z
İNFORMASİYA SİSTEMLƏRİ
1.1.
İnformasiya
sistemi və onun elementləri
1.2.
İnformasiya sistemlərinin təsnifatı
1.3.
Coğrafi informasiya
sistemləri
1.4.
Süni intellekt
1.5.
Ekspert sistemləri
1.6.
Axtarış sistemləri
1.7.
"Böyük verilənlər" texnologiyası
1.8.
İnformasiya cəmiyyəti
LAYİHƏ
9
İnformasiya
sistemlə
ri
1
Biz hər gün evdə, işdə, küçədə, nəqliyyatda
informasiya sistemləri ilə qarşıla-
şırıq. Bu sistemlər bizim "köməkçi"lərimizdir və belə sistemlər olmadan həya-
tımızı təsəvvür etmək çox çətindir! Elektron lüğətlər, ensiklopediyalar, hüquqi-
normativ sənədlərin saxlandığı informasiya sistemlərindən, demək olar ki, hər
kəs istifadə edir. Təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar kimi
sahələrdə araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın
xüsusi sensorlar vasitəsilə toplanması üçün informasiya və ölçü sistemləri geniş
tətbiq olunur. Sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, in-
teqral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və
elmi modellərin layihələndirilməsində
avtomatlaşdırılmış layihələndirmə sis-
temləri istifadə edilir. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında,
tibbi diaqnozların qoyulmasında, hüquqşünaslıq sahəsində daha böyük ehtimallı
variantın seçilməsində
ekspert sistemləri əvəzsizdir.
Tədris prosesində
öyrədici informasiya sistemləri – elektron dərsliklər, kompü-
ter testləri,
öyrədici proqramlar, eləcə də trenajorlar geniş istifadə olunur.
0 1 2 3 4 5 6 7 8 9
LAYİHƏ
10
İlkin yoxlama
1.
Kompüterin fiziki qurğularının və ya onun ayrı-ayrı hissələrinin ümumi adı
nədir?
a) kompüter şəbəkəsi
b) aparat təminatı
c) proqram təminatı
d) periferiya qurğuları
2.
Kompüter sisteminin işini idarə edən proqramlar necə adlanır?
a) sistem proqram təminatı
b) tətbiqi proqram təminatı
c) proqramlaşdırma
alətləri
d) utilit proqramlar
3.
Verilənlər bazası ilə bağlı aşağıdakı mühakimələrdən hansı doğru deyil?
a) Verilənlər bazasının mərkəzi obyekti cədvəldir.
b) Hər bir cədvəlin başlıca açarı olmalıdır.
c) İstənilən verilənlər bazasında ən azı iki cədvəl olmalıdır.
d) Cədvəldə verilənlərin çeşidlənməsi nəticəsində yeni cədvəl yaranır.
4.
Verilənlər bazasının aşağıda verilmiş cədvəlində neçə sahə var?
Soyad
Ad
Cins
Doğulduğu il
Sinif
Abbaslı
Ayxan
k
2001
11
Bağırzadə
Ruslan
k
2000
11
Vəliyeva
Günel
q
2001
11
a) 3
b) 4
c) 5
d) 15
5.
İnformasiya ilə işləmək üçün üsul və vasitələrin toplusu necə adlanır?
a) informasiya prosesləri
b) informasiya inqilabları
c) informasiya texnologiyaları
d) informasiya sistemləri
6.
Bunlardan hansı axtarış sistemi deyil?
a) Google
b)
Bing
c) Gmail
d) Yahoo!
7.
1 meqabaytda neçə bayt var?
8.
1 terabayt təqribən neçə baytdır?
a) 10
6
b) 10
9
c) 10
12
d) 10
15
9.
OpenOffice Impress proqramından hansı işlərdə istifadə olunur və o, proqram
təminatının hansı növünə aiddir?
10.
Hansı anlayış bilavasitə informasiya cəmiyyəti ilə bağlı deyil?
a) kompüter
b) ağıllı ev
c) kompüter savadlılığı
d) fasiləsiz təhsil
LAYİHƏ
11
İnformasiya
sistemlə
ri
1
İ
NFORMASİYA SİSTEMİ VƏ ONUN ELEMENTLƏRİ
"Sistem" sözündən istifadə etməklə hər bir şəkli necə adlandırmaq olar?
"Sistem" sözünə daha hansı söz birləşmələrində rast gəlmişsiniz?
Belə bir cədvəl hazırlayın və verilmiş sistemlər haqqında düşüncələrinizi cədvəlin uyğun
xanalarında qeyd edin.
Sistemin adı
Elementləri
Elementlər arasında əlaqə
Günəş
sistemi
Kimyəvi elementlərin dövri
sistemi
Onluq say sistemi
Verilənlər bazasının
idarəolunması sistemi (VBİS)
– Bu sistemlərdən ən çox elementi olan hansıdır?
– Onluq say sisteminin elementləri arasındakı əlaqəni ikilik say sisteminə də şamil etmək
olarmı?
"Sistem" termini qədim yunan dilində "hissələrdən ibarət tam", "birləşmə" mə-
nalarını verən "σύστημα" sözündəndir. Nəyinsə böyük, mürəkkəb, ilk baxışda aydın
olmadığını, eyni zamanda bütöv, tam olduğunu göstərmək lazım gəldikdə bu termin-
dən istifadə edilir. Gündəlik təcrübədə "sistem" sözünə müxtəlif mənalarda rast
gəlinir: "Günəş sistemi", "Kimyəvi elementlərin dövri sistemi", "Onluq say sistemi",
"Siyasi sistem", "Axtarış sistemi", "Əməliyyat sistemi" və s.
Hər bir sistem elementlərdən ibarətdir və bu elementlər arasında qarşılıqlı əlaqə-
lər mövcuddur. Sistemi təşkil edən elementlər istənilən sayda ola bilər. Detallardan
ibarət olan texniki qurğu, hüceyrələrdən təşkil olunmuş canlı orqanizm, insan kol-
lektivi, hər hansı müəssisə, dövlətin özü – bunların hər biri ayrıca bir sistemdir.
Müəllim və şagirdlərin olduğu sinif otağı da sistemdir, hər bir şagirdin özü ayrılıqda
bir sistemdir, sinif otağındakı avadanlıqlar sistemdir. Ayrıca bir masa da sistemdir,
F Ə A L İ Y Y Ə T
1.1
LAYİHƏ