[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə86/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   82   83   84   85   86   87   88   89   ...   143

176 
 
2 çəllək qalay, 4 çəllək ip lik yu maq.
50 
Malların Bakıya daşın ması ço x baha başa gəldi. 
Onlar  Bakıda  çətin   sayılırdı.  İngilislər  qalan  mallarını  busaya   yükləyib  Bilgəhə 
yollandıla r,  la kin gə miləri şiddətli  külə k nəticəsində tezliklə sındı və onlar  malla rın ın 
bir hissəsini və  içə risində Ba kıda satdıqları malla rdan əldə  etdikləri tale r və  qızılla r o lan 
qurunu  itirdilər.  Dərbəndə  gəlib  çatdıqda  onla r  paşadan  1000  bat man  xa mna  a lıb 
Həştərxana yola  düşdülər. 
Berrounun  sözlərinə  görə,  Şirvanın  onların  olduqları  yerlərində  xam  ipəkdən 
başqa qiymətli heç nə almaq  mü mkün deyil. Onu da  ingilis tacirləri buraya gələndən 
bütün ölkədə ipəyə vergi qoyan paşanın əli ilə almaq olar. Paşa ingilis mallarının böyük 
bir  hissəsini  onla rın   həqiqi  dəyərindən  ço x  ucuz  qiy mətə  ö zü  götürmüşdü.  La kin 
əvəzində  ingilislərə ö lkədəki qarmaqarışıqlıq və quru yollarının ço x təhlü kəli olması 
üzündən onun köməyi o lmadan ala b ilməyəcəkləri qədər mal tədarük etdiy inə görə paşa 
onlarla   istədiyi  kimi  rəftar  etdi.
51
  Göründüyü  kimi,  türk  hakimi  ipək  tica rətində 
bilavasitə iştira k edir və əcnəbilərlə apanlan bu ticarət onun əlindən gəlib keç ird i. 
İngilis  tacirləri  u zun  əzab-əziyyətdən  sonra  öz  malları  ilə  sağ-salamat 
Həştərxana  gəlib  çatdıla r  və  ingilislə rin  Xə zə r  dənizində  ticarəti  bununla  başa  çatdı. 
İngilislərin  Moskva  Şirkətinin  ekspedisiyası  uğursuzluqla  qurtardı.  Belə  ki,  türklərin 
1578-c i  ildə  Xəzə r  dənizinin   qərb  sahillərini  zəbt  et məsi  ingilislərin  burada  t icarəti 
genişləndirmələrinə mane oldu. 
İngilis  ticarət  şirkətinin  göstərilən  agentlərindən  başqa,  XVI  əsrin  sonlarında 
digər ingilis səyyahları - Şe rli Antoni və Perri Uilya m da A zərbaycana gəlmişlər. Şerli 
Antoni İrana 1598-ci ildə İranla İngiltərə arasında ticarət əlaqələrin i möhkəmləndirmək 
və I Şah Abbası Türkiyəyə qarşı Avropa ölkələri ilə birlikdə çıxış etməyə sövq etmək 
məqsədilə gə lmişdi. Şah Şe rlini ya xş ı qəbul edərək ona  mirzə  rütbəsi vermiş,  xristian 
tacirlə rinə güzəştlər o lun masını vəd etmiş və Şerlin in məsləhəti ilə 1599-cu ildə onunla 
birlikdə mü xtə lif Avropa saraylarına s əfirlik göndərmişdi.
52
 
Səfirliy in başçısı İran lı Pe rsidski  Don Juan adı  ilə   məşhur olan Hüseynəli bəy 
idi.
53
  Elç ilər  Moskvada,  Praqada  və  Ro mada  oldula r,  la kin  o rada  uğur  qazana 
bilməd ilə r.  Praqada  XVI  əsrə  aid  köhnə  bir  binanın  (Staro mesto  meydanında, 
Minutanın  yanındakı  ev)  fasadında  1610-cu  ildə  İran  elçilərinin  atların  və  dəvələrin 
üstündə, İran qiyafəsində şəhərə daxil o lmaları təsvir edilmişdir. 
XVI  əsrin   birinc i  yarısında  Şirvanda  yaranmış  əlve rişsiz  siyasi  vəziyyətlə 
əlaqədar karvan yolları ilə ticarətin tənəzzü lə uğraması müşahidə olunur. Bununla bağlı 
Bakın ın beynəlxalq tranzit  ipək ticarətində başlıca dəniz  limanı  kimi əhəmiyyəti artır. 
Bu  tica rətdə  rus  tacirləri  də  iştira k  edirdi.  XVI  əsrin  50-70-c i  illə rində  feodal 
ara-çəkiş mələ rin in  səngiməsi,  Səfəvilə r  dövləti  ilə   Osman lı  Türkiyəsi  arasında 
müharibənin  müvəqqəti  olaraq  dayanması  ilə  əlaqədar  bu  ticarət  genişləndi.  Şəhərin 
dəniz  t icarəti  ilə   bağlı  sahil  boyunca  salın mış  karvansaralar  da  (bu  günədək 
                                                                 
 
B u s a - gəmi
 
 
 


177 
 
qalmamışlar) Bakının beynəlxalq ticarətdə mühüm rol oynadığını göstərir.
54
 
Şamaxıda  rus  ticarət  faktoriyası  təsis  olundu,  dəniz  yolu  ilə  Bakıdan  keçərək 
Azərbaycana gələn rus, xüsusilə, Moskva tacirlə rin in sayı a rtdı. Rus tacirləri Ba kıdan, 
əsasən,  duz,  neft,  zəfəran  və  ipək  aparırd ılar.  XVI  əsrdə  rus  tacirləri  Bakı  neftini 
Həştərxan yolu ilə təkcə, başlıca olaraq, hərb i işdə və boyakarlıq te xnikasında həlled ici 
kimi  istifadə  olunan  Rusiyaya  deyil,  hə mç inin  Qərb i  Avropa  ölkələ rinə  də 
göndərirdilər.
55
 Ba kı nefti  Şa ma xıya da  gətirilirdi; burada  rus tacirlə ri onu Avropaya 
ixrac et mək üçün alırd ıla r.
56
 Neft Bakıdan Gilan tacirlə ri tərəfindən onların busalarında 
Manqışlağın gəmi körpülərinə daşınır, oradan isə karvan yolu ilə Xivəyə, Bu xaraya və 
digər  Orta  Asiya  ölkə lərinə  göndərilirdi.
57
  Gilan  tac irlərinin  Ba kı  ilə  t icarəti  türklər 
1578-c i  ildə  Xə zər  dənizinin  Ba kıdan  Dərbəndədək  qərb  sahillərini  tutandan
58
  -  rus 
tacirlə rin in  Həştərxandan  İrana  dəniz  ticarət i  yolu  Xə zər  dənizin in  şərq  sahillərinə 
keçəndən sonra da kəsilməd i. 
1583-cü ilə a id türk mənbəyində xəbər verilir ki, Ba kı limanına daim ma lla dolu 
ticarət  gəmiləri  gəlir.  Hə min  mallar  a rasında  qumaşın  da  adı  çəkilir.  Gilandan  gələn 
gəmilə rdə  ala-bə zək  M isir  parça larına  bənzəyən  əla  keyfiyyətli,  rəngarəng  parçalar 
gətirilirdi.  Hər topdan 1/25 %  hesabı ilə ta mğa  alınırdı. Tac irlər gətird iklə ri  ma lların 
əvəzinə Bakıdan neft aparırdılar.
59
 
Rusiyadan  Azərbaycana  və  İrana,  əsasən,  Bakı  vasitəsilə  qiy mətli  xə zlər  - 
samur, skuns, qara-qonur tülkü, sincab xə zlə ri, gön-dəri, qılınc, zireh, meta l mə mu latlar 
və digər ma lla r gətirilirdi.
60
 
Beynəlxa lq ipək t icarətində Ba kı qalasında karvansaraları olan h ind tacirləri də 
yaxından iştirak edirdi. XVI əsrin sonlarında Şirvandan Bakı vasitəsilə Rusiyaya, İrana, 
Türkiyəyə, İtaliyaya, Fransaya, Hindistana və digər ö lkələrə 100 min  puda yaxın  xamna 
ixrac  o lunurdu.
61
  Şirvan  şəhərlərində  xa mnanın   pudunu  15-16  manata
62 
alan  rus  və 
Avropa  tacirləri  onu  öz  ölkələ rində  50-60,  hətta  70  manata  satırdılar.  Şirvan 
sənətkarla rın ın  ipək  mə mu latları,  o  cü mlədən  daran  (zolaqlı  ipə k  parça ),  ka mna  
(üzərində  eynirəngli  naxış  toxun muş  ipək  parça)  atlaz,  tafta  və  digər  parçalar  Bakı 
vasitəsilə Moskva Dövlətinə aparılırdı.
63
 
XVI əsrdə Qərb i Avropa ölkə lərindən, Fransa və İngiltə rədən Ba kıya Abşeronun 
feodal əyanlarının  istifadə etdikləri  mə xmə r a lparça, atla z,  Lion fabriklərində istehsal 
olunan  zərxa ra,  mü xtə lif  rəngli  bahalı  ingilis  mahudları,  qara zehi  id xa l  edilirdi.
64
 
Bakıya İrandan və Cənubi A zərbaycandan da mallar gətirilirdi. 
Yəzd,  Kaşan, Təbriz,  Ərdəbil, Şa ma xı  kimi to xuculuq  mə rkəzlərindən  Bakıya 
qızıl  və  gümüş  saplarla  işlən miş  bahalı  zərxara  ipək  parçalar  gətirilirdi.  Azərbaycan 
Tarixi Mu zeyinin e kspozisiyasında XVI əsrdə Ba kıda istifadə olun muş ipək parça ların 
nümunələri nü mayiş etdirilir. On lardan birinin naxışı  mütənasib tərzdə yerləşdirilmiş 
qərənfilə  bənzəyən  gül  kollarından  ibarətdir.  Za man  keçdikcə  solmuş  oxraya  çalan 
yaşılı fonda qəhvəyi dairəyə alın mış qızılı rəngli güllər tikilmişdir.
65
 
Hə min  dövrə  aid  edilən  başqa bir  parçanın  da  solğun  yaşılı-o xravarı  fonunda 
itburnuna oxşayan gül  kolunun üstündə oturmuş tutuquşuların q ızılı sapla  mütənasib 
tərzdə  yerləşdirilmiş  kontur  rəsmlə ri  tikilmişdir.  Hə min  parçala rın  naxış ları  xalça  


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə