1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Hazır məhsulların uçotunun auditinin xüsusiyyətləri



Yüklə 1,48 Mb.
səhifə61/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Audit suallar-Ayten

52.Hazır məhsulların uçotunun auditinin xüsusiyyətləri.
Müəssisənin maliyyə sabitliyi və möhkəmliyi onun istehsal etdiyi məhsulun daxili və xarici bazarda ilkin istehlak tələbindən xeyli asılıdır. Buraxılmış hazır məhsulun planlaşdırılmış həcmdə satılması müəssisəyə imkan verir ki, istehsal məsrəflərini təmin etsin, büdcə, bank, kredit təşkilatları və digər müəssisələr qarşısında öhdəliklərini yerinə yetirməklə, istehsalın təkmilləşdirilməsi və inkişafı üçün mənfəət əldə etsin.
Hazır məhsulların uçotunun auditinin məqsədi – hazır məhsulun mədaxil edilməsinin dolğunluğunun, reallaşmış məhsulun maya dəyərinin və reallaşmış məhsuldan alınmış gəlirin düzgün hesablanmasının müəyyən edilməsidir. Aşağıdakıları yoxlamaqdan ibarətdir:
1.Hazır məhsulun istehsalatdan anbara təhvil verilməsi sənədlərinin vaxtında və düzgün tərtib edilməsini;
2.Hazır məhsulla bağlı əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsini;
3.Hazır məhsulun sifariş növləri üzrə istehsalat maya dəyərinin təyin edilməsinin düzgünlüyü;
4.Yüklənmiş məhsulun faktiki maya dəyərinin düzgün əks etdirilməsini;
5.Faktiki maya dəyərinin plan maya dəyərindən kənarlaşmasının və silinmələrin həqiqiliyini;
6.Faktiki maya dəyərinin uçotunda düzgün əks etdirilməsini;
7.Hazır məhsulun anbardan buraxıldığı halda etibarnamələrin düzgün tərtib olunmasını;
8.Jurnal –order və Cədvəllərin düzgün aparılmasını;
9.Sifarışçinin əvəzi ödənilməyən xammalından hazırlanan məhsulun uçotunun düzgün əks etdirilməsini;
10. Hazır məhsulun inventarızasiya uçotunun düzgün əks etdirilməsini;
11.Balansda sintetik və analitik hesabların yazılışların uyğunluğunu;
12.Hazır məhsulun qiymətləndirilməsinin düzgünlüyünü.
Hazır məhsulun mühasibat uçotu, mövcudluğu, hərəkəti və qorunması üzərində nəzarətin əsasını – ilkin sənədlər təşkil edir.
Eyni zamanda, auditor aşağıdakıları da yoxlamalıdır:
•anbar uçotunun kitabları və ya kartları;
•maddi məsul şəxslərin hesabatları;
•analitik və sintetik uçotların registrləri;
•Baş kitab;
•Müəssisənin balansı
Hazır məhsulların mühasibat uçotunun auditi zamanı istehsal olunmuş məhsulların müəssisə anbarına mədaxil olunması və satışının düzgün sənədləşdirilməsi çox vacibdir. Bununla əlaqədar olaraq auditor məhsul buraxılışının uçotunun təşkili ilə ətraflı tanış olmalıdır. Bəzi hallarda məhsul buraxılışı və anbara mədaxil olunma İlə əlaqədar təhvil-qəbul qaimələrində və aktlarında istehsal əməliyyatları tam başa çatmamış məhsullar hazır məhsul kimi göstərilərək sənədləşdirılır, Belə haida sexlərdə buna cavabdeh olan şəxslər qəbz verirlər ki, guya təhvil veriləcək hazır məhsulun bir hissəsi sexdə qalmışdır.
Hazır məhsulun buraxılışı ilə əlaqədar olaraq auditin məqsədi-istehsal olunmuş məhsulun tam həcmdə mədaxil olunması, satılmış məhsul üzrə satış pul vəsaitinin və satılmış məhsulun maya dəyərinin hesablanmasıdır.
Bununla əlaqədar olaraq auditor yoxlama dövründə aşağıdakıları həll etməlidir:

  • Hazır məhsulların qiymətləndirilməsi prinsipinin seçilməsinin əsaslandırılması;

  • İstehsal olunmuş məhsulların tam mədaxil olunmasının müəyyənləşdi¬ril-məsi;

  • Alıcıya yüklənmiş və satılmış məhsulların həcminin təsdiq olunması;

  • Yüklənmiş və satılmış məhsulların maya dəyərinin müəyyənləşdirilməsi.

Hazır məhsulların uçotunun auditinin aparılması üçün əsas informasiya mənbəyi hazır məhsulun anbar uçotu kartı, preyskurantlar, məhsul satışı üzrə bağlanmış müqavilələr, məhsul buraxılışına dair hesab-qaimələr, satış uçotu jurnalı, alıcıların məhsul almalarına aid olan vəkalətnamələr, satışdan pul və¬sa-itinin daxil olmasına dair ilkin bank və kassa mədaxil sənədləri (ödəmə tap¬şı-rığı, ödəmə tələbnaməsi, kassa mədaxil orderi və s.) mühasibat uçotunun 20, 37,40,41,43,45,46,50,51,80 və s. hesabları üzrə aparılan yazılışlar hesab olunur.
Bütün göstərilənlərlə yanaşı auditor müəssisədə hazır məhsulların qiymətləndirilməsi prinsiplərini müəyyən etməlidir. Müasir şəraitdə hazır məhsulların qiymətləndirilməsində aşağıdakı müxtəlif formalardan İstifadə olunur:
• faktiki (tam) istehsal maya dəyəri üzrə (fərdi istehsal sahələrində);
• tam olmayan istehsal maya dəyəri üzrə ümumi-zavod xərcləri daxil olmaqla (fərdi və kiçikseriyalı İsıehsal sahələrində);
• topdan satış qiymətlə müəyyən olunmaqla, topdan-satış qiyməti möhkəm uçot qiyməti kimi qəbul olunur. Yaranmış fərq 37№-li «Məhsul buraxılışı, iş, xidmət)» hesabında əks olunur;
• sərbəst buraxılış qiymətilə (ƏDV daxil olmaqla);
• sərbəst bazar (satış) qiymətlərilə (bu pərakəndə ticarət üzrə malların uçotunda istifadə olunur).
Hazır məhsulların qiymətləndirilməsi üzrə seçilmiş forma müəssisənin uçot siyasətində müəyyəniləşdirilməlidir. Bunula əlaqədar olaraq mühasibat uçotu hesablar planında uçotun təşkili üçün 40 №-li «Hazır məhsul», 37 №-li «Məhsul buraxılışı (iş, xidmət» hesabları müəyyən olunmuşdur.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə