0 мм 10 мм Tələbə: Ucal Ibrahimli imza Kurs: qrup: to1904 Elmi rəhbər: Günay İsgəndərova imza Bakı 2022



Yüklə 235,29 Kb.
tarix21.04.2022
ölçüsü235,29 Kb.
#85769
xidmət sahələri
Hacılı Rahul


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

Fakultə: Turizm və Qonaqpərvərlik

Kafedra: Mehmanxana Biznesi

İxtisas üzrə: Turizm və otelçilik

KURS İŞİ

Mövzu: Xidmət sahələri

30 мм 10 мм

Tələbə: Ucal Ibrahimli imza____________

Kurs: 3 qrup: TO1904

Elmi rəhbər: Günay İsgəndərova. imza_________

Bakı - 2022

Plan


Mündəricat……………………………………………………………………....…2

Giriş…………………………………………………………………………..…….3

Fəsil 1.Bazar İqtisadiyyatı Şəraitində Xidmətlərin Nəzəri Əsasları..........................4


    1. . Xidmətlərin mahiyyəti və müasir iqtisadiyyatda xidmət sahələrinin rolu...........4

Fəsil 2. Xidmətlərin Xüsusuyyətləri ……….………........................………...…....13

2.1. Xidmətlərin xüsusiyyətləri və təsnifatı ……….................………………...….13

Fəsil 3. Xidmət Sahələri.…………….………….……………...........……….……26

3.1.Azərbaycanda xidmət bazarının formalaşması xüsusiyyətləri ..…………….…26

Nəticə……………………………………………………………………………...31

Ədəbiyyat……………………………………………………………………….…32

Giriş

Mövzunun aktuallığı: Müasir xidmət sferası dünya iqtisadi məkanında əhəmiyyətli yer tutur və dünya əhalisinin böyük əksəriyyəti bu sahədə məşğuldur. Xidmət sektorunun iqtisadiyyatda payının və rolunun artmasının bir sıra səbəbləri vardır. Birincisi, insanların gəlirinin artması fiziki əmtəələrlə bərabər xidmətlərə xərclənən pulların da artmasına imkan verir. İkinci, informasiya kommunikasiya texnologiyalarının inkişafı xidmət sektorunun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və xidmət sektorunun iqtisadi dəyərini artırır.. Xidmət sferasının sahibkarlar üçün daha cəlbedici olması səbəbi ondan ibarətdir ki, bu sahə daha az vəsait qoyuluşu tələb edir. Xidmət əməyin yaratdığı xüsusi bir istehlak dəyəridir, ancaq bu əmtəə formasında yox, fəaliyyət formasındadır. Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi xidmətlərin mahiyyəti və müasir iqtisadiyyatda xidmət sahələrinin rolunu, xidmətlərin xüsusiyyətləri və təsnifatını, Azərbaycanda xidmət bazarının formalaşması xüsusiyyətlərini, araşdırmaqdan ibarətdir.



Tədqiqatın predmeti: Tədqiqatın predmeti kimi xidmət bazarının formalaşması.

Tədqiqatın nəzəri əsaslarını iqtisad elmi klassiklərinin, qərb iqtisadçılarının,rus və Azərbaycan iqtisadçı alimlərin tədqiqatları, həmçinin tədqiqatçının fərdi yanaşması təşkil edir.

Kurs işinin birinci fəslində xidmətlərin mahiyyəti və müasir iqtisadiyyatda xidmət sahələrinin rolu araşdırılmışdır.

İkinci fəslində xidmətlərin xüsusiyyətləri və təsnifatı haqqında məlumat verilmişdir.

Kurs işinin üçüncü fəslində isə Azərbaycanda formalaşan xidmət sahələri göstərilmişdir.

FƏSİL 1. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ XİDMƏTLƏRİN NƏZƏRİ ƏSASLARI

1.1.Xidmətlərin mahiyyəti və müasir iqtisadiyyatda xidmət sahələrinin rolu

Özündə çoxsaylı müəssisələri birləşdirən müasir xidmət sferası dünya iqtisadi məkanında əhəmiyyətli yer tutur və dünya əhalisinin böyük bir əksəriyyəti bu sahədə məşğuldur. Alimlər belə hesab edirlər ki xidmət əməyin yaratdığı xüsusi bir istehlak dəyəridir, ancaq bu əmtəə formasında yox, fəaliyyət formasındadır. Kommersiya baxımından xidmət dedikdə, kommersiya fəaliyyətinin ən müxtəlif növləri başa düşülür. Xidmətin iqtisadi səmərəliliyi onu ticarətin predmetinə çevirir. Xidmət ancaq fəaliyyət formasında movcud olmur o, həmçinin məhsulun xarici görünüşünün dəyişməsinə də təsir edir. Xidmətin növləri hədsiz müxtəlifdir. Biz xidmətlərdən hər zaman - gəmidə səyahət edərkən, hoteldə otaq sifariş verərkən, bərbərxanada saçlarımızı kəsdirərkən, səhiyyə və hüquq xidmətlərindən istifadə edərkən, əşyalarımızı kimyəvi təmizləməyə verərkən, kosmetoloq və dərzi xidmətlərindən istifadə edərkən, müxtəlif nəqliyyat növlərindən istifadə məqsədilə bilet alarkən və s. istifadə edirik.

Xidmət (ingiliscə ―service sözündən götürülmüşdür) faydalı effektə malik olan və insanın hər hansı bir tələbatını ödəyən əmək fəaliyyətinin nəticəsidir. Tanınmış tədqiqatçılardan olan F.Kotlerin fikrincə: ―Xidmət – bir tərəfin digər tərəfə təklif etdiyi hər hansı bir fəaliyyət, nəyəsə sahiblənməklə nəticələnməyən hissolunmaz bir hərəkətdir.

K. Lavkovun fikrincə: Xidmət – dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hiss olunan və hissolunmayan hərəkətlər nəticəsində müəyyən məqamda və məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyətin növüdür.

R.Malerinin tərifinə görə isə: Xidmət – satış məqsədilə istehsal olunan qeyri maddi aktivlərdir. Qeyri maddi aktivlər və ya hissolunmayan dəyərlərə - fiziki, maddi obyekt olmayan, lakin qiymət ifadəsi olan dəyərlər aiddir.

K.Qrenrosun fikrincə: Xidmət alıcılarla müəssisənin xidmətedici heyəti, fiziki resursların və sistemlərin arasında qarşılıqlı əlaqələr nəticəsində baş verən bir sıra hissolunmayan hərəkətləri birləşdirən prosesdir‖. Bu proses xidmətin alıcısının problemlərinin həllinə yönəldilir.

Tanınmış iqtisadçıların fikirlərini ümumiləşdirərək xidmətin tərifini aşağıdakı kimi vermək olar:

Xidmət – fəaliyyət formasında olan iqtisadi dəyərdir; onun əsas məqsədi – fəaliyyətin istiqamətləndiyi obyektin istehlak faydalılığının artırılması, əsas vəzifəsi isə - bu obyektə təsir etməkdir.

Geniş diapozonlu xidmət sferasının yaranmasının bir sıra tarixi və iqtisadi əsasları vardır. Bildiyimiz kimi insanın həyat fəaliyyətinin əsas şərti olan tələbatın ödənilməsi üçün yaradılan maddi dəyərlər istehsal sferasında yaradılır. Qeyri- istehsal sferasında isə insanın ikinci dərəcəli tələbatları ödənilir. Xidmət sferasının elmi tədqiqinin banisi Jan Furastye cəmiyyətin inkişafının 3 mərhələsini qeyd edir:

I mərhələ (ənənəvi sivilizasiya adlandırır) təbiətə təsir edərək aclıq hissini ödəmək məqsədi daşıyır və nəticədə əhali daha çox kənd təsərrüfatı sahəsində çalışırdi. O zaman kənd təsərrüfatı sahəsində işləyənlərin sayı əhalinin 80 %-i təşkil edirdi. Sənaye və xidmət sahələrində isə hər biri 10 % olmaqla əhali işləyirdi.

II mərhələ sənaye dövrü adlanır. Sənayenin inkişafı getdikcə məhsuldarlığın artmasına gətirib çıxarır. Bu məqsədlə istehsalın maksimum mexanikləşdirmə və avtomatlaşdırması prosesi baş verir.

XİX əsrin sonu XX əsrin əvvəlində sənayenin yüksək inkişafı nəticəsində əhalinin böyük əksəriyyəti sənaye sahələrinə yönəlmişdir. XX əsrin ikinci yarısından etibarən mexanikləşdirmə və avtomatlaşdırma nəticəsində yeni ixtisaslara ehtiyac yaranmış və sənaye sahələrindən çoxlu sayda azad olmuş işçilərin qeyri istehsal sahələrinə axını müşahidə olmuşdur.

III mərhələ postsənaye dövrü. Onun əsas xüsusiyyəti xidmət istehsalıdır. Beləliklə, yeni yaranmış xidmət sferasında sənayedən azad olmuş əhali işlə təmin olunur, kütləvi iş yerlərini fərdi iş yerləri əvəz edir. Nəticədə insanlar zaman etibarı ilə əməklərini sərbəst idarə etməyə, yaranmış boş vaxtdan istifadə etmək üçün yollar axtarmağa başlayırlar. Eyni zamanda yeni tələbatlar yaranmağa başlayır, tələbatın daxilində mənəvi tələbatın xüsusi çəkisi artır.

Xidmət sferasının yaranmasının mühüm səbələrindən biri də - dünya birliynin yaranmasıdır. Əvvəllər istehsal prosesinin tam dövrü bir ölkədə baş verdiyi halda, sonralar istehsalın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçirilməsi daha məqsədəuyğun hesab edilmişdir. Bunun səbəblərindən biri də qərb əhalisinin xidmət sferasının müxtəlif sahələrində məşğulluğunun təmin edilməsi ilə bağlıdır.

Xidmət sektoruna (qeyri-maddi istehsal sahələrinə) iqtisadçıların münasibəti uzun müddət birmənalı olmamışdır. Makroiqtisadi səviyyədə təkrar istehsal modelinin ilk müəllifi olan Fransua Kene məhsuldar əməyə ancaq kənd təsərrüfatında çalışanların əməyini aid edirdi. A.Smit ondan fərqli olaraq bura sənaye sahələrində çalışanların da əməyini daxil etmişdir. Smit qeyd edirdi ki, keşişlər, hüquqşünaslar, həkimlər, yazıçılar, aktyorlar, musiqiçilər, opera müğənniləri, rəqqaslar və başqaları qeyri-məhsuldar işçilər qrupuna daxildir və onlar maddi istehsalda çalışanların hesabına saxlanılırlar.

K.Marks xidmət sahələrini iki yanaşma baxımından nəzərdən keçirmişdir:

1. XIX əsrdə xidmət sahələri olduqca az inkişaf etmişdi və zəif tədqiq olunmuşdu. Marks hesab edirdi ki, xidmət sahələri, bütün istehsala nisbətən o qədər cüzidir ki, bunu nəzərə almamaq da olar;

2. Marks belə bir fakta əsaslanaraq qeyd edirdi ki, xidmət sahələrinin necə inkişaf etməsindən asılı olmayaraq, maddi istehsal cəmiyyətdə öz aparıcı rolunu saxlayacaqdir. O, qeyd edirdi ki, qeyri-istehsal sahəsində münasibətlər istehsal sahəsindəki münasibətlərlə müəyyən olunur, qeyri - maddi istehsal sahələri maddi istehsal sahələrinin hesabına fəaliyyət göstərirlər.

Xidmət sahələrinə ikinci yanaşma faktı artıq uzun müddətdir ki, mövcud deyildir. Lakin bu sahə sonralar dünya iqtisadiyyatında daha böyük pay və nüfuz qazanmağa meylli olmuşdur. Belə ki, II Dünya müharibəsindən sonra dünya iqtisadiyyatında bu sahəsinin rolu durmadan artmışdır. Əgər əvvəllər inkişaf etmiş öklələrin ümumi daxili məhsulunun yaradılmasında sənayenin payı 70%-dən artıq idisə, indi bu qədər pay xidmət sahələrinə məxsusdur.

Beləliklə xidmət sferasının inkişafının aşağıdakı 3 mərhələsi müəyyən edilmişdir:

• X1X əsrin sonu XX əsrin əvvəli - Sənayenin inkişafı mərhələsi

• XX əsrin 2-ci yarısından etibarən elmi texniki tərəqqi mərhələsi

• XX əsrin 80-cı illəri İnternet və kompüter texnologiyaları mərhələsi

Ölkəmizdə xidmətlər bazarı müstəqillik əldə etdikdən sonra, 1990-cı illərdə formalaşmağa başlamışdır. Bundan əvvəl isə keçmiş SSRİ-nin tərkibində 70 ildən artıq müddətdə fəaliyyətdə olan respublikamızda digər sahələr kimi xidmət sektoru da dövlət tərəfindən güclü tənzimlənməyə məruz qalırdı və bir sıra xidmətlər isə ancaq dövlət müəssisələri tərəfindən göstərilirdi.

Bu vəziyyət tədricən dəyişmiş və 1990-cı illərin ortalarından xidmət bazarı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sonuncu illərin yekunlarına əsasən ÜDM-nin təxminən 30 %-ə qədəri xidmət sahələrinin payına düşmüşdür.

Azərbaycanın xidmətlər bazarı struktur və əsas keyfiyyət göstəricilərinə görə də bir sıra xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycanda ənənəvi xidmət sahələri üstünlük təşkil edir. Ancaq buna baxmayaraq, ölkədə həyata keçirilən iqtisadi islahatlar ənənəvi xidmət sahələrinin inkişafı ilə yanaşı yeni xidmət sahələrinin yaranmasına və dinamik inkişafına da təkan vermişdir. Dinamik inkişaf edən belə sahələrə rabitə və telekommunikasiya xidmətlərini, bank və sığorta xidmətlərini və s. misal göstərmək olar.

Xidmət sahələrinin iqtisadiyyatda rolu barədə məlumatı əsasən iki göstərici: xidmət sahələrində məşgul olanların ümumi məşğulluqda payı və ÜDM-da xidmət sahələrinin payı göstəriciləri verir. Ölkələr üzrə məşğulluqda və ÜDM-da xidmət sahələrinin payı göstəriciləri.

Cədvəl 1.1. Ölkələr üzrə məşğulluqda və ÜDM-da xidmət sahələrinin payı göstəriciləri.

BVF-nun 2013-cü ilin məlumatlarına əsasən tərtib olunmuş cədvəldən göründüyü kimi inkişaf etmiş ölkələrdə ÜDM-da xidmət sahələrinin payı 60 %-dən yuxarı təşkil edir. O cumlədən, Amerikanın ümumdaxili məhsulunun 74%-ni, Yaponiyada 59%-ni, Almaniyada 69,1%-ni, Türkiyədə 66%-ni, Fransada 77,3%-ni, Avstriyada 65,6%-ni, Rusiyada 58,7%-ni, Ukraynada 68,4%-ni, Qazaxstanda 55%-ni və s. xidmət sektoru formalaşdırır. Qeyd olunduğu kimi xidmət sferasında ABŞ-ın məşğul əhalisinin 80%-i,Almaniyanın məşğul əhalisinin 63,8%-i, İtaliyanın məşğul əhalisinin 49%-i, Azərbaycanda isə xidmət sferasında məşğul əlalinin 49 %-i çalışır.

Qloballaşan dünyada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təsərrüfat təcrübəsi göstərir ki, qeyri-istehsal sahələrinin maddi-istehsal sahələrinə nisbətən üstün artması qanunauyğun bir haldır. Bu sahələrin inkişaf səviyyəsi ölkələrin iqtisadi inkişafının və bütünlükdə iqtisadi sistemin səmərəli fəaliyyətinin əsas göstəricisidir. Qeyri-istehsal sahəsi qeyri-maddi nemətlər və xidmətlər yaradan sahələrin məcmusu kimi mürəkkəb tərkibə malikdir. Bütün dövrlərdə xidmət sahələrinin genişləndirilməsi, təşkilinin daim yaxşılaşdırılması, xidmətin keyfıyyətinin yüksəldilməsi sosial məsələ kimi ümumdövlət əhəmiyyəti kəsb edir.

Alimlərin fikrincə, müasir cəmiyyətdə xidmət sferasının inkişafını şərtləndirən səbəblər aşağıdakılardır:


  • istehsalda səmərəliliyin yüksəldilməsi bu sahədə yaranan azad işçi qüvvəsinin xidmət sferasına yönəldilməsinə imkan verir.

  • əhalinin adambaşına düşən gəlirlərinin artması;

  • urbanizasiya prosesi;

  • demoqrafik dəyişikliklər;

  • sənayecə inkişaf etmiş ölkələrdə ÜDM-in tərkibində investisiyaların xüsusi çəkisinin azalması və inkişaf etməkdə olan ölkələrdə onun xüsusi çəkisinin artması;

  • beynəlxalq ticarətin genişləndirilməsi;

  • ölkə iqtisadiyyatında struktur dəyişikliklərinin aparılması;

  • əmək qabiliyyətli əhalinin və təqaüdçülərin xidmət sferasına cəlb edilməsi;

  • sosial infrastruktur obyektlərinin dislokasiyasının genişləndirilməsi;

  • avtonəqliyyat, məişət texnikası vasitələrinin daxili bazarda artmasının və satışının intensivliyi;

  • mənzil tikintisinin intensivləşdirilməsi.

Xidmət sferasının inkişafına təsir edən amilləri təhlil edərkən, aşağıdakı nəticəyə gəlmək olar:

1. Xidmət sferasının dinamik inkişafını şərtləndirən əsas amillərdən biri texnoloji tərəqqidir. Yeni texnologiyalar istehlakçılara xidmətlər təklif edən təşkilatlarda biznesin təşkili metodlarını əsaslı dərəcədə dəyişir. Texnoloji tərəqqi digər xidmət növlərinə də hava ilə yükdaşımalardan tutmuş pərakəndə satışa qədər güclü təsir göstərir. Texniki ideyaların inkişafı yeni fəaliyyət növlərinin meydana gəlməsinə, yeni təkmilləşdirilmiş servis sistemlərinin təşkilinə səbəb olur. Yəni, texnoloji tərəqqi əsasında iqtisadiyyatın inkişafı servis xidmətlərinin inkişafını intensivləşdirir. Hər cür fiziki əmtəələr, xüsusilə də yüksək texnoloji və uzunmüddət ərzində istifadə olunan əmtəələr müxtəlif xidmətlərin göstərilməsinə tələbat yaradırlar. Məhsulların növündən asılı olaraq xidmətə olan tələbata aşağıdakıları aid edə bilərik:



  • çatdırılma və anbarlaşdırma;

  • quraşdırılma;

  • texniki xidmət;

  • təmizlik;

  • ekoloji utilləşdirmə və s.

2. Iqtisadi amillərin xidmət sferasına təsiri ÜDM-in ümumi dinamikası, istehlak məhsullarına tələbin dəyişməsi, əhalinin məşğulluğu, həyat səviyyəsi və gəlirlərinin səviyyəsi ilə şərtlənir. Xidmət sferasında işgüzar və maliyyə xidmətlərinin (françayzinq, lizinq və s.) rolu artır.

3. Iqtisadiyyatın digər sahələri kimi xidmət sferasına da güclü təsir göstərən amillərdən biri demoqrafik amildir. Həyat səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin uzunömürlülüyü artır, bu isə öz növbəsində bir sıra xidmət bazarının meydana gəlməsinə səbəb olur, məsələn, sığorta xidmətləri bazarı (həyatın sığortalanması, əmanətlərin sığortalanması). Bu tipdə bazarların inkişafının misalı kimi Yaponiyanı, ABŞ-ı qeyd etmək olar.

4. Xidmət sferasına təsir edən mühüm amillərdən biri də təbii mühitdir. Təbii mühit sənayenin və kənd təsərrüfatının inkişafına təsir edir və bu zaman əsas diqqət xammal resurslarının qıtlığına və ekoloji problemlərə yönəldilir. Turizm sahəsinin təbii mühitdən asılılığı daha güclüdür.

5. Siyasi-hüquqi amilin servis sahəsinə əsas təsiri dövlətin tənzimləyici təsirinin liberallaşmasında özünü biruzə verir. Məsələn, bir çox servis sahələri (nəqliyyat, rabitə, bank və s.) sənaye ilə müqayisədə dövlət tərəfindən daha güclü tənzimlənməyə məruz qalır.

6. Mədəni mühitin təsiri xidmət sahəsində bəzi problemlər yarada bilər. Məsələn, ABŞ və Fransa mədəniyyətləri arasında olan müxtəlifliklər vaxtilə Uolt Disney şirkəti üçün xeyli problemlər yaratmışdı.

FƏSİL 2. XİDMƏTLƏRİN XÜSUSUYYƏTLƏRİ.

2.1. Xidmətlərin xüsusiyyətləri və təsnifatı.

Xidmət sahələrinin kommersiyası elə fəaliyyətdir ki, onların vasitəsilə müxtəlif müəssisələrin göstərdikləri xidmətlər müştərilərə çatdırılır. Praktiki fəaliyyət nöqteyi-nəzərdən müəssisənin xidməti prosesi müştərilərə təqdim olunmuş xidmətlərin düzgün qiymətləndirilməsindən, keyfiyyətinin dəyərləndirilməsindən və razılaşdırılmış müddətdə yerinə yetirilməsindən ibarətdir.

Xidmət kommersiyasının mürəkkəbliyi ondan ibarətdir ki, bir qayda olaraq, müştəriyə heç bir konkret maddi forması olmayan müxtəlif vədlər (məs.kostyumu daha yaxşı təmizlənməsi, həkimin resept yazmaqla xəstənin sağalacağına əmin etməsi və s.) satır . Xidmət sahələrinin kommersiyasının mühüm elementlərindən biri xidmət gostərilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır. Xidməti təklif edən tərəf hər zaman yadda saxlamalıdır ki, onun göstərdiyi xidmətlər konkret insanla və onun fəaliyyəti ilə bağlıdır. Digər mühüm element isə ondan ibarətdir ki, xidmət sahələrinin kommersiyası xidmətin effektiv və psixoloji cəhətdən düzgün təşkil olunmuş reklamını təmin etməlidir. Məsələn, bərbərxana üçün reklamçı - kommersant xidmətləri belə bir şüarla müəyyən edə bilər “Biz qadınları daha gözəl edirik”. Ayaqqabların təmiri ilə məşğul olan kommersant belə şüar seçə bilər “Biz ayaqqabıların ömrünü uzadır və onların xassələrini qoruyuruq” və s.

Xidmətlərin bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki,bunları xidmət sahələrində kommersiya fəaliyyətini həyata keçirərkən mütləq nəzərə almaq lazımdır.Bunlar aşağıdakılardan ibarətdir:



  • xidmətlərin duyulmazlığı (service intangibility);

  • xidmətlərin təklif edilməsi ilə onların istehlakının ayrılmazlığı (service);

  • xidmətlərin keyfiyyətinin qeyri sabitliyi (service variability);

  • xidmətlərin saxlanılmasının qeyri mümkünlüyü (service perishability;)

  • xidmətlərə mülkiyyət hüququnun olmaması.

Xidmətlərin fərqləndirici xüsusiyyətlərinə ətraflı nəzər salaq.

1.Xidmətlərin duyulmazlığı. Xidmət prosesi maddi elementlərlə bağlı olsa da (məsələn, proqram təminatı təlimatlardan ibarətdir, idman zalında müştəri müxtəlif avadanlıqdan istifadə edir, aparatların təmiri zamanı ehtiyat hissələrinin dəyişilməsi baş verir və s.), xidmətlərin göstərilməsi qeyri-maddi xarakter daşıyır. Xidmətlərin duyulmazlığı kommersiya fəaliyyətinin təşkilində fərqli yanaşmalardan istifadəni tələb edir. Maddi əmtəələrdən fərqli olaraq, xidməti həyata keçirmədən görmək, yoxlamaq (və ya dadına baxmaq), hiss etmək, eşitmək və ya iyləmək mümkün deyil. Kosmetik cərrahi əməliyyat olunmağa qərar vermiş qadın xidməti əldə etməmiş onun nəticəsi haqda dəqiq məlumat almaq imkanına malik deyil, eləcə də psixoterapevtin qəbulunda olan xəstə seansın qurtarmasına qədər müalicənin effektivliyinə əmin ola bilməz.

Meydana çıxan qeyri-müəyyənliyi azaltmağa çalışaraq alıcılar xidmətin keyfiyyətini təsdiq edə biləcək xarici əlamətləri təhlil edirlər (ofisin yerləşməsi, interyer, avadanlıq, işçi heyəti, təqdim edilən informasiya, simvollar və qiymətlər). Beləliklə, məhsulgöndərənin işi «hissiyatı idarə etməkdən» və «duyulmayanı maddiləşdirməkdən» ibarət olur.

Xidmətlərin duyulmazlığı həm satıcıda, həm də alıcıda müxtəlif problem yarada bilər. Məsələn, alıcı üçün yaradılmış problem ondan ibarət ola bilər ki, istifadəyə qədər və bəzən də ondan sonra, xidmətin dəyərləndirməsində çətinlik yarana bilər. (məsələn, səhiyyə xidməti, kosmetoloq xidməti) alıcı isə xidmət prosesini nəinki görmür və duymur, hətta nə baş verdiyini dəqiq bilmir. Ancaq satıcıya etibar və ümid etmək qalır. (saatların, avtomobilin və müxtəlif məişət əşyalarının təmiri)

Satıcının özünəməxsus problemləri ondan ibarətdir ki :


  • Müştəriyə öz məhsulunu təqdim etmək çətindir;

  • Müştəriyə izah etmək çətindir ki, o nəyə görə ödəniş edir.

Buna görə kommersant dəqiq bilməlidir ki, xidmət məhsulunu reklam edərkən onun müştəri üçün “xeyirli” və “sərfəli” tərəflərini qabartmalıdır ki, onları firmaya cəlb edə bilsin.

Duyulmazlıq xüsusiyyəti əsasında əmtəə ilə xidmət arasında olan fərqi əyani surətdə nümayiş etdirmək olar. Bu xüsusiyyətləri nəzərə almaqla F.Kotler marketinq təkliflərinin beş kateqoriyasını qeyd edir:

-«təmiz», hiss olunan əmtəə (məsələn, sabun və ya duz);

-hiss olunan əmtəənin xidmətlərlə müşayiət edilməsi (məsələn, avtomobillər və ya kompüterlər);

- əmtəə ilə xidmətin xüsusiyyətlərini eyni dərəcədə birləşdirən hibridlər (məsələn, restoran);

-müəyyən fiziki obyektlərin və əlavə xidmətlərin istifadəsini tələb edən xidmətlər (məsələn, təyyarə ilə uçuş);

-«təmiz» xidmət (məsələn, psixoterapiya və ya körpə uşaqlara qulluq etmə).

2.Xidmətlərin istehsalı ilə istehlakının ayrılmazlığı.

Xidmətlərin göstərilməsi bir çox hallarda istehlakçının iştirakını tələb edir, yəni istehlakçılar xidmətlərin göstərilməsi prosesinə bilavasitə cəlb olunurlar. Maddi əmtəələrin istehsalı və istehlakı prosesləri sərbəstdir. Maddi əmtəəni əldə edənlər onları müəyyən vaxtdan sonra da istifadə edə bilərlər. İstehsal olunan, anbarlarda saxlanılan, çoxsaylı vasitəçi kanalları ilə bölüşdürülən maddi əmtəələrdən fərqli olaraq, xidmətlərin əksər hissəsi gələcək istifadə üçün saxlanıla bilməz. Xidmətlərin çoxunun istehsalı və istehlakı eyni vaxtda baş verir, onlar ayrılmazdirlar və prosesdə istehlakçılar da iştirak etməlidirlər. Müştəri bilavasitə xidmət prosesində iştirak etdiyindən, istehlakçı ilə xidmət göstərən arasındakı qarşılıqlı münasibətlər əmtəə kimi, xidmətin fərqləndirici xüsusiyyətini təşkil edir. Xidmət göstərilməsinin nəticəsinə həm müştəri, həm də satıcı bilavasitə təsir göstərirlər. Xidmətin keyfiyyəti istehsalçı ilə yanaşı istehlakçıdan da asılıdır. Məsələn, auditor firmasının müştərisinin auditor yoxlamasına ciddi yanaşması (auditorların vaxtında dəvət olunması, audit sənədlərinin vaxtında hazırlanması) aparılan auditin keyfiyyətinə bilavasitə təsir edir. Xidmətlərin istehsalı ilə istehlakı arasında ayrılmaz əlaqələrin olduğu halda, satıcı ilə müştəri arasında əlaqənin səviyyəsi müxtəlif ola bilər. Məsələn, bəzi xidmətlər alıcının bilavasitə iştirakını tələb etmir (avtomobilin təmiri, paltarın kimyəvi təmizlənməsi, ayaqqabı təmiri və s.). Digər xidmətlər yazılı kommunikasiyalar və ya texniki vasitələrin köməyi ilə həyata keçirilə bilər (məsələn, bankomatlar vasitəsilə pulların verilməsi). Bir çox xidmətlər isə bilavasitə istehsalçının iştirakını tələb edir, məsələn, bank xidmətlərinin göstərilməsi bank işçisinin iştirakını, auditor xidmətləri isə – audit firmasının attestasiya olunmuş auditorlarını tələb edir Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xidmət sferasında fəaliyyət göstərən firmalar istehlakçılarla daima ünsiyyətdə olan işçilərin seçilməsi, hazırlanması və motivləşdirilməsinə xüsusi diqqət verməlidirlər. Zəruri olan texniki biliklərdən savayı bu işçilər ünsiyyətli olmalı və müştərilərlə səmərəli əlaqələr yaratmağı bacarmalıdırlar.

3. Xidmətlərin keyfiyyətinin qeyri-sabitliyi.

Xidmətin keyfiyyəti onun kimin tərəfindən, hansı şəraitdə, nə vaxt təqdim olunmasından asılı olaraq dəyişə bilər. Maddi əmtəələrin keyfiyyəti müəyyən səviyyəyə və ya standarta uyğun ola bilər, yəni əmtəə yüksək, orta, aşağı keyfiyyətdə ola bilər və onun keyfiyyət səviyyəsi sabitdir. Əmtəələrdən fərqli olaraq xidmətlərin keyfiyyəti dəyişkən olur. Xidmətin istehsalçısı üçün onun keyfiyyətinin qeyrisabitliyi və ya dəyişkənliyi işçilərin ixtisası ilə, onların xarakterlərinin fərdi xüsusiyyətləri ilə, informasiyanın və kommunikasiyanın çatışmamazlığı, rəqabətin olmaması, zəif təlimlə əlaqədar ola bilər.

Servisin keyfiyyətinin artırılması prosesi özünə üç mərhələni daxil edir. Onlardan birincisi – işçi heyətin seçilməsi və onların öyrədilməsi (əməkdaşların ilkin ixtisasından asılı olmayaraq).

Ikinci pillə – xidmətlərin təqdim edilməsi prosesinin standartlaşdırılmasıdır. Adətən şirkətdə xidmət göstərilməsi prosesini sxematik olaraq təsvir edən servis planı işlənib hazırlanır; belə planın köməyilə menecment xidmətlərindəki «boşluqlar» müəyyən edilir.

Üçüncü addım – şikayət və təkliflərin təhlili vasitəsilə müştərilərin təmin olunması səviyyəsinə, onların təlabatının öyrənilməsi və müəyyən malgöndərənin fəaliyyətinin keyfiyyətinin rəqiblərlə müqayisə olunmasına nəzarətin təşkilindən ibarətdir.

Qeyd etdiyimiz kimi, xidmətlərin əksər hissəsi insanlar tərəfindən təqdim olunur, bu səbəbdən xidmətin alıcısı ilə satıcısı arasında intensiv əlaqələr qurulur. Son nəticə isə hər iki tərəfin ümumi fəaliyyətindən və alıcının xidməti dərk etməsindən asılıdır. Məsələn, gözəllik salonu, paltar dizaynı ilə məşğul olan firma və s. hər konkret müştəri üçün müxtəlif olan xidmətlər təklif edirlər. Bir tərəfdən bu, eyni insanların bir neçə alıcıya eyni üsulla xidmət göstərməsini, lakin alıcıların göstərilən xidməti müxtəlif qəbul etmələrini ifadə edir, yəni alıcıların öz tələbatlarının ödənilməsi haqqında müxtəlif fikirlərinin olması, digər tərəfdən isə eyni xidməti göstərən insanın fiziki və psixoloji vəziyyətindən asılı olaraq onun hər dəfə müxtəlif nəticələnən fəaliyyəti nəzərdə tutulur. Hər iki halda xidmətlərin keyfiyyətinin qeyri-sabitliyi ilə rastlaşmaq olur, bu isə xidmət sferasında çalışan menecerlər üçün xeyli problemlər yaradır.

Xidmətlərin keyfiyyətinin dəyişkənliyinin nəticəsi kimi onların müəyyən standartlara salınmasını qeyri-mümkün edir. Hər müştərinin xidmətlə əlaqəli olan arzu və tələblərinin müxtəlif olması, son məhsulun hər hansı formada standartlaşmasını xeyli çətinləşdirir. Xidmətlərin keyfiyyətinin qeyri-sabitliyi keyfiyyətə zəmanət verilməsini və nəzarətin həyata keçirilməsini də çətinləşdirir. Xidmətlərin bu xüsusiyyəti servis şirkətlərinin menecerləri üçün məhsuldarlığın normalaşdırılması sahəsində problemlər yaradır. Servis şirkətlərinin hansı fəaliyyət növü ilə məşğul olmalarından asılı olmayaraq, onların əsas məqsədlərindən biri kimi heyətin maarifləndirilməsi, xidmət standartlarının hazırlanması və əmək tutumlu işlərin azaldılması yolu ilə xidmətlərin keyfiyyətinin qeyri-sabitliyinin aşağı salınması çıxış edir.

4. Xidmətlərin saxlanmasının mümkünsüzlüyü.

Xidmətlər gələcək satış və ya istifadə üçün saxlanıla bilməzlər. Xidmətlərin əksər hissəsinin istehsalı ilə istehlakının eyni vaxtda baş verməsi səbəbindən, onların saxlanılması qeyri-mümkündür. Mehmanxanadakı nömrələr, təyyarə və ya teatrdakı yerlər, vəkilin iş saatı gələcəkdə istifadə üçün tədarük oluna bilməzlər. Xidmətlərin saxlanmasının qeyri-mümkünlüyü ilə xidmətlərə olan tələbin daima dəyişməsi menecerlərin xidmətlərin həcminin müəyyən edilməsinə və servis xidmətlərinin fəal idarə edilməsinə ciddi yanaşmalarını tələb edirlər. Əgər xidmətlərə olan tələb sabitdirsə, onların saxlanmasının mümkünsüzlüyü problem yaratmır, lakin tələbin tez-tez dəyişməsi xidmətlərin istehsalçıları üçün ciddi problemlər yarada bilər. Xidmətələrə olan tələblə təklifin uzlaşdırılması və uyğunsuzluqların aradan götürülməsi üçün bir neçə strategiyadan istifadə etmək olar:

-müxtəlif qiymətlərin təyin edilməsi, əlavə xidmətlər üçün qiymət endirimlərinin nəzərdə tutulması. Bu metoddan istifadə edərkən xidmətlərə olan tələbi qismən tarazlaşdırmaq mümkündür;

-xidmətlərə öncədən sifariş sistemindən istifadə edilməsi. Bu metod tələbin səviyyəsinə nəzarət etməyə və onu lazım olan istiqamətə yönəltməyə imkan yaradır;

-xidmət göstərmənin sürətinin yüksəldilməsi bu metod çoxsaylı müştərilərlə işləməyə imkan verir;

-müştərilərə göstərilən xidmətin keyfiyyətinin və servisinin yaxşılaşdırılması (geniş otaqlar, rahat interyer, yumşaq kreslo, jurnal masasının üstündə təzə qəzetlər, qəhvə, çay və s.).

Müştərilərə əsas xidmətin göstərilməsinə qədər müştərilərin gözləmə müddətinin rahat keçirməsinə köməklik edir.

- bir neçə funksiyaların birləşdirilməsinə işçi heyətinin həvəsləndirilməsi. Bu da daha çox müştəriyə xidmət göstərilməsinə imkan yaradır.

5. Xidmətlərə mülkiyyət hüququnun olmaması.

Maddi formaya malik olan əmtəələrdən fərqli olaraq, xidmətlər kiminsə mülkiyyətində olmurlar. Əksər hallarda xidmətlərdən uzun müddət ərzində istifadə etmək mümkün deyildir. Bu müddət ərzində xidmətlər köhnələ bilər və ya öz aktuallağını itirə bilərlər. Xidmətlərin bu xüsusiyyətini nəzərə alaraq servis şirkətləri mülkiyyət hüququ hissinin gücləndirilməsi məqsədilə xüsusi klubların və ya assosiasiyaların yaradılması yolu ilə firma markalarının cazibədarlığını artırmaq və öz imiclərini möhkəmləndirilmək üçün xeyli səy göstərirlər (məsələn, Toshiba şirkətinin aşpazlar klubu). Bu şirkətlərin əsas məqsədi brendin yaradılması və onun lazımi səviyyədə saxlanılmasıdır.

Müştərilərin xidmətdən təkrar istifadə etməsi üçün endirim və həvəsləndirmə sisteminin yaradılması da yaxşı nəticələr verə bilər.

Beləliklə, xidmət sferasının yuxarıda qeyd edilmiş özünəməxsus xüsusiyyətləri bu sferada effektivliyin təmin edilməsi nöqteyi-nəzərindən kommersiya idarəedilməsini ticarət və sənaye sahələrinə nisbətən daha da çətinləşdirir.

Xidmətlərin tipləri: Xidmət sfersında çoxsaylı müxtəlif müəssisələr vardır və onları bir sıra əlamətlərinə görə təsnifləşdirmək olar. Mülkiyyət formalarına görə 19 xidmətlər dövlət (polis, dövlət büdcəli xəstəxanalar və təhsil müəssisələri) və özəl (distribüter firmaları, banklar, sığorta şirkətləri, və s.) xidmətlərə ayrılır.

Müəssisənin fəaliyyət sahəsinə görə: İstehlak bazarı (pərakəndə ticarət, ev təsərrüfatının sığortası) və spesifik müəssisə bazarları ( məsələn, kompyuterlərə xidmət göstərilməsi); Xidmətləri, həmçinin insanlarla ünsiyyətdə olma dərəcəsinə görə də təsnifləşdirmək olar: Yüksək (məsələn, bərbərxana,səhiyyə xidmətləri və s.) və aşağı (məsələn, kimyəvi təmizləmə, avto yuma xidmətləri) xidmətlər. Burada xidmətlər daha çox obyektlərə yönəldilmiş olur.

Xidmətlər həm insanlar tərəfindən (müxtəlif məsləhətlər, təhsil və s.), həm də avtomatlaşdırılmış qurğular (ticarət avtomatları, bankomatlar və s.) tərəfindən göstərilir. İnsanlar tərəfindən göstərilən xidmətlər özlüyündə yüksək səviyyəli mütəxəssislər (məsələn,vəkillər, həkimlər.müəllimlər və s.) və heç bir ixtisası olmayan (xadimələr,fəhlələr) tərəfindən göstərilir. Təqdim edilən xidmətlərin bu müxtəlifliyi belə deməyə əsas verir ki, bazarda rəqabət üstünlüyünü yaratmaq və qoruyub saxlamaq üçün xidmət istehsalçıları konkret fəaliyyət növü ilə əlaqədar xüsusi problemləri həll etməlidirlər.

Funksional təyinatına görə əhaliyə göstərilən xidmətlər maddi və sosial- mədəni xidmətlərə ayrılır:

Maddi xidmətlər - istehlakçıların maddi-məişət tələbatlarının odənilməsini təmin edən xidmətlərdir. Maddi xidmətlər məhsulların istehlak xassələrinin bərpası (dəyişməsi, qorunub saxlanılması) və ya vətəndaşların sifarişi ilə yeni məhsulların hazırlanmasını təmin edir. Maddi xidmətlərə əsasən məhsulların təmiri və hazırlanması ilə bağlı olan məişət xidmətlərini, kütləvi iaşə xidmətlərini, nəqliyyat xidmətlərini və s. aid etmək olar. Sosial-mədəni xidmətlər - istehlakçının mənəvi və əqli tələbatlarının və həmçinin normal həyat fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş xidmətlərdir.

Sosial - mədəni xidmətlərə səhiyyə xidmətləri, mədəni xidmətlər, turizm, təhsil və s. xidmətlər aid edilə bilər.

Hazırda xidmətlərin bir neçə təsnifatı mövcuddur.

İstehsal və tədavülün müxtəlif sahələrində xidmətlər aşağıdakı beş qrupda təsnif edilə bilər:

1.İstehsal xidmətləri ( mühəndis, lizinq ,müxtəlif texniki avadanlıqların təmiri və s)

2.Tədavül prosesi ilə xidmətlər (ticarət, nəqliyyat, rabitə)

3. Peşəkar xidmətlər (banklar, sığorta , maliyyə, məsləhət , reklam və digər şirkətlər )

4. İstehlak xidmətləri (ev təsərrüfatı və asudə vaxtin keçirilməsilə bağlı olan)

5. İctimai xidmətlər (radio, TV, təhsil, mədəniyyət)

Bununla yanaşı, cəmiyyətdə daima ehtiyac duyulan yeni xidmət növləri yaranır. Məsələn, müxtəlif tədbirlərin keçirilməsini təşkil edən şirkətlər, audio -video avadanlıqlarının kirayəsini həyata keçirən firmalar, proqram təminatı ilə məşğul olan firmalar, məsləhət şirkətləri, daşınmaz əmlakın icarəsi və onun satışında vasitəçilik fəaliyyətini həyata keçirən firmalar və s. Eyni zamanda mövcud xidmətlərin şaxələnməsi (diversifikasiyası) prosesi getməkdədir. Məsələn, bank, birja və vasitəçilik xidmətləri vahid maliyyə xidmətləri kompleksində birləşir və yeni xidmət növlərinin meydana gəlməsinə səbəb olur. (internet bankinq, internet treydinq, internet Insurance və s.)

Xidmətlərin məcmusunu müxtəlif müstəqil və ya qarşılıqlı əlaqədə olan təsnifat əlamətləri üzrə həmcins qruplara və növlərə bölmək olar. Bunun üçün müxtəlif təsnifat metodlarından istifadə etmək lazımdır.

Xidmətlərin təsnifatı və onların uçotunun təkmilləşdirilməsi dünyanın bütün ölkələrində vacib sayılan problemlərdən biridir. Xidmətlərin müxtəlif təsnifatları mövcuddur ki, bunlardan xarici ölkələrdə ən geniş istifadə olunanları cədvəl 2-də əks olunmuşdur.

