[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə91/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   87   88   89   90   91   92   93   94   ...   143

187 
 
şəhərin  qala  divarların ı  tikd irmiş  Şirvan  bəylərbəyi  Zülfüqar  xanın  ad ı  çəkilir.
17
 
Karme li  rahiblə ri 1607-ci  ildə şəhər şah qoşunları tərəfindən tutulduqdan bir neçə ay 
sonra şəhər ətrafına ova çıxmış Zülfüqar xan ı Bakıda görmüşlər.
18 
İtaliyalı Pyetro della 
Vallenin  1618-c i  ildə verdiy i  mə lu mata görə,  Ba kı hakimi sultan tituluna  malik  idi.
19
 
Ke mpfer  də  1683-cü  ildə   Ba kı  ha kimin in  sultan  adlandığ ını  xəbər  verir.
20
  İrandakı 
anonim yezuit   missioneri 1687-c i  ildə   Bakının sultan adlanan və İran şahının vassalı 
olan məlik tərəfindən idarə ed ilən kiçik b ir vilayət olduğunu yazırdı.
21
 
1689-cu  ildə A zərbaycanda olmuş digər fransız ye zuit   missioneri rah ib  Villet 
aşağıdakı  məlu matı  verir:  "Farsların  dövləti,  yaxud  imperiyası  16  böyük  vilayətə 
bölünür.  Onların  hər  birinin  tabeliy ində  sultanlıqların,  yəni  əyalətlərin  adı  ilə  sultan 
adlandırılan  əyalət  hakimləri  o lan  xanları,  yaxud  şah  canişinləri  vardır.  Şirvan 
dövlətindəki  Bakı  əyaləti  onlardan  birid ir.  Onun  34  kəndi  var..."
22 
Göründüyü  kimi, 
Bakı Səfəv ilər dövründə çoğrafi, iqtisadi və siyasi baxımlardan əlahiddə inzibati vahid 
idi. 
Türk  səyyahı  Övliya  Çələbi  xəbər  verir  ki,  Şirvan  vilayətindəki  Bakı  (yəni, 
Abşeron  -  S.A.)   1  nahiyədən  (ehtimal  ki,  neft  rayonlarından  -  S.A.)  ibarət  ayrıca 
xanlıqdır.  Çələbinin   dediyinə  görə,  Bakı  xan lığının   "şahsevənlər"dən  və 
"dizçökənlər"dən  təşkil  olun muş  qoşunu  var  idi.  Bakı  xanın ın  qeyri-n izami  feodal 
qoşunu  3000  döyüşçüdən  ibarət  id i.
23
  Hə m  də,  Ba kı,  İrəvan  və  Gəncə  xanla rın ın 
qoşunları  türkmənlərdən,  monqollardan,  qumuqlardan,  kalmıklardan  (kalmaklar), 
kudəklə rdən,  muğanlılardan,  quzlardan  təşkil  edilmişdi.  Qa lada  silah  cəbbə xanası,  o 
cümlədən toplar var  idi.
24
 Öv liya   Çələbi şahın rəs mən təyin etdiy i dövlətli  mü lkədar 
olan  Bakı  xanın ı  Əşrəf  xan  ad landırır.
25
  Ehtima l  ki,  Bakı  xan ının  ö zünün  " təbili, 
nağarası və bayrağı" olmuşdur. Onun tabeliyində 12 yerli hakim var idi.
26 
Bakı xan ları, 
ehtimal ki, artıq  Şirvanşahlar sarayında yaşamırd ılar.  Əks halda, Bakı qalasın ı təfərrüatı 
ilə  təsvir edən Övliya Çə ləbi saray haqqında hər hansı bir mə lu mat verərd i. 1600-cü ildə 
sarayda olmuş İrandakı fransız  missioneri  Rafael dü Man onun uçulub -dağıldığını və 
tama milə xaraba qald ığını qeyd edir.
27
 
Səfəvi  şahlarından  soyurqal,  tiyul,  müa fi  ş əklində  mü xtə lif  bə xşişlə r  a lan, 
Çələbinin əyan
28
 adlandırdığı yerli  feodal kübarla rının  xeyli hiss əsi şəhərdə yaşayırdı. 
Bakı zadəganlarının 1607-ci ildə Bakının alın masında Səfəvilərə fəal kö mək göstərmiş 
bir q ismi Şah Abbasdan, ehtimal ki, türk ağalığı dövründ ə həmin əyalətin türkpərəst 
yerli əyanlarına tima r  kimi verilmiş torpaqları soyurqal
29
 olaraq almışdılar. Bakıya a id 
bir  sıra  fərmanlarda  soyurqaldan  danışılır.  Bu  sözlə  sahibinin  şah  qoşununa  silahlı 
adamlar vermə li olduğu bağışlanmış ərazi nəzərdə tutulurdu. Soyurqal irsi idi. Soyurqal 
sahibi  vergi  yığ maq  hüququna  və  inzibati  to xunulma zlığa  (müavi)  ma lik  id i.  O, 
rentanın - verginin dövlətin, yəni  Divanın payına düşən hissəsini də özünə götürürdü. 
Bə xşiş  verilmiş  kəndlər  onun  hakimiyyətinə  tabe  idi.  Ha kimlə rə  və  maliyyə 
mə mu rla rına soyurqal ərazisinə da xil olmaq qadağan edilirdi.
30
 
                                                                 
 
T i m a r - təhkimli kəndlilərlə birlikd ə bağışlanmış len torpaq sahibliyi
 
 


188 
 
Bakıya aid  sənədlərdə hədiyyə torpaqlarının  başqa bir növü - tiyu l haqqında da 
mə lu matla r  var.  Şahlar  t iyulu,  adətən,  xid mətlə rinə  görə  şəhərin  hərbi  əyanlarına 
verird ilə r. Tiyul  irsən keçə bilmə zdi. Tiyuldarın t iyul torpaqlarının gəlirinin ha mısını, 
yaxud  da  onların  bəzilərin i  yığ mağa  ixtiyarı  var  id i.  Ço x  vaxt  maliyyə  məmu rları 
bağışlanmış  tiyul  məb ləğini  y ığıb  tiyul  sahibinə  verirdilər.  Beləliklə,  tiyul  torpaq 
üzərində sahiblik yo x, rentanın - müəyyən yerdən yığılan verginin (ərzaqla, pul və işlə) 
bir h issəsini əldə et mə k hüququ verirdi.
31
 
Bundan  əlavə,  Bakıda  yaşayan  feodalların,  ehtima l  ki,  mü lk  hüququ  ilə 
Abşeronda bağları və üzü mlükləri, şəhərdə karvansaraları, sənətkarlıq emalatxanaları, 
evləri var idi. "Mülk"  istilahı alt ında torpaq, ya xud satıla, alına və  vərəsəlik kimi keçə 
bilən və dövlət qulluğu göstərmək öhdəçiliy i ilə bağlı olmayan digər daşın ma z ə mlak 
üzərində şərtsiz feodal sahibliy i nəzərdə tutulurdu.
32 
Şəhər feodalları iri karvan və dəniz 
ticarəti ilə sıx bağlı idilər.
33
 
Xan, ya xud sultan tituluna ma lik Ba kı hakimləri təkcə t icarətdən deyil, əha lidən 
yığılan   vergi  hesabına  da  böyük  gəlir  əldə  edirdilər:  "Təzkirət  əl-mü luk"un  verdiyi 
mə lu mata görə, XVIII əsrin b irinci çərəyində Ba kı hakimin in gəliri 5 000 000 dinar,
34
 
yaxud  500  tü mən  olmuşdu.  Bakı  xanın ın  sarayında  yüzlərlə  nökər  var  id i.
35
  Ba kı 
xanının  saray  nökərləri  arasında  gözəlliy i  ilə  məşhur  olan  gürcü
36 
qulları  da  var  idi. 
Səfəvi  şahların ın  bəzi  fə rmanla rı,  Streys,  Ke mp fer  və  digər  Avropa  səyyahların ın 
şahidliyi  ev  quldarlığının   mövcud  olduğunu  göstərir.
37
  XIII-XIV  əsrlə rdə 
Azərbaycanda  feodal  cəmiyyəti  da xilində  mövcud  olan  quldarlıq  ukladı  sonrakı 
əsrlərdə aradan çıxsa da, qul ticarəti davam edirdi.
38
 
Şəhər  əyanları  ən  mühüm  in zibati  vəzifələri  tuturdular.  Şəhərdə  ən  mühüm 
vəzifəli  şə xslərdən  biri  bilavasitə  şahın  yerli  zadəganların,  ya xud  ş əhər  tacirlə rin in 
nümayəndələri  arasından  təyin  etdiyi  şəhər  rəisi  -  kələntər  idi.  Kələntər  bazarlara, 
ticarətdən və sənətkarlıqdan vergilə rin  toplan masına nəza rət edirdi. O, hə mç inin, yerli 
hakimin davranışını nəzarətdə saxlay ır və bu barədə şaha xəbərçilik edirdi.
39
 Şəhərdə 
digər mühüm şəxslə r yerli xanın təyin etdiy i inzibati-polis funksiyalarına ma lik mə mur 
olan daruğa
40
 (darğa) və əhalidən vergi yığan bir sıra başqa Divan mə murları idi. Şəhər 
məhə llə lərinin  başında "məhəllə  kənd xudaları"
41
 dururdu. Şəhərdə qonaqların qəbulu 
ilə  məşğul olan mə mu rla r - meh mandarla r da var id i.
42
 
Övliya Çələbin in məlu matına görə Bakı şəhəri əhalisinin əksəriyyəti sünni idi.
43
 
La kin bu  mə lu mat bir qədər tendensiyalıdır.  Hə min dövrdə Səfəvi şahların ın apardığı 
şiəliy i  zorla  qəbul  etdirmək  siyasəti  sayəsində  şiəlik  Şirvan  və  Bakıda,  eləcə  də, 
Azərbaycanın cənub-şərqində geniş yayılmışdı.  Bundan  əlavə, ind iki  Bibiheybət neft 
rayonunda  şiə  müsəlmanların   sitayiş  etdiyi  ibadətgah  -  yeddinci  şiə  imamı  Musa 
Kazımın   qızı  Höku mə  xan ımın  məzarı  (məqbərəsi)  var  idi.  Şiələr  bura  ziyarətə 
gəlird ilər.  Belə liklə,  Ba kı  XVII  əsrdə  şiəliyin   bərqərar  olduğu  Azə rbaycan 
şəhərlərindən biri idi. 
Bakıda sədr tərəfindən idarə o lunan böyük vəqf mü lklərinə sahib olan ali rütbəli 
ruhanilər  və  seyidlər  əhə miyyətli  ro l  oynayırdılar.
44 
Soyurqal  hüququna  malik 
vəqflərdən  biri  yu xarıda  bəhs  edilən  Bibiheybət  mə zarın ın  (məqbərəsinin)  vəqfi  idi. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə