0f11aztitul(1-7)


YARIMKEÇİRİCİ DİOD. TRANZİSTOR



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

82 
 
2.8. YARIMKEÇİRİCİ DİOD. TRANZİSTOR 
 
İki yarımkeçirici kristalın, p - və n-tip kristalların toxunma hissəsində elektron-
deşik keçidi (və ya p-n keçidi) yaranar.  
Bu zaman n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər hərəkətə 
gələrək toxunma sərhədindən qarşı tərəflərə diffuziya edəcək. Nəticədə yarım-
keçirici kristalın p-n keçidində müxtəlif işarəli yüklərin toplandığı ikiqat tə-
bəqə yaranacaqdır.  
İkiqat təbəqənin yükləri arasında yaranan elektrik sahəsi 
(E
) kristalla-
rın  toxunduğu  ab  sərhədində  elektronların  n-hissədən  p-hissəyə, deşik-
lərin isə p-hissədən n-hissəyə sonrakı keçidlərinin qarşısını alır 
(a)
p-n 
keçidinə malik kristal sabit cərəyan dövrəsinə qoşularsa, o, cərəyanı yal-
nız bir istiqamətdə yaxşı keçirəcəkdir.  
Əgər kristalın n-tip hissəsi cərəyan mənbəyinin mənfi, p-tip hissəsi isə 
müsbət qütbünə birləşdirilərsə, mənbəyin yaratdığı elektrik sahəsinin tə-
siri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər bir-birinə 
qarşı, ab sərhədinə doğru hərəkət edəcək. Sərhədi keçən elektronlar deşik-
ləri dolduraraq ab sərhədinin l qalınlığını və deməli, kristalın ümumi elek-
trik müqavimətini azaldacaqdır 
(b)
. Belə birləşmə düz keçid adlanır, döv-
rədən elektrik cərəyanı maneəsiz keçir. 
Əgər kristalın n-tip hissəsi cərəyan mənbəyinin müsbət, p-tip hissəsi isə 
mənfi qütbünə birləşdirilərsə, mənbəyin yaratdığı xarici elektrik sahəsinin 
təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan deşiklər qarşılıqlı əks 
istiqamətlərə, ab sərhədindən kristalın əks uclarına doğru hərəkət edəcək. 
Nəticədə ab sərhədindəki ikiqat təbəqənin qalınlığı və deməli, kristalın 
ümumi elektrik müqaviməti artacaq 
(c)
. Bu halda dövrədən, demək olar, 
elektrik cərəyanı keçmir: tərs keçid baş verir. 
 Yarımkeçirici diod – bir p-n keçidindən və elektrik dövrəsinə birləş-
dirmək üçün iki kontaktdan ibarət cihazdır. p-n keçidinə malik yarımke-
çirici  diod  sabit  cərəyanı  yalnız  bir  istiqamətdə  keçirir.  Yarımkeçirici 
diodun biristiqamətli keçiriciliyi elektrik dövrələrində sxematik olaraq xü-
susi işarə ilə göstərilir 
(d)
.
 
 

 
Barselona  universitetinin  (İspaniya)  alimləri 
2017-ci ildə Si təbəqəsində yerləşdirilən bir mo-
lekulun  yarımkeçirici  diod  kimi  işlədiyini  nü-
mayiş etdirdilər. Nonadien-1,8 adlandırılan bu 
molekul  9  karbon,  12  hidrogen  atomundan 
(
) təşkil olunmuşdur 
(e)

Beləliklə, hətta molekulyar elektronika miqya-
sına görə dünyada ən kiçik olan bu diodun müs-
bət xüsusiyyəti onun otaq temperaturunda işlə-
yə  bilməsidir.  Mənfi  cəhəti  isə  stabil  işləmə 
müddətinin çox qısa olmasıdır. 
Mənbə: Albert C. Aragonès, Nadim Darwish, Simone 
Ciampi, Fausto Sanz, J. Justin Gooding & Ismael Díez-
Pérez. Single-molecule electrical contacts on silicon 
electrodes under ambient conditions // Nature Communi-
cations. 2017. 8. DOI:10.C 1038 /ncomms 15056.
 Yarımkeçirici diodun iş prinsipi nə-
yə əsaslanır? 
 Alimlər niyə daha kiçikölçülü diod 
yaratmağa çalışırlar? Belə diodun 
üstünlükləri nədədir?  
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
(e)
 
Nonadien-1,8  
molekulu 
Si təbəqəsi 
Katod 
(n-tip) 
I
Anod 
(p-tip) 
(d)
 

a


b
E
n-p 
(a)
 
l
a


E
n-p 
b
(b)
 
E
 
l
a


E
n-p 
b
(c)
 
E
  LAYİHƏ


 
83 
 
 
 
p-n keçidi: yarımkeçirici diod.  İki müxtəlif növ keçiriciyə malik yarımkeçirici 
kristalın (n-tip və p-tip kristalları) səthlərinin toxunma sərhədində yaranan birtərəfli 
keçid p-n keçidi adlanır

 Yarımkeçirici diod (iki yunan sözünün birləşməsidir: di – iki + odos – yol) bir  
p-n keçidinə malik olub xarici elektrik dövrəsinə qoşulmaq üçün iki çıxışla təchiz 
edilən cihazdır. Dioddan o zaman cərəyan keçir ki, onun p-tip hissəsinə müsbət gər-
ginlik verilsin. Diodun VAX-da onun düz və tərs keçidinin fərqi aydın görünür 
(f)

Qrafikin 0–3 hissəsi tərs keçidə uyğun olub, demək  olar, gərginlikdən asılı deyil. 
Qrafikin 0–1 hissəsi cərəyanın gərginlikdən asılı olaraq qeyri-xətti, 1–2 hissəsi isə 
xətti artma halına uyğundur. Diodun başlıca vəzifəsi p-n 
keçidin birtərəfli keçiricilik xassəsi  əsasında dəyişən 
cərəyanı düzləndirməkdir.  
Tranzistor.  Elektrik  rəqslərini  gücləndirmək  və 
çevirmək  məqsədilə  tranzistor  (tranzistor  iki  ingilis 
sözündən yaranıb: transfer – aparıram + rezistor – müqa-
vimət) adlanan cihazdan istifadə olunur. Başqa sözlə desək, 
adi kran su axınının tənzimləyicisi rolunu necə oynayırsa, 
tranzistor da elektrik dövrəsindəki cərəyan şiddətinin tən-
zimlənməsində  analoji  rol  oynayır.  Tranzistor  üç 
yarımkeçirici təbəqədən təşkil olunmuşdur: kənar təbəqələr 
eyni tip, ara təbəqə isə çox nazik başqa tip yarımkeçiricidir. 
Tranzistorda  kənar  təbəqələr  uyğun  olaraq  emitter  (ing. 
emit – şüalandırmaq, vermək) və kollektor (ing. collect – 
toplamaq),  orta  təbəqə  isə baza adlanır.  Tranzistorlar  iki 
növ ola bilir: 
 və  
. Dövrəyə birləşdirmək üçün 
tranzistorun üç çıxışı olur və növündən asılı olaraq elektrik 
dövrəsində xüsusi simvolla göstərilir 
(g)

Tranzistor  elektrik  dövrəsinə  iki  cərəyan  mənbəyi 
vasitəsilə  qoşulur.  Bu  zaman  emitter-baza  keçidi  düz 
keçid, baza-kollektor keçidi isə tərs keçid istiqamətində 
olur 
(h)
.  Məsələn, 
  tranzistorunda  gücləndiriləcək 
siqnal  emitter  dövrəsinə  verilir,  kollektor  dövrəsindən 
Diod niyə birtərəfli keçiriciliyə malikdir? 
Təchizat:  nümayiş  diodu  (“yarımkeçirici  cihazlar  dəs-
ti”ndən), sabit cərəyan mənbəyi (4 V-luq düzləndirici), 
rezistor, ampermetr, açar, birləşdirici naqillər. 
İşin gedişi: 1. Cərəyan mənbəyi, diod, rezistor, amper-
metr və açardan ibarət ardıcıl dövrənin sxemini çəkin.  
2. Sxemə əsasən dövrəni qurun və açarı qapayıb amper-
metrin göstəricisini qeyd edin.  
3.  Açarı  açın,  diodu  dövrədən  ayırıb  tərsinə  qoşun  və 
təcrübəni təkrarlayın. 
Nəticənin müzakirəsi: 
 Diodu dövrəyə necə qoşduqda o, cərəyanı keçirdi? Niyə? 
ARAŞDIRMA 
 
1
 
(g)
(f)
(h)
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə