1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


İqtisad elminin inkişafı aşağıda qeyd edilmiş 5 mənbədən qidalanır



Yüklə 1,48 Mb.
səhifə2/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   2   3   4   5   6   7   8   9   ...   68
Audit suallar-Ayten

İqtisad elminin inkişafı aşağıda qeyd edilmiş 5 mənbədən qidalanır:

  1. Yeni tədqiqat metodları ilə(“oyunlar nəzəriyyəsi”);

  2. Daxili inkişaf ( qeyri-mükəmməl rəqabət nəzəriyyəsi);

  3. Fənlərarası əməkdaşlıq (bihevioristik iqtisadiyyat);

  4. Yeni iqtisadi problemlər(Böyük depressiya, sovet sosializminin məhvi-keçid iqtisadiyyat);

  5. Uzunmüddətli problemlərin müşahidəsi(yeni iqtisadi coğrafiya) – müşahidələrin dəqiqliyi və etibarlılığı – Auditin elmi əsasını təşkil edir.

İnkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir.
Bu əlavə imkanları – nəzarət və təftiş anlayışlarından daha geniş məna kəsb edən –audit həyata keçirir.
Audit sözünün mənası – “dinləmək” deməkdir.
Audit(auditor fəaliyyəti) – təşkilatların və fərdi sahibkarların mühasibat uçotu və hesabatının müstəqil yoxlanmasını həyata keçirən sahibkarlıq fəaliyyətidir.
Audit – maliyyə nəzarətinin yeni sərbəst növüdür.
Auditin məqsədi – audit edilən şəxslərin maliyyə hesabatlarının və mühasibat uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olması barədə müstəqil rəyin bildirilməsidir.
Auditin mahiyyəti – müasir iqtisadi şəraitdə səhmdar cəmiyyətin( və bu kimi digər təsərrüfat subyektlərinin) səhmdarlarının, başqa sözlə, kommersiya təşkilatının maliyyə nəticələrindən bəhrələnən investorların bilavasitə cari idarəetmədən kənarda qalmasıdır. Buna səbəb, həm uyğun təhsilin olmaması, həm vaxt çatışmazlığı, həm də kommersiya sirrini qorumaq zərurətidir. Belə bir vəziyyətdə, kommersiya təşkilatının maliyyə hesabatları barədə maliyyə nəticələrindən bilavasitə asılı olmayan, qanunla məsuliyyət daşıyan peşəkar mütəxəssislərin müstəqil rəyidir.
Maliyyə hesabatlarının istifadəçiləri:

  • investorlar və onların nümayəndələri;

  • işçilər və onların nümayəndələri;

  • borcverənlər;

  • malgöndərənlər;

  • alıcılar və sifarişçilər;

  • hakimiyyət orqanları;

  • bütünlükdə cəmiyyət və b.k.

Аudit "audio" - latın sözündən götürülmüş və mə­nası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatla­rının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utk­in isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə