00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

 
133 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

xidmətdir, platformadır. Bu xidmətlər, ilk növbədə, ümumi maraqları olan insanları 
tanışdırmaq  və  bir  yerə  toplamaq,  onlara  müxtəlif  mövzular  haqqında  danışmaq 
imkanı  vermək,  foto  və  video  yerləşdirmək  və  onları  müzakirə  etmək,  bir-birini 
dostluğa qəbul etmək və ya dostluqdan silmək və digər məqsədlərlə yaradılan sayt-
lardır. Sosial şəbəkələrin üstünlüklərindən biri də çoxdan əlaqələri olmayan dostları, 
qohumları tapmaq imkanının olmasıdır.  
Hazırda dünyada ən çox qeydiyyatlı istifadəçisi olan sosial şəbəkələr bunlardır:  
Facebook, Google+, Tumblr, Twitter, LinkedIn. 
 
 
 
 
"İnternet xidmətləri" mövzusunda təqdimatın hazırlanması 
 
1. 
Microsoft PowerPoint (və ya OpenOffice Impress) proqramını başladın. Proqramın 
baş  pəncərəsi  və  onunla  birlikdə  bir  slayddan  ibarət  yeni  təqdimat  faylı  açılacaq. 
Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki 
və  bundan  sonra  daxil  edəcəyiniz  yeni  slaydları)  isə  pəncərənin  sol  hissəsindəki 
slaydlar sahəsində görmək olar.
 
 
2.  Yeddi yeni slayd yaradın.  
3. 
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada 
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın
 Click to add 
title sahəsinə təqdimatın başlığını (İnternet xidmətləri) yazın.
 
4. 
Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
 
5. 
İkinci  slaydı  aktivləşdirin.  Bu  slaydda  "Fəaliyyət"  bölümündə  verilmiş  cədvəl 
yerləşdiriləcək.  Öncə  slayd  üçün  yeni  tərtibat  (maket)  seçin.  Bu  məqsədlə  alətlər 
panelinin Slides bölümündəki 
 düyməsini çıqqıldadın.
 
Təklif olunan müx-
təlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın 
başlığını və uyğun cədvəli daxil edin.
 
6.  Haqqında məlumatınız olan 6 İnternet xidmətini müəyyənləşdirin. Üçüncü və son-
rakı 5 slaydın hər biri bu xidmətlərdən birinə həsr olunacaq.
 
Üçüncü slaydı aktiv-
ləşdirin və onun üçün Content with Caption maketini seçin. Uyğun sahəyə (solda 
yuxarıda)  slaydın  başlığını,  ondan  aşağıdakı  sahəyə  isə  birinci  xidmət  haqqında 
məlumatı daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video 
yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün Design menyusunu seçin. Təklif 
olunan şablonlar üzərində siçanın göstəricisini gəzdirin və variantları bir-bir gözdən 
keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin. 
 
A D D I M
A D D I M –  
Dünyada ən böyük sosial şəbəkə olan Facebook ("feys-buk" kimi oxunur) 2004-cü il 
fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq (Mark Zuckerberg) və 
yoldaşları tərəfindən yaradılıb. Bu sayt sayəsində Mark Zukerberq 23 yaşında dünyanın 
ən gənc milyarderi olmuşdur. 
Tari
x
  LAYİHƏ


134 
 
 
 
 
 
7.  Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun. 
8.  Bir  slayddan  başqasına  keçid  effekti  tətbiq  etmək  üçün  Animations  menyusunu 
seçin.  Təklif  olunan  effektlərin  üzərində  siçanın  göstəricisini  gəzdirin  və  effektin 
necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və 
əgər  bu  keçid  effektinin  bütün  slaydlara  tətbiq  olunmasını  istəyirsinizsə,  həmin 
paneldəki
 Apply To All düyməsini çıqqıldadın. 
 
 
 
9.  Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncə-
rəsində  Slide  Number  boksunu  qeyd  edib  Apply  to  All  düyməsini  çıqqıldadın. 
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək. 
10.  Slide  Show menyusuna keçin və 
 düyməsini çıqqıldadın. Hazırladığınız təq-
dimat birinci slayddan nümayiş olunmağa başlayacaq. 
11.  Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün  klavişini basın. 
12.  Fayla münasib ad verib istədiyiniz qovluqda saxlayın. 
 
 
İlk və ən populyar İnternet xidmətlərindən biri kütləvi tələbat mallarının satışı ilə məşğul 
olan Amazon.com-dur.
 Bu xidmət haqqında əlavə məlumat toplayın.  
Bu xidmət nə vaxt yaranıb? Nə qədər əməkdaşı var? Son illik dövriyyəsi və xalis gəliri nə 
qədər olub?  
 
 
Özünüzü yoxlayın 
1. 
"İnternet xidməti" nədir? 
2. 
IRC xidməti göstərən hansı proqramları tanıyırsınız? 
3. 
"Bloq" nədir və onun adi veb-saytdan fərqi nədədir? 
4. 
"Veb-forum" nədir və onun işinin mahiyyəti nədən ibarətdir? 
5. 
Sizcə, sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var?
 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
135 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Hansı mühakimələr doğrudur?
 
a)
 OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir. 
 
b)
 
Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paket-
lərə  bölünür  və  lazım  olan  ardıcıllıqla  alan  kompüterə  göndərilir.  Alan  kompüterdə 
paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.  
c)
 Ethernet arxitekturasında verilənlər koaksial kabellər vasitəsilə ötürülür.  
d)
 Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti 100 Mbit/san-dir.  
e)
 Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.  
f) 
Açıq  sahədə  olan  Wi-Fi  şəbəkələrində  əksər  qurğuların  təsir  məsafəsi  təxminən  500  m, 
qapalı yerdə isə 1000 metrdir. 
 
g)
 Mobil rabitə hücrəsəl rabitənin bir növüdür.  
h)
 Bloqlarda yazılar tərs xronoloji ardıcıllıqla çeşidlənir, yəni son yazı ən yuxarıda olur.
  
 
2.  Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 
a)
  Şəbəkədəki  kompüterlərin  qarşılıqlı  əlaqə  ardıcıllığını  tənzimləyən  qaydalar  və  pro-
sedurlar toplusu __ adlanır. 
b) 
Nəqliyyat səviyyəsi __ prosesini başa çatdırır.
 
c)
 Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan __ , __ və __ 
toplusu nəzərdə tutulur. 
d)
 Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu __ ola bilər. 
e)
 __ qurulmasında çox zaman Bluetooth texnologiyasından istifadə olunur.
 
f)
 
OSI modelinin __ , __ və __ səviyyələri TCP/IP modelində tətbiqi proqram adı ilə bir sə-
viyyədə birləşdirilib.
 
g)
 Hücrəsəl sistemin əsas elementləri bunlardır: __ , __ və __.
 
h)
  Hücrəsəl  şəbəkə  abonentinin yığdığı  nömrəyə  uyğun  olaraq başqa abonent ilə  bağlantı 
qurulması funksiyasını __ həyata keçirir.      
 
3. Bloq ilə adi gündəlik arasında hansı fərq var? 
 
4. Veb-forumlarda hansı mövzular müzakirə oluna bilər?
 
 
 
5. Amazon.com hansı İnternet xidməti sahəsində fəaliyyət göstərir?
 
 
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə