[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə88/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   84   85   86   87   88   89   90   91   ...   143

180 
 
Özbəkistandakı Manqışlaqdan və qonşu şəhərlərdən gələn kiçik gəmilər buradan duz və 
neft aparır, tərəvəz gətirird ilər. Düyü və taxıl məhsulları da gəmi ilə gətirilirdi.
83
 
Bakıda şəhər həyatının Kemp ferin qeyd etdiyi tənəzzü lü, ehtimal ki, bütün ölkə 
təsərrüfatının ü mu mi tənəzzü lü, xaric i və  da xili ticarət in aşağı düşməsinin nəticəsi idi. 
1667-c i ildə Şa ma xıda və ətraf kəndlə rdə böyük dağıntıya s əbəb olmuş dəhşətli zə lzələ  
baş vermişdi. Zəlzələ nəticəsində "qadınlar, uşaqlar və qullar hesaba alın mamaqla..."
84
 
80  mindən ço x kişi həla k olmuşdu. 1671-c i ildə və sonrakı illərdə də təkrar  zə lzələ lər 
olmuşdu.  1671-ci  ildə  və  sonrakı  illərdə  də  təkrar  zəlzələlər  o ldu.
85
  Bu  bədbəxt lik, 
şübhəsiz,  ipəkçiliyə  də  təsir  göstərdi,  bununla  bağlı  70-80-ci  illərdə  Şamaxın ın  Bakı 
vasitəsilə  ipək  ticarət i  tənəzzü lə  uğradı.  Hə min  dövrdə  Xə zər  dənizində  gə miçilik 
təhlükəli  idi.  Belə   ki,  Ba kıdan  Həştərxana  və  geriyə  ü zən  ma l  dolu  t icarət  gə milə ri 
tez-te z ka za kla rın və dəniz quldurlarının basqınlarına  mə ruz qa lırdı.
86
 Mümkündür ki, 
dəniz t icarətin in bir  müddət aza lmasının s əbəblərindən biri də bu o lmuşdur. 1687 və 
1689-cu  illərdə  Ba kıda  o lmuş  s əyyahlar  və  Ye zuit  missionerləri  art ıq  şəhərin 
iqtisadiyyatının inkişafın ı və rifahını qeyd edirlər.
87
 
XVII-XVIII  əsrlərdə   Bakı  Xə zər  dənizində  Şa ma xı  və   digər  şəhərlərlə 
beynəlxa lq tran zit ipək ticarət ində ən yaxşı liman idi. 
"...Bu liman bütün Xəzər dənizində ticarət, xüsusilə, həmin d iyarın ən böyük və 
əhalisi  sıx  şəhəri  olan  və  buradan  üç  günlük  yolda  yerləşən  Şamaxı  ilə  ticarət  üçün 
şübhəsiz, ən əlverişli limanlardan biridir. Şamaxıda bütün Şərq xalqların ın faktoriyaları 
var  və  bu  səbəbdən  oraya  bütün  ölkələ rdən  gəlirlər".
88
  1723-cü  ildə  Ba kıda  olmuş 
ingilis P.A.Bryus yol qeydlərində Ba kı limanı haqqında belə ya zmışdır. 
Bakı  və  digər  A zərbaycan  tacirləri  əcnəbi  tacirlərlə  ölkən in  hüdudlarından 
çox-ço x  uzaq larda  ticarət  əməliyyatları  aparırdılar.  Bu   ticarətin  əhatə  dairəsinə 
Hindistan, Çin, Sibir, Moskoviya və bir sıra Qərbi Avropa dövlətləri kimi uzaq ö lkələr 
daxil idi. 
Azərbaycanın Rusiya ilə  hələ  XVI əsrdə yaran mış ticarət  əlaqələ ri XVII əsrdə və 
XVIII əsrin birinci yarısında xeyli genişləndi. 1667-ci ildə çar Ale ksey Mixayloviç  və 
1710  və  1720-ci  illərdə  I  Pyotr  za manında  yerli  tica rət  şirkəti  ilə   müqavilə lər 
bağlanmışdı.  Bu  müqavilələrə görə yerli şirkət İran və A zərbaycandan (Şamaxı,  Bakı 
və  Dərbənddən)  Tərki  və  Həştərxan  vasitəsilə  dənizlə  və  quru  yolla  Həştərxandan 
Moskvayadək  rus  mühafizə   dəstəsinin  müşayiəti  ilə   Rusiyaya,  oradan  is ə  Qərbi 
Avropaya  xa m  ipək  və  digər  Şə rq  malları  ixrac  etmə li  id i.
89
  Gə milərdə  Bakıdan 
Həştərxana 8-10 günə gedirdilər.
90
 
Azərbaycan  tacirlə rin in  də  iştira k  etdiyi  bu  ticarət  XVIII  əsrdə  də  davam 
etmişdir. Ticarət mallarına Bakı nefti və duzu, zəfəran, Şamaxı və Ərəş xamnası, ipək 
və  pambıq  parça lar,  xalça lar,  dəvə  yunu,  gön-dəri,  ma l-qara,  balıq,  kürü,  meyvələr, 
meyvə qurusu, taxıl, mis qab, silah və s. da xil idi.
91
 
Erməni  tac irlərinə  Bakıdan  dəniz  yolu  ilə  Həştərxana  və  Moskvaya  mal 
gətirmələ rinə  dair  verilmiş  7  fevral  1694-cü  il  tarixli  fərmanda  sadalanan  mallar 
arasında Bakı qumaşın ın da adı çəkilir. "...Avacan Kasparovda: beş yüz yetmiş altı tay 
tumac, üç min  beş yüz on altı top qırmızı Bakı qu maşı, do xsan pud iyirmi b ir girv ənkə 


181 
 
büxur, qırx pud bir çərək ərdəş xamna, sapa düzülmüş, krujevalarda və düymələrdə iri, 
orta və kiç ik həc mli beş çərəkə on misqal mirvari..."
92
 
1696-c ı  il  27 fevra l tarixli başqa bir s ənəddə tacir  Saveli  Sergeyevin  Ba kıdan 
Həştərxan  yolu ilə Moskvaya gətird iyi xa rici ma llar sadalanır və onların  arasında "hər 
bağlamada  beş  tumac  olmaqla  990  bağlama  tu mac,  1650  ton  qırmızı  Bakı  qumaşı 
xatırlanır".
93
 
Rus  və  yerli  tacirlə rin   Bakı  vasitəsilə  geniş  ticarət   aparmasını  köhnə  Ba kı 
qalasındakı  bu xtada  və  Abşeron  kəndlərində  XVIII  əsrə  aid  ço xlu  miqdarda  rus 
sikkə lərinin tapılması da təsdiq edir.
94
 
Şəhərdə  böyük  kapitala  sahib  olan  hind  tacirləri  koloniyası  da  mövcud  idi. 
Onların  özlərin in  sahilin  yaxınlığ ında  yaşadıqları  karvansaraları  var  idi.  Kempfer 
mu ltanı tayfasına  mənsub hind tacirləri  ilə görüşdüyü bu karvansaranın adını çəkir.
95
 
Hind tac irləri qədim za manla rdan Hindistandan, başlıca olaraq, tica rət koloniya ları o lan 
Bakıya  və  Şamaxıya  gəlird ilər.
96
  İri  tica rətlə  məşğul  olan  bu  tacirlə r  Abşerondakı 
Suraxanı  kəndində  yaşayan  hindli  atəşpərəstlərə  pul  və  ərzaqla  kö mək  edir,  "əbədi 
odlar"ın yerində hücrələr və məbəd tikmək üçün vəsait verirdilər.
97
 
Hind  tacirlə ri  yerli  tacirlərlə  birlikdə  Ba kıdan  Həştərxana  ildə  400  tay  (hər 
birində 25 bat man)  xa mna  ixrac  edirdilər.
98
 Tacirlər Hindistandan mü xtəlif ədviyyat, 
başlıca olaraq,  Kəş mirdə to xunan və Şərqdə geniş yayılmış "tirmə" adlanan və qızıla 
bərabər  tutulan  yun  parça,  pamb ıq,  habelə  q ızıl  sapla  na xış  vurulmuş  ipək  parça lar 
gətirirdilər.
99
 Azərbaycan Tarixi Muzeyin in e ks pozisiyasında XVII əsrə a id b ir parça  
"tirmə"  saxlanılır.  Parçanın   fil  sümüyü  rəngli  fonunda  "buta"  ş əklində  açıq   qırmızı 
rəngli  na xışı  va r.
100
  Bakı  və  Azərbaycanın  digər  şəhərlə rin in  feodal  kübarla rı 
Hindistandan  və  digər  Şərq  ölkələ rindən  gətirilmə  bahalı  yun  və  ipək  parça lardan 
istifadə edirdilə r. Tac irlər Hindistana xa m ipək, ağ neft (nadir şey kimi) və digər mallar 
aparırdılar.
101
 
İran şəhərlərindən Bakıya qızıl və gü müş saplarla naxış vurulmuş bahalı ipək və 
zərxara   parçala r  gətirilird i.  Bakıda  istifadə  olunan  zərxara   parçala rın   nümunələ ri 
Azərbaycan Tarixi Muzey inin  fondlarında sa xlan ılır. Orxa   fonlu  zərxara  parça lardan 
birində  tutuquşuna  oxşayan  ağ-gümüşü  rəngli  quş  şəkli,  ondan  üstdə  qızılgü l  və 
kəpənək,  ətrafinda  açıq  orxaya  çalan  bir  neçə  xırda  gül  təsvir  olunmuşdur.  Parçanın 
tünd  qəhvəyi  sapla  tikilmiş  nəbati  naxışlı  haşiyəsi  var.  Qızıl  sapla  tikilmiş 
kəpənəkşəkilli  nəbati  na xışlı  digər  zərxara  kimi,  bu  parça  da  XVII  əsrə  aid  edilir.
102
 
Bakıda yerli sakinlərdən alın mış həmin  parçalar, ehtimal  ki, İran şəhərlərindən id xal 
olunmuşdur. 
Bakı ərazisində Şamaxı,  Gəncə,  Naxçıvan, Təbriz və digər şəhərlərdə  kəsilmiş 
çoxlu  miqdarda  Səfəvi  sikkələrin in  tapılması  onun  Azərbaycan  şəhərləri  ilə  daxili 
ticarətinin   inkişaf  etdiyin i  gös tərir.
103
  Qriqorian   tatlar  Şa ma xıdan  özlə rin in 
hazırlad ıqları əla keyfıyyətli q ırmızı şərabı satmaq üçün Bakıya gətirird ilər.
104
 Taxıl və 
digər  kənd  təsərrüfatı  məhsulları  Şirvanın  məhsuldar  rayonlarından  daxil  o lurdu. 
Abşeron camaatı yük daşımaq üçün çoxlu dəvə saxlayırd ı.
105
 
Bakı  bazarından  başqa  Abşeronun  ən  iri  yaşayış  məntəqəsi  olan  Maştağa 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə