00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

 
 
173 
 
 
 
Veb-layi

 

 E
XCEL CƏDVƏLLƏRİNİN VEB-SƏHİFƏ KİMİ SAXLANMASI 
 
  
 
 
HTML simgəsindəki "böyükdür" və 
"kiçikdir" simvolları nəyi bildirir?  
 
HTML dilində cədvəl yaratmaq 
imkanı olsa da, sizcə, nə üçün Excel 
fayllarının veb-səhifələrə ixracına 
ehtiyac yaranır?  
 
 
 
 
Microsoft Excel 2007 proqramında aşağıdakı cədvəli hazırlayın. 
  
 
 
– Bu cədvəli qrafik formada təqdim etmək üçün hansı diaqram növünü seçərdiniz? 
– Sizcə, tamaşaçıların sayının belə dəyişməsi nə ilə bağlıdır? 
 
Tutaq  ki,  hazırladığınız  elektron cədvəl  faylını saytda yerləşdirməlisiniz.  Əgər 
həmin  faylı  olduğu  kimi  (Excel  formatında)  yerləşdirsəniz,  onu  açmaq  istəyən 
istifadəçinin  kompüterində  Microsoft  Excel  proqramı  quraşdırılmış  olmalıdır.  Bu 
problemdən  qaçmaq,  yəni  həmin  faylın  brauzerdə  açılması  üçün  onu  HTML 
formatına  çevirmək  lazımdır.  Microsoft  Word  proqramında  olduğu  kimi,  Excel 
proqramında  da  hazırlanmış  sənədi  veb-səhifə  şəklində  saxlamaq  imkanı  nəzərdə 
tutulub.  
Microsoft Excel elektron cədvəl sənədlərini İnternetdə yerləşdirmək üçün geniş 
imkanlara  malikdir.  Elektron  sənədlərin  saxlanması  və  ya  veb-də  yerləşdirilməsi 
zamanı istər iş kitabını bütövlükdə, istərsə də onun bir hissəsini HTML formatına 
çevirmək olar.  
 
F Ə A L İ Y Y Ə T  
6.3 
  LAYİHƏ


174 
 
 
 
 
Excel faylının veb-səhifəyə çevrilməsi 
 
1.  Microsoft Excel 2007 proqramını başladın. 
2.  "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın. 
3.  Proqramın  baş  pəncərəsinin  sol  yuxarı  küncündəki 
  Office  düyməsini,  sonra 
açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. 
Uyğun dialoq pəncərəsi açılacaq. 
4.  Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page 
(*.htm, *.html) variantını seçin. 
  
 
 
5.  İş  kitabını  bütövlükdə  saxlamaq  istəyirsinizsə,  Save  sahəsində  Entire  Workbook 
variantının qeyd edildiyinə əmin olun. Yalnız seçilmiş iş vərəqəni yadda saxlamaq 
istəyirsinizsə, Selection: Sheet variantını qeyd edin. 
6.  Sənədə uyğun ad (məsələn: Teatr) verin, onu saxlamaq istədiyiniz qovluğu seçin və 
Save düyməsini çıqqıldadın.  
 
Bəzən veb-səhifələrdə çox faydalı cədvəllər olur və onları Excel-ə ötürüb emal 
etmək lazım gəlir. Veb-səhifədən lazım olan verilənləri Excel cədvəlinə idxal etmək 
çox asandır. Bunun üçün, sadəcə, brauzerdə həmin verilənləri seçdirmək,  
klavişlər kombinasiyasını basmaqla onları "yazı lövhəsi"nə (clipboard) köçürmək, 
sonra isə cədvələ "yapışdırmaq" (paste) lazımdır. İstifadə olunan brauzerdən asılı 
olaraq nəticə fərqli ola bilər. Orijinala ən yaxın nəticə Internet Explorer brauzerində 
alınacaq.       
A D D I M    
A D D I M –  
  LAYİHƏ


 
 
175 
 
 
 
Veb-layi

 

 
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi stat.gov.az saytını açın. 
Saytın baş səhifəsində "İqtisadi statistika" bölümündə "Telekommunikasiya və poçt" 
bəndini  tapıb  çıqqıldadın.  "İnformasiya  texnologiyaları"  alt  bəndindəki 
"Müəssisələrdə  İKT-dən  istifadənin  əsas  göstəriciləri"  Excel  faylını  tapıb  endirin. 
Həmin faylı Excel proqramında açıb diqqətlə gözdən keçirdin.  
Veb-saytı olan müəssisələrin sayı necə dəyişir?  
Ölkəmizdə kompüterdən istifadə etməyən müəssisələr varmı?  
Sonda Excel faylını veb-səhifəyə çevirin. 
 
2. stat.gov.az saytını Internet Explorer brauzerində açın və oradan Excel faylı olmayan bir 
cədvəl tapın. Həmin cədvəli Excel cədvəlinə idxal etmək üçün yuxarıda təsvir olunmuş 
üsuldan istifadə edin. Sonra cədvəli tapdığınız veb-səhifəni başqa bir brauzerdə açın və 
onu da Excel cədvəlinə idxal edin. Nəticələri müqayisə edin.  
Hansı brauzerdən götürdüyünüz veb-cədvəl Excel-ə daha yaxşı idxal olundu?  
 
Özünüzü yoxlayın 
1. 
Hansı halda Excel faylını veb-səhifəyə ixrac etmək zəruri olur? 
2. 
İş kitabının bir hissəsini veb-səhifəyə necə çevirmək olar?  
3. 
Excel faylını veb-səhifəyə çevirmədən saytda yerləşdirməyin hansı mənfi tərəfi ola 
bilər? 
4. 
Veb-səhifədəki cədvəli Excel-ə idxal etmək üçün nə etmək lazımdır? 
5. 
Sizcə, nə üçün Internet Explorer brauzerində açılmış səhifədən cədvəllər Excel-ə daha 
yaxşı idxal olunur?  
  
 
 
 
 
 
 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


176 
 
 
 
 P
OWERPOİNT PROQRAMINDA VEB-TƏQDİMAT 
 
 
Təqdimatlarla işləmək üçün 
PowerPoint proqramından 
başqa, hansı proqramı 
tanıyırsınız?
 
 
Kompüterin əsas və yardımçı 
qurğuları hansıdır? 
 
 
 
Microsoft PowerPoint 2007 proqramında 5 slayddan ibarət
 
"Kompüterin əsas qurğuları" 
adlı təqdimat hazırlayın. Birinci slayd titul səhifəsi olsun, qalan 4 slaydın hər birini isə 
təməl qurğuların birinə – sistem bloku, monitor, klaviatura və siçana həsr edin. Hər slayda 
bir şəkil və bir neçə cümlədən ibarət mətn yerləşdirin.
 
 
– Slaydları hansı üsulla yaratdınız? 
 
Microsoft PowerPoint proqramının kompüterdə elektron təqdimatlar hazırlamaq 
üçün  nəzərdə  tutulduğunu  bilirsiniz.  Microsoft  Office  paketinə  daxil  olan  başqa 
proqramlarda  olduğu  kimi,  bu  proqramda  da  hazırlanmış  sənədi  (təqdimatı)  veb-
formata çevirmək funksiyası vardır.  
PowerPoint təqdimatı, adətən, bir neçə slayddan ibarət olur və onların hər biri 
ayrıca veb-səhifə kimi saxlanıla bilər. Bütöv təqdimatı isə strukturu onun strukturuna 
uyğun gələn bir sayt kimi saxlamaq olar.    
 
 
Elektron təqdimatın veb-səhifələrə çevrilməsi 
 
1.  Microsoft PowerPoint 2007 proqramını başladın. 
2.  "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
 
3.  Proqramın  baş  pəncərəsinin  sol  yuxarı  küncündəki 
  Office  düyməsini,  sonra 
açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. 
Uyğun dialoq pəncərəsi açılacaq. 
4.  Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page 
(*.htm, *.html) variantını seçin.  
5.  Fayla uyğun ad verin (məsələn: Computer) və ya əvvəlki adını dəyişməyin. Faylı 
saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini
 
çıqqıldadın.  
F Ə A L İ Y Y Ə T  
A D D I M    
A D D I M –  
6.4 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə