44
MODELLƏŞDİRMƏ
2.1.
Kompüter
modelləşdirməsi
2.2.
Elektron cədvəl proqramında modelləşdirmə
2.3.
Fiziki proseslərin kompüter modeli
2.4.
Statistik verilənlər əsasında proseslərin
modelləşdirilməsi
2.5.
Proqramlaşdırma dillərinin köməyi ilə riyazi
məsələlərin modelləşdirilməsi
2.6.
Üçölçülü qrafik modellər
LAYİHƏ
46
İlkin yoxlama
1.
Model nədir?
a) obyekt haqqında
təhrif edilmiş məlumat
b) obyektin sadələşdirilmiş bənzəri
c) obyektin hər hansı əlaməti
d) obyektin
xarici görünüşü
2.
Zamandan asılı olaraq dəyişən model necə adlanır?
a) statik model
b) dinamik model
c) maddi model
d) informasiya
modeli
3.
Modeli yaradılan obyektin özünə nə deyilir?
a) qaynaq
b) özül
c) örnək
d) orijinal
4.
Hansı anlayış elektron cədvəllə bağlı deyil?
a) iş kitabı
b) iş vərəqi
c) slayd
d) xana
5.
Elektron cədvəldə düsturlar hansı işarə ilə başlayır?
a) +
b) $
c) =
d) &
6.
Məktəbinizdəki qız və oğlan şagirlərin faiz nisbətini təqdim etmək üçün hansı
növ diaqramdan istifadə etmək əlverişlidir?
a) xətti
b) dairəvi
c) sütunlu
d)
nöqtəli
7.
Hansı proqramlaşdırma mühiti Azərbaycanda hazırlanıb?
a) ABC
b) ALPLogo
c) Python
d) Pascal
8.
Proqramlaşdırma dillərində heç bir qiymət qaytarmayan altproqram necə
adlanır?
a) prosedur
b) funksiya
c) modul
d) boş funksiya
9.
Bu qrafik redaktorların hansında üçölçülü modellər yaratmaq olmur?
a) OpenOffice.org Draw
b) Autodesk 3ds Max
c) Microsoft Paint
d) SketchUp
10.
Bunlardan hansı SketchUp proqramının qrafik primitivi deyil?
a) düzbucaqlı
b)
dairə
c) çoxbucaqlı
d) qövs
LAYİHƏ
47
Modelləş
d
irm
ə
2
K
OMPÜTER MODELLƏŞDİRMƏSİ
Bildiyiniz kimi, zaman amilinə görə modellər iki qrupa
ayrılır:
dinamik və
statik modellər. Obyektin
statik modeli
(
static model) onun hər hansı ayrıca zaman anındakı
vəziyyətini əks etdirir. Başqa sözlə, statik model obyektin
"ani fotoşəklidir". Belə modeldən fərqli olaraq,
dinamik
model (
dynamic model) müəyyən zaman ərzində sistemdə
baş verən dəyişiklikləri nəzərə alır; məsələn, fizikada
dinamik informasiya modelləri
cisimlərin hərəkətini, biolo-
giyada orqanizmlərin və ya heyvan nəsillərinin inkişafını,
kimyada kimyəvi reaksiyaların gedişi prosesini təsvir edir.
Hansı modelin köməyi
ilə hərəkət zamanı
avtomobilin parametrləri
haqqında informasiya
almaq olar?
Sizcə, eyni bir obyektin
statik,
yoxsa dinamik
modeli daha çox
informasiya verir?
Verilmiş kəmiyyətlər arasındakı asılılığı düstur şəklində göstərməyə çalışın.
1.
Sabit sürətlə hərəkət edən avtomobilin getdiyi yol –
onun hərəkətdə olduğu zaman
2.
Dairənin sahəsi –
onun radiusu
3.
Ali məktəblərə qəbul olmuş abituriyentlərin sayı –
qəbul ili
– Hansı asılılığı düsturla ifadə edə bilmədiniz?
– Həmin asılılığı hansı formada göstərmək yaxşı olardı?
Bəşəriyyət öz tarixi boyunca informasiya modelləri yaratmaq üçün müxtəlif üsul
və alətlərdən istifadə etmişdir. Bu üsul və alətlər daim təkmilləşmişdir. Belə ki, ilk
informasiya modelləri qayaüstü rəsmlər formasında idi. Hazırda isə informasiya
modelləri, adətən, müasir kompüter texnologiyalarının köməyi ilə yaradılır və tədqiq
olunur. Əlbəttə, kompüterdə mətnlər yazmaq (yəni təsviri modellər qurmaq), xəritə
və sxemlər çəkmək (qrafik modellər qurmaq), yaxud cədvəllər (cədvəl modelləri)
qurmaq mümkündür. Başqa sözlə, bu sadalanan işlər də
kompüter modelləşdir-
məsinə örnəklərdir. Doğrudur, belə statik informasiya modellərinin yaradılmasında
F Ə A L İ Y Y Ə T
2.1
LAYİHƏ