1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditin informasiya bazası



Yüklə 1,48 Mb.
səhifə42/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   38   39   40   41   42   43   44   45   ...   68
Audit suallar-Ayten

35.Auditin informasiya bazası.




36.Nağd valyuta ilə həyata keçirilən əməliyyatların auditinin xüsusiyyətləri.
Müəssisə və təşkilatlarda pul vəsaitləri üzrə əməliyyatların auditinin əsas məqsədi pul vəsaitləri üzrə aparılan əməliyyatların qanunverici və normativ hüquqi aktların tələblərinə uyğun olmasının, bu əməliyyatların təsərrüfat-maliyyə nəticələrinin xeyrinə istifadəsini, müəssisə və təşkilatlarda pul vəsaitlərindən səmərəli istifadə olunmasını qiymətləndirmək, həmçinin pul vəsaitlərinin qeyri-qanuni sərfi və mənimsənilməsi hallarını aşkar etməkdən ibarətdir. Pul vəsaitləri üzrə əməliyyatlann auditi iki istiqamətdə aparılır: nağd və nağdsız əməliyyatlar.
Nağd əməliyyatlar birbaşa kassa vasitəsi ilə hesablaşmalar aparılan əməliyyatlardır. Nağdsız əməliyyatlar dedikdə isə təsərrüfat-maliyyə əməliyyatları üzrə ödəmələrin müvafiq banklar vasitəsilə həyata keçirilməsi başa düşülür. Bütün kassa məxaric orderlərində şəxsiyyət vəsiqəsinin məlumatları olmalıdır.
Kassa və kassa əməliyyatlarının auditi üç əsas istiqamət üzrə aparılır:
1.Nağd pulun inventarizasiyası;
2.Kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması;
3. Pul vəsaitlərinin xərclərə silinməsinin düzgünlüyünün yoxlanması.
Kassanın inventarizasiyası zaman auditor pul vəsaitlərinin və digər qiymətlilərin çatışmazlığı və ya artıqlığını, müvəqqəti ərizə ilə kassadan pul alındığı faktlarını aşkar edərsə, bu haqda xəzinədardan yazılı izahat tələb etməlidir.
Əgər kassanın inventarizasiyası auditor tərəfindən aparılırsa, onda akt 3 nüsxədən ibarət olmaqla tərtib edilir: onlardan biri yoxlama arayışına (aktına) əlavə olunur, biri təsərrüfat subyektinin mühasibatlığına verilir, biri isə maddi məsul şəxsdə qalır. Kassada çatışmayan pulun məbləğində kassa məxaric orderi tərtib edilir. Inventarizasiya zamanı kassada aşkar edilmiş artıq pul vəsaitləri müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə aid edilməklə kassa mədaxil orderi əsasında kassaya mədaxil edilir: Debet 221 "Kassa", kredit 801 "Ümumi mənfəət (zərər) "
Pul vəsaitlərinin auditinin metodikası auditin məqsədinə-mövcudluq, tamlıq, qiymətləndirmə, hüquq və öhdəliklər, dəqiqlik, təqdim etmək və açıqlamaq məqsədlərinə nail olmağa istiqamətlənmişdir.
Kassada pul vəsaitinin qalığının müəyyən olunmuş limitə əməl olunmasını yoxlamaq məqsədi ilə müəyyən tarixlərə pul qalıqları limitlə üzləşdirilir. Kassada pul vəsaitlərinin faktiki qalığını hesablayan zaman əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqaüd və mükafat ödənilməsi üçün nəzərdə tutulan nağd pul hesablamaya daxil edilmir. Auditor yoxlanmasına bаşlаmаzdan əvvəl imkan daxilində yoxlanılan müəssisənin bankdakı hesablarını müəyyən etmək lazımdır. Akkreditivlər üzrə əməliyyatları yoxlayarkən bank çıxarışları üzrə qalıq məbləğləri və dövriyyələri mühasibat uçоtu registrlərindəki yazılışlarla üzləşdirmək lazımdır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə