106
Veb-səhifələr və ya veb-saytlar yaratmaq üçün bir neçə üsuldan istifadə etmək
olar:
1. HTML-sənədi sadə mətn redaktorunda (məsələn: Notepad və ya WordPad)
hazırlamaq.
2. Sənədi mətn prosessorunda (məsələn: Microsoft Word və ya
OpenOffice.org Writer) hazırlamaq və onu veb-səhifə kimi HTML
formatında saxlamaq.
3. Xüsusi proqramlardan – vizual HTML-redaktorlardan (məsələn: Adobe
Dreamweaver, Microsoft FrontPage, Nvu) və ya sayt
konstruktorlarından (məsələn: uCoz) istifadə etmək.
Sayt yaratmaq üçün hansı üsuldan istifadə olunmasından asılı olmayaraq, ilk
növbədə, saytın məzmununu və strukturunu müəyyənləşdirmək lazımdır. Məsələn,
tutaq ki, siz "Gənc proqramçılar" dərnəyinə gedirsiniz və həmin dərnəyin fəaliyyət
göstərdiyi saytın strukturunun qraf şəklində təqdim olunması onun məzmununu
əyani təsvir etməyə imkan verir və saytın bir səhifəsindən başqalarına keçidləri təşkil
etməyə yardım edir.
İstənilən sayt yüklənərkən birinci onun baş səhifəsi, yaxud başlanğıc səhifəsi
( home page) açılır. Bu səhifə, ilk növbədə, belə bir suala cavab verməlidir: "Bu sayt
nə haqdadır?" Bunun üçün baş səhifədə saytın adı, saytın mövzusuna uyğun qrafik
Baş səhifə
Yeniliklər
Proqramlaşdırma
dilləri
C++, Pascal,
Python
Veb-
proqramlaşdırma
ALPLogo
Qalereya
Məzunlar
Məşhur
proqramçılar
Faydalı
istinadlar
5
107
• V fəsil •
İnformasiya texnologiyaları
•
görüntü, onun məzmununu əks etdirən qısa mətn, eləcə də saytın əsas bölmələrinə
keçid üçün baş menyu yerləşdirilir. Baş səhifədə sayt müəllifinin adı, onunla əlaqə
məlumatı, xəbərlər və başqa informasiya blokları da yerləşdirilə bilər.
Saytın hər səhifəsinin, adətən, bir neçə dəyişməz elementi olur ki, həmişə eyni
hissədə yerləşir:
səhifənin ən yuxarısında yerləşən saytın başlığı;
adətən, səhifənin yuxarı və ya sol hissəsində yerləşən baş menyu (menyu
bəndlərinin sayı, adları, ardıcıllığı saytın bütün səhifələrində dəyişmir).
Saytın bütün səhifələrinin eyni üslubda işlənməsi məsləhət görülür. Üslubu
saxlamaq üçün yaxşı olar ki, saytın bir səhifəsinin şablonu qabaqcadan hazırlansın
və bütün səhifələrə aid elementlər orada əks olunsun.
1. Veb-sənədləri təsvir etmək üçün nə üçün xüsusi dildən istifadə olunur?
2. Teq nədir və o, HTML-sənəddə necə göstərilir?
3. Veb-saytların yaranmasında hansı üsullardan istifadə olunur?
4. "Baş səhifə" nədir və orada hansı obyektlər olur?
Saytın adı
Səhifənin adı
Fon
Menyu
Koordinatlar
Səhifədə olan informasiya
informatika.edu.az saytının strukturunu araşdırın və onu qraf şəklində göstərin. Nə üçün
saytların strukturu üçün ağac deyil, qraf informasiya modeli münasibdir?
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
108
İ
NFORMASİYA CƏMİYYƏTİNƏ AİD SAYTIN HAZIRLANMASI
Ötən dərsdə veb-saytlar yaratmaq üçün müxtəlif üsulların olduğunu öyrəndiniz.
Belə üsullardan biri də İnternetdə müəyyən saytların təklif etdiyi xidmətdən
yararlanmaqdır. Bu saytlar HTML dilini bilməyən, sayt yaratmaq sahəsində səriştəsi
olmayan istifadəçilərə heç bir ödəniş etmədən qısa zamanda öz saytlarını hazırla-
mağa imkan verir.
İndi belə saytların birində hazır şablonlar əsasında informasiya cəmiyyəti möv-
zusunda bir saytın necə hazırlandığını öyrənəcəksiniz. Bunun üçün öncə “Fəaliyyət”
bölümündən sonra informasiya cəmiyyətinə aid verilmiş materialla tanış olun və
yaradacağınız saytın strukturunu müəyyən edin.
Şablonlar əsasında veb-saytın yaradılması
1. Brauzerin ünvan zolağında www.simplesite.com ünvanını daxil edin və klavişini
basın. Saytın baş səhifəsi açılacaq.
2. Menyudan Make a free website or blog bəndini seçin. Aşağıdakı səhifə açılacaq.
3. Personal website or a blog düyməsini çıqqıldadın.
F ə a l i y y ə t
24
5
109
• V fəsil •
İnformasiya texnologiyaları
•
4. Açılan yeni səhifədə saytınız üçün rəng sxemini seçin və Next: Images düyməsini
çıqqıldadın.
5. Saytınızın baş səhifəsi üçün geniş çeşiddə görüntülər təklif olunacaq. Onlardan möv-
zunuza uyğun olan birini seçin və Next: Backgrounds düyməsini çıqqıldadın.
6. Saytın fonu üçün təqdim olunan görüntülərdən birini seçin.
7. Next: Headline düyməsini çıqqıldadın. Açılan pəncərədə saytın başlığını (mövzu-
sunu) daxil edin. Məsələn: İnformasiya cəmiyyəti.
8. Save and continue düyməsini çıqqıldadın.
9. Açılan pəncərədə saytınızın ünvanını (adını) təyin etmək üçün mövzuya uyğun söz
daxil edin (məsələn: info-cemiyyet). Daxil etdiyiniz ad artıq başqası tərəfindən
istifadə olunursa, bu haqda xəbərdarlıq çıxacaq.
10. Ad təyin edildikdən sonra veb-saytın hazır olması barədə məlumat çıxacaq.
11. Növbəti səhifədə saytınızın inzibatçılığı üçün parol daxil edin.
12. Elektron poçt ünvanınızı göstərib müvafiq düyməni çıqqıldadın.
13. Bütün addımlar düzgün yerinə yetirilərsə, brauzer saytınızın baş səhifəsini əks etdi-
rəcək.
110
14. Saytın ünvanını təsdiq etmək üçün elektron poçtunuza gələn məktubu açıb gös-
tərilmiş istinada keçin. Saytınızın ünvanı simplesite adından və özünüz təyin etdi-
yiniz addan ibarət olacaq: info-cemiyyet.simplesite.com.
15. Saytda mövzuya aid materiallar yerləşdirmək üçün əlavə səhifələr yaratmaq olar.
Bunun üçün sağ tərəfdə yerləşən paneldə Add a page düyməsini çıqqıldadın. Müx-
təlif səhifə növləri olan pəncərə açılacaq. Standard page variantını seçin.
16. Səhifəyə material yerləşdirmək və redaktə etmək üçün sağ yuxarı küncdəki
düyməsini çıqqıldadın. Açılan səhifə redaktorunun alətləri ilə
tanış olun və hər bir alətin funksiyasını aydınlaşdırın.
17. İnformasiya cəmiyyətinə aid verilmiş mətni səhifədə yerləşdirin.
18. İnternetdə informasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətləri barədə
material toplayın və saytın ikinci səhifəsində yerləşdirin.
19. Foto albom və Video səhifələri yaradın və mövzuya uyğun
şəkillər, videomateriallar
tapıb uyğun səhifədə yerləşdirin.
Ötən əsrin ikinci yarısında böyük həcmdə informasiyanın saxlanması, ötürül-
məsi, emalı üçün müasir vasitələrdən istifadə edilməsi qaçılmaz oldu.
İnsanların
5
111
• V fəsil •
İnformasiya texnologiyaları
•
müəyyən bir qisminin maddi məhsul istehsalından in-
formasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə mad-
di sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbə-
qəsi yarandı. Əqli əməyin payı artdığından bu əməklə
bağlı sənət sahələrini seçən insanların sayı da artdı. Alimlərin "informasiya cəmiy-
yəti" adlandırdıqları yeni cəmiyyət formalaşmağa başladı.
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy-
yəti informasiyanın istehsalı, saxlanması, emalı və istifadəsi ilə məşğul olur.
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır:
1.
İnformasiyanın həcmi inanılmaz dərəcədə artdığından onların emalı və
saxlanması üçün xüsusi texniki vasitələrdən istifadə edilir.
İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir
deyil və bu işə xüsusi texniki vasitələri cəlb edir. Kompüterlər etibarlı informasiya
mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların
qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
2.
Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları sürətlə
inkişaf edir.
İnternet şəbəkəsi istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Özündə müxtəlif
qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.)
müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universal-
laşmasına aparıb çıxarır. İnformasiyanı saxlayan qurğular isə çox kiçilərək ovucun
içinə yerləşən ölçüdə olur. Bu qurğular daxilində həcmi bir neçə ensiklopediyaya
bərabər olan şəxsi universal soraqçalar da yerləşdirilir. Bu qurğuları şəbəkəyə qoşub
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar
almaq mümkündür.
3.
Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğuliyyətlər
dəyişir.
Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar
uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən şəbəkə sisteminə
keçirilir. İnternetdə vaxt keçirənlərin sayı artır. Onlar tədris saytlarına və virtual
muzeylərə səyahət edirlər, lazım olan ədəbiyyatı tapıb oxuyurlar. Onlayn ünsiyyət
xidmətləri istifadəçilərinin sayı durmadan artır. Bu xidmətlər vasitəsilə uzaq
məsafələrdə olan insanlar real zaman rejimində bir-biri ilə əlaqə saxlayırlar.
4.
Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olur.
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə
təchiz olunur. İnformasiya kabeli rabitə, televiziya kanallarını və İnternetə çıxışı
özündə birləşdirir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və yaşayış
sistemlərinə nəzarət edir, binalar “ağıllı” olur. “Ağıllı binalar”la yanaşı, “ağıllı
avtomobillər” də yaranır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən
•
İnformasiya cəmiyyəti
•
Elektron hökumət
S ö z l ü k
112
kompüterlə yanaşı, şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyir. Belə
avtomobil “ağıllı ev”lə əlaqədə olur və hətta evi idarə də edə bilir.
5.
Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas
etibarilə informasiyanın emalı ilə məşğul olur.
İstehsalatda insanların sayı azalır, onların yerini robotlar və manipulyatorlar
tutur.
6.
Fasiləsiz təhsil sistemi yaranır.
İnsanlar zamanla ayaqlaşmaq, sənətini dəyişmək və cəmiyyətdə layiqli yer
tutmaq üçün ömürboyu oxumaq imkanı qazanırlar.
7.
Şagirdlər kompüter proqramları və telekommunikasiya vasitələrinin köməyi
ilə evdə təhsil ala bilirlər.
Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişir və təlimin tərbiyəvi
aspektləri ilə bağlı problemlər yaranır.
8.
İnformasiya xidmətləri bazarı yaranaraq inkişaf edir.
İnformasiya məhsul və xidmət növünə çevrilir. Bu məhsulu adi əmtəə kimi alıb-
satmaq mümkündür.
1.
Hazır şablonlarla saytların hazırlanmasının hansı üstünlükləri var?
2. Hazırladığınız saytın səhifələrinə mətni necə yerləşdirdiniz?
3. İnformasiya cəmiyyəti barədə nə öyrəndiniz?
4. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini söyləyin.
Elektron hökumət portalına ( https://www.e-gov.az/) daxil olun və ayrı-ayrı dövlət
qurumlarının təklif etdiyi elektron xidmətlərlə tanış olun. Portalda qeydiyyatdan keçin
və Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haq-
qında elektron arayış" xidmətindən istifadə etməklə özünüz haqqında elektron arayış
alın.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
5
113
• V fəsil •
İnformasiya texnologiyaları
•
İ
NTERNETDƏ ÜNVANLAMA
1. Brauzerin ünvan zolağında http://www.speedguide.net/ip/ yığıb klavişini ba-
sın.
2. Açılan səhifənin Search IP address or hostname sahəsində informatika.edu.az
yazıb klavişini basın. informatika.edu.az saytının olduğu serverin harada
yerləşməsi haqqında informasiya və yerləşmə xəritəsi açılacaq.
Nəticəni müzakirə edək:
- “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
- informatika.edu.az saytının serveri harada yerləşir?
Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – IP-ünvanı ("ay-pi ünvanı"
kimi tələffüz olunur) olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir.
F ə a l i y y ə t
25
8 ardıcıl bitlə neçə müxtəlif obyektə ünvan vermək olar?
Şəbəkədə kompüterlər bir-birindən nə ilə fərqlənir?
114
Əlverişlilik baxımından həmin ədəd aralarında nöqtə olan dörd onluq ədəd
şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.
Aydındır ki, belə rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen
adları sistemi – DNS (Domain Name System) yaradılıb və bu sistem IP-ünvanların
əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn: www.informatika.edu.az)
istifadə etməyə imkan verir. Belə ki, istifadəçi ünvan sahəsində həmin adı yığdıqda
DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir.
Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlərə bölünüb. Hər bir ölkə üçün
birinci səviyyəli domen ayrılıb. Məsələn, “ .az” domeni Azərbaycana, “ .de” domeni Alma-
niyaya, “ .ru” domeni Rusiyaya məxsusdur. Ərazi domenləri adlanan belə domenlərlə
yanaşı, birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, “ .com” domeni kom-
mersiya qurumlarını, “ .gov” domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli do-
menlər azdır və yeni domenlər nadir hallarda meydana çıxır. Hər bir birinci səviyyəli
domen çox böyük sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.
Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.
İnternet şəbəkəsində təmsil olunmaq istəyən hər bir hüquqi, yaxud fiziki şəxs
domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir. Belə ki, domen adları
müəyyən prinsiplərə cavab verməlidir:
seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir;
ad mümkün qədər uzun olmamalıdır;
çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olma-
yan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğur-
ludur).
İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir
resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan URL-ünvan (“yu-er-el” kimi
tələffüz olunur) adlanır. (URL qısaltması Uniform Resource Locator ifadəsindən
yaranıb və birformalı resurs göstəricisi anlamını verir.) Brauzer proqramı hər hansı
İnternet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan
istifadə edir.
URL-ünvan İnternet resurslarının rəsmi yerini müəyyən edir. Hər belə ad iki
hissədən ibarətdir: birinci hissə resursun identifikatorudur, ikinci isə həmin resursun
yerləşdiyi yeri göstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur:
. informatika
.edu
.az
…
5
115
• V fəsil •
İnformasiya texnologiyaları
•
http://informatika.edu.az/tasks.php?action=result
Ünvanın birinci hissəsi –
http://
protokoldur və
resursun veb-səhifə olduğunu göstərir. Protokol kom-
püterlər arasında bağlantının qurulması və informasiya
mübadiləsinin minimal xətalarla aparılmasını nizamla-
yan qaydalar və ya standartlar toplusudur. Qalan ikinci
hissəni daha yaxşı anlamaq üçün onun özünü də iki his-
səyə ayıraq. Birinci hissə (
informatika.edu.az
) resursun
yerləşdiyi kompüterin domen adını, ikinci hissə
(
/tasks.php?action=result
) isə ayrıca veb-resursun (veb-səhifənin) adını bildirir.
Tutaq ki, hər hansı sayt yaratdınız və onun üçün domen adı müəyyənləşdirdiniz.
Bəs həmin saytı İnternetdə necə yerləşdirməli? İlk növbədə seçdiyiniz domen adını
qeydiyyatdan keçirməlisiniz. Nəzərə alın ki, münasib adın tapılması məsələnin bir
tərəfidir: ola bilər ki, sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydiyyatdan keçirib.
Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. Məsələn,
“.az” domenində adların paylanması ilə “İntrans” şirkəti məşğul olur. Orada ikinci
səviyyəli domenlər qeydiyyatdan keçirilir. Məsələn, azerbaijan.az, ict.az, ayna.az
belə domenlərdəndir.
Saytların İnternet şəbəkəsində olan hər hansı serverdə yerləşdirilməsi və onlara
xidmət göstərilməsi ilə də xüsusi şirkətlər – provayderlər məşğul olur. Belə xid-
mətlərə hostinq deyilir. Hostinq xidməti ödənişli olsa da, ödənişsiz xidmət göstərən
şirkətlər də vardır.
1. Şəbəkələrdə kompüterlərin ünvanları hansı formatlarda olur?
2. Təhsil Nazirliyinin rəsmi saytı hansı IP-ünvanda yerləşir?
3. URL-ünvan nəyi göstərir?
4. Hostinq xidməti nədir?
5. 1100110110100010000101001111010 32-bitlik IP-ünvanını nöqtələrlə ayrılmış dörd
onluq ədəd vasitəsilə göstərin.
6. 145.120.30.56 dörd onluq ədəddən ibarət IP-ünvanı 32-bitlik formada göstərin.
Mövcud IP-ünvanlama sistemi (IPv4) ilə 4 294 967 296 (256×256×256×256) sayda
kompüterə bənzərsiz ünvan vermək mümkündür. Yeni ünvanlama sisteminə – IP
ünvanını 6-cı versiyasına (IPv6) keçid hansı zərurətdən yaranıb? Bu haqda araşdırma
aparın və IPv6 ünvanlama sisteminin mahiyyəti haqqında təqdimat hazırlayın.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
•
Domen adı
•
Domen adları sistemi
•
IP-ünvan
•
DNS-ünvan
•
Protokol
•
Provayder
•
Hostinq
S ö z l ü k
116
1. İnformasiyanın qəbulu və ötürülməsi üsullarını sadalayın.
2. "Tay-tuşlar" şəbəkəsinin iş prinsipini izah edin.
3. Yaşadığınız bölgədə (şəhərdə) fəaliyyət göstərən provayder şirkətlərinin
adlarını öyrənin.
4. Hansı hallarda obyektin informasiya modeli qraf formasında təqdim
olunur?
5. Verilmiş mövzuların biri üçün sayt strukturu fikirləşin və onu qraf
formasında təsvir edin.
a) "Mənim məktəbim"
b) "Mənim ailəm"
c) "Mənim vətənim"
Yüklə 3,69 Mb. Dostları ilə paylaş: |