Cədvəldə dörd əsas təsnifat göstərilir: Ümumdünya Ticarət Assosiasiyasının təsnifatı, Beynəlxalq Sənaye Standartları təsnifatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təsnifatı və Xidmətlərin Ümumrusuya təsnifatı OK – 002,

Birinci təsnifatda xidmətlər əsasən 12 qrup üzrə, ikincidə - 4 qrup üzrə, üçüncüdə – 4 qrup üzrə, dördüncüdə isə 10 qrup üzrə tədqiq olunur.



Cədvəl 2.1.1. Xarici ölkələrdə geniş istifadə olunan xidmət təsnifatları.

Cədvəldən belə nəticəyə gəlmək olar ki, xidmətlər çoxsaylı və müxtəlifdilər. Xarici ədəbiyyatda qeyd olunan müxtəlif təsnifatlardan F Lovelokun təsnifatı xüsusi maraq kəsb edir:

Cədvəl 2.1.2. Xidmətlərin F.Lovelok tərəfindən təklif olunmuş təsnifatı.

Təsnifatın əsasını - xidmətlərin kimə yönəldilməsi və onların hiss olunan və ya duyulmaz olmaları təşkil edir

Yuxarıda göstərilən təsnifat qeyri - maddi istehsal sferasında xidmətlərin əsas təsnifatı hesab olunur. Təsnifata yeni xidmət növləri əlavə olunmaqla, onu daha da inkişaf etdirmək və ya genişləndirmək mümkündür. Məsələn, xidmətləri istehlakçılarla ünsiyyətin dərəcəsinə görə, xidmətlərin qanunverici və normativ aktlarla tənzimlənməsi dərəcəsnə görə, əmək tutumuna görə, istehlakçı seqmentlərinə görə, işguzar və fərdi xarakterllərinə görə və digər xarakteristikalara görə tənsnifləşdirmək olar.

Xidmətlər üzrə ÜmumAzərbaycan Təsnifatı Texniki- iqtisadi və sosial informasiyanın təsnifatı və kodlaşdırmasının Vahid sisteminin tərkib hissələrindən biridir.Təsnifat aşağıdakı məsələlərin həlli üçün işlənib hazırlanmışdır:

• Xidmətlər sferasında standartlaşdırmanın inkişafı və təkmilləşdirilməsi;

• İstehlakçıların həyatının, sağlamlığının təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin edilməsi, əmlakına dəymiş ziyanın qarşısının alınması məqsədilə xidmətlərinin həyata keçirilməsi;

• Kompüter texnoloqiyalarından istifadənin effektivliyinin artırılması;

• Əhaliyə göstərilən xidmətlərin uçotu və proqnozlaşdırılması;

• Əhalinin xidmətlərə olan tələbatının öyrənilməsi;

• Müxtəlif təşkilatı-hüquqi mülkiyyət formasına məxsus müəssisə və təşkilatlar və həmçinin fərdi şəxslər tərəfindən xidmətlərin göstərilməsi;

• Beynəlxalq təsnifatın əhaliyə göstərilən xidmətlər təsnifatına uyğunlaşdırılması;

• Azərbaycanda sosial-iqtisadi şərait nəzərə alınmaqla yeni xidmətlərin aktuallığı və s.

FƏSİL 3. XİDMƏT SAHƏLƏRİ.

3.1. Azərbaycanda xidmət bazarının formalaşması xüsusiyyətləri.

Xidmət sahələri istehsal prosesi olmadan, başqalarının ehtiyacını ödəmək üçün həyata keçirilən əmək fəaliyyətidir. Əhaliyə göstərilən xidmət fiziki və sosial mədəni sahələrə ayrılır.

Fiziki xidmətə - İstehlakçının maddi və gündəlik təlabatını ödəmək üçün edilən xidmət, məhsulların istehsal xassəsinin artmasına və dəyişdirilməsinə, vətəndaşların arzusuna görə yeni məhsulların istehsalı, istehlak məhsullarının və insanların daşınmasının təmin edilməsi, iaşə xidmətləri, mənzil kommunal xidmətləri, nəqliyyat xidmətləri, təmir işləri ilə bağlı fərdi fəaliyyətin həyata keçirilməsi başa düşülür.

Sosial mədəni xidmətlərə - insanların mənəvi, intellektual ehtiyaclarını qarşılamaq, istehlakçının normal həyatını təmin etmək üçün edilən xidmətlərdir. Bu sahəyə insanların sağlamlığı, mənəvi inkişafı, peşə bacarığının artırılması daxildir. Sosial mədəni xidmətlərə - tibbi xidmətlər, mədəniyyət xidmətləri, turizm, təhsil və s. daxildir.

Xidmətlər üzrə Ümumazərbaycan Təsnifatına uyğun olaraq xidmətlər 13 qrupa bölünür. Sonra hər bir qrup funksional məqsədlər üzrə fəaliyyət növlərinə bölünür.

1. Məişət xidmətləri

2. Nəqliyyat xidmətləri

3. Rabitə xidmətləri

4. Mənzil kommunal xidmətlər

5. Mədəniyyət müəssisələrinin xidmətləri

6. Turizm xidmətləri və turistlərin müvəqqəti yaşayışı üçün yerləşdirilməsi xidmətləri

7. Bədən tərbiyəsi və idman xidmətləri

8. Səhiyyə, sanitar-səhiyyə və baytarlıq xidmətləri

9. Hüquqi xarakterli xidmətlər

10. Bank xidmətləri

11. Təhsil xidmətləri

12. Ticarət və kütləvi iaşə xidmətləri, bazarların xidmətləri

13. Əhaliyə göstərilən digər xidmətlər

Ölkəmizdə xidmətlər bazarı müstəqillik əldə etdikdən sonra, 1990-cı illərdə formalaşmağa başlamışdır. Bundan əvvəl isə keçmiş SSRİ-nin tərkibində 70 ildən artıq müddətdə fəaliyyətdə olan respublikamızda digər sahələr kimi xidmət sektoru da dövlət tərəfindən güclü tənzimlənməyə məruz qalırdı və bir sıra xidmətlər isə ancaq dövlət müəssisələri tərəfindən göstərilirdi.

Bu vəziyyət tədricən dəyişmiş və 1990-cı illərin ortalarından xidmət bazarı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sonuncu illərin yekunlarına əsasən ÜDM-nin təxminən 30%-i xidmət sahələrinin payına düşmüşdür.

Bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq inkişaf edən xidmət bazarı əmtəə bazarının bir növü olmaqla yanaşı, eyni zamanda bir sıra spesifik xüsusiyyətlərə malikdir, bu isə sahibkarlıq və kommersiya fəaliyyətinə xüsusi yanaşma tələb edir.

Xidmət bazarı aşağıdakı bir sıra xüsusiyyətləri ilə xarakterizə olunur:



  • yüksək dinamikliyi, lokallığı və ərazi üzrə seqmentləşməsi;

qısa istehsal tsikli ərzində dövriyyə kapitalının dövretmə sürətinin yüksək olması;

  • göstərilən xidmətin fərdiliyi və qeyri-standartlığı;

  • xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi;

  • xidmət sferasında kiçik müəssisələrin üstünlük təşkil etməsi.

Onlar bazar konyunkturunda daha yüksək həssaslığa malik olmaqla, xidmət sferasında əvəzedilməzdir. Belə ki, yalnız kiçik müəssisələr fərdi tələbatı sifarişin xarakterinə və yerinə yetirilmə müddətinə görə icranı təmin etməyə qabildirlər.

  • Istehsalın mürəkkəbləşməsi və bazarın məhsullarla doydurulması nəticəsində xidmətlərə olan tələb artır.

Müasir şəraitdə xidmətlərin iqtisadiyyatda rolunun artması ETT-nin təsiri altında xidmət sferasında yeni fəaliyyət növlərinin meydana gəlməsi, istehsalın mürəkkəbləşməsi və bazarın gündəlik tələbat məhsulları ilə doydurulması ilə izah oluna bilər. Burada həm də texniki cəhətdən mürəkkəb olan məhsulların satışında xidmətlərin rolunun artması, məhsulların satışının əlavə 25 xidmətlərlə müşayiət olunması, istehsalın inkişafı ilə əlaqədar olaraq maliyyə, nəqliyyat, informasiya və digər xidmətlərin rolunun artmasını qeyd etmək olar.

Azərbaycanın xidmətlər bazarı struktur və əsas keyfiyyət göstəricilərinə görə də bir sıra xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycanda ənənəvi xidmət sahələri üstünlük təşkil edir. Ancaq buna baxmayaraq, ölkədə həyata keçirilən iqtisadi islahatlar ənənəvi xidmət sahələrinin inkişafı ilə yanaşı yeni xidmət sahələrinin yaranmasına və dinamik inkişafına da təkan vermişdir. Dinamik inkişaf edən belə sahələrə rabitə və telekommunikasiya xidmətlərini, bank və sığorta xidmətlərini və s. misal göstərmək olar.

Yuxarıda qeyd olunduğu kimi, hazırda Azərbaycanda ÜDM- nin 29%-ə qədəri xidmət sahələrinin payına düşür. Deməli, bu sahədə daha təsirli tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac duyulur. Odur ki, Azərbaycan hökumətinin həyata keçirdiyi geniş miqyaslı sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də xidmət sferasının genişləndirilməsidir.

Şəkil.3.1.1. 2014-cü ildə əhaliyə göstərilən pullu xidmətlərin strukturu.

Cədvəldən göründüyü kimi əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmində rabitə, nəqliyyat və mənzil təsərrüfatı sahələrində göstərilən xidmətlərin həcmi daha çoxdur və müvafiq olaraq 22,0, 20,0 və 17,0% təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi hüquqi şəxslər üzrə 74%, fiziki şəxslər üzrə 26% təşkii edir. Burada dovlət mülkiyyətinin həcmi 22%, qeyri dövlət mülkiyyətinin həcmi 78% dir Azərbaycanda ümumilikdə xidmət sektoru ölkə əhalisinin məşğulluğunda rolu baxımından da xüsusi əhəmiyyətə malikdir. 2014-ci ildə 4603 min nəfər ümumi məşğul əhalinin 2194,5 min nəfəri (47,8%) xidmət sektorunun payına düşmüşdür. Eyni zamanda ayrı-ayrı xidmət sahələri məşğulluq baxımından xüsusilə böyük əhəmiyyət kəsb edir. Belə ki, topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmirində 681,9 min, təhsil sahəsində 367,3 min, tikintidə 334,1 min, nəqliyyat, anbar fəaliyyəti və rabitədə 244,3 min, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində 303,6 min nəfər çalışır, bu isə müvafiq olaraq ümumi məşğul əhalinin 14,8., 8,0., 7,2 və 4,1 faizinə bərabərdir.

Şəkil.3.1.2. 2014-cü ildə məşgul əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü.

Bütün dünyada qoyulmuş birbaşa xarici investisiyaların 40 %-i xidmət sferasına yönəldilir; eyni zamanda xidmət sahəsində çalışanların sayı da günbəgün artmaqdadır və demək olar ki, yeni yaradılan iş yerlərinin artımının 80-90%-i məhz xidmət sahəsinin payına düşür. Ximətlərin beynəlxalq səviyyədə inkişaf liderliyi əsasən telekommunikasiya, maliyyə, informasiya, hüquq, təhsil və səhiyyə xidmətləri göstərən inkişaf etmiş Şimali Amerika, Avropa dövlətlərinin, Yaponiya, Çin və Cənubi Koreyanın payına düşür.

NƏTİCƏ


Bildiyimiz kimi xidmət sahələrinin sürətli inkişafına aşağıdakı amillər əhəmiyyətli təsir göstərmişdir:

- dünyanın inkişaf etmiş ölkələrində uzunmüddətli iqtisadi yüksəliş işgüzar aktivliyin, əmək məhsuldarlığının, şirkətlərin gəlirlərinin və əhalinin ödəmə qabiliyyətinin artmasına gətirib çıxarmışdır;

- elmi-texniki tərəqqi istehsalın həcminin genişlənməsinə, xidmətlərin yeni növlərinin və onların tətbiqi sferasının genişlənməsinə səbəb olmuşdur;

- ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin inkişafı;

- xidmətlərlə ticarətin inkişafında insan faktoru, ehtiyacların daim artması qanunu özünəməxsus rol oynamışdır;

- insanın intellektual və fiziki imkanlarının təkmilləşdirilməsinə, onun mədəni və sosial ehtiyaclarının təmin edilməsinə yönəldilmiş xidmətlər sektoru genişlənmişdir.

Аpаrılаn təhlillərə əsаslаnаrаq, bеlə nəticəyə gəlməк оlаr кi, хidmət bаzаrı rеspubliкаmızdа ən dinаmiк inкişаf еdən sаhələrdəndir. Аzərbаycаndа хidmət sfеrаsının inкişаf pеrspекtivlərini tədqiq еdərəк аşаğıdакılаrı qеyd еtməк оlаr:

- istеhsаl sfеrаsındаn işçi qüvvəsinin аzаd еdilməsi və bu qüvvənin хidmət sfеrаsınа yönəldilməsi, -bаzаr sistеminin fоrmаlаşmаsı və inкişаfı şərаitində əlаqələndirici həlqə кimi ticаrətin rоlu yüкsəlir.

-pullu хidmət sistеmi sürətlə inкişаf еtməкdədir.

ƏDƏBIYYAT SIYAHISI



  1. Киль М.Ю.,-Коммерческая деятельность в сфере услуг: учебное пособие/ СПб: Изд- во СПб ГУЭФ,2010.

  2. Hacıyeva L.A.,.‖Xidmət sahələrinin marketinqi‖ Bakı, 2013

  3. урменко, Т.Д. Сфера услуг. Экономика, менеджмент, маркетинг 2010

  4. Меньщикова Г.А., «Экономика и социалогия непроизводственной сферы» Санкт-Петербург. 2001

  5. Quliyeva A.B., Sosial xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin təşkili və idarəedilməsinin təkmilləşdirilməsi istiqamətləri.AMEA İqtisadiyyat institutu, Bakı-2010

  6. Əmtəə və xidmətlərin beynəlxalq təsnifati (ƏXBT 9) 2003 18. Xidmətlər üzrə Ümumazərbaycan Təsnifatı 2003

Yüklə 235,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə