1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə12/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Audit suallar-Ayten

9.Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə (İAPS) tərəfindən işlənib hazırlanmış və Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilmiş Beynəlxalq Audit Standartları.
Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə tərəfindən işlənib hazırlanmış və Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilmiş beynəlxalq audit standartları aşağıdakılardır:
1-ci standart: Maliyyə hesabatlarının auditinin məqsədi və ümumi prinsipləri;
Bu audit standartlarının məqsədi maliyyə hesabatlarının auditini tənzimləyən ümumi prinsiplər və standartların müəyyən edilməsindən ibarətdir.
2 – standart: Auditə dair sövdələşmənin şərtləri.
Audit standartlarının məqsədi sifarişçinin xahişi ilə auditin etibarlığının azalda biləcək sövdələşmənin şərtlərinin dəyişməsi haqqında auditorun cavabının tərtib edilməsi və standartların müəyyən edilməsindən ibarətdir.
3 – cü standart: Auditor işlərinin keyfiyyətinə nəzarət.
Bu audit standartlarının məqsədi aşağıdakılara dair münasibətdə keyfiyyətə nəzarət üzrə tövsiyyələrin verilməsi və standartların müəyyən edilməsindən ibarətdir.
a) ümumilikdə auditor işlərinə dair auditor firmasının prosedurlərı və siyasəti üzrə;
b) auditor yoxlaması apararkən auditorun assisentinə tapşırılan işlərə aid olan prosedurlar üzrə;
4 – cü standart: Sənədlər.
Audit standartlarının məqsədi maliyyə hesabatının auditi zamanı sənədləşdirilmənin aparılması barədə tövsiyyələrin verilməsi və standartların müəyyən edilməsindən ibarətdir.
5 – ci standart: Fırıldaqçılıq və səhvlər.
Audit standartlarının məqsədi maliyyə hesabatının auditi zamanı fırıldaqçılıq hallarına və səhvlərə baxılması üzrə auditorun vəzifələrinə dair tövsiyyələrin verilməsi və standartların müəyyən edilməsindən ibarətdir.
6 –cı standart: Maliyyə hesabatlarının auditi zamanı qanunların və normativ aktların nəzərə alınması.
Audit standartların məqsədi maliyyə hesabatının auditi zamanı auditorun qanunları və normativ aktları nəzərə almaq vəzifələrinə dair tövsiyyələrin verilməsi və standartların müəyyən edilməsindən ibarətdir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə