144
S
ƏSİN İDARƏ EDİLMƏSİ
Bu qurğulardan hansı giriş, hansı çıxış kateqoriyasına aiddir?
Kompüterdə səs fayllarının hansı növləri var?
Kompüterdə geniş istifadə olunan səs faylları haqqında mətn redaktorunda belə bir cədvəl
hazırlayın və onun boş xanalarını doldurun.
Faylın növü
İstifadə
sahələri
WAV
MP3
MIDI
– Eyni informasiyanın yazıldığı bu fayllardan hansı kompüterin yaddaşında
daha az yer
tutar?
– Səs informasiyası kompüterdə necə kodlaşdırılır?
Kompüterin audio sisteminin üç mühüm komponenti var: səs kartı, səsucaldanlar
və mikrofon.
Səs kartı (
sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya
da elə həmin sistem lövhəsinin yuvasına (slotuna) taxılan genişləndirmə lövhəsi
şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfiyyətli
rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən
qurğu kimi çıxış edir.
Hər bir kompüterin sistem blokunda daxili dinamiki olsa da, səs kartının
imkanlarından istifadə etmək üçün kompüterə xarici
səsucaldanlar (
speakers)
lazımdır. Səsucaldanlar, sadəcə, səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilən-
lərin ikilik koddan səsə çevrilməsini isə səs kartı yerinə yetirir. Səsucaldanlar səs
kartının çıxışına qoşulur.
Səs informasiyasını kompüterə daxil etmək üçün
mikrofondan (
microphone)
istifadə olunur və o, səs kartının girişinə taxılır. Mikrofon səs dalğalarını elektrik
siqnalına çevirir. Kompüterlərdə çox zaman
qulaqlığa (
headphones) bitişik
mikrofonlardan istifadə olunur.
F Ə A L İ Y Y Ə T
5.2
LAYİHƏ
145
Kom
p
ü
ter
5
Səsin mənbədən çıxaraq mikrofon, analoq-rəqəm çeviricisi, prosessor, rəqəm-analoq
çeviricisi və səsucaldandan keçərək yenidən səsə çevrilməsi sxemi
Bəzən başqa parametrlər kimi, kompüterin səs parametrlərini də kökləməyə
zərurət yaranır. Bu məqsədlə İdarəetmə panelinin Hardware and Sound
(
Avadanlıq və Səs) bölümündə Sound bəndi nəzərdə tutulub. Burada səsucaldanları,
mikrofonu, səs effektlərini və başqa parametrləri kökləmək olur.
Səsucaldanların köklənməsi
1. Control Panel pəncərəsində Sound simgəsini çıqqıldadın və açılan dialoq
pəncərəsinin Playback səhifəsinə keçin.
A D D I M 1
A D D I M –
Mikrofon
Akustik
dalğalar
Elektrik
siqnalı
Prosessor
ADC
(səs
kartı)
DAC (səs
kartı)
KOMPÜTER
Yaddasaxlama
qurğuları
Səsucaldan
Elektrik
siqnalı
Akustik
dalğalar
LAYİHƏ
146
2. Siyahıdan səs qurğusunu, məsələn, səsucaldanları (Speakers and Headphones)
seçin.
3.
düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq.
4.
düyməsini çıqqıldatmaqla səsucaldanların işini – səslənmənin
keyfiyyətini yoxlayın.
5.
düyməsini iki dəfə ardıcıl olaraq çıqqıldadın, sonda isə
düyməsini çıqqıldadın.
6. OK düyməsini çıqqıldatmaqla Sound dialoq pəncərəsini qapadın.
Kompüteri səs vasitəsilə də idarə etmək mümkündür. Sizin səsləndirdiyiniz
komandalara o cavab verə və ya söylədiklərinizi mətn kimi yaza bilər.
Windows-un
nitqin tanınması (
speech recognition) funksiyasından istifadəyə başlamazdan öncə
onu öz kompüterinizdə kökləməlisiniz. Nitqin tanınması funksiyasının köklənməsi
3 mərhələdən ibarətdir. Bunun üçün mikrofonu kökləmək, kompüterlə düzgün
danışmağı öyrənmək və kompüterə sizin nitqinizi anlamağı öyrətmək lazımdır. Bu
işə
başlamazdan öncə əmin olun ki, mikrofon kompüterə qoşulub.
Mikrofonun köklənməsi
1. Control Panel pəncərəsini açın.
2. Ease of Access kateqoriyasını seçin.
3. Speech Recognition bəndini çıqqıldadın və açılan yeni siyahıdan Set up
microphone variantını seçin.
4. Mikrofonu kökləmək üçün açılan Microphone Setup Wizard pəncərəsindəki
göstərişləri yerinə yetirin.
A D D I M 2
A D D I M –
LAYİHƏ