18
8.
Fayla uyğun ad verib öz qovluğunuzda saxlayın.
1.
Rastr və vektor görüntülərin hansı fərqli cəhətləri ilə tanış oldunuz?
2.
Qrafik redaktorda qatlarla iş hansı üstünlükləri verir?
3.
Nəyə görə Paint qrafik redaktorunda qruplaşdırma komandası yoxdur?
4.
Vektor redaktorunda aşağıdakı fiqurları hazırlayın.
5.
Vektor redaktorunda gördüyünüz kimyəvi maddənin
molekul
modelini çəkin. Bu maddənin adını öyrənməyə çalışın.
1.
OpenOffice.org Draw proqramının Drawing zolağında yerləşən düymələrin təyi-
natını araşıdırın.
2. Arrange menyusunun başqa bəndlərindən istifadə etməklə seçdirilmiş obyektin o biri
obyektlərə nəzərən yerinin necə dəyişildiyinə diqqət yetirin.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
20
Qrafik faylın həcmini tapmaq üçün onun uzunluğunda və enində olan piksellərin
sayını (uyğun olaraq,
a və
b) və rəngin dərinliyini (
n) bilmək lazımdır. Onda qrafik
faylın həcmi (
V) aşağıdakı düsturla hesablanacaq:
V =
a ·
b ·
n
256 × 256 piksel ölçüsü olan rastr görüntüdə 512 rəngdən istifadə olunub. Görüntü
kompüterin yaddaşında nə qədər yer tutacaq?
Həlli. Öncə görüntünü
təşkil edən piksellərin ümumi sayını tapaq. Bu zaman 2-nin
qüvvətlərindən istifadə etməklə hesablamaları asanlaşdırmaq olar:
a ·
b = 256 · 256 = 2
8
· 2
8
= 2
16
.
Palitra 512 rəngdən ibarət olduğundan həmin ədədi 2-nin qüvvəti şəklində göstərməklə
rəng dərinliyini tapaq:
512 = 2
n
2
9
= 2
n
n = 9.
Yəni görüntünün kodlaşdırılması zamanı 9 bitdən istifadə olunur.
Beləliklə,
rastr görüntünün həcmi
V = 2
16
· 9 bit = 2
13
· 9 bayt = 2
3
·9 Kbayt = 72 Kbayt olacaq.
Monitorda istənilən rəng üç əsas rəngin qarışı-
ğından alınır:
qırmızı (Red),
yaşıl (Green) və
göy
(Blue). Belə kodlaşdırma sistemi
RGB adlanır ("er-ci-
bi" kimi oxunur). Bu rəngləri müəyyən nisbətdə qarış-
dırmaqla insan gözünün qəbul edə biləcəyi istənilən
başqa rəngi almaq olar; heç bir rəngin olmaması qara
rəngi, hər üç rəngin 100% olması isə ağ rəngi verir.
Əgər bu üç əsas rəngin hər birinin parlağlığını kodlaşdırmaq üçün 8 bitdən (256
qiymətdən) istifadə olunsa, onda görüntünün hər bir nöqtəsini kodlaşdırmaq üçün 24
bit lazımdır. Belə kodlaşdırma sistemi birqiymətli olaraq 16,8 milyon rəngi
müəyyənləşdirməyə imkan verir. Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasi-
təsilə belə kodlaşdırılması
tam rəngli
(True Color)
kodlaşdırma adlanır.
Çap işlərində üç əsas rəngdən deyil,
tamamlayıcı rənglərdən istifadə edilməsi
daha əlverişli olur. Tamamlayıcı rənglər bunlardır:
abı (Cyan),
sırğaçiçəyi
(Magenta) və
sarı (Yellow). Boyaq maddələri mükəmməl olmadığından bu rənglərin
qarışığından ideal qara rəng alınmır. Ona görə də çapda qara (Black) rəng ayrıca
N ü m u n ə
Abı
Sırğaçiçəyi
Sarı
•
Rəng dərinliyi
•
Tamamlayıcı rənglər
•
RGB kodlaşdırması
•
CMYK kodlaşdırması
S ö z l ü k