00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
 
169 
 
 
 
Veb-layi

 

 
Word proqramında veb-səhifənin yaradılması 
1.  Microsoft Word 2007 proqramını başladın. 
2.  Belə bir sənəd hazırlayın. 
“Koroğlu” operası 
 
Bəstəkar: 
Üzeyir Hacıbəyli 
 
Libretto: 
Həbib İsmayılov, 
Məmməd Səid 
Ordubadi 
 
İlk tamaşa: 
30 aprel 1937-ci il 
Ü.Hacıbəylinin "Koroğlu" operası Azərbaycan opera sənətinin ən dəyərli nümunəsi və 
bəstəkarın  yaradıcılığının  zirvəsidir.  Operanın  ilk  tamaşası  1937-ci  il  aprelin  30-da 
İsmayıl Hidayətzadənin quruluşunda Bakıda baş tutmuşdur. Tamaşaya bəstəkarın özü 
dirijorluq  etmişdir.  Koroğlu  rolunda  isə  böyük  Azərbaycan  müğənnisi  Bülbül  çıxış 
etmişdir. 
"Koroğlu" 1938 və 1959-cu illərdə SSRİ-nin paytaxtı Moskvada keçirilmiş Azərbaycan 
mədəniyyəti ongünlüklərində böyük uğurla nümayiş etdirilmişdir.  Milli opera sənəti-
mizin  incisi  sayılan  "Koroğlu"  operası  ötən  illər  ərzində  bir  neçə  dəfə  müxtəlif 
quruluşda  səhnəyə  qoyulmuş  və  tamaşaçılar  tərəfindən  hər  zaman  çox  sevilmişdir. 
Opera hazırda da teatrın repertuarında layiqli yer tutur. Azərbaycan Opera və Balet 
Teatrı bir çox illərdir ki, yeni mövsümünü "Koroğlu" operasının tamaşası ilə başlayır. 
Sənədin brauzer pəncərəsində necə görünəcəyinə baxmaq üçün 
 Web Layout düy-
məsini çıqqıldadın. 
3.  Proqramın  baş  pəncərəsinin sol  yuxarı  küncündəki 
 Office  düyməsini,  sonra 
açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. 
Uyğun dialoq pəncərəsi açılacaq.
 
4.  Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page 
(*.htm, *.html) variantını seçin. Sənədə uyğun ad (məsələn: Koroğlu) verin, onu 
saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın. 
5.  2–5 addımlarını təkrar etməklə daha bir neçə opera və ya balet tamaşasına aid veb-
səhifələr yaradın. 
6.  Eyni qayda ilə həmin əsərlərin bəstəkarları (məsələn: Üzeyir Hacıbəyli) haqqında 
ayrıca veb-səhifələr hazırlayın. 
7.  Eyni qayda ilə teatrın repertuarında olan operaların və baletlərin siyahısından ibarət 
"Repertuar" adlı veb-səhifə hazırlayın.  
 
A D D I M   1  
A D D I M –  
  LAYİHƏ


170 
 
 
 
 
Saytın baş səhifəsinin yaradılması 
 
1.  Microsoft Word 2007 proqramında belə bir sənəd hazırlayın. 
 
2.  Proqramın  baş  pəncərəsinin sol  yuxarı  küncündəki 
 Office  düyməsini,  sonra 
açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. 
Uyğun dialoq pəncərəsi açılacaq.
 
3.  Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page 
(*.htm, *.html) variantını seçin.  
4. 
  düyməsini  çıqqıldadın.  Set  Page  Title  dialoq  pəncərəsi 
açılacaq. 
 
 
 
5.  Mətn  sahəsinə  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı  ifadəsini 
daxil edin və OK düyməsini çıqqıldadın. 
6.  Sənədə  main.htm  adını  verin,  Veb-səhifələr  qovluğuna  keçin  və  Save 
düyməsini çıqqıldadın. Baş səhifə yadda saxlanılacaq. 
 
A D D I M   2  
A D D I M –  
  LAYİHƏ


 
 
171 
 
 
 
Veb-layi

 

İndi  yaratdığınız  veb-səhifələri  hiperistinadlar  vasitəsilə  bir-birinə  bağlamağa 
çalışaq.  
 
 
Veb-səhifəyə hiperistinadın əlavə edilməsi 
 
1.  Koroğlu.htm faylını Microsoft Word 2007 proqramında açın. 
2.  "Üzeyir  Hacıbəyli"  ifadəsini  tapıb  seçdirin  və  Insert  menyusunda 
 
Insert 
Hyperlink düyməsini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq. 
  
 
 
3.  Üzeyir Hacıbəyli.htm faylını çıqqıldadın. Faylın adı Address sahəsində əks 
olunacaq.
 
4.  OK düyməsini çıqqıldadın. "Üzeyir Hacıbəyli" ifadəsi hiperistinad kimi seçdiriləcək.
 
5.  Siçanın  göstəricisini  həmin  hiperistinadın  üzərinə  aparın.  İstinad  faylının  yolunu 
göstərən ipucu açılacaq. 
 
6.   klavişini basıb saxlamaqla həmin istinadı çıqqıldadın. Brauzer pəncərəsində 
Üzeyir Hacıbəyli.htm faylı əks olunacaq.
 
7.  Brauzer pəncərəsini qapadın.  
 
8.  Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın. 
9.  Eyni qayda ilə baş səhifədə Repertuar yazısından eyniadlı veb-səhifəyə, orada isə 
"Koroğlu"  operası  sətrindən  uyğun  veb-səhifəyə  (Koroğlu.htm  faylına) 
hiperistinad vasitəsilə keçid qurun.   
10.  Dəyişiklikləri yadda saxlayın. 
11.  Word proqramını qapadın.  
 
İndi  saytı  sınaqdan  keçirmək,  yəni  onu  veb-brauzerdə  açıb  səhifələr  arasında 
gəzişməklə hiperistinadların düzgün qurulub-qurulmadığını yoxlamaq olar.  
Onu  da  qeyd  edək  ki,  Microsoft  Word  və,  ümumiyyətlə,  Microsoft  Office 
sənədlərinin  veb-səhifələr  şəklində  saxlanılması  veb-sayt  yaratmağın  ən  asan 
A D D I M   3  
A D D I M –  
  LAYİHƏ


172 
 
 
 
üsuludur.  Bu  üsul  müxtəlif  tədris  mate-
riallarının  –  inşaların,  referatların,  məruzə-
lərin, təqdimatların şəbəkədə yerləşdirilməsi 
məqsədilə  təhsil  sahəsində  geniş  tətbiq 
olunur.  Ancaq  mürəkkəb  saytların  hazır-
lanmasında  bu  alətlərdən  və  metodlardan, 
demək olar ki, istifadə edilmir, çünki alınan 
HTML-kodlar optimal olmur. Bu isə onların 
redaktə  edilməsini  çətinləşdirir.  Bundan 
başqa, alınan HTML fayllarının ölçüsünün çox böyük olması veb-səhifələrin yavaş 
yüklənməsinə səbəb olur.      
 
 
1.   Azərbaycan Dövlət  Akademik  Opera və  Balet  Teatrının rəsmi  veb-saytını  bir daha 
gözdən keçirdin. Saytın üstün və çatışmayan cəhətlərini qeyd edin.  
Axtardığınız məlumatı orada asanca tapa bilirsinizmi? 
2.  Saytın tob.az domen adını təhlil edin.  
Bu domen adı hansı tövsiyələrə cavab vermir?  
Həmin domen adına görə onun hansısa dövlət qurumuna aid olduğunu demək olarmı?  
Bu qurum üçün yeni domen adının müəyyənləşdirilməsi sizə həvalə olunarsa, hansı 
adı uyğun hesab edərsiniz?  
 
Özünüzü yoxlayın 
1. 
MS Word  sənədini veb-səhifə kimi necə saxlamaq olar? 
2. 
Səhifələrarası bağlantılar necə qurulur? 
3. 
"Saytın baş səhifəsi" dedikdə nə başa düşürsünüz? 
4. 
Tamaşalarda baş rolların ifaçıları haqqında veb-səhifələr yaradın. 
5. 
Hazırladığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlayın. 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –

Veb-sayt 

Veb-səhifə 

Hiperistinad  

Teq 

Baş səhifə 

Microsoft SharePoint Designer 

AR
 

zl
ə
r 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə