00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

 
159 
 
 
 
Kom
p
ü
ter
 

Kompüterlər  və  mobil  qurğular  TeamViewer  tərəfindən  bənzərsiz  tanınma 
koduna (ID) görə identifikasiya olunur. Bu tanınma kodu TeamViewer birinci dəfə 
başladılan zaman avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsas-
lanır  və  sonradan  dəyişmir.  Bütün  TeamViewer  bağlantıları  şifrlənir  və  üçüncü 
şəxslərin müdaxiləsindən qorunur.
 
 
 
TeamViewer vasitəsilə bağlantının qurulması
 
 
1.  TeamViewer  proqramını  başladın.  Proqramın  baş  pəncərəsi  açılacaq  və  orada 
kompüterinizin tanınma kodu (Your ID) və ona qoşulmaq üçün parol (Password) 
əks olunacaq.     
 
 
 
2.  Yoldaşınızdan xahiş edin ki, o öz kompüterində TeamViewer proqramını başlatsın. 
  
3.  Yoldaşınızın kompüterinin tanınma kodunu (Your ID) və ona qoşulmaq üçün parolu 
(Password) istəyin.  
4.  Yoldaşınızın kompüterinin tanınma kodunu öz proqramınızda Partner ID sahəsinə 
daxil edin. 
5.  Remote control variantını qeyd edin.  
6. 
 
düyməsini  çıqqıldadın.
 
TeamViewer  Authentication  dialoq 
pəncərəsi açılacaq. 
7.  Yoldaşınızın kompüterinin parolunu daxil edin. 
8.  Log  On
 
düyməsini  çıqqıldadın.  İndi  siz  onun  kompüterinə  bağlandınız  və  öz 
kompüterinizin iş masasında yoldaşınızın kompüterinin iş masasını görəcəksiniz.
 
 
Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol 
generasiya edir. Əgər uzaqdan idarəetməni yalnız özünüz edirsinizsə və bu iş tez-tez 
A D D I M   1  
A D D I M –  
  LAYİHƏ


160 
 
 
 
təkrarlanırsa,  hər  dəfə  yeni  parolu  yadda  saxlamaq  rahatsızlıq  yaradır.  Məhz  bu 
hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçəkləşdirilib. Bu 
daimi parolla işləmək rahatdır, çünki yalnız özünüzün bildiyiniz bu parol kompüter 
yenidən yükləndikdə dəyişmir.        
 
 
TeamViewer proqramında fərdi parolun yaradılması
 
 
1.  Siçanın göstəricisini parol sahəsinin (Password) önünə aparın. Password options 
simgəsi yaranacaq.  
 
 
2.  Həmin  simgəni  çıqqıldadın  və  açılan  kontekst  menyusunda  Set  personal 
password bəndini seçin. TeamViewer Options dialoq pəncərəsi açılacaq. 
3.  Fərdi parolunuzu daxil edin. 
4.  OK düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
  
 
TeamViewer proqramının bütün mobil platformalar  və müxtəlif əməliyyat sis-
temləri üçün versiyaları da mövcuddur.   
 
 
TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı, başqa əsas iş rejimləri də 
vardır: faylların ötürülməsi, gap xidməti, öz iş masanızın nümayişi. 
File transfer rejimi başqa kompüterə fayl ötürməyə və ondan fayl qəbul etməyə imkan 
verir. 
Dostunuzla  TeamViewer  vasitəsilə  bağlantı  qurun  və  onunla  qarşılıqlı  fayl  mübadiləsi 
aparın. 
 
 
Özünüzü yoxlayın 
1. 
Uzaqdan idarəetmə proqramı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək 
lazımdır?
 
2. 
Kompüterin uzaqdan idarə edilməsi proqramlarının hansı üstünlükləri var?
 
3. 
TeamViewer proqramı kompüterin tanınma kodunu nəyə əsasən müəyyənləşdirir?
 
4. 
TeamViewer proqramının uzaqdan idarəetmə ilə yanaşı, daha hansı imkanları var?  
5. 
Hansı halda fərdi paroldan istifadə əlverişli olur? 
 
 
A D D I M   2  
A D D I M –
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
161 
 
 
 
Kom
p
ü
ter
 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Hansı mühakimələr doğrudur? 
a) 
Programs bölümünün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat 
sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar.  
b)
 Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional 
standartların  quraşdırılması  İdarəetmə  panelinin  Clock,  Language,  and  Region 
bölümdə aparılır.  
c)
 İstifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə 
edilməsi, eləcə də valideyn nəzarətinin quraşırılması İdarəetmə panelinin Görünüş və 
fərdiləşdirmə (Appearance and Personalization) bölümündə həyata keçirilir.  
d)
 Windows əməliyyat sisteminin müxtəlif hadisələrə, hərəkətlərə bağladığı səslər MP3 
formatında olmalıdır.   
e)
  Administrator  kompüteri  bütövlükdə  idarə  edir,  başqa  insanların  ondan  istifadə 
etməsinə icazə verir və ya qadağa qoyur.  
f)
 Uyuma rejimində verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən 
kəsilir.  
g)
 Tanınma kodu avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır 
və sonradan dəyişmir.  
h)
  Hər  dəfə  başladılanda  TeamViewer  təhlükəsizlik  məqsədilə  yeni  müvəqqəti  parol 
generasiya edir.  
2.  Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 
a)
 Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün ___ adlandırılan 
xüsusi alət vardır. 
b)
  Sisteminin elektrik  enerjisinə  qənaət  parametrlərinin  köklənməsi  və  optik  disklərin 
avtomatik  başladılması  parametrlərinin  dəyişdirilməsi  İdarəetmə  panelinin  ___ 
bölümündə aparılır.   
c)
 Səs informasiyasını kompüterə daxil etmək üçün ___ istifadə olunur. 
d)
  ___  səsi  yüksəldərək  çıxışa  verir,  kompüterdəki  verilənlərin  ikilik  koddan  səsə 
çevrilməsini isə ___  yerinə yetirir.  
e)
 Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: ___, ___ 
və ___. 
f)
 
___ rejimində sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə 
başlamaq üçün sistem yenidən yüklənməlidir.
 
g)
 ___ proqramları İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri 
məsafədən idarə etməyə imkan verir. 
h)
 TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı ___, ___, ___
 
kimi iş 
rejimləri də vardır.
 
3. TeamViewer proqramı kompüterlər və mobil qurğuları nəyə görə tanıyır (iden-
tifikasiya edir)?
 
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə