191
3) yüksək ekoloji təhlükəsizliyə malik olmasından ibarətdir. Belə ki, bu reaksi-
yaların radioaktiv tullantısı olmur.
Təəssüf ki, Yerdə ifrat yüksək temperaturlarda işləyə bilən idarəolunan istilik
nüvə reaktoru qurmaq və onun vasitəsilə sənaye miqyasında enerji istehsal etmək
hələ ki mümkün deyildir. Belə reaktor hazırlamaq mümkün olsaydı, Yerdə enerji
problemi birdəfəlik həll oluna bilərdi. Lakin idarə edilməyən nüvə sintez reaksiyası
hidrogen bombasında reallaşdırılmışdır (bax: Fizika 9).
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində “Atom
və nüvə
silahları” mövzusunda
referat planını hazırlayın.
EV TAPŞIRIĞI
. Həmin plan əsasında
verilən mövzuda
referat yazın.
Məsələ 2. Deyterium və tritiumun sintez reaksiyasında 1 kq kütləli heliumun alınması
zamanı ayrılan enerjinin miqdarını hesablayın. Həmin miqdarda enerjinin
alınması üçün nə qədər daş kömür yandırmaq lazım gəldiyini təyin edin (daş
kömürün xüsusi yanma
istiliyi
3 ∙ 10 / -dır).
ARAŞDIRMA
2
TƏTBİQETMƏ
Helium nüvəsinın alınma reaksiyasında nə qədər enerji
ayrılar?
Nəticənin müzakirəsi:
1 kq kütləli helium nüvəsinın alınma sintez reaksiyasında nə qədər enerji ayrılar?
Həmin qədər enerji əldə etmək üçün neçə kq daş kömür yandırmaq lazım gələr?
Həyatla əlaqələndirin:
Niyə bu vaxta qədər nüvələrin sintez reaksiyasına əsaslanan reaktor yaratmaq mümkün
olmayıbdır? Bu istiqamətdə alimlər hansı problemin həll yolunu tapa bilmirlər?
İPUCU
Deyterium və tritium nüvələrinin
+
→
+
+
,
sintez
reaksiyasında ayrılan enerjini 1 kq kütləli neytron nüvələri üçün hesablayın.
Özünüzü qiymətləndirin:
№
Suallar
Bilirəm
zəif orta yaxşı
1
Nüvələrin sintez reaksiyasında külli miqdarda enerji ayrıl-
ması nə ilə izah olunur?
2
Niyə nüvələrin sintez reaksiyası ifrat yüksək temperatur-
larda baş tutur?
3
Nüvələrin sintez və nüvələrin bölünmə reaksiyalarında
ayrılan enerjinin hər nuklona düşən miqdarlarını müqayi-
sə edin.
4
İstilik nüvə reaktorunun AES-dən hansı üstünlükləri var?
Problemi nədir?
LAYİHƏ
192
4.13. ELEMENTAR ZƏRRƏCİKLƏR VƏ ONLARIN QEYDƏALINMA ÜSULLARI
Nüvə reaksiyasının baş verməsi üçün qarşılıqlı təsirdə olan
zərrəciklər və ya nüvələr bir-birinə nüvə qüvvələrinin təsir
dairəsinə qədər (≈ 10
m) yaxınlaşmalıdır.
Bu məqsədlə həmin zərrəciklərə yüksək kinetik enerji verilməlidir. Zərrəciklərə yüksək
kinetik enerji vermək üçünsə
elementar zərrəciklərin sürətləndiricisi adlanan xüsusi
qurğudan istifadə olunur.
Şəkildə elementar zərrəciklərin onlarca kilometr uzun-
luğunda olan müasir yeraltı sürətləndirici qurğusunun şəkil-
sxemi təsvir edilmişdir
(a)
.
Belə sürətləndiricidə zərrəciyə, məsələn,
-zərrəciyə
verilən kinetik enerji radioaktiv çevrilmədən yaranan
-
şüalanmanın enerjisindən 100 000 dəfələrlə böyük olur.
Sürətləndirilmiş zərrəciklə (protonla) ilk nüvə reaksiyası
1932-ci ildə aparılmışdır. O, litium nüvəsinin iki helium
nüvəsinə çevrilmə reaksiyasıdır:
Li + p → He + He
Nüvə reaksiyaları ilə tanış olarkən, yəqin ki, belə bir fakta diqqət
yetirdiniz: demək olar, bütün reaksiyalarda elementar zərrəciklər –
foton, elektron, neytron, pozitron, neytrino, antineytrino iştirak edir.
Bu zərrəciklər nüvə reaksiyalarında ya nüvələrin qarşılıqlı
təsirindən yaranır, ya da digər zərrəciklər yaradıb özləri yox olur.
Elementar
zərrəcik nədir?
Onlar digər
zərrəciklərdən
nə ilə fərqlənir?
Elementar zərrəciklər.
Elementar zərrəciklər dedikdə – materiyanı təşkil edən ilkin, bölünməz zərrə-
ciklər nəzərdə tutulur.
Müasir fizikada elementar zərrəciklərə atom və atom nüvəsi olmayan böyük miq-
darda zərrəciklər qrupu aid edilir. Bu qrupa foton, elektron, neytron, proton, habelə
mezonlar, müonlar, neytrinolar, barionlar, kvarklar və s. zərrəciklər daxildir – onlar
cəmi 400-ə qədərdir.
Bütün elementar zərrəciklərin ümumi xarakteristikası kütlə, yaşama müddəti,
elektrik yükü və spinidir.
Məsələ 1. Zərrəciklər seli
1,5 ∙ 10
/
sürəti ilə induksiyası
2 olan bircins maqnit
sahəsinə onun induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olur.
Maqnit sahəsində zərrəciklər selinə təsir edən qüvvə
1,5 ∙ 10
olarsa, hər
bir zərrəciyin yükünü təyin edin.
Nəticənin müzakirəsi:
Bircins maqnit sahəsinə onun induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan
zərrəciklər seli hansı qüvvənin təsirinə məruz qalır?
Hər bir zərrəciyin yükü necə təyin edilir?
Zərrəciklər selinin yükünün işarəsini təyin etmək olarmı? Necə?
ARAŞDIRMA
1
Zərrəciyin yükünü təyin edin
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika – 9
(a)
LAYİHƏ