[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə87/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   83   84   85   86   87   88   89   90   ...   143

178 
 
ornamentlərinə o xşayır.
66
 
Külli  miqdarda  "Bakuyə"  möhürlü  mis  pullar  və  sonuncu şirvanşahların  XVI 
əsrin birinci yarısında Şamaxıda kəsilmiş xırda gü müş sikkələri Bakının A zərbaycanın 
digər şəhərləri ilə da xili tica rət apardığın ı göstərir.
67
 Ço xlu miqdarda belə sikkə lər istər 
Bakın ın İçərişəhər hissəsində və Abşeronda, istərsə də Azərbaycanın digər şəhərlərində 
tapılmışdır.
68
  Bu   tapıntılar  ölkədə  qızğ ın  da xili  t icarətdən  və  şəhər  həyatının 
inkişafından  xəbər  verir.  Eyni  zamanda,  Səfəvi  şahlarının  Bakıda,  Şamaxıda  və 
Azərbaycanın digər şəhərlər-indiki zərb xana larda kəsilmiş gümüş sikkə ləri də tədriclə  
tədavülə  daxil  olu rdu.
69
  XVI  əsrin  ikinci  ya rısından  etibarən  Qərb i  Avropa 
tacir-səyyahlarının Ba kıya gəlmə ləri ilə ə laqədar mü xtə lif Avropa dövlətlərinə mə xsus 
talerlə r də tədavüldə istifadə edilməyə başladı.
70
 Türklər 1578-ci ildə Ba kın ı tutduqdan 
sonra  Səfəvi  şahlarının  ad ından  sikkə   kəsilməsi  dayandırıldı,  tədavülə  Osman lı 
sultanlarının adı olan sikkələr daxil oldu. 
XVI əsrin 70-c i  illərindən Səfəvilərlə Türkiyə arasında hərbi ə mə liyyatla rın və 
feodal araçəkiş mələrin in yenidən başlanması ilə əlaqədar Bakı yolu ilə beynəlxalq ipək 
ticarətinin  tənəzzülə  uğra ması və  bunun nəticəsində, səyyahların qeyd etdiyi kimi, ş əhər 
həyatının düşgünləşməsi müşahidə olunur.
71
 
XVII-XVIII  əsrlə rdə  Ba kı  Xə zər  dənizində,  bir  ço x  səyyahların  qeyd  etdiyi 
kimi, Şərqin Qərblə beynəlxalq tran zit ticarətində başlıca liman id i.
72
 Bununla əlaqədar 
Bakın ın  xarici və daxili ticarət sahəsində, Qərbi Avropa ölkələri və  Rusiya ilə ticarət 
əlaqələrinin möh kəmləndirilməsində əhəmiyyəti artır. 
XVII əsrdə həmin ölkələ rin  Vo lqa-Xəzə r yolu və Kiç ik Asiya vasitəsilə ticarət 
əlaqələri  güclən ir.  Bu  vaxt  Avropa  ölkələrinin  Şərqdə  müstəmləkəçilik  siyasətinin 
inkişafı ilə əlaqədar Şərqə can atan Avropa tacir-səyyahlarının fəal əlaltısı olan katolik 
missiyaları  Azərbaycana  axışmağa  başladı.  Onların  arasında  ko mmersiya  və  siyasi 
məqsədlərlə gələn tacirlər, A zərbaycanda, İranda və digər Şərq ölkələ rində katolikliyi 
yaymağa  cəhd  göstərən  missionerlər  var  idi.  I  Şah  Abbasın  hakimiyyəti  dövründə 
(1618-ci ildə) italiyalı Pyetro della Va lle  Azə rbaycanda və İranda olmuşdur. Onun yol 
qeydlərində  Xə zər  dənizində  ticarət  və   gəmiç ilikdən  danışılır,  Ba kının  ad ı  mü xtəlif 
ölkələrə ço xlu mallar aparılan liman kimi çəkilir.
73
 
I Şah Abbas iri  karvan ticarətin in inkişafına himayədarlıq edirdi, şah hökuməti 
isə xa ric i ticarət in təşkilatçısı kimi ç ıxış edərə k, tacirlə ri xa m ipəklə təchiz edirdi. Şah 
Abbasın hakimiyyəti dövründə Bakıda və İrana gedən ticarət yolunun üstündə bir sıra 
karvansaralar t ikilmişdi ki, bu da həmin va xt lar t icarətin inkişaf etdiyin i göstərir. 
1647-c i  ilin fevra lında Ba kıda o lmuş Övliya  Çələbi şəhərdəki tica rət haqqında 
bəzi məlu mat lar verir. İçqalan ı - ehtima l ki, o, Şirvanşahlar sarayının yerləşdiyi təpənin 
başını belə adlandırırd ı -təsvir edərkən Öv liya Çələbi göstərirdi ki, "...orada karvansara 
və  hama mla rdan  əsər-əla mət  belə  yo xdur.  Ancaq  dəniz  sahilində  minə  ya xın  ev, 
bağları,  məscidləri,  karvansaraları,  hamam  və  bazarları  o lan  rabad  salınmışdır
74
  və 
bütün bunlar 3 tərəfdən 3 darvazası olan qala divarları ilə əhatə edilmişdir... Bazar ço x 
da cah-cəlallı deyild i..."
7
 
Övliya Çələbi daha sonra xəbər verir. "...Bakı Şamaxının  liman dayanacağıdır. 


179 
 
Çin və Xotəndən  Fəqfur-İli və Zənan şəhərlərindən, kalmık ö lkəsindən və Moskvadan 
buraya daim elçilər gəlir və karvanlarla  mal gətirilir. Moskvalılar aramsız o laraq duz, 
neft, zə fəran və ipək a lmaq üçün Ba kıya gəlirlər. Moskva elçiləri burada girov qalırlar. 
Moskva  ölkəsindən  başlıca  olaraq  Bakı,  q ismən  isə  Gilan  və  Əcəm  (İran)  vasitəsilə 
samur  xə zi, balıq dişi (Morj köpək d işi - S.A.), boz sincab  xə zi, Bu lqar ölkəsindən isə 
gön-dəri gətirilirdi..."
76
 
Övliya  Çələbinin   məlu matına görə  Bakı qalası ço x  möh kəmləndirilmiş və sıx 
məskunlaş mışdı.  Gö ründüyü kimi, ş əhər həyatı dəniz sahilində,  limanın  ya xınlığında 
mə rkə zləşmişdi. 
Dəniz  sahilindəki  dövrümü zədək  gə lib  çat ma mış  4  böyük  karvansaradan, 
limandan qalaya açılan üç darvazadan olan qala divarları
77 
boyunca dükan və məscid 
binalarından ibarət ticarət ko mpleksi tikililəri də XVII əsrdə şəhərdə iri ticarət getdiyini 
sübut edir.  Bu  ko mp leksin yaxın lığ ında, elə həmin  məhəllədə, şəhərin quru və dəniz 
ticarətinə xid mət edən daha 5 karvansara da var id i. 
Övliya  Çələbin in  Bakı  və  A zərbaycanın  digər  şəhərlərinin  Çin  şəhərləri  ilə 
ticarət  apardığına  dair  mə lu matın ı  köhnə  Ba kı  qalasında,  köhnə  Gəncədə  və 
Azərbaycanın  başqa  ş əhərlərində  ço xlu  miqdarda  ç ini  qabla rın  tapılması  da  təsdiq 
edir.
78
  Övliya  Çə ləbinin   mə lu matına  görə,  o  va xtla r  Ba kı  və  Dərbənd  vasitəsilə 
Vo lqanın mənsəbinə, şimala dəniz ticarəti xey li in kişaf etmişdi. Dən iz yolundan başqa, 
Təbrizdən cənuba - İran və Türkiyəyə, habelə Orta Asiyadan keçərək Hindistana gedən 
quru karvan yolu da var idi. Bu tica rətin  miqyası haqqında Övliya Çə ləbinin gətirdiyi 
aşağıdakı  rəqəmə  əsasən  fikir  yürütmək  mü mkündür.  Onun  söylədiyinə  görə,  İrəvan 
xanı  (Bakı  xanın ın  qaynı  idi)  gö mrü kxanaya  1000  baş  (dəvədən)  ibarət  karvan 
göndərməyi  vəd  etmişdi.
79
  İri  feodal  və  şah  canişini  olan  hakim  xan  xa ric i  tica rət 
əməliyyatlarında bilavasitə iştirak edirdi. 
1683-cü ildə  Bakıda olmuş Ke mpfer də şəhərin ticarətinə dair bəzi  mə lu matlar 
vermişdir.  "Malları  daha  rahat  daşımaq  üçün  limandan  şəhərə  üç  darvazadan  giriş 
vardır. Dənizin yaxınlığ ında açıq dənizin qənşərində dənizin  içərilərinə qədər uzanan 
və bir növ, sahilə para lel iki qat ş əhər divarları ucaldılmışdır. Reydi da lğalardan yarım 
fərsəngə  qədər  dənizin  içərisinə  girən  qarşıdakı  burun  qoruyur.  Bura   Rusiyadan, 
Dağıstandan,  Çərkəzstandan,  Özbəkistandan  və  İrandan  gələn  gəmilər  üçün  rahat 
dayanacaqdır.  Şəhərin  dağın  yamacındakı  hiss əsi  şəhər  sakinlərin in  yo xsulluğu  və 
səliqəsizliy i  ucbatından  bərbad  vəziyyətdə  idi;   şəhərin  ancaq  aşağı  hiss əsində  əhali 
sıxdır.  İctimai  b inalardan  yonulmuş  daşdan  s əkkizguşə  şəklində  tikilrniş  karvansara 
daha  çox  seçilir;  onun  daxili  həyəti  gözəl  sütunlu  tağlı  eyvanla  əhatə  olunmuşdur... 
Şəhər meydanı dəbdəbəsiz olub, adicə iri, dördkünc sahədir..."
80
 
Ke mpferin  təsvir  etdiyi  ka rvansara  da,  başqaları  kimi,  limandan  şima l  - 
"Şamaxı"  darvazalarına  gedən  şəhər  magistralı  üstündə  idi.  Meydan-sənətkar,  tacir 
ema lat xana və dükanların ın yerləşdiyi ba zar  meydanı da bu rayonda idi.
81
 Kemp ferin 
sözlərinə  görə,  şəhər  əhalisi  yo xsul  həyat  sürürdü,
82
  ticarət  isə  zə if  inkişaf  et mişdi. 
                                                                 
 
Xotən - Orta Asiyanın şərqində vilayət (Sintszyan)
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə