148
1. Kompüterin səs kartı insan səsini yamsılaya bilər. Windows əməliyyat sisteminin
özündə “danışan” proqram təminatı var. Onu dinləmək üçün Start menyusunu açın və
All Programs Accessories Ease of Access Narrator komandasını seçin.
Proqram çalışmağa başlayan kimi açıldığı pəncərədəki yazıları oxuyacaq.
Proqramı sınaqdan keçirin. İnternetdən bu proqramla bağlı məlumat toplayın. Bu
proqramın yaradılmasının əsas məqsədi nə olub? O hansı dilləri dəstəkləyir?
2. “Dilmanc” layihəsi ilə tanış olun (
dilmanc.az). Layihə çərçivəsində yaradılmış Azər-
baycan dili üçün nitqin tanınması və mətnin səsləndirilməsi sistemlərini sınaqdan
keçirin.
Özünüzü yoxlayın
1.
Kompüterin səs informasiyası ilə işləyən qurğuları hansıdır?
2.
Mikrofonun köklənməsi komandası İdarəetmə panelinin hansı bölümündə yerləşir?
3.
Səs kartının funksiyası nədən ibarətdir?
4.
Windows əməliyyat sistemində hadisələrə səs effektləri
bağlamaq üçün nə etmək
lazımdır?
5.
Nitqin tanınması sistemlərindən hansı məqsədlər üçün istifadə etmək olar?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
149
Kom
p
ü
ter
5
K
OMPÜTERİN ELEKTRİK ENERJİSİ SƏRFİYYATININ İDARƏ
EDİLMƏSİ
Kompüterin nə qədər elektrik enerjisi
işlətdiyini necə bilmək olar?
Gücü 100 vatt olan lampa
aldıqda biz onun 1 saata nə qə-
dər enerji sərf edəcəyini qa-
baqcadan bilirik. Kompüterdə
bu məsələ bir qədər "qəlizdir",
çünki enerji sərfiyyatı kom-
püter sisteminin konfiqura-
siyasından, onun qrafik im-
kanlarından və hətta görülən
işdən asılı olur.
Sizcə, masaüstü kompüterin hansı qurğusu –
monitor,
sistem bloku, printer,
yoxsa skaner
daha çox enerji işlədər?
Tutaq ki, orta güclü kompüter gün ərzində 5 saat işləyir və bu müddətin çox hissəsi
İnternetdə saytlara baxmağa, ünsiyyət proqramlarından istifadə etməyə, sadə oyunlara sərf
olunur. Bu zaman sistem bloku 1 saatda təxminən 180 vatt, monitor isə 40 vatt sərf edir.
Buna 19 saatlıq gözləmə rejimindəki sərfiyyatı da (1 saatda 4 vatt) əlavə etmək lazımdır,
çünki işləmədiyiniz müddətdə kompüteri elektrik şəbəkəsindən ayırmırsınız.
– Bir gün və bir ay ərzində kompüterinizin işlətdiyi elektrik enerjisi neçə kilovat olacaq?
– Ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının əhaliyə pərakəndə satış qiymətinin 7
qəpik olduğunu nəzərə alsaq, bir ay ərzində bu xərcin manatla ifadəsi nəyə bərabər
olacaq?
Dərsin başlanğıcında qoyulmuş suala bir daha qayıdaq: kompüterin
bir saatda nə
qədər elektrik enerjisi sərf etdiyini necə bilmək olar? Bunu ən azı iki üsulla etmək
mümkündür: dəqiq və təxmini.
Elektrik sərfiyyatını
dəqiq ölçmək üçün xüsusi qurğudan – vattmetrdən istifadə
olunur. Sadə vattmetri istər mağazalardan, istərsə də İnternetdən almaq olar (bu
qurğuların qiyməti təxminən 15 ABŞ dollarıdır).
Təxmini hesablama isə belə aparılır: evdə
bütün elektrik cihazları, lampaları söndürülür,
yalnız bir 100 vatlıq lampa yanılı saxlanılır.
Sayğacın, məsələn, 30 saniyə ərzində dövrlə-
rinin miqdarı hesablanır. Sonra lampa söndürü-
F Ə A L İ Y Y Ə T
5.3
Uyuma
rejimi
"Qış yuxusu" rejimi
Tam sönmə rejimi
Elektrik sərfiyyatının idarə
edilməsi
Kəsilməz enerji qaynağı
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