12
ancaq masanın ayağı sistem deyil (əlbəttə, mik-
roskopik baxımdan o da sistemdir, çünki mole-
kul və atomlardan təşkil olunub və onlar arasında
əlaqə var).
Ümumi sistemlər nəzəriyyəsinə görə, istəni-
lən gerçək obyektə (əşya və ya hadisəyə) sistem
kimi baxmaq olar. Eyni zamanda istənilən sis-
temə müstəqil obyekt kimi baxmaq olar. Sual
yaranır: bəlkə, "obyekt" və "sistem" anlayışları
sinonimdir? Həm hə, həm də yox. Onlar fərqli
kontekstlərdə istifadə olunur və obyektə fərqli
baxışları
əks etdirir; məsələn: "Gedim kompüterdə işləyim" və ya "Kompüter oyun-
caq deyil" deyəndə biz kompüterə obyekt kimi yanaşırıq. Ancaq "Kompüterin əsas
hissələri sistem bloku, monitor, klaviatura və siçandır" və ya "Kompüter aparat və
proqram təminatının məcmusudur" ifadələrində kompüterə sistem kimi baxılır.
Hər hansı obyektə sistem kimi baxmaq üçün öncə onu təşkil edən əsas elementləri
və onlar arasında qarşılıqlı əlaqələri ayırmağı bacarmaq lazımdır. Həm də nəzərə
almaq lazımdır ki, bu əlaqələr müxtəlif – fiziki, kimyəvi, bioloji, sosial və başqa
təbiətli ola bilər.
"Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox mənalarda işlənir. Bu
sözdən çox zaman texniki vasitələr və proqramlar toplusunda istifadə olunur;
məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə
anlayışlardan biri də "informasiya sistemi"dir.
İnformasiya sistemi (
information
system) dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişim-
li (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur.
Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən ibarətdir:
aparat
təminatı,
proqram təminatı,
verilənlər,
istifadəçilər və
proses.
İnformasiya sisteminin əsas komponentləri
İnformasiya sisteminə bəzən yanlış olaraq yalnız ilk üç komponenti – aparat
təminatını, proqram təminatını və verilənləri aid edirlər. Əslində isə bu üç
komponent
informasiya texnologiyaları kateqoriyasını təşkil edir.
İnformasiya sisteminin
aparat təminatı (
hardware)
onun əllə toxunula bi-
lən hissəsidir. Aparat təminatına kompüterlər, onların ayrı-ayrı hissələri, o cümlədən
periferiya qurğuları aiddir.
1.
Aparat
təminatı
2.
Proqram
təminatı
3.
Verilənlər
4.
İstifadəçilər
5.
Proses
Sistem
İnformasiya sistemi (İS)
İnformasiya
sisteminin
elementləri
İnformasiya texnologiyaları
Verilənlər bazası
Proses
İnformasiya sisteminin
istifadəçiləri
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
13
İnformasiya
sistemlə
ri
1
Proqram təminatı (
software) aparat vasitələrini işləməyə məcbur edən
komandalar toplusudur. Yerinə yetirdikləri işlərin növünə görə proqram təminatını
bir neçə sinfə ayırmaq olar: kompüteri idarə edən
sistem proqram təminatı (
system
software), tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş
tətbiqi
proqramlar (
application software) və bu iki növ proqramların özlərinin yazıldığı
proqramlaşdırma dilləri (
programming languages).
İnformasiya sisteminin üçüncü elementi
verilənlərdir (
data). Burada veri-
lənlərə faktlar toplusu kimi baxmaq olar; məsələn: yaşadığınız ünvan, telefon
nömrəniz, oxuduğunuz məktəb – bunların hamısı verilənlərdir. Verilənlər öz-özlü-
yündə o qədər də faydalı deyil, ancaq bir yerə yığılmış, indekslənmiş və
verilənlər
bazası (
database)
şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola bilər. Ona
görə də informasiya sistemlərində verilənlər, adətən, verilənlər bazası şəklində
saxlanılır. Bu bazalara müxtəlif növ verilənlər toplanılır və çeşidli məsələlərin
həllində, qərarların qəbul edilməsində onlardan istifadə olunur.
Diqqət!
Bəzən informasiya sistemlərinin informasiya texnologiyaları kateqoriyasına dör-
düncü komponentin –
rabitənin və ya
kommunikasiya vasitələrinin (
com-
munication
) də əlavə edilməsinin vacibliyi qeyd olunur. Ancaq məsələ ondadır
ki, informasiya sistemləri kommunikasiya imkanları olmadan da ayrıca bir fərdi
kompüterdə mövcud ola bilər. Digər tərəfdən şəbəkələrin özləri də texniki baxım-
dan aparat və proqram təminatından ibarətdir.
İnformasiya sistemlərini onların
istifadəçiləri (
users) – insanlar olmadan
təsəvvür etmək olmaz.
İnformasiya sisteminin istifadəçilərini bir neçə qrupa ayırmaq
olar:
1)
təsadüfi istifadəçi – belə istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti
vəzifəsi ilə bağlı olmur;
2)
son istifadəçi (end user) – informasiya sistemi məhz bu şəxs(lər) üçün
nəzərdə tutulub.
Sistemin işlənib-hazırlanması ilə məşğul olan şəxslərdən
fərqli olaraq, son istifadəçi (məsələn: mühasib, iqtisadçı, bölmə rəhbəri)
yalnız ondan istifadə edir;
3)
İS heyəti – bu heyətə aşağıdakı mütəxəssislər daxildir:
–
verilənlər bazasının inzibatçısı (database administrator, DBA) son isti-
fadəçilərin tələbatını anlayan bu mütəxəssis onlarla sıx təmasda işləyir və
verilənlər bazasının müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmə-
rəli işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini uzlaş-
dırmalı, verilənlər bazasını layihələndirməli və istismar etməli, istifadəçilə-
rin cari və perspektiv tələbatlarını nəzərə almalıdır.
–
sistem analitiki (
systems analyst) son istifadəçilərin tələbatına əsaslanaraq
informasiya sisteminin riyazi modelini quran mütəxəssisdir. O, tətbiqi
proqramçılar üçün məsələlər hazırlayır.
LAYİHƏ