Ba kı  xanın ın kö məyinə gəldilə r.  Bir neçə 
döyüşdən  sonra  məğlub  olan  ruslar  gəmilərə  oturub  Lən kəran  yaxınlığ ındakı  Sarı 
adasına getdilər.
103
 
1805-c i il de kabrın  27-də Sisianov Şa ma xı xanlığ ının  Rusiyanın tərkib inə da xil 
olması  və  şirvanlı  Mustafa  xan la  ittifaq  bağlan ması  barədə  I  Aleksandra  raport 
göndərdi. Sonra o, özünün qoşunla Bakıya,  Bakı  xanı  Hüseynqulu  xanla danışıqlarda 
bəzi çətinliklə rlə  rastlaşan Zavalişinin kö məyinə getdiyini xəbər verirdi.
104
 
1806-c ı  il  fevra lın  əvvəlində  böyük  ordu  ilə  gələn  Sisianov  Bakının  2 
verstliyində general-mayor Zavalişinin  desant qoşunları  ilə  birləşərək qalan ın ruslara  
təslim  olun ması  barədə  Bakı  xanı  ilə  danışıqla ra  başladı.
105
  Rus  qoşunları  qalan ın 
yaxınlığındakı Naxırbulaqda düşərgə saldı. 
Hə min  il  fevralın  8-də  Hüseynqulu  xan  ö z  mə iyyətinin  müşayiəti  ilə  şəhərin 
açarlarını  knyaz Sisianova təqdim etmək üçün qaladan çıxdı.  Sisianov açarları qəbul 
etdiyi va xt o və onun yanında dayanan knyaz Eristov q əflətən xan ın məiyyətindən olan 
iki  şəxs  tərəfindən  qətlə  yetirildi.
106
  Qocaman  yerli  sakinlə r  onlardan  birini  Ba kı 
əsilzadələrindən olan Əh məd bəy adlandırırlar. 
Qaladan  axışıb  gələn  bakılılar  Sisianovun  bədənini  doğrayaraq,  başını  qalaya 
apardılar,  sonra  isə  İrana  Fətəli  şaha  göndərdilər.  Fətəli  şah  Sisianovun  başını 
gətirənlərə bol əna mla r bə xş etdi.
107
 
Sisianov şah Abbas darvazasının yaxınlığında - şimalında qətlə yetirilmişdir. 
Sisianovun  ölümündən  xəbər  tutan  rus  ordusu  geri  çəkildi,  Zavalişin  isə  öz 
qoşunlarını gə miyə  oturdub Sarı adasına getdi. Onun qoşunu burada kömə k göndərilənə 
qədər böyük məhru miyyətlərə düçar oldu. Kö mə k gələndən sonra o, şima la yollandı. 
Bakıxanov  Sisianovun  ölüm  gününü  başqa  cür  göstərməklə  bu  hadisələri 
müfəssəl təsvir edir: "Knyaz Sisianov Şirvana gəlib zahirdə itaət göstərən Mustafa xan 
ilə  görüşdükdən sonra Bakıya getdi.  Sarıda olan ruslar da d əniz yo lu ilə gəlib onunla 
birləşdilər.  Bəzi  xid mətlər  göstərmiş  olan  II  M irzə  Məhə mməd  xanın  qardaşı 
Əbdürrəhim  ağa  Qubadan  Şirvana,  sərdarın  hüzuruna  gəldi.  O  hərçənd  Hüseynqulu 
xanın İran tərəfdarı olduğunu söyləyirdi,  lakin sərdar onun sözünü qərəzsiz sanmay ıb 
qəbul etmirdi. Sərdar hic ri 1220 (1806)-ci ildə  şubatın (fevra lın ) 2-də qalan ın yanında 
Hüseynqulu  xan  ilə  təslim  olmaq   haqqında  danışıq  aparırd ı.  Bu   zaman  sülh  və 
müsalimət qanunu xilafına olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırığı ilə 
onun  bibisi  oğlu  İbrah im  bəy  İbni-Əli  bəy  ağa  ibn i-Məhəmmədhüseyn  xan 
ibni-İma mqulu xan Də rbəndinin əlində öldürüldü. Başı qatilin atası ilə şahın  hüzuruna 
göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə getdilər".
108
 
Sisianov  öldürüldükdən  sonra  şimaldan  başqa,  bütün  xanlar  yaran mış 
vəziyyətdən  istifadə  edərək  ruslara  qarşı  üsyan  qaldırdıla r
109
  və  Rusiyanın 
təbəəliyindən boyun qaçıraraq özlərin i müstəqil e lan etdilə r. 
Bu zaman İran taxtın ın naibüss əltənə titulu daşıyan vəliəhdi, Azərbaycanı idarə 
edən Abbas Mirzə  öz qoşunu ilə Aslandüz tərəfdən hərəkət edərək Qa rabağdan keçib 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə